Tezislər
145
AZƏRBAYCAN FOLKLORU ƏRTOĞROL CAVĠDĠN
TƏDQĠQATLARINDA
GÜLBƏNIĠZ BABAXANLI
Azərbaycan Milli Elmlər Akademiyası
Hüseyn
Cavidin Ev Muzeyi
huseinjavid@gmail.com
Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən
Ərtoğrol Cavid çoxyönlü istedadı ilə diqqəti çəkməkdədir. O, həm atası dahi
Hüseyn Cavid kimi Ģair, həm müəllimləri dahi Üzeyir bəy Hacıbəyli və Bülbül
kimi istedadlı musiqiĢünas, bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən
musiqi və folklor tədqiqatçısı olmuĢdur. Etnoqrafiya sahəsində də Ərtoğrolun
xüsusi bilik və qabiliyyətinin olduğunu söyləmək üçün hazırda Azərbaycan
Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində saxlanılan, həm
özünün, həm də baĢqa yoldaĢlarının topladığı çoxsaylı folklor materialları
haqda tədqiqat iĢləri əsas verir. Atası Hüseyn Cavid kimi fəlsəfi dünyagörüĢün
daĢıyıcısı olan Ərtoğrol Cavid yaĢının və təcrübəsinin az olmasına baxmayaraq
məĢğul olduğu elm və sənət sahələrində heyrətamiz bir erudisiya göstərmiĢ və
lakonik qeydlərində peĢəkar, böyük ümidlər bəxĢ edən tədqiqatçı
alim olduğunu
sübuta yetirmiĢdir.
Buna görə də biz Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin bütün yönlərinə,
onun təkraredilməz Ģəxsiyyətinə bir daha toxunmayaraq yalnız Hüseyn Cavidin
Ev Muzeyində saxlanan materiallar əsasında onun folklorĢünaslıq irsinin bəzi
cəhətlərinə iĢıq tutmaqla kifayətlənəcəyik.
Bu zəngin xəzinə gənc tədqiqatçı tərəfindən rəyləĢdirilərək öz qiymətini
almıĢdır. Bunların arasında xalqın içərisindən toplanmıĢ nağıllar, dastanlar,
müxtəlif janrları əhatə edən aĢıq poeziyası örnəkləri, bayatılar, laylalar,
holavarlar, oxĢamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və
yas mərasimlərinin təsviri və s. folklor, etnoqrafiya materialları vardır.
Bunlardan 34 xalq mahnısı nota salınmıĢdır ki, bu da mədəni sərvətlərimizi
gələcək nəsillərə çatdırmaq istiqamətində Ərtoğrol Cavid tərəfindən atılmıĢ ilk
addım və böyük xidmətdir.
Materialların böyük bir qismini xalqımız arasından toplanmıĢ nağıl və
dastanlar, aĢıq poeziyası örnəkləri təĢkil edir ki, Ərtoğrol Cavid bu sahədə də öz
erudisiya və biliklərini həmin folklor materiallarına yazdığı rəylərdə və onlar
haqqında söylədiyi elmi-tənqidi fikirlərdə yüksək səviyyədə ifadə etməyə nail
olmuĢdur. Gənc alim həmin materialları yalnız dar
bir xronoloji çərçivədə deyil,
tarixi-didaktik perspektivdə nəzərdən keçirməyə və qiymətləndirməyə üstünlük
verir ki, bu da Ərtoğrol Cavidin Azərbaycanın zəngin folklor irsinə mücərrəd
bir anlayıĢ kimi deyil, tarix boyu hərəkətdə olan və gənc nəsillərin
vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi
Beynəlxalq İpək Yolu
146
yönündə necə böyük əhəmiyyət daĢıya biləcəyini sayıq bir vətəndaĢ kimi
anlayaraq təbliğ etməyə çalıĢır.
Hüseyn Cavidin Ev Muzeyində saxlanan və ―Azərbaycan qeyri-maddi
mədəniyyəti və Ərtoğrol Cavid‖ adlı 10 cildli nəĢrlə oxucuların istifadəsinə
verilən folklor materiallarının bir qismi orijinaldır, bir qisminin variantları çap
olunub; ancaq onlar əsas etibarilə bir də ona görə qiymətlidir ki, onları böyük
Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün
də əhəmiyyətini itirməyən elmi aparatura ilə təmin edib. Bütün bu materialların
və onlara yazılmıĢ Ərtoğrol Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor
materialları kontekstində çağdaĢ oxucuya çatdırılması, zənnimizcə, müstəqil
respublikamızda gedən ədəbi-mədəni inkiĢafın göstəricilərindən biri və
Cavidlər irsinə verilən qədirĢünaslıq örnəyi olacaqdır. Respublikanın
rəhbərliyinin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və
ĠSESKO-nun xoĢməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın sevgi və diqqətlə həyata keçirdikləri qayğı nəticəsində artıq
Azərbaycan muğamı və Azərbaycan aĢıq yaradıcılığı YUNESKO tərəfindən
bəĢəriyyətin qeyri-maddi mənəvi sərvətləri siyahısına daxil edilmiĢdir.
Bunu da
söyləmək xoĢdur ki, 10 cildlik nəĢrə daxil olan materialların əksəriyyəti məhz
mədəni irsimizin bu iki qoluna aiddir və onların nəĢri bu baxımdan təkcə
ölkəmiz üçün deyil, bütün bəĢəriyyət üçün, baĢqalarının mədəniyyətinə hörməti
öz mədəniyyətinə hörmətin təsdiqi kimi qəbul edən xalqlar və insanlar üçün
əhəmiyyət daĢıyır.
Açar sözlər:folklor, mahnı, nağıllar, dastan, aĢıq
NUH HAQQINDA ƏFSANƏLƏRĠN YAYILMA SAHƏLƏRĠ, SÜJET VƏ
OBRAZLARI
SEYFƏDDĠN RZASOY
AMEA Folklor Ġnstitutu
seyfeddin_rzasoy@mail.ru
Nuh peyğəmbər haqqında əfsanələrə Azərbaycanın bütün folklor
mühitlərində rast gəlinir. Lakin onlar Azərbaycanın qədim diyarı Naxçıvan və
onun ətrafındakı bölgələrdə daha çox yayılmıĢdır. Naxçıvan folklor mətnlərində
Nuh adı çox məĢhurdur. Bölgənin yer-yurd adları, dağları, müxtəlif təbii-
coğrafi obyektlərinin bir çoxu Nuhu yada salır. Nuh peyğəmbərin adı burada,
ümumiyyətlə, Naxçıvan torpağının yaranması ilə əlaqələndirilir. Heç təsadüfi
deyildir ki, M.Cəfərli bölgənin xalq yaradıcılığını «Nuhdan və mifdən baĢlanan
Naxçıvan folkloru» kimi səciyyələndirmiĢdir.
Nuhla bağlı Azərbaycan əfsanələrini ümumiləĢdirdikdə onların vahid
obraz-süjet kompleksini təĢkil etdiyini görürük. Əfsanələr üçün səciyyəvi olan
obrazlar aĢağıdakılardır: