Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 3 İstehsal proseslərinə və avadanlığına əmək təhlükəsizliyi standartlarının ümumi tələbləri



Yüklə 2,28 Mb.
səhifə13/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 3
İstehsal proseslərinə və avadanlığına əmək təhlükəsizliyi standartlarının ümumi tələbləri
İstehsal proseslərinə ümumi təhlükəsizlik tələbləri üzrə standartda proseslərin təhlükəsizliyini təmin etmək üçün kompleks tədbirlər nəzərdə tutulur. Bu tədbirlər, istehsal prosesini təşkil etdikdə həll edilən məsələlərdə öz əksini tapır.
Texnoloji proseslərin layihələri hazırlandıqda və həyata keçirildikdə aşağıda göstərilən tələblər nəzərə alınmalıdır:
- işçilər bilavasitə zərərli təsir göstərə bilən xammal, material, hazır məhsul və istehsalat tullantıları ilə təmasda olmamalıdırlar;
- təhlükəli və zərərli istehsal amillərinin yaranması ilə xarakterizə olunan texnoloji proses və əməliyyatlar, bu amillər ilə xarakterizə olunmayan proses və əməliyyatlar ilə əvəz edilməlidir;
- təhlükəli və zərərli istehsal amilləri yaradan texnoloji proses və əməliyyatlar kompleks mexanikləşdirilməli, avto­mat­laş­dırılmalı və uzaqdan idarə olunmalıdır;
- ayrı-ayrı texnoloji əməliyyatlarda yaranan təhlükəli və zərərli istehsal amilləri barəsində informasiyanı vaxtında almaq mümkün olmalıdır;
- işçilərin mühafizəsini və istehsal avadanlığının qəzasız işləməsini təmin edən texnoloji prosesə nəzarət və idarəetmə sistemləri tətbiq edilməlidir;
- işçilərin kollektiv mühafizə vasitələrindən istifadə etmə imkanları olmalıdır;
- monotonluğun və hipodinamiyanın qarşısını almaq, əməyin ağırlığını məhdudlaşdırmaq məqsədilə iş və istirahət vaxtı səmərəli təşkil edilməlidir;
- təhlükəli və zərərli istehsal amilləri yaradan istehsalat tullantıları vaxtlı-vaxtında kənar edilməli və zərərsizləşdiril­məlidir.
Əgər istehsal prosesində işçilərə zərərli təsir göstərə biləcək materialların istifadə edilməsi vacibdirsə, bu zaman işçiləri mühafizə edən vasitələrdən mütləq istifadə olunmalıdır.
İşçiləri mühafizə edən vasitələrin tətbiq edilməsi, təhlükəli və zərərli maddələrin iş zonasından kənar edilməsini və zərərli amillərin faktiki səviyyələrini sanitariya normalarına uyğun səviyyəyə endirilməsini təmin etməlidir. Bu vasitələr, həmçinin, işçiləri texnoloji prosesin gedişatı və ya onda yaranan pozuntular zamanı əmələ gələn təhlükəli və zərərli amillərin təsirindən mühafizə etməlidirlər.
İstehsal avadanlığına ümumi təhlükəsizlik tələbləri üzrə standartda, onun quraşdırılması, istismarı, təmiri, nəql edilməsi və saxlanması zamanı ayrıca və ya texnoloji sistem tərkibində istifadə edilməsindən asılı olmayaraq, əməyin təhlükəsizliyini təmin etməli olan tədbirlər kompleksi göstərilmişdir.
İstehsal avadanlığının konstruksiyası səs-küyün, ultra­səsin, infrasəsin aradan qaldırılmasını və ya onların faktiki səviyyələrinin yol verilən səviyyəyə qədər endirilməsini təmin etməlidir.
İstehsal avadanlığının təhlükəsizliyi onun layihəsi hazır­lan­dıqda aşağıdakılar nəzərdə tutulmaqla təmin edilməlidir:
- iş prinsipinin, konstruktiv sxemlərin, konstruksiyanın təhlükəsizlik elementlərinin düzgün seçilməsi;
- konstruksiyada mexanikləşdirmə, avtomatlaşdırma və uzaqdan idarəetmə sistemlərinin tətbiqi;
- konstruksiyada mühafizə vasitələrindən istifadə edil­məsi,
- erqonomik tələblərin yerinə yetirilməsi;
- texniki sənədlərdə təhlükəsizlik tələblərinin qeyd edil­məsi.
İstehsal avadanlığı nəmlik, günəş radiasiyası, mexaniki titrəyiş, külək və bu kimi xarici təsirlərə məruz qaldıqda təhlükəli vəziyyətlər yaratmamalıdır.
İstehsal avadanlığının hazırlanmasında istifadə edilən materiallar təhlükəsiz və zərərsiz olmalıdır. Gigiyenik yoxla­ma­lardan və yanğın təhlükəsizliyi sınaqlarından keçmə­yən yeni maddə və materiallardan istifadə olunmamalıdır.
İstehsal avadanlığının tərkib hissələri (o cümlədən borular, kabellər və bu kimi hissələr) elə hazırlanmalıdır ki, onlar təsadüfən zədələndikdə təhlükəli vəziyyətlər yaratma­sınlar. İstehsal avadanlığı yanğın və partlayış cəhətdən təhlükə­siz olmalıdır.
Əgər istehsal avadanlığının hərəkət edən hissələri insanlar üçün təhlükəli vəziyyət yaradırlarsa, onlar çəpərlən­məli və ya başqa mühafizə vasitələrilə təchiz edilməlidirlər. Bu hal texniki cəhətdən mümkün olmadıqda, avadanlıq işə salınmanı xəbərdar edən siqnalizasiya vasitələri və təhlükə yarandıqda işi dayandıran sistemlərlə təchiz olunmalıdır.
İstehsal avadanlığından ayrılan (və ya udulan) istiliyin miqdarı, eləcə də zərərli maddələrin və nəmliyin miqdarı, onların iş zonasında yol verilən normadan çox olmasına səbəb olmamalıdır. İş prosesində ayrılan zərərli, partlayış və yanğın təhlükəli maddələrin bilavasitə ayrıldığı yerlərdən kənar edilməsi üçün istehsal avadanlığı xüsusi qurğu ilə təchiz edilməli, bu qurğunu birləşdirmək üçün xüsusi yer nəzərdə tutulmalıdır. Təhlükəli və zərərli maddələr tullantılarından istifadə etmək üçün, onları zərərsizləşdirmək məqsədilə xüsusi qurğular nəzərdə tutulur. Birgə tullanmalarına yol verilməyən maddələrin nəqli üçün ayrı-ayrı atqı xətləri qurulmalıdır. İstehsal avadanlığının konstruksiyasında elektrik təhlükəsizliyi qaydalarının tələblərinə cavab verən elektrik cərəyanından mühafizə tədbirləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının idarəetmə sistemləri elə yerinə yetirilməlidir ki, funksional sistemlərin birgə işi zamanı təhlükəli vəziyyətlər yaranmasın. Avadanlığın konstruksiya­sında onun normal iş rejiminin pozulmasının siqnalizasiyası, vacib hallarda isə avtomatik dayandırılması və ya qəza vaxtı enerji mənbəyindən açılması sistemləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının işçi orqanları (həmçinin tutucu, sıxıcı və qaldırıcı qurğuları) onlara enerji verilməsi kəsildikdə (elektrik cərəyanı, hidrosistemlərə maye, pnevmosistemlərə sıxılmış hava və s) təhlükəni aradan qaldıran vasitələrlə təmin edilməlidir. Enerji verilməsi yenidən bərpa edildikdə isə, həmin işçi orqanların öz-özünə işə düşmələrinin qarşısı alınmalıdır.
İstehsal avadanlığının elektrik dövrəsində elə bir açıcı qurğu nəzərdə tutulmalıdır ki, bu qurğu bütün elektrik dövrələrini mərkəzləşdirilmiş qaydada qidalandırıcı şəbəkədən aça bilsin.
İstehsal avadanlığının konstruksiyasına daxil olan iş yerləri təhlükəsiz və iş üçün rahat olmalıdır. Avadanlığın konstruksiyası onun istismar edildiyi şəraitə uyğun olan yerli işıqlandırma sistemi ilə təchiz edilməlidir.
Xüsusi hallarda, işçiləri xarici şəraitin mənfi təsirindən mühafizə etmək üçün kabinələr nəzərdə tutulur.
Yuxarıda göstərilən ümumi təhlükəsizlik tədbirlərindən əlavə hər bir istehsalat avadanlığının spesifik xüsusiyyətini nəzərə alan təhlükəsizlik tələblərinin həyata keçirilməsi zəruridir.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə