MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   58   59   60   61   62   63   64   65   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

tipik 

 fərdi
əlamətlər olmaqla üzrə 
iki yerə bölə bilərik. İnsanın psixi həyatının bütün cəhətləri 
kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir. Eyni cə-
miyyətdə yaşayan insanların həyat şəraitində ümumilik xüsu-
siyyətlərilə yanaşı, özünəməxsus cəhətlər də özünü göstərir. Bu 
xüsusiyyətləri ifadə etmək üçün makro və mikro mühit 
terminlərindən istifadə edə bilərik. Bizim hamımızın makro-
mühitimiz eynidir. Yəni birimiz şəhərdə, birimiz kənddə, aran-
da, dağlıq yerdə yaşasaq da bir ölkədə böyüyür, təhsil alır və 
fəaliyyət göstəririk. 
Makromühit kimi mikromühit də geniş anlayışdır. Bir 
misalla fikrimizi izah edək: Leyla və Rəfiqə eyni sinifdə 
oxuyurlar. Leylanın qardaşı yoxdur, iki bacıdırİar. Rəfiqənin 
isə bacısı 
87 
downloaded from KitabYurdu.org


yoxdur, iki qardaşı var. Bu o deməkdir ki, onlar bir-birindən fərqli 
mikromühitdə böyüyürlər. 
Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir. Onlar hə-
mişə qarşılıqlı əlaqədədirlər. Xarakter əlamətləri müxtəlif və 
çoxcəhətli olsa da, əksər hallarda onlann biri və ya bir neçəsi 
insanın qavranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. 
İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti, adətən, nəzərə 
alırlar: biz hər hansı bir şəxsi "mehriban" və ya "kobud adam" 
kimi qiymətləndirdikdə onun müəyyən bir xarakter əlamətini 
nəzərə çarpdırırıq. 
Hələ XIX əsrin sonlarından etibrən psixiatrların diqqətini belə 
bir cəhət cəlb etmişdi ki, ayrı-ayrı adamların xarakterində 
özlərinin zahiri əlamətlərinə görə hətta bəzən psixopatiyanı 
xatırladan, əslində isə ondan fərqlənən ifrat cəhətlər özünü 
göstərir. XX əsrin 60-cı illərinin sonunda alman alimi 
K.Leonqardın təklif etdiyi şəxsiyyətin aksentuasiyası termini 
müasir psixiatriyada və psixologiyada geniş yayılmışıdr. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə