MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Bavramova Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı.. «Maarif»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə64/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   60   61   62   63   64   65   66   67   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
Bavramova Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı.. «Maarif».. 
s4l5-419 
89 
downloaded from KitabYurdu.org


Psixiastenik 
tip 
Həmişə nədənsə ehtiyat edir, qorxur, hər şeydən 
şübhələnir və həyəcanlanır, qətiyyətsizdir, tanış 
adamların içində özünü daha yaxşı hiss edir. 
Şizoid tip 
Adamlara yovuşmur, onlarla soyuq rəftar edir
çətinliklə ülfət bağlayır, qaradinməzdir, bir iş 
olanda özünü kənara çəkir. 
Epileptoid 
tip 
Özünü kifayət qədər idarə edə bilmir, davranışı 
impulisiv xarakter daşıyır, hövsələsizdir. Heç nədən 
dava- dalaş salır, uzun müddət sakitləşmir. 
İsteroid tip 
Şöhrətpərəstdir, yerli-yersiz lovğalanır, hamının 
diqqətini özünə cəlb etməyə çalışır, yalan danışır, 
heç nədən cürbəcür əhvalatlar uydurur, bu yolla 
məqsədinə nail olmadıqda özünü xəstəliyə vurur. 
Səbatsız tip 
Asanlıqla təisr altına düşür, adamlarla tez dil tapır, 
günülü saatlarla boş-boşuna keçirir, bu günlə 
yaşayır, sabahkı gün və öz gələcəyi haqqında 
fikirləşmir. 
Konform tip Həyat qaydası belədir: "Hamı kimi" fikirləşmək, 
hərəkət etmək, "Hamı necə, mən də elə"; ətrafdakı 
adamlardan geri qalmağa, eyni zamanda onlardan 
fərqlənməyə çalışır, başqa adamların tələblərinə 
asanlıqla uyğunlaşır. 
Konform 
tipin kon-
form-
gipertim 
variantı 
Başqa adamların istədiyi kimi hərəkət edir, eyni 
zamanda özünün gələcəyinə optimistcəsinə yanaşır, 
sağlam və qüvvətli olduğunu nəzərə çarpdırır, lakin 
təşəbbüs göstərmir, passivdir, qaydalara can-başla 
əməl edir. 
Qarışıq tip 
Davranışda müxtəlif tiplərin (labil tiplə asteno-
nevrotik senzitiv tipin, astenevrotiv tiplə senzitiv 
tipin, şizoid tiplə sentiziv, psixastenik, epilertoid, 
isteroid tipin və s.) əlamətləri özünü göstərir. 
90 
downloaded from KitabYurdu.org


Xarakterin aksentuasiyasının mahiyyəti (təbiəti) hələ kifayət 
qədər öyrənilməmişdir. Psixiatrik müşahidələr göstərir ki, onun 
əsas tipləri yeniyetməlik yaşında formalaşsa da, ayrı-ayrı 
əlamətləri hələ kiçik yaşlarından həyat şəraitinin, tərbiyənin 
nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artqıqca, xarakterin 
aksentuasiyası sahəsində də müəyyən dəyişikliklər baş verir. Lakin 
bu dəyişikliklərin yalnız bəziləri yaş xüsusiyytəi kimi meydana 
çıxır, onların əksəriyyəti isə keçici xarakter daşıyan ümumi 
dinamik 
dəyişikliklərdir. 
Bəzi 
hallarda 
isə 
xarakterin 
aksentuasiyası fonunda müxtəlif psixi pozğunluqlar -nevroz
reaktiv depressiya və s. inkişaf edir. 
Yaş artdıqca, həyat təcrübəsi zənginləşdikcə, bir çox hallarda 
xarakterin aksentuasiyası açıq formada özünü göstərmir; onun 
ayrı-ayrı əlamətləri pərdələnir, yəni gizli forma qazanır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə