MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə24/42
tarix11.12.2023
ölçüsü75,27 Kb.
#148142
1   ...   20   21   22   23   24   25   26   27   ...   42
M LK M dafi M lki M dafi n dir M lki M dafi nin yaranma tarix

QICIQLANDIRICI ZM
Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Kimyəvi adı dihidrofenarsazinxloriddir.Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Qaynama temperaturu 4100 C, suda demək olar ki, həll olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-1950 C-dir. Adamsit yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir. Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlənəticələnir.İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır.Mühafizə vasitəsi – əleyhqaz. Deqazasiya otağın havasını dəyişməklə aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsi iləmüəyyən edilir.
30.Məşiətdə istifadə olunan güclü təsirli zəhərləyici maddələr
Hazırda dünyada 20 mln. artıq kimyəvi birləşmə məlumdur. Bu geniş kimya aləmindən bizi istehsalatda və məişətdə 100-dən çox Güclü Təsirli Zəhərləyici Maddələr əhatə edir. Bir çox belə maddələr istehsalatın ayrılmaz hissələri olmuşlar. GTZM təsərrüfat məqsədləri ilə işlədilən elə kimyəvi maddələrə deyilir ki, onlar ətrafa yayılarkən havanın zədələyici konsentrasiyalarda zəhərlənməsinə səbəb olur. GTZM-in, onlar saxlanılan tutumlardan və qablardan kənara axması, həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verə bilər. Kimyəvi maddələr istehsalı zamanı baş verən qəzalar adətən partlayışlar və yanğınlarla müşayiət olunur. Bunlar isə çox vaxt yanma və kimyəvi maddələrin natamam parçalanması nəticəsində yeni GTZM yaranmasına vəatmosferin çirklənməsinə səbəb olur zəhərlənmə zonasına gəlmiş şəxsi heyətin mühafizəsi üçün əlavə tədbirlər görülməsini tələb edir.
Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aid edilə bilər:

  • kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;

  • suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə qurğuları;

  • soyuducu maddə olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr, ilk növbədə yeyinti sənayesi saxlayan nazirliklərin və idarələrin soyuducu qurğuları və bazaları;

  • GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yerləri olan dəmir yolu stansiyaları;

  • taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar;

  • kənd təsərrüfatında işlədilən kimyəvi maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.

Respublikamızın təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri nəzərdən keçirək

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə