Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

Buradan  belə  nəticəyə  gəlmək  olur  ki,  introzonallıq  azonal  amillərin  yerli  təsiri 

nəticəsində  yaranan  zona  daxili  differensiasiyadır.  Məsələn,  Quba-Xaçmaz  maili 

düzənliyində yayılmış təbii meşə kompleksləri (Nabran meşələri) azonal amillərin 

təsirilə  yaranmış  introzonaldır.  Çünki  həmin  maili  düzənlik  Böyük  Qafqaz 

dağlarının  Şimal-şərq  yamacından  mənbə  götürən  çayların  gətirmə  konuslarından 

təşkil olunmuşdur. Bu konusları yaradan materiallar öz növbəsində denudasiyanın 

potensial enerjisini (bu enerji dağlar əmələ gələrkən, yerin daxili istiliyinin və yer 

səthi tərəfindən udulan Günəş enerjisinin çevrilmiş formalarının toplusuur) təsirilə 

ağırlıq  qüvvəsi  nəticəsində  hərəkətə  gəlib  göstərilən  düzənlikdə  toplanmış  və 

yeraltı  suların  səviyyə  dərinliyini  səthə  yaxınlaşdırmışdır.  Nəhayət,  qruntun 

rütubətlə  kifayət  qədər  təmin  olunmasına  və  düzənlik  zonası  daxilində  müvafiq 

introzonal mənşəli komplekslərin yaranmasına səbəb olmuşdur. 

«Azonallıq»  və  «introzonallıq»  anlayışları  arasında  dəqiq  sərhəd  keçirmək 

hələlik  bir  qədər  mübahisəlidir.  Tədqiqatlar  göstərir  ki,  azonal  hadisə  adlanan 

bütün  proseslər  zonallığın  izlərini  özündə  daşıyır  və  onun  təsiri  introzonal 

komplekslərdə də müşahidə edilir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 13 

brahimov T. 

Landşaftin meridional və ya sektorlar (bölmələr) üzrə differensiasiyasi 

Bu  qanunauyğunluq  və  onun  əmələgəlməsi  iqlimin  meridianlar  üzrə 

fərqlənməsi  ilə  bağlıdır.  Son  illərədək  landşaftın  meridional  differensiasiyası 

landşaftın  «əyalətlilik»  anlayışı  ilə  ifadə  edilirdi.  Həmin  terminin  tətbiqi  hazırda 

tutduğu  ərazinin kiçikliyinə  və  meridtronal  vahidə  (sektora)  müvafiq  gəlmədiyinə 

görə öz əhəmiyyətini itirmişdir. Müasir coğrafi ədəbiyyatda, əyalət adı altında yer 

səthinin  nisbətən  kiçik  bir  hissəsi  başa  düşülür.  Onun  fərqləndirilməsi  okean 

sahilindən  materikin  dərinliklərinə  getdikcə  meridionalların  dəyişməsilə  əlaqədar 

olaraq,  iqlim  şəraitini  əvəz  olunması və azonal amillərin (geoloji-geomorfoloji və 

yeni tektonik hərəkətlərin) differensiasiyası ilə bağlıdır. 

Materiklər  üzərində  rütubətin  mənbəyi  əsasən  okeanlar  olduğundan,  ondan 

materikin  daxilinə  doğru  uzaqlaşdıqca  havanın  rütubətlə  doyma  dərəcəsi  və 

atmosfer yağıntılarının miqdarı azalır. Tayqa zonasının daxil rayonları okean sahili 

vilayətlərlə müqayisədə iki üç dəfə az yağıntı alır. 

Okeanların  təsir dərəcəsindən asılı olaraq, materiklərdə iqlim və üzvü aləmin 

dəyişmə  qanunauyğunluqlarını  öyrənməklə,  akademik  V.L.Komarov  maridional 

zonallığın  mövcudluğunu  təsdiq  edirdi.  Hazırda  bu  termin  çox  tədqiqatçılar 

tərəfindən  «sektorluq»  anlayışı  kimi  qəbul  edilir.  1821-ci  ildə  Komarov  hər  bir 

materik  daxilində  üç  meridional  zonallıq,  iki  okean  və  bir  kontinental  şöbənin 

olduğunu fərqləndirməyi məsləhət görürdü. 

Bitki  örtüyünün  coğrafi  qanunauyğunluqları  barədəki  fikirlər  sonralar 

B.A.Gellər  (1923,  s.56)  və  başqa  geobotaniklər  inkişaf  etdirmişlər.  Gellərin 

fikrincə,  bitki  örtüyünün  fərqli  olması  yalnız  iqlim  şəraitindən  asılı  deyil.  Enlik 

zonalarının əmələ gəlməsi iqlimin, torpağın və bitki örtüyünün mürəkkəb qarşılıqlı 

təsirinin  birliyilə  müəyyən  edilir.  O,  enlik  zonalarını  öyrənərkən,  ərazinin  inkişaf 

tarixini, iqlimin meridional istiqamətində dəyişməsini, müiləq-yüksəkliyi, relyefin 

və ana süxurların xarakterinin nəzərə alınmasını təklif edirdi. 

Behruz Melikov

Behruz Melikov



Coğrafi  təbəqənin  səthində  çox  hallarda  iqlim  göstəricilərinin  təsir  sferası 

geomorfoloji  amillərlə  fərqləndirilir.  Ona  görə  də,  hər  bir  enlik  zonası  daxilində 

geomorfoloji  vahidlərin  müxtəlifliyinə,  torpaq-bitki  örtüyünün  xarakterinə  görə 

böyük vilayətlər müşahidə edilir. Başqa sözlə, enlik zonaları daxilində təbii şəraitin 

fərqlənməsi azonal amillərlə (relyeflə, ana süxurlardakı fərqlərlə) bərabər, iqlimin 

meridional differensiasiyası ilə əlaqədardır. 

A. .Yanputnin (1946) bütün materiklərdə üç fiziki-coğrafi sektor-qərb, mərkəz 

və  şərq  sektorlarını  ayırmağı  irəli  sürür.  Lakin  müxtəlif  qurşaqlar  daxilində 

sektorlar  eyni  dərəcədə  ifadə  olunmur.  Meridional  fərqlərin  ən  çox  təzadlığı 

Avrasiya  materikinin  mülayim  enliklərində  müşahidə  edilir  ki,  burada  da 

A.A.Qriqoryev 7 sektor fərqləndirir. Tropik qurşaqda yalnız iki sektor – Afrikanın 

qərb  sahillərində  yayılan  arid  passat  və  materiklərin  şərq  sahillərini  əhatə  edən 

rütubətli  musson  Ekvator  zolağında  meridonal  differensiasiya  çox  zəif  müşahidə 

edilir. 


Meridional  differensiasiya  təliminin  inkişafında  ən  vacib  mərhələ 

.P.Gerasimovun (1933, s.7) «SSR -nin düzənlik və qonşu ölkələrinin torpaq-iqlim 

fasiyaları  barədə»  yazdığı  əsərdir.  Onun  fikrincə  zonalar  fasiya  şəkillidir,  yəni 

bütün  Yer  kürəsini  əhatə  edən  vahid,  eyni  cinsli  iqlim  zonası  yoxdur».  Bu  hər 

ş

eydən  əvvəl  Yer  səthinin  iqlimə  fəal  təsirilə  bağlıdır.  .P.Gerasimov  iqlim 



fasiyalarından danışarkən, əlbəttə iqlim vilayətlərini nəzərdə tutur.  qlim fasiyaları 

müxtəlifliyinin  mövcudluğu  torpaq  fasiyalarının  əmələ  gəlməsinə  səbəb  olur. 

Keçmiş  SSR -nin  düzənlik  və  ona  bitişik  ölkələrində  .P.Gerasimov  torpaq-iqlim 

fasiyaları ayırır: Şərqi Sibir, Mərkəzi Asiya, Uzaq Şərq, Mərkəzi Qazaxıstan, Qərbi 

Sibir,  Turan,  Aralın  dənizi,  Şərqi  Avropa  və  Arktika.  Bunlardan  hər  biri  üçün 

özünə məxsus iqlim və torpaq örtüyü xarakterdir. 

Sonralar  .P.Gerasimov (1945) torpağın differensiyasının əsas qanunlarından 

biri  kimi  əyalətlilik  və  ya    fasiya  qanunları  barədə  ətraflı  danışırdı.  Bu  termin 

coğraflar  arasında  geniş  yayılmış  və  müasir  elmi  ədəbiyyatda  özünə  layiqli  yer 

tutmuşdur.  Lakin  təsvir  edilən  qanunauyğunluğu  N.A.Qvozdetskinin  (  1968,  s.7) 

dediyi  kimi  «landşaftın  uzunluq  (meridional)  differensiasiyası»  terminlə  əvəz 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə