MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə60/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

Tezislər 
 
133 
 
Beləliklə, Naxçıvan ədəbi mühitində qələmə alınan tarixi povest janrının 
elə  də  çox  olmayan  nümunələri  ümumazərbaycan  ədəbiyyatı  kontekstində 
yanaĢıldıqda müəyyən qədər uğurlu bədii nümunələr kimi ədəbiyyatĢünaslıqda 
dəyərləndirilmiĢ, əsərlərdə tarixiliyi  Ģərtləndirən  məqamlar, mətn quruluĢu, dil 
elementləri, dövrə münasibət məsələləri diqqət mərkəzinə çəkilmiĢdir. 
Açar sözlər: tarixi povest, janr, Naxçıvan, tarixi reallıq, ədəbi mühit 
 
 
MUXTARĠYYƏT ƏRƏFƏSĠNDƏ NAXÇIVAN “MOLLA NƏSRƏDDĠN” 
JURNALINDA 
AYGÜN ORUCOVA 
AMEA Naxçıvan Bölməsi 
orujovaaygun82@gmail.com 
 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  ―tarixi 
nailiyyət‖  hesab  etdiyi  Naxçıvanın  muxtariyyət  statusu  Azərbaycan  və 
bütövlükdə  Türk  dünyası  üçün  çox  mühüm  siyasi  dəyərə  malikdir.  Belə  ki, 
Azərbaycanın  əbədi  və  əzəli  torpaqları  olan  Ġrəvanın  və  Zəngəzur  mahalının 
ermənilərə  verilməsi  ilə  Naxçıvan  Azərbaycandan  təcrid  olunmuĢdu.  1918-ci 
ildən 1924-cü ilin 9 fevralına qədər olan dövr Naxçıvanın tarixində mürəkkəb 
və  ziddiyyətli  bir  mərhələni  təĢkil  edir.  Erməni  özbaĢınalıqları,  ingilislərin  və 
amerikalıların  Naxçıvanda  general-qubernatorluq  yaratmaq  cəhdləri,  yerli 
əhalinin  Naxçıvanın  Ermənistana  verilməsinin  qarĢısını  almaq  üçün  Kalbalı 
xan, Cəfərqulu xan, Kərim xan, Rəhim xan, Kamran xanın baĢçılığı ilə silahlı 
mübarizəsi,  1921-ci  ilin 16 martında Naxçıvanın muxtar respublika statusunda 
Azərbaycanın  tərkibində  qalmasını  Ģərtləndirən  Moskva  müqaviləsi, 
Naxçıvanın Azərbaycanın tərkibində sərhədlərini qəti surətdə müəyyənləĢdirən 
Qars müqaviləsi (1921-ci il 13 oktyabr) və s. hadisələrlə səciyyələnir. Bu illərdə 
Azərbaycanın  ərazi  bütövlüyünün  qorunmasında  Mustafa  Kamal  PaĢanın, 
azərbaycanlılardan  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  sədri 
Nəriman  Nərimanovun,  Azərbaycan  Ġnqilab  Komitəsinin  üzvü,  ədliyyə 
komissarı Behbud ağa ġahtaxtinskinin əməyi xüsusilə qeyd olunmalıdır. 
 ―Molla  Nəsrəddin‖  jurnalının  həm  Təbrizdə,  həm  də  Bakıda  nəĢr 
olunmuĢ nömrələrində  rus və  erməni  vəzifəlilərinin planlı  Ģəkildə Naxçıvanda 
rabitə  sistemində,  müəyyən  istehsal  sahələrində  yaratdıqları  problemlər  öz 
əksini tapmıĢdır. Jurnalın 1921-ci ildə Təbrizdə nəĢr olunmuĢ 4-cü nömrəsində 
―Tazə  xəbərlər‖  adlı  yazıda  Naxçıvanda  çox  böyük  sürətlə  dəyiĢən  siyasi 
vəziyyət sadəcə olaraq sadalanmaqla baĢ verən qarıĢıqlıq, mürəkkəb hadisələr, 
çox çətin ictimai-siyasi  vəziyyət haqqında təsəvvür yaradılmıĢdır. 1921-ci ildə 
yenə  Təbrizdə  nəĢr  olunmuĢ  7-ci  nömrədə  ―Tüstü‖  məqaləsində  Mirzə  Cəlil 
Naxçıvanda  və  Təbrizdə  millətin  tüstü  içində  boğulmağından  yaranan 
narahatlığını  ifadə  etmiĢdir:  ―Xülasə,  millət  tüstü  içində  boğulmaqdadır!  Və 


Beynəlxalq  İpək Yolu  
 
 
134 
boğula-boğula  nicata  müntəzirdir.  Əgər  dadü-fəryadə  tez  yetiĢməsəz, 
mümkündür  ki,  millətdən  bir  əsər  dəxi  qalmaya.  Tələsmək  lazımdır‖.  ―Molla 
Nəsrəddin‖in  1922-ci  ilinin  3-cü  nömrəsində  Naxçıvan  duzunun  vaqonlara 
doldurulub  xaricə  daĢınması  və  hətta  dərman  kimi  olsa  da,  naxçıvanlılara 
verilməməyi  öz  satirik  ifadəsini  tapmıĢdır:  ―...  duzlaqdan  çıxan  duzun  cəmisi 
vaqonlara  dolub  məlum  deyil  hara  gedir  və  əhali  duzsuz  qalıb  nə  qədər 
yalvarırlarsa,  həkimlər  bir  dizə  qədər  əhaliyə  vermirlər.  Naxçıvan  vüzərası 
Ġrandan  Naxçıvana  duz  gətirmək  barəsində  böyük  tədbirlər  tökməkdədirlər‖. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  8  aprel 
2014-cü  ildə  Naxçıvan  Muxtar  Respublikasının  90  illik  yubileyinə  həsr 
olunmuĢ  mərasimdəki  çıxıĢında  da  bu  tarixi  həqiqət  vurğulanmıĢdır: 
―Muxtariyyətin  ilk  illərində  keçmiĢ  Sovetlər  Birliyinin  Dövlət  Plan 
Komitəsində  iĢləyən  ermənilər  Naxçıvanın  duz  yataqlarından  hasilatın  guya 
baha  baĢa  gəldiyini  əsaslandıra  bilmiĢlər.  Nəticədə,  duz  istehsalı  kəskin 
azalmıĢ,  Azərbaycan  öz  kimya  sənayesini  inkiĢaf  etdirmək  üçün  baĢqa 
yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuĢdur‖. Bu sətirlərdən aydın 
olur  ki,  bu  mənfur  siyasət  fərqli  formalarda  bir  neçə  il  davam  etmiĢ  və  bir 
məqsəd daĢımıĢdır: Azərbaycanın inkiĢafına mane olmaq! 
 Azərbaycanın  ədəbi-tarixi  salnaməsi  olan  ―Molla  Nəsrəddin‖ 
jurnalındakı  bu faktlar həm  Azərbaycan ədəbiyyatı və mətbuatı tarixi, həm  də 
Azərbaycan  tarixinin  qeyd  olunan  dövrünü  araĢdıranlar  üçün  mühüm 
əhəmiyyətə malik bir mənbədir. 
Açar  sözlər:  müqavilə,  silahlı  mübarizə,  fanatizm,  qüsurlar,  məqalə, 
felyeton       
 
 
XVII-XVIII  ƏSR AZƏRBAYCAN ƏDƏBĠYYATININ EPĠK  ġEĠR 
NÜMUNƏLƏRĠNDƏ  SÜJET QAYNAQLARI 
ELXAN NƏCƏFOV 
Gəncə Dövlət Universiteti 
elxan_necefov@mail.ru 
           
Çoxəsrlik  tarixə  malik  ədəbiyyatımız  dünya  ədəbiyyatının  tərkibində 
özünəməxsus  zənginliyi  ilə  seçilir.  Ədəbiyyatımız  daha  çox  özündə  Ģərq 
ədəbiyyatının  təsirlərini  yaĢadır.  Burada  diqqəti  daha  çox  cəlb  edən  süjet 
ortaqlığıdır. Ortaq süjetlər üzərində qurulan fərqli əsərlər özünəməxsusluğu ilə 
diqqəti  cəlb  edir.  XVII-XVIII  əsr  sənətkarları  əsərlərinin  süjetlərinə  görə  nə 
qədər Füzulinin təsiri altında olsalar da, hind ədəbiyyatından və ərəb-müsəlman 
ədəbiyyatından  da  mükəmməl  Ģəkildə  faydalanıblar.  ġərq  ədəbiyyatında  dərin 
iz  buraxan  ―Bəxtiyarnamə‖,  ―Tutinamə‖,    ―Sindibadnamə‖,  ―Həzar  əfsanə‖, 
―Yüz  bir  gecə‖,  ―Min  bir  gecə‖,  ―Yeddi  vəzirin  hekayəti‖,  ―Qırx  vəzirin 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə