Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə49/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 43 
Xəstəni arxası, sonra isə əks böyrü, yarımçıq sərilmiş döşəkağının üstünə çevirərək, çirkli döşəkağını 
götürüb təmizini sərirlər və onun qırışlarını düzəldirlər. Dırnaqlar tutulduqdan sonra qayçı dezinfeksiya 
olunmalıdır. Bunun üçün pambığı spirt və ya 0,5%-li xloramin məhluluna batırıb silirlər.
Dəriyə qulluq
-uzun müddət çimməyən xəstələrin bədəni su və ya hər hansı dezinfeksiyaedici 
məhlulla, kamfora spirti, araq, xörək sirkəsi və s. isladılmış dəsmalla silinir. Bunun üçün dəsmalın ucu 
isladılır, qulaqların arxasını, boyunu, kürəkləri, döş qəfəsinin qabaq hissəsi və qoltuqaltı silinir. Döş 
vəzilərinin altın dakı büküşlərə baxmaq lazımdır. Bişmə əmələ gələ bilər. Hər dəfə dəri silindikdə yataq 
yaralarına fikir verilməlidir. Yaraların əmələ gələ biləcək yerinə rezin halqa qoymaq lazımdır.
Ağız boĢluğuna qulluq
-gəzən xəstələr səhər-axşam dişlərini yuyur, yeməkdən sonra ağızlarını azca 
duzlu su ilə yaxalayırlar. Dişlərini yuya bilməyən xəstələrin yeməkdən sonra ağzı silinməlidir. Bunun 
üçün pambıq yumrusu pinsetlə götürülür, 5%-li borat turşusu və ya 2%-li natrium hidrokarbonat və ya adi 
qaynanmış suda isladılır, xəstənin dişləri və dili silinir. Bundan sonra xəstə ağzını yaxalayır. Çox vaxt ağır 
xəstədə stomatit əmələ gəlir. Bunu müalicə etmək üçün applikasiya üsulundan istifadə olunur-
dezinfeksiyaedici məhlul isladılmış salfetka 3-5 dəqiqə ağızın selikli qişası üzərində saxlanılır. Bunu 
ağrıkəsici dərmanlarla da etmək olar. Dərmanları Esmarx qabı, Jane şprisi və ya rezin “armud”-la 
şırınqalayırlar. Bunun üçün xəstə yarımuzanmış vəziyyətdə oturur, xəstə əlində böyrəyə oxşar ləyəni tutur 
ki, su oraya tökülsün. Tibb bacısı əvvəl bir yanağı, sonra o biri yanağını dartır, ucluğu onun ağzına salır və 
ağız boşluğunu şırınqalayır. Esmarx qabı xəstənin başından 1m yuxarıda asılmalıdır ki, təzyiq güclü olsun. 
Əgər xəstənin çıxarılıb salınan diş protezləri vardırsa, onlar hər axşam içində qaynanmış su olan stəkanda 
saxlanılmalıdır.
Gözlərə qulluq
-gözdən ifrazat axdıqda onları yumaq lazımdır. Steril tənzif tamponu 3%-li ilıq 
boraks məhlulunda isladıb gözləri yuyurlar. Gözlərə lazım gələrsə, damcı və məlhəm tökülür. Dərman 
tökülən pipetka əvvəlcə qaynanmalı-dır. Tibb bacısı xəstənin gözünü yumazdan əvvəl əllərini sabun və 
şotka ilə yuyur, sonra spirtlə silir. Sol əllə gözün alt qapağı azca dartılır və xəstəyə əks tərəfə baxma təklif 
olunur, damcı buruna yaxın tərəfə tökülür, sonra xəstəyə gözlərini yumması tapşırılır. İşlənmiş pipetka ilıq 
su ilə yuyulur. Məlhəm gözə xüsusi şüşə kürəciklərlə yaxılır. Eyni qayda ilə alt qapaq aşağı dartılır, 
məlhəm selikli qişaya sürtülür.
Qulağa qulluq
-uzun müddət yataqda olan xəstənin qulağını da təmizləmək lazımdır. Kir tıxacı 
əmələ gəlibsə, onu çıxartmaq lazımdır. Qulağa dərman tökmək üçün başı sağlam qulağa tərəf döndərir, sol 
əllə qulağın sırğalığını dartır, sağ əllə isə pipetkanı tutub dərmanı qulaq keçəcəyinə tökürlər. Sonra qulağa 
kiçik tampon qoyur, bir neçə dəqiqədən sonra çıxarırlar.
Burun deşikləri ifrazat vazelinli tamponla təmizlənir. Vazelin yağında, qliserində və s. -də isladılmış 
tampon burun yollarına salınır və 2-3 dəqiqədən sonra pambığı bura-bura qartmağı çıxarırlar.
Saçlara qulluq
-yataq xəstəsi olan kişilərin saçları dibdən vurulur. Həftədə 1 dəfə saçlar yuyulur. 
Uzun saçı olan qadınların başı hər gün sıx daraqla daranır. Fərdi daraq olmalıdır. Daraq sirkə məhlulunda 
təmizlənir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə