MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

Tezislər 
 
137 
diqqətlə  izlənilir.  Bu  həm  də  ədəbi  əlaqələrin  geniĢlənməsi  üçün  məhsuldar 
zəmindir. 
 
ƏdəbiyyatĢünaslıqda  aktual  problemlərdən  biri  də  ġərq  və  Qərb 
məsələsidir.  Türk  xalqlarının  tarixi  və  mənəvi  həyatının  ġərq  və  Qərblə 
bağlılığı  məsələlərinə  toxunarkən  azərbaycanlı  alimlər  qardaĢ  türk  xalqlarının 
elmi-nəzəri fikrinə də istinad edirlər. 
 
Tatar Ģairi Tukayın yaradıcılığı bu baxımdan geniĢ araĢdırmalara zəmin 
yaradır.  Bu  görkəmli  Ģairin  yaradıcılığını  araĢdırarkən  azərbaycanlı 
ədəbiyyatĢünaslar  özbək  həmkarlarının  da  tədqiqatlarına  həssaslıqla 
yanaĢmıĢlar. 
Sadıq  Turalın  rəhbərliyi  ilə  Atatürk  Kültür    Mərkəzində  hazırlanan 
çoxcildlik ―Türk dünyası ədəbiyyatı tarixi‖ Naxçıvanda da çox ciddi rezonans 
doğurmuĢdur. 
 
Tədqiqatlarda  da  göstərildiyi  kimi,    bu  kitab  üçün  seçilmiĢ  prinsiplər 
bütün Türk Dünyası üçün, ayrı-ayrı türk respublikaları üçün bir örnəkdir. 
 
Naxçıvanlı ədəbiyyatĢünaslar bu kitaba əsaslanaraq qeyd edirlər ki, türk 
xalqlarının söz yaradıcılığının özünəməxsus cəhətləri Naxçıvanda yaranan bədii 
ədəbiyyat nümunələrində çox qabarıqdır, bu isə ilk növbədə, həyatımızın, milli 
dəyərlərimizin,  məiĢətimizin,  adətlərimizin  eyni  kökdən  qaynaqlanması  ilə 
bağlıdır. 
 
Mədəniyyətlərin  dialoqu  kontekstində  aparılan  araĢdımalar  elmi-nəzəri 
fikrin inkiĢaf tarixində mühüm bir mərhələni təĢkil edir. 
 
Bu  mərhələ  isə  çox  ciddi  elmi  nəticələrin,  sivilizasiyaların  reallaĢması 
ilə  mühüm  hadisəyə  çevrilir.  Bu  zəmində  gənc  alimlər  arasında  əlaqələr 
geniĢləndirilir, yeni-yeni tədqiqat istiqamətləri müəyyənləĢdirilir, bu yöndə iĢlər 
daha da təkmilləĢdirilir. 
 
Açar sözlər: Azərbaycan, Naxçıvan Muxtar Respublikası, ‖Kitabi-Dədə 
Qorqud‖, qloballaĢma 
 
 
MƏMMƏD SƏĠD ORDUBADĠ YARADICILIĞINA ġƏRQ VƏ QƏRB 
KONTEKSTĠNDƏN BAXIġ 
NƏRGĠZ ĠSMAYILOVA 
AMEA Naxçıvan Bölməsi 
nergiz.ismayilova@hotmail.com 
 
Məmməd Səid  Ordubadi  Naxçıvanın inkiĢaf  yolunda qılınc ilə birlikdə 
qələmin də vuruĢması, ictimai-siyasi hadisələrdə qalibiyyətin əldə olunmasında 
təkcə qılıncın deyil, həmçinin qələmin də rolu olduğunu göstərirdi.  
Ordubadinin ―Ġki çocuğun  Avropaya səyahəti‖  əsərində  ġərq-Qərb 
müqayisəsi  yolu  ilə milli  oyanıĢa, dirçəliĢə çağırıĢ  motivi öz əksini tapmıĢdır. 
Müxtəlif  Avropa  ölkələrindən  göndərilmiĢ  10  məktub  əsasında  qurulmuĢ  bu 


Beynəlxalq  İpək Yolu  
 
 
138 
əsərdə  hər  ölkənin  paytaxtının  ümumi  mənzərəsi  ilə  yanaĢı,  həm  də 
məmləkətlərin  ən  səciyyəvi  xüsusiyyətləri  diqqət  mərkəzinə  çəkilir.   ―Ġki 
çocuğun  Avropaya  səyahəti‖  əsəri  XX  əsrin əvvəllərində  Azərbaycan 
oxucusunda  Avropa  mühiti,  Qərb  ölkələrinin  inkiĢaf  səviyyəsi  barədə  gerçək 
təsəvvürlərin  formalaĢmasına  imkan  yaradır.  M.S.Ordubadinin  yaradıcılığında 
Ġran  və  Cənubi  Azərbaycan  mövzusu  geniĢ  yer  tutur.  Onun mövzusu    Ġran 
həyatından  götürülən  ―Bədbəxt  milyonçu‖  romanı  da  son  dərəcə  maraqlıdır. 
Fransada  təhsil  alıb  Təbrizə  qayıdan  Rzaqulu  xan  böyük  arzularla  yaĢayır.  O, 
Təbrizdən Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi ruhlu qəzet nəĢr etdirmək, 
məktəblər və müalicəxanalar açmaq, xalqın rifah halını yaxĢılaĢdırmaq istəyir. 
Onun övladları da atası kimi maarifçidirlər, onlar da Avropa təhsili görmüĢlər.  
Məmməd  Səid  Ordubadinin  tarixi  romanlarında  Qərb  və  ġərq  qadını 
müqayisə edilir. ―Dumanlı Təbriz‖ tarixi romanı (1933-1938) isə Azərbaycanda 
milli azadlıq hərəkatının tarixini ən sistemli Ģəkildə əks etdirən romanlardandır. 
ġərq  və  Qərbin  sintezi  Ģəklində  əsaslandırılan  hadisələr  və  hadisələrə  fərqli 
baxıĢ Ģəkli romanı daha da qiymətli edir. 
Nəticə olaraq qeyd edə bilərik ki, Naxçıvanda yaranan ədəbiyyatda hər 
zaman  qədim  ġərqə  və  yeni  dünya  adlandırılan  Qərbə  xüsusi  rəğbət  və  meyil 
olmuĢdur.  Bu  kimi  faktorların  bu  və  ya  digər  Ģəkildə  təsiri  nəticəsində 
Azərbaycan  ədəbiyyatı  Qərb  ədəbiyyatının  müasir  düsturlarını  mükəmməl 
olaraq mənimsədiyini ortaya qoydu.  
Açar  sözlər:  Məmməd  Səid  Ordubadi,  ġərq,  Qərb,  roman,  Naxçıvan 
ədəbi mühiti, müqayisə  
 
 
AZƏRBAYCANLILARIN SOYQIRIMI BƏDĠĠ ƏDƏBĠYYATDA 
SAMĠRƏ KƏRĠMOVA 
AMEA Ədəbiyyat Ġnstitutu 
Akademiya-elm@rambler.ru  
 
Bildiyiniz kimi, bəĢəriyyət tarixin müxtəlif mərhələlərində etnik təmizləmə 
siyasəti  və  soyqırımı  kimi  cinayətlər  törədilmiĢdir.  Azərbaycan  və  Cənubi 
Qafqaz  tarixinə  nəzər  saldıqda  XIX-XX  əsrlərdə  bir  çox  dövlətlərin,  xüsusilə 
Fransa, Ġngiltərə və Rusiyanın geosiyasi maraqlarının toqquĢması kontekstində 
ortaya  atılan  ―erməni  məsələsi‖  ilə  bu  bölgədə  günahsız  insanlara  qarĢı 
törədilmiĢ  soyqırımların  əsas  səbəbkarlarının  ermənilər  olduğunu  görürük. 
Ermənilərin  Qafqaz  regionuna  köçürülməsi  və  bu  siyasətin  acı  nəticələrindən 
biri  kimi  türk-müsəlman  əhaliyə  qarĢı  həyata  keçirilən  soyqırımı  cinayətləri 
Türkiyənin  ġərqi  Anadolu  hissəsində  olduğu  kimi  Cənubi  Qafqaz  regionunda 
da  azərbaycanlılara  qarĢı  törədilmiĢdir.  Beləliklə,  XX  əsrin  əvvəllərində 
Azərbaycanın  və  Cənubi  Qafqazın  tarixi  daha  çox  qanlı  faciələr  dövrü  kimi 
yadda qalmıĢdır.  


Tezislər 
 
139 
Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə 
qarĢı  törətdikləri  soyqırımlarına  dair  kifayət  qədər  faktlar  həmin  dövrün 
mətbuat  orqanlarında  öz  əksini  tapmıĢ,  arxiv  sənədləri  arasında  yer  almıĢdır. 
Faktların  təkcə  mətbuatda  deyil,  həm  də  bədii  ədəbiyyatda  ifadəsi  və  aĢkar 
edilməsi  soyqırım  mövzusunun  bədii  ədəbiyyatda  iĢlənməsi  ilə  bağlı  elmi-
tədqiqat  iĢinin  aparılmasının  aktuallıq  və  vacibliyini  ortaya  qoymuĢdur. 
Azərbaycan Prezidenti cənab Ġlham Əliyev qeyd etmiĢdir ki, ―...erməni faĢizmi 
Azərbaycan  alimləri  tərəfindən  daha  geniĢ  Ģəkildə  tədqiq  edilməlidir.  Hesab 
edirəm  ki,  tarixi  paralellər  əsasında  çox  böyük  əsərlər  yaradılmalıdır‖. 
Prezidentin  bu  sözləri  tariximizin  qaranlıq  səhifələrinə  iĢıq  salmaq,  aydınlıq 
gətirmək,  xüsusilə  azərbaycanlıların  soyqırımı  haqqında  daha  ətraflı,  yeni 
məlumatların əldə olunması  kimi məqsədlər qarĢıya qoyur. 
Ermənilər tərəfindən Azərbaycanın müxtəlif ərazilərində - Bakı, Naxçıvan, 
Ordubad,    Qarabağ,  Qazax,  Quba,  ġamaxı  və  Xocalıda  soyqırımlar 
törədilmiĢdir. Ağır məhrumiyyətlərə və iĢgəncələrə məruz qalan insanların acı 
taleyi tariximizin səhifələrində dərin izlər salmıĢdır. Təəssüflər olsun ki, tarixi 
mənbələrdə  həmin  hadisələrə  dair  az  sənəd  qalmıĢdır.  ancaq  bu  hadisələr 
M.S.Ordubadinin  "Qanlı  sənələr"  romanı,  Cəfər  Cabbarlının  ―1905-ci  ildə‖ 
dramı,  M.M.Nəvvabın  "1905-1906-cı  illərdə  erməni-müsəlman  davası" 
əsərlərində öz əksini tapmıĢdır. Bundan baĢqa, Mirzəbala Məmmədzadə, Seyid 
Hüseyn, Abdulla ġaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd 
Əmin  Rəsulzadə,  Mirzə  Bağır  Əliyev  və  baĢqa  ziyalılar  da  bu  mövzuya 
müraciət etmiĢlər. 
Açar sözlər: soyqırım, bədii ədəbiyyat, cinayət, erməni məsələsi 
 
 
BÖYÜK ƏDƏBĠYYATIN ƏBƏDĠ KARVAN YOLUNDA: CƏLĠL 
MƏMMƏDQULUZADƏDƏN ÇĠNGĠZ AYTMATOVADƏK  
MEHMAN HƏSƏNOV 
AMEA Ədəbiyyat Ġnstitutu 
mehman.hesen@gmail.com 
 
XIX əsr Azərbaycan ədəbiyyatında formalaĢan maarifçi realizm və onun 
görkəmli nümayəndələri nəinki ölkə sərhədləri daxilində, bütövlükdə müsəlman 
ġərqində  mütərəqqi  ideya  və  istiqamətləri  ilə  seçilmiĢlər.  Azərbaycan 
dramaturgiyasının  və    realist  bədii  nəsrinin  banisi  Mirzə  Fətəli  Axundzadənin 
yaradıcılığı  dövrün  möhtəĢəm  tarixi  hadisəsi  idi.  Əsası  M.F.Axundzadə 
tərəfindən qoyulan dramaturgiya və realist bədii nəsr XIX əsrin sonu XX əsrin 
əvvəllərində  zəngin  bədii  yaradıcılıq  üçün  əsasa  çevrildi.  Həmin  zəngin 
ədəbiyyatın  qüdrətli  yaradıcılarından  biri,  heç  Ģübhəsiz  ki,  Cəlil 
Məmmədquluzadə  olmuĢdur.  Onun  qələmindən  çıxan  ―Ölülər‖  nəinki 
Azərbaycanda,  bütün  ġərqdə  cəhalətə  qarĢı  mübarizədə  bir  ordudan  çox  iĢ 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə