MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə57/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

Tezislər 
 
127 
ġah Ġsmayıl Xətai, Mirzə ġəfi Vazeh, Seyid Əzim ġirvani, Mirzə Ələkbər Sabir
Abbas Səhhət və baĢqalarının tarixi roman qəhrəmanı kimi müəyyənləĢməsi də 
buradan  irəli  gəlirdi.  Hətta  bir  neçə  romanda  həm  Ģah,  həm  də  Ģair  olan  ġah 
Ġsmayıl  Xətainin  obrazı  yaradılsa  da,  aparıcı  xətti  onun  sərkərdəliyindən  çox 
Ģairliyi təĢkil etmiĢdir.   
Ġ.Hüseynovun  tarixi  romanının  özünəməxsus  xüsusiyyətləri  içərisində 
tarixi mənbələrdən yaradıcı Ģəkildə istifadə etmə baĢlıca yer tutur. Yazıçı tarixi 
Ģəxsiyyətlərin  obrazını  yaradarkən  salnamə  və  mənbələrlə  yanaĢı,  onların 
yaradıcılığına da müraciət etmiĢ, bədii düĢüncəsindən maksimum yararlanmağa 
çalıĢmıĢdır. Buna görə də Ġ.Hüseynovun tarixi Ģəxsiyyətləri daha canlı çıxmıĢ, 
bədii təxəyyüllə tarixi kontekst paralel Ģəkildə çıxıĢ etmiĢdir. 
Açar sözlər: tarixi Ģəxsiyyət, ədəbi qəhrəman, təxəyyül, müasir dövr 
 
 
NAXÇIVAN DĠALEKTĠNDƏ FRAZEOLOJĠ BĠRLƏġMƏLƏR 
NURAY ƏLĠYEVA 
AMEA Naxçıvan Bölməsi 
naliyeva22@mail.ru 
  
Dialekt  və  Ģivələrimizdə  iĢlənən,  ədəbi  dilimizdən  müəyyən  dərəcədə 
fərqli  olan  frazeoloji  vahidlərin  öyrənilməsi  sahəsində  ilk  addımlar  atılmıĢdır, 
lakin bu sahədə görülməli iĢlər hələ də çoxdur. Naxçıvan dialekt və Ģivələrinin 
də  frazeologiyasının  öyrənilməsi  bu  baxımdan  maraqlı  və  lazımlıdır. 
Frazeologiya  sözü  həm  dildə  olan  məcazi  məna  daĢıyan  sözlərin  məcmusunu, 
həm  də  bu  qrup  sözlərin  qrammatik  və  leksik  xüsusiyyətlərindən  bəhs  edən 
dilçilik elminin bir sahəsini ifadə edir. 
Ümumxalq  dilinin  frazeologiyası  müxtəlif  ictimai-iqtisadi  amillərin 
meydana çıxmasını aydın Ģəkildə əks etdirir. Frazeoloji vahidlər tərkibcə sabit 
və  obrazlılıq  xüsusiyyətlərinə  malik  olduğundan  onlar  dildə  əsrlər  boyu  öz 
mənasını itirmədən yaĢaya bilir. Bu vahidlərdə sözlər elə birləĢir ki, onları bir-
birindən  ayırmaq,  birini  baĢqası  ilə  əvəz  etmək  və  ya  hər  sözü  müstəqim 
mənada  düĢünmək  olmur.  Onları  baĢqa  dillərə  olduğu  kimi  tərcümə  etmək  də 
olmur.  Ədəbi  dilin  lüğət  tərkibində  olduğu  kimi,  Azərbaycan  dili  dialekt  və 
Ģivələrinin  cənub  qrupuna  daxil  olan  Naxçıvan  dialektinin  lüğət  tərkibi  də 
yuxarıda  qeyd  etdiyimiz  xüsusiyyətləri  özündə  cəmləĢdirən  sabit  söz 
birləĢmələri-frazeoloji  vahidlərlə  zəngindir.  Ədəbi  dilmizdə  frazeologiya 
dilçiliyimizin  bir  sahəsi  kimi  müəyyən  qədər  öyrənilsə  də,  dialekt  və 
Ģivələrimizin  frazeologiyasının  hələ  də  ciddi  tədqiqata  ehtiyacı  var.  Onu  da 
nəzərə alsaq ki, bu cür Ģivə xarakterli sabit söz birləĢmələri əsasən yaĢlı nəslin 
nitqində  qorunub  saxlanır,  onların  toplanıb  tədqiq  olunması  bu  gün  olduqca 
əhəmiyyətlidir.  Ədəbi  dildə,  digər  dialekt  və  Ģivələrimizdə  olduğu  kimi, 
Naxçıvan dialektinin də lüğət tərkibi frazeoloji vahidlərlə zəngindir. Frazeoloji 


Beynəlxalq  İpək Yolu  
 
 
128 
vahidlərin  aĢağıdakı  növləri  vardır:  idiomlar,  ibarələr,  hikmətli  sözlər,  atalar 
sözləri, zərbi-məsəllər. 
Naxçıvan  dialektinin  frazeologiyasını  araĢdıraraq  belə  bir  nəticəyə 
gəlmək  olur  ki,  Azərbaycan  dilinin  digər  dialekt  və  Ģivələrində  olduğu  kimi, 
burada  da  sabit  birləĢmələr  geniĢ  Ģəkildə  iĢlənir.  Bu  birləĢmələr  həm  ədəbi 
dildə,  həm  də  baĢqa  dialekt  və  Ģivələrimizdə  iĢlənən  birləĢmələrdən  müəyyən 
cəhətdən fərqlənir. Bu fərqlər adət-ənənə ilə, yerli Ģəraitlə (istər təbii, istərsə də 
ictimai  Ģəraitlə),  həmin  yerdə  yaĢayan  adamların  məĢğuliyyəti  ilə,  təsərrüfat 
formaları ilə, müəyyən ərazi yaxınlığı ilə bağlıdır.  
Açar sözlər: Naxçıvan dialekti, frazoloji birləĢmə, Ģivə, ümumxalq dili 
  
 
NĠZAMĠNĠN “XOSROV VƏ ġĠRĠN” ƏSƏRĠNDƏ AZƏRBAYCAN 
ATABƏYLƏRĠ 
ƏZĠZAGA NƏCƏFOV 
AMEA Əlyazmalar Ġnstitutu 
azizaga.necefov@mail.ru 
 
Azərbaycan  ədəbiyyatı  tarixinə  ―Nizami  dövrü‖  kimi  daxil  olan  XII  əsr 
dünya  tarixində  qanlı,  keĢməkeĢli,  eyni  zamanda  öz  əzəməti  ilə  fərqlənən  bir 
yüzillikdir.  Tarixi  faktları  yan-yana  düzdükdə  bir  həqiqət  meydana  çıxır  ki, 
məhz bu ərəfədə dünyanın taleyini həll edən iki böyük qüvvəyə – xristian Qərb 
dünyası və müsəlman ərəb aləminə qarĢı dura biləcək yeni bir super güc – türk 
faktoru  tarix  səhnəsinə  daxil  olur,  ġərqdən  Qərbə  uzanan,  Asiya  və  Avropa 
arasındakı iqtisadi zonaya nəzarət etməyə baĢlayır. 
Tarixə ―Böyük  Ġpək  yolu‖ adı  ilə daxil olan qədim ticarət  xətti  üzərində 
yerləĢən  ġirvan,  Gəncə,  Naxçıvan  kimi  Ģəhərlərin  təkcə  iqtisadi  rifahı 
yüksəlmir, eyni zamanda burada elm, incəsənət və poeziyada da inkiĢaf nəzərə 
çarpır.  Azərbaycanda  intibah  mədəniyyətini  Ģərtləndirən  amillərdən  biri  isə 
məhz regiondakı türk hegemonluğu olur. 
XI-XII  əsrlərdə  Roma  Papası  II  Urbanın  fitvası  ilə  Beytülmüqəddəsi  – 
Yerusəlimi  ―kafir‖  müsəlmanlardan  xilas  etmək  devizi  altında  əslində  ġərqin 
misilsiz nemətlərinə sahib olub, iqtisadi yüksəliĢ əldə etməyə can atan Avropa 
iĢğalçılıq  yürüĢlərinə  baĢlamıĢdı.  Məlumdur  ki,  bu  qüvvənin  qarĢısını  alan  isə 
məhz  türklər  oldu.  Böyük  Azərbaycan  Ģairi,  XII  əsr  intibah  dövrünün  dühası 
Nizami  Gəncəvinin  də  göstərdiyi  kimi,  türkün  hökmü,  ədaləti  gündoğandan 
günbatanadək yayıldı. 
Bu  yenilməz  qüvvənin  dayaqlarından  biri  və  bəlkə  də  zamanında  ən 
möhkəmi  olan  Atabəylər  özündən  sonrakı  dövlətçilik  ənənəsinin  möhkəm 
təməllər üzərində uzun müddət dayanmasına təminatçı oldu. Sözsüz ki, onların 
bu  möhtəĢəmliyinə,  elmə,  sənətə,  Ģeirə  hamilik  etməsinə  Ģərait  yaradan  əsas 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə