MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə56/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

Tezislər 
 
125 
Naxçıvani,  AĢıq  Alı,  Ağ  AĢıq,  Heyran  xanım,  Qönçəbəyim  və  Naxçıvandan 
çıxmıĢ Həddad ən-NəĢəvi, Əhməd ibn Hacat Əbubəkr ən NəĢəvi, Əbu Abdullah 
NəĢəvi,  Həsən  ibn  Ömər  Naxçıvani,  Nəsirəddin  Tusi,  Nəcməddin  Naxçıvani, 
Məhəmməd  HinduĢah  Naxçıvani,  Baba  Nemətullah  Naxçıvani  kimi‖ 
(akad.Ġ.Həbibbəyli)    görkəmli  simalar  Naxçıvanda  ədəbiyyatın,  elmin  və 
müxtəlif  sahələrin  inkiĢafına  iĢıq  tutur.  Əcəmi  Naxçıvani  ilə  görüĢmək  üçün 
Nizaminin Naxçıvana gəldiyi də bir sıra mənbələrdə öz təsdiqini tapır. Atabəy 
Məhəmməd  Cahan  Pəhləvanın  sarayına  yaxın  olan,  ―təbiblər  sultanı‖  kimi 
Ģöhrət qazanmıĢ Kəmaləddin Naxçıvani Ģair kimi də məĢhur idi. Əbu Bəkr ibn 
Xosrov  əl-Ustad  atabəylərə  ―Kitab-i  sənəmü  əcəm‖  (―Əcəm  sevgilisinin 
kitabı‖), ―Mehrü MüĢtəri‖, ―Rahət ər-Ruh‖ (―Ruhun rahatlığı (dincəlməsi)‖) və 
b. əsərlər həsr etmiĢdir. ġair ―Munisnamə‖ əsərində fəsillərindən birinə ―Böyük 
adamların kəlamları və nəsihətamiz həqiqətlər barəsində hekayələr‖ bəhsinə bir 
növ  yerli  xüsusiyyət  baxımından  maraq  doğuran  ―Əbül-Üla  Kirmani  və  onun 
oğlu və onların Naxçıvana səfəri haqqında hekayə‖ də daxil etmiĢdir.  
Zəngin  ədəbi  ənənələrə  malik  olan  Naxçıvanda  XIII  əsrdən  baĢlayaraq 
ədəbiyyat  yeni  istiqamətdə  inkiĢaf  etməyə  baĢlayır.  BaĢlıca  ədəbi-fəlsəfi 
istiqamət  istilalara  qarĢı  mübarizə  və  insan  azadlıqlarını  önə  alan  fəlsəfi 
təriqətlərin  inkiĢaf  tapması  olur.  Belə  bir  vaxtda  Naxçıvanda  Fəzlullah 
Nəiminin  (1330-1396)  baĢçılığı  altında  fəlsəfi  məzmun  baxımından  sufizmlə 
sıx bağlı olan hürufilik yayılmağa baĢlayır və ədəbi inkiĢafa öz qüvvətli təsirini 
göstərir.  Böyük  təriqətçi  alim  Fəzlullah  Nəimi  hürufilik  təlimini  daha  çox 
―Cavidannamə‖  əsərində  Ģərh  etmiĢdir.  Fəzlullah  Nəiminin  ―Cavidani-kəbir‖ 
(―Böyük 
əbədiyyət‖), 
―Cavidani-səğir‖ 
(―Kiçik 
əbədiyyət‖), 
―Məhəbbətnamə‖,  ―Növnamə‖  (―Yuxu  haqqında  kitab‖),  ―ƏrĢnamə‖, 
―Ġsgəndərnamə‖, ―Vəsiyyətnamə‖ əsərləri və ―Divan‖ı vardır.  
Naxçıvanda fəlsəfi-təriqətçi Ģeirin görkəmli nümayəndələrindən olan, öz 
yaradıcılığında  klassik  sufi  təlimlərini  davam  etdirən,  əhli-haqq  təriqətinə  aid 
olduğu  bildirilən  Beyrək  QuĢçuoğlu  (XIV)  uzun  müddət  Naxçıvanda  yaĢamıĢ 
və  fəaliyyət  göstərmiĢdir.  Beyrək  QuĢçuoğlunun  əsərləri  anadilli  Azərbaycan 
Ģeirinin  ən  qüdrətli  nümunələrindən  hesab  edilir.  QuĢçuoğlunun  əruz  vəznli 
əsərləri  heca  vəzninə  uyumluluğu  ilə  diqqəti  cəlb  edir.  Onun  az  bir  qisim  də 
olsa  xalq  Ģeiri  Ģəklində  yazılmıĢ  gəraylıları  xəlqilik  baxımından  xüsusi 
əhəmiyyət  kəsb  edir.  ġair  ana  dili  olan  türk  dilinə  hədsiz  doğmalıq  və  sevgi 
nümayiĢ etdirir.  
XIII  əsrin  görkəmli  ədiblərindən  biri  də  adı  çox  zaman  elmin  rəmzi 
olaraq çəkilən Nəsirəddin Tusidir. Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn 
Həsən  Tusinin  (1201-1274)  nəslinin  Naxçıvanda  Ordubadda  yaĢaması,  buna 
görə də I ġah Abbasın oranı bütünlüklə vergidən azad etməsi haqqında fərmanı 
XVII  əsrdə  Ordubadda  tikilmiĢ  böyük  cümə  məscidinin  qapısı  üstündəki  daĢ 
kitabədə  həkk  olunmuĢdur.  GeniĢ  Ģöhrət  qazanmıĢ  əxlaq  və  mənəvi  tərbiyə 
kitabı  olan  ―Əxlaqi-nasiri‖  əsərində  Nəsirəddin  Tusi  əxlaqi-ictimai  görüĢlərini 


Beynəlxalq  İpək Yolu  
 
 
126 
təqdim  etmiĢdir.  Ədəbi-bədii  yaradıcılığa  malik  sənətkar  olan  Tusi  bədii 
əsərlərini  nəzm  və  nəsr  Ģəkilində  yazmıĢdır.  Onun  Ģeirlərində  insanın  mənəvi 
gözəllikləri,  həyat  eĢqi  əsas  yer  tutaraq  həyatdakı  zülmə  və  zalımlığa  qarĢı 
Ģikayətlər  də  öz  əksini  tapır.  Ədəbi-bədii  yaradıcılığa  geniĢ  yer  verən 
Nəsirəddin  Tusi  ―Meyarül-əĢar‖  (―ġeirlərin  ölçüləri‖),  ―Əsasül-iqtibas‖ 
(―Ġqtibasın  əsasları‖) kimi  əsərlərində poetika və ədəbiyyatĢünaslıq elminə aid 
fikirlərini  əks  etdirmiĢdir.  Bundan  baĢqa  Nəsirəddin  Tusinin  bir  sıra  məsnəvi, 
qəsidə,  qitə  və  rübai  janrında  yazdığı  əsərlərində  həyata  aid  bir  sıra  mövzular 
özünə yer tapmıĢdır.  
  
 Beləliklə, milli tarixin ən qədim yaĢayıĢ məskəni olan Naxçıvan həm də 
milli mədəniyyət və ədəbiyyatın ən qədim, həm də ən zəngin məkanı olmuĢdur.  
 
Açar sözlər: Böyük Ġpək yolu, ədəbi inkiĢaf, Əcəmi Əbubəkr oğlu 
Naxçıvani, Kəmaləddin Naxçıvani, Əsədi Tusi, Qətran Təbrizi 
 
 
Ġ.HÜSEYNOVUN "MƏHġƏR" ROMANINDA TARĠXĠ 
ġƏXSĠYYƏTLƏRĠN BƏDĠĠ OBRAZI 
BƏXTĠYAR ƏSGƏROV 
Bakı Dövlət Universiteti 
ndn-2009@mail.ru 
                                            
         Tarixi  Ģəxsiyyətlərin  bədii  obrazının  yaradılmasında  sənədlərdən  və 
mənbələrdən istifadə romanların  yazılmasında əsas Ģərtlərdən biridir. KeçmiĢə 
müraciət  edərkən  yazıçı  tarixi  mənbələrə  müraciət  edir;  lakin  mənbələrdə  də 
müxtəliflik olduğundan yazıçı, eyni zamanda, bədii təxəyyülə də meydan verir. 
Bu iki cəhətin tarixi romanlarda Ģəxsiyyətlərin obrazının yaradılmasında paralel 
Ģəkildə  çıxıĢ  etməsi  obrazın  mükəmməlliyini  də  müəyyən  edir.  Bəzən  isə  hər 
hansı  tarixi  Ģəxsiyyət  haqqında  məlumatlar  az  olduğu  üçün  yazıçı  daha  çox 
bədii  təxəyyülə  meyl  edir.  Lakin  romanın  baĢ  qəhrəmanının  Ģair,  yaxud  fikir 
adamı olması yazıçının iĢini bir qədər də asanlaĢdırır. Daha doğrusu, əsərin baĢ 
qəhrəmanının  Ģair  (burada,  Nəimi,  yaxud  Nəsimi)  olması  yazıçının  təsviretmə 
imkanlarını geniĢləndirir. Çünki Ģairin həyatı, dünyagörüĢü, xarakteri haqqında 
yazıçının tarixi sənədlərlə yanaĢı, onun bədii əsərlərindən də məlumat toplaması 
imkanları  artmıĢ  olur.  Lakin  sovet  dövründə  yazılmıĢ  tarixi  romanların 
əksəriyyətinin  baĢ  qəhrəmanının  Ģair  olması  yazıçının  iĢini  asanlaĢdırmaqla 
yanaĢı,  romanın  xarakterini,  süjet  xətti  və  konfliktini  də  məhdudlaĢdırırdı. 
Sosialist  realizmində  tarixi  romanların  baĢ  qəhrəmanının  Ģair  olmasının 
səbəbləri içərisində isə siyasi motivlər baĢlıca yer tuturdu. Çünki qədim tarixə 
malik  Azərbaycanın,  yaxud  Sovetlərə  daxil  olan  baĢqa  xalqların  tarixinin 
qədimliyindən,  sərkərdələrindən  və  qədim  dövlətçilik  tarixindən  bəhs  etmək 
üçün mərkəzin-Moskvanın icazəsi lazım olurdu. Bu səbəbdən də uzun müddət 
Azərbaycan tarixi romanlarının baĢ qəhrəmanı Ģairlər olurdu. Nizami Gəncəvi, 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə