MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


  AZƏRBAYCAN  FOLKLORU  ƏRTOĞROL  CAVĠDĠN



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

Tezislər 
 
145 
AZƏRBAYCAN  FOLKLORU  ƏRTOĞROL  CAVĠDĠN  
TƏDQĠQATLARINDA 
GÜLBƏNIĠZ BABAXANLI 
Azərbaycan Milli Elmlər Akademiyası 
Hüseyn Cavidin Ev Muzeyi 
huseinjavid@gmail.com 
 
Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən 
Ərtoğrol Cavid çoxyönlü  istedadı  ilə diqqəti  çəkməkdədir. O, həm atası dahi 
Hüseyn Cavid kimi Ģair, həm müəllimləri dahi Üzeyir bəy Hacıbəyli və Bülbül  
kimi istedadlı musiqiĢünas, bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən 
musiqi və folklor tədqiqatçısı olmuĢdur. Etnoqrafiya  sahəsində də  Ərtoğrolun  
xüsusi  bilik  və  qabiliyyətinin  olduğunu  söyləmək  üçün  hazırda  Azərbaycan 
Milli  Elmlər  Akademiyası  Hüseyn  Cavidin  Ev  Muzeyində  saxlanılan,  həm 
özünün,  həm  də  baĢqa  yoldaĢlarının  topladığı  çoxsaylı  folklor  materialları 
haqda tədqiqat iĢləri əsas verir. Atası Hüseyn Cavid kimi fəlsəfi dünyagörüĢün 
daĢıyıcısı olan Ərtoğrol Cavid yaĢının və təcrübəsinin az olmasına baxmayaraq 
məĢğul olduğu elm və sənət sahələrində heyrətamiz bir erudisiya göstərmiĢ və 
lakonik qeydlərində peĢəkar, böyük ümidlər bəxĢ edən tədqiqatçı alim olduğunu 
sübuta yetirmiĢdir. 
Buna görə də biz Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin bütün yönlərinə, 
onun təkraredilməz Ģəxsiyyətinə bir daha toxunmayaraq yalnız Hüseyn Cavidin 
Ev  Muzeyində  saxlanan  materiallar  əsasında  onun  folklorĢünaslıq  irsinin  bəzi 
cəhətlərinə iĢıq tutmaqla kifayətlənəcəyik. 
Bu  zəngin  xəzinə  gənc  tədqiqatçı  tərəfindən    rəyləĢdirilərək  öz  qiymətini 
almıĢdır.  Bunların    arasında    xalqın    içərisindən  toplanmıĢ  nağıllar,  dastanlar, 
müxtəlif  janrları  əhatə  edən  aĢıq  poeziyası  örnəkləri,  bayatılar,  laylalar, 
holavarlar,  oxĢamalar,  xalq  mahnıları,  muğam  mətnləri,  oyun  havaları,  toy  və 
yas  mərasimlərinin  təsviri  və  s.  folklor,  etnoqrafiya  materialları  vardır. 
Bunlardan  34  xalq  mahnısı  nota  salınmıĢdır  ki,  bu  da  mədəni  sərvətlərimizi 
gələcək nəsillərə çatdırmaq istiqamətində Ərtoğrol Cavid tərəfindən atılmıĢ ilk 
addım və böyük xidmətdir. 
Materialların  böyük  bir  qismini  xalqımız  arasından  toplanmıĢ  nağıl  və 
dastanlar, aĢıq poeziyası örnəkləri təĢkil edir ki, Ərtoğrol Cavid bu sahədə də öz 
erudisiya  və  biliklərini  həmin  folklor  materiallarına  yazdığı  rəylərdə  və  onlar 
haqqında söylədiyi elmi-tənqidi fikirlərdə yüksək səviyyədə ifadə  etməyə nail 
olmuĢdur. Gənc alim həmin materialları yalnız dar bir xronoloji çərçivədə deyil
tarixi-didaktik perspektivdə nəzərdən keçirməyə və qiymətləndirməyə üstünlük 
verir  ki,  bu  da  Ərtoğrol  Cavidin  Azərbaycanın  zəngin  folklor  irsinə  mücərrəd 
bir  anlayıĢ  kimi  deyil,  tarix  boyu  hərəkətdə  olan  və  gənc  nəsillərin 
vətənpərvərlik  ruhunda,  milli-mənəvi  dəyərlərə  hörmət  ruhunda  tərbiyəsi 


Beynəlxalq  İpək Yolu  
 
 
146 
yönündə  necə  böyük  əhəmiyyət  daĢıya  biləcəyini  sayıq  bir  vətəndaĢ  kimi 
anlayaraq təbliğ etməyə çalıĢır. 
Hüseyn  Cavidin  Ev  Muzeyində  saxlanan  və  ―Azərbaycan  qeyri-maddi  
mədəniyyəti və  Ərtoğrol  Cavid‖ adlı 10 cildli  nəĢrlə oxucuların istifadəsinə 
verilən folklor materiallarının bir qismi orijinaldır, bir qisminin variantları çap 
olunub; ancaq onlar əsas etibarilə bir də ona görə qiymətlidir ki, onları böyük 
Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün 
də əhəmiyyətini itirməyən elmi aparatura ilə təmin edib. Bütün bu materialların 
və  onlara  yazılmıĢ  Ərtoğrol  Cavid  rəylərinin,  elmi  fikirlərinin  əyani  folklor 
materialları  kontekstində  çağdaĢ  oxucuya  çatdırılması,  zənnimizcə,  müstəqil 
respublikamızda  gedən  ədəbi-mədəni  inkiĢafın  göstəricilərindən  biri  və 
Cavidlər  irsinə  verilən  qədirĢünaslıq  örnəyi  olacaqdır.  Respublikanın 
rəhbərliyinin,  Heydər  Əliyev  Fondunun  Prezidenti,  YUNESKO-nun  və 
ĠSESKO-nun    xoĢməramlı    səfiri,    Azərbaycanın    birinci    xanımı  Mehriban 
Əliyevanın  sevgi  və  diqqətlə  həyata  keçirdikləri  qayğı  nəticəsində  artıq 
Azərbaycan  muğamı  və  Azərbaycan  aĢıq  yaradıcılığı  YUNESKO  tərəfindən 
bəĢəriyyətin qeyri-maddi mənəvi  sərvətləri siyahısına daxil edilmiĢdir. Bunu da 
söyləmək xoĢdur ki, 10 cildlik nəĢrə daxil olan materialların əksəriyyəti məhz 
mədəni  irsimizin  bu  iki  qoluna  aiddir  və  onların  nəĢri  bu  baxımdan  təkcə 
ölkəmiz üçün deyil, bütün bəĢəriyyət üçün, baĢqalarının mədəniyyətinə hörməti 
öz  mədəniyyətinə  hörmətin  təsdiqi  kimi  qəbul  edən  xalqlar  və  insanlar  üçün 
əhəmiyyət daĢıyır. 
Açar sözlər:folklor, mahnı, nağıllar, dastan, aĢıq 
 
 
NUH HAQQINDA ƏFSANƏLƏRĠN YAYILMA SAHƏLƏRĠ, SÜJET VƏ 
OBRAZLARI 
SEYFƏDDĠN RZASOY 
AMEA Folklor Ġnstitutu 
seyfeddin_rzasoy@mail.ru 
 
Nuh  peyğəmbər  haqqında  əfsanələrə  Azərbaycanın  bütün  folklor 
mühitlərində rast  gəlinir. Lakin onlar Azərbaycanın qədim diyarı Naxçıvan və 
onun ətrafındakı bölgələrdə daha çox yayılmıĢdır. Naxçıvan folklor mətnlərində 
Nuh  adı  çox  məĢhurdur.  Bölgənin  yer-yurd  adları,  dağları,  müxtəlif  təbii-
coğrafi  obyektlərinin  bir  çoxu  Nuhu  yada  salır.  Nuh  peyğəmbərin  adı  burada, 
ümumiyyətlə,  Naxçıvan  torpağının  yaranması  ilə  əlaqələndirilir.  Heç  təsadüfi 
deyildir ki, M.Cəfərli bölgənin xalq yaradıcılığını «Nuhdan və mifdən baĢlanan 
Naxçıvan folkloru» kimi səciyyələndirmiĢdir. 
Nuhla  bağlı  Azərbaycan  əfsanələrini  ümumiləĢdirdikdə  onların  vahid 
obraz-süjet  kompleksini təĢkil  etdiyini  görürük.  Əfsanələr  üçün  səciyyəvi  olan 
obrazlar aĢağıdakılardır: 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə