Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

dağlarda  temperatur  düzənliyə  (enliklər  üzrə  dəyişgənliyə)  nisbətən  hündürlük 

istiqamətdə bir neçə yüz dəfə sürətlə aşağı düşür. Elə buna görə də, hündürlükdən 

asılı olaraq, bir neçə min metr yüksəklikdə fiziki-coğrafi şəraitdə tropikdən buzlaq 

zonasına kimi dəyişikliklərin müşahidə olunuğunun şahidi olmaq mümkündür. 

Deyilənlərdən məlum olur ki, istər enlik və istərsədə hündürlük zonalarının 

ə

mələ  gəlməsinin  əsasını  ümumi  qanunauyğunluq  –  temperaturun  tədricən 



azalması  təşkil  edir.  Birinci  halda,  yəni  enlik  istiqamətində,  o  alçaq  enliklərdən 

yüksək  enliklərə doğru, ikinci  halda isə  yəni  dağlarda  mütləq yüksəkliyin  artması 

ilə  əlaqədar  olaraq  əyişir.  Bu  qanunauyğunluq  enlik  və  hündürlük  zonalarını 

ə

laqələndirən termik və landşaft zonallığını yaradır. 



Hər  iki  halda  temperaturun  azalması  landşaftın  differensiasiyasında  vacib 

amil  olan  istilik  və  rütubətin  münasibətini  dəyişdirir.  Qütb  rayonlarında  olduğu 

kimi, yüksək dağlıqda da bioloji aləmin inkişafı üçün əsas amil istilik hesab edilir. 

Lakin,  bəzən  yüksək  dağlarda  cənub  yamaclar  qüvvətli  qızdığından,  istilik  və 

rütubətin münasibəti həmişə olduğu kimi müəyyən rol oynayır. 

Dağlıq ölkələrdə landşaftın hündürlük qurşaqları enlik zonalarından iqlimin 

başqa  göstəricilərilə  də  fərqlənir.  Yüksəkliyin  artması  ilə  yanaşı  atmosfer  təzyiqi 

sürətlə  azalır  və  hava  seyrəkləşir.  Elə  bu  istiqamətdə  də  hava  kütlələrinin 

sirkulyasiyasının  səthin  təsir  sferasından,  temperatur  və  təzyiqin  fəsli 

tərəddüdündən asılılığı tədricən azalır. Adətən 3000 m-dən yüksək sahələrdə hava 

sirkulyasiyası  əsasən  azad  atmosfer  qanunauyğunluğuna  tabe  olur.    Buludluluğun 

və digər meteoroloji elementlərin dağlıq landşaftlarda paylanması da özünə məxsus 

xüsusiyyətlərə malikdir. 

Dağlarda hündürlük qurşaqlarının xarakteri, onların tiplərinin əmələ gəlməsi, 

hər şeydən əvvəl, dağın bilavasitə hansı landşaft zonasında yerləşməsindən asılıdır. 

Bu hal daha əyani şəkildə meridional yerləşmiş və kifayət qədər  böyük uzunluğu 

malik  dağlarda  yaxşı  müşahidə  edilir.  Belə  meridional  və  submeridional  uzanmış 

dağ sistemlərinə Ural, And, Kordilyer və s. aid etmək olar. Bunlardan Ural dağları 

ş

imalda tundra zonasından, cənubda yarımsəhraya qədər 2000 km-dən çox uzanır. 



Hər bir enlik zona və yarımzona (tundra, meşə-tundra, şimali tayqa, mərkəzi çöl və 

Behruz Melikov

Behruz Melikov



s.) Ural dağları daxilində özünün hündürlük qurşaqları sisteminə uyğun gəlməklə, 

onların  sayına,  cəminə,  ardıcıl  əvəz  olunmasına,  hər  bir  qurşağın  aşağı  və  yuxarı 

sərhədlərinə,  həmçinin  bir  sıra  zonal  xüsusiyyətlərin  xarakterinə  (məsələn,  tayqa 

zonasında dağ-tayqa qurşağı tünd iynə yarpaqlı meşələrdən, meşə-çöl-qara şam və 

ş

am, həmçinin toz ağacından ibarətdir) görə fərqlənirlər. 



Enlik  zonalarının  xarakterindən  asılı  olaraq  hündürlüq  qurşaqlarının  sayı 

ekvatora  doğru  yaxınlaşdıqca  daha  da  artır.  Ən  sadə  hündürlük  qurşaqları  buzlaq 

zonasında (Arktika və antarktikada) müşahidə edilir: burada yalnız bircə qurşaq – 

buzlaq  və  ya  «qütb  səhraları»  mövcuddur  ki,  bu  da  Arktika  enlik-zonal  landşaft 

tipinin  təbii  davamıdır.  Tundrada  iki  qurşaq  fərqləndirmək  olar:  dağ-tundrası, 

buzlaq və s. 

Landşaftın hündürlük zonallığı ümumi anlayış olub, onun konkret sahələrdə 

müşahidə  olunması  (zonaların  sayı  və  ardıcıllığı,  onların  landşaftdaxili  quruluşu), 

çoxcəhətliyi  aşağıdakı  amillərdən  asılıdır:  dağ  sistemlərinin  və  ya  vilayətlərinin 

coğrafi vəziyyətindən, mütləq yüksəkliklikdən, yamacların səmtliyi və dikliyindən, 

dağ süxurlarının xarakterindən və s. Başqa sözlə, müəyyən dağ sistemləri daxilində 

landşaftın  hündürlük  zonaları  tipinin  hər  biri  özünün  konkret  ifadəsini  landşaftın 

hündürlük  zonalarının  struktur  tipində  tapır.  Məsələn,  Böyük  Qafqazın  şimal 

yamacında  zonal  çöl  tipi  fonunda  qərbi  və  mərkəzi  Qafqaz  struktur  tipləri 

fərqləndirilirsə,  onun  şərqində  yarımsəhra  və  səhra  zonal  tipləri  fonunda  Şərqi 

Qafqaz  struktur  tipi  ayrılır.    Onlar  bir-birindən  hündürlük  landşaft  zonalarının 

sayına,  bu  zonaların  hündürlük  vəziyyətinə,  landşaftların  xarakterinə  və  s.  görə 

fərqlənirlər. 

Hər  hansı  bir  dağın  şimal  və  cənub  səmtli  yamaclarında  və  ya  müxtəlif 

dağların  eyni  səmtli  yamaclarında  landşaftın  hündürlük  zonallığının  xarakterində 

böyük  müxtəlifliklər  müşahidə  edilir.  Hər  şeydən  əvvəl  bu  müxtəlifliklər  günəş 

ş

üaları  ilə  daha  çox  qızan  güney  yamaclarda  eyni  adlı  hündürlük  zonaları  və 



yarımzonaların  sərhədlərinin  quzey  yamacla  müqayisədə  hipsometrik  cəhətcə 

yurayıra çəkilməsində ifadə edilir. Hətta bir dağ daxilində, eyni yüksəklikdə, onun 

yerləşməsindən, yamacların dikliyindən və səmtindən asılı olaraq, kəskin fərqlənən 

Behruz Melikov

Behruz Melikov



torpaq və bitki tipləri inkişaf edir. Məsələn, Zaili dağlarının şimal yamacında onun 

mütləq  yüksəkliyi  1800  m-dən  2500-2700  m-dək  olan  qərb  hissəsində  taxıl-

müxtəlif  otlu  çöllər  yayıldığı  halda,  həmin  dağın  mərkəz  hissəsində,  həmin 

yamacda və eyni yüksəklikdə şam meşələri inkişaf etmişdir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 15 

brahimov T. 

Landşaft komplekslərinin asimmetriyasi 

Simmetriya  hadisəsi  ümumi  təbii  qanunauyğunluqlardan  biridir.  O,  yer 

səthitdə  inkişaf  edən  bütün  təbii  obyektlərin  canlı  və  cansız  təbiətin 

xüsusiyyətlərini  əks  etdirir.  Lakin  müşahidələr  və  bu  sahədə  indiyədək  aparılan 

elmi  işlərin  təhlili  göstərir  ki,  real  təbii  obyektlərdə  riyazi  dəqiqliklə  ölçülən  tam 

simmetriya yoxdur. Bir sıra qüvvələrin təsirilə hətta ən kiçik təbii komplekslərdən 

başlamış  ümumi,  planetar  miqyaslı  obyektlərədək  simmetriya  tez-tez  pozulur  və 

coğrafi təbəqə üzərində müxtəlif dərəcəli mürəkkəbliklər yaranır.  deal simmetriya 

modelindən  kənara  çıxan  bütün  hadisələr  asimmetriya  adlanır.  Beləliklə, 

asimmetriyaya simmetriyanın kifayət qədər ifadə olunmayan hissəsi kimi baxmaq 

lazımdır. 

Ümumiyyətlə, Yer haqqında elmlər sistemində simmetriya barədə təlim az-

çox geologiya sahəsində inkişaf etmişdir. Fiziki coğrafiyada isə elmin bu problemi 

hələlik  kifayət  qədər  araşdırılmamışdır  (L.P.Şubayev,  1971,  F.H.Milkov,  1981). 

Lakin, bununla bərabər, asimmetriya anlayışı landşaft kompleksləri arasında geniş 

yayılmışdır. Demək olar ki, çay dərələri və onun landşaft komplekslərinin əksəri, 

səhralardakı barxanlar, dağ sistemləri, yaylalar və s. asimmetrik quruluşa malikdir. 

Yerin qütb asimmetriyası elmdə çoxdan məlumdur (K.K.Markov, 1963). 

fadə  olunma  dərəcəsinə  görə  bütün  landşaft  kompleksləri  iki  asimmetriya 

sinfinə ayrılır (F.N.Milkov, 1981, s.85). 

1.Morfoloji  cəhətcə  tam  asimmetriya  sinifi.  Bu  sinifə  aid  olan  təbii 

komplekslər  asimmetrik  relyef  şəraitində  inkişaf  edir.  Belə  asimmetriya  tipinə 

yamaclarının  dikliyi,  eyni  olmayan  çay  dərələri,  qobu  və  yarğanlar,  barxanlar, 

kuest  tirələri,  monoklinal  tirələr  və  s.  misal  ola  bilər.  Yamacların  dikliyində 

müşahidə  edilən  fərq,  ana  süxurların,  torpaq  örtüyünün,  mikroiqlim,  bitki 

assosiasiyalarının,  heyvanat  aləminin  xarakterində  öz  əksini  tapır.  ri  planda  tam 

asimmetriya Ural, Böyük Qafqaz, Karpat, Alp və digər dağ sistemlərinin landşaft 

strukturunda  kifayət  qədər  aydın  müşahidə  edilir.  Həmin  dağ  sistemlərinin  əks 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə