MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Dəridə yara əmələ gətirən zəhərləyici maddələr



Yüklə 75,27 Kb.
səhifə23/42
tarix11.12.2023
ölçüsü75,27 Kb.
#148142
1   ...   19   20   21   22   23   24   25   26   ...   42
M LK M dafi M lki M dafi n dir M lki M dafi nin yaranma tarix

28.Dəridə yara əmələ gətirən zəhərləyici maddələr
İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd –qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.Qaynama temperaturu 2170 C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3-5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.Deqazasiya – xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadəedilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.
Lyuizit – Asetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır vəxoşagəlməz iyə malikdir.Qaynama temperaturu 930 C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur. Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır.

29.Boğucu və qıcıqlandırıcı zəhərləyici maddələr
BOĞUCU ZM
Fosgen-ilk dəfə 1812-ci ildə ingilis alimi Devi tərəfindən dəm qazı ilə xlorun günəş şüaları altında qarşılıqlı təsirindən alınmışdır. Yunanca tərcüməsi «işıqda doğulmuş» mənasını verir. Adi halda rəngsiz qazdır, buxarları havadan 3,5 dəfə ağırdır. 8,20 C-də uçucu mayeyə çevrilir. Az miqdarda qatılıqda çürümüş alma iyi verir. Ağ ciyərlərə təsir göstərir, onlarda şiş əmələ gətirir, nəticədə orqanizmin oksigenlə təchizatı pozulur.Fosgenlə nəfəs aldıqda ağızda şirin dad, sonra öskürək, baş gicəllənməsi və ümumi zəiflik hiss olunur. Zəhərlizonadan çıxdıqdan sonra adətən 2-12 saat ərzində adam özünü yaxşı hiss edir. Bu period gizli period adlanır. Bundan sonra adamda kəskin dəyişiklik baş verir. Əgər vaxtında həkim yardımı göstərilməsə, ölümlənəticələnə bilər. Deqazasiya – havadəyişmə və yaxud ammonyak iyləməklə mümkündür.Toksiki xassələri: difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda zəhərli zonadan maşınla və ya xərəklə çıxarmaq lazımdır. Zərərçəkəni piyada yeriyərək zəhərli zonadan çıxarmağa icazə verilmir. Onu təmiz havaya çıxardıqdan sonra təcili tibb məntəqəsinə göndərmək lazımdır. Heç bir halda difosgenlə zəhərlənmiş adama süni tənəffüs vermək olmaz

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə