Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə102/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

Zehni tərbiyə - (Bəzi pedaqoji ədəbiyyatda əqli tərbiyə də işlənir) uşaqların, şagirdlərin zehni qüvvələrinin, zehni təfəkkürü-nün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir.
Zehni tərbiyə insanda mənəvi zənginlik yaratmaqla bərabər əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesində intellektual qabiliyyətləır yaradıcı təfəkkür inkişaf edir, nəcib əxlaqi keyfiyyətlər formalaşır. Bu prosesdə insanlarda öz gücünə inam ya-ranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaran-masına səbəb olur.
Fənn və maraq dərnəklərinin, müxtəlif idraki klubların işi, ki-tab mütaliəsi, kitab üzərində müxtəlif işlər - rəy yazmaq, plan tut-maq, icmallaşdırmaq, tezis hazırlamaq və s., kitab və kitabxanalar-dan istifadə, tarixi yerlərə, muzey və sərgilərə, təbiətə ekskursiyala-rın təşkili, müxtəlif peşə sahibləri, elm adamları ilə görüşlər zehni tərbiyənin mühüm vasitələri hesab edilir.
Zehni tərbiyənin bir sıra vəzifələri vardır.
Zehni tərbiyənin birinci vəzifəsi təfəkkürü, əqli qüvvələri, potensial intellektual qabiliyyətləri inkişaf etdirməkdir. Təfək-kür beynin məhsuludur və bütün insanlara xasdır. Onun dialektik,

məntiqi, mücərrəd induktiv, deduktiv, yaradıcı növləri vardır. Təfəkkürün inkişafı fikri fəallıqla, məntiqi və tənqidi düşüncə ilə, təhlil, müqayisə və ümumiləşdirmələr aparmaqla həyata keçirilir.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə