MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə52/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
116 
funksionallıq  çərçivəsindən,  həm  də  əzəmətli  obrazından  çıxaraq  yumĢaq 
Ģəkildə  lirik,  kövrək  obraza  keçid  edir.  O,  Burla  Xatunun  ağırısını  bölüĢən, 
onun  məhrəm  hisslərinə  Ģərik  olan,  dərdini  özündə  saxlayan  canlı,  güvənə 
biləcəyi  lirik  obraza,  dosta  çevrilir.  Yuxarıda  qeyd  etdiyimiz  səhnənin  məkan 
olaraq ev Ģəraitində çəkilməsi epizodun ifadə gücünü, energetikasını azaldardı, 
onu tamaĢaçı üçün effektsiz, təsirsiz hala gətirərdi. 
Və  bu  detal  NaxĢıvan  təbiətinin  çoxqatlılığını,  çoxölçülülüyünü, 
rejissorun  niyyətindən  asılı  olaraq  obyektin  anlamının  dəyiĢə  biləcəyini 
göstərir. Yəni daha aydın desək, polifonik təbiət imkan verir ki, rejissor çəkiliĢ 
prosesində filmin ideyasına xidmət edən ən müxtəlif bədii həllər tapsın. 
Naxçıvan  təbiətində  kinematoqrafik  amil  o  qədər  güclüdür  ki,  burda 
təsvir özü danıĢır, dialoq və mətnlərə ehtiyac yoxdur. 
Azərbaycanın  böyük  Ģairlərindən  biri,  Ġmaddədin  Nəsimiyə  həsr 
olunmuĢ  bioqrafik  ―Nəsimi‖  filmində  təbiət  maraqlı  interpretasiyalara  məruz 
qalır.  Epizodlardan  birində  Teymurləng  qanlı  döyüĢlərin    baĢ  verdiyi  ərazini 
nəzərdən keçirir. Teymurləngin  düĢüncəli, həyəcanlı baxıĢları onu əhatə  edən, 
sanki  baĢ  verən  qəddarlığa  etiraz  edən  dağların,  sahili  meyitlərlə  dolu  Əlincə 
çayının harayı ilə birləĢərək qorxunc, eskpressiv atmosfer yaradır.    
Kameranın  təsvir  yaratmaq  üçün    geniĢ  bucaqlı  çəkiliĢlər  aparmağa 
imkanı olur. Yəni məkanı kiçik bucağa qısnamağa lazım gəlmir. Hətta ―Babək‖ 
filmində döyüĢ səhnələri üçün geniĢ məkanlar var. (bunu məncə bir az aydinlat)  
Daha  bir  mühüm  amili  qeyd  eləmək  lazımdır.  ―Babək‖,  ―Nəsimi‖, 
―Dədə  Qorqud‖  filmləri  sadəcə  məkan  baxımından  ideal  olduğu  üçün  deyil, 
həm  də  torpağın  tarixi  hadisələrə,  obrazlı  desək,    Ģahidliyi  səbəbindən 
Naxçıvanda  lentə  alınıb.    Bu  səbəbdən  Naxçıvanın  həm  də  sənədli  film  üçün  
xarakterik olan Ģərtləri və Ģəraiti mövcuddur.  
Naxçıvanın  rəngarəng  relyefi,  tarixi  abidələrlə  zənginliyi,  fakturası 
Ģərait  yaradır  ki,  bədii  və  sənədli  filmlərin  çəkiliĢi  zamanı  mövcud  reallığın 
gözlənilməz elementləri süjetə təbii Ģəkildə qarıĢsın, daxil olsun. 
Bundan  baĢqa  landĢaftın  çoxölçülü  quruluĢu  kinematoqrafçıları 
kadrların  kompozisiyasını  qurarkən  onları  səhnənin  əlavə  estetizasiya 
problemindən xilas edir.   
Ümumiyyətlə,  Naxçıvanın  təbii  modelini  mahiyyətcə  zamanında 
kinematoqrafiyada  hadisəyə  çevrilmiĢ,  Ġkinci  Dünya  Müharibəsinin  bitməsi 
ərəfəsində  meydana  çıxmıĢ  italyan  neorealizm  cərəyanına,  ―Cinema  verite‖, 
(Cinema verite fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60 ci 
illərdə Fransa kinosunda meydana gəlmiĢ ekperimental cərəryandır), ―Doqma-
95‖  manifestinin  (―Doqma-95‖  –  1995-ci  ildə  bir  qrup  rejissor  tərəfindən 
Kopemhagendə  yaradılmıĢdır)  metodlarına  uyğundur.  Yuxarıda  adını 
çəkdiyimiz cərəyan və metodların ümumi cəhəti budur ki, reallıq təhrif edilmir, 
onun  imkanlarından  maksimum  istifadə  olunur,  çəkiliĢlər  təbii  lokasiyalarda 


Tezislər 
 
117 
aparılır,  təbii  iĢıqdan  yararlanırlar,  improvizə  və  kamera  istifadəsi 
birləĢdirilərək gerçəyi, ilk baxıĢda görünməyən məqamları ortaya çıxarır. 
Açar sözlər: dekorasiya, personajlar, rejissor, natura, neorealizm 
 
 
ULU ÖNDƏR HEYDƏR ƏLĠYEV VƏ NAXÇIVAN PEDAQOJĠ 
TEXNĠKUMU 
ZÜLFĠYƏ ĠSMAYILOVA 
Naxçıvan MR Dövlət Arxivi 
arxiv@nakhchivan.az 
 
Tarixdə  öz  xeyirxah  əməlləri  ilə  iz  qoyan  Ģəxsiyyətlər  çoxdur.  Tarixin 
yetiĢdirdiyi  nadir  Ģəxsiyyətlərdən  biri  olan  Heydər  Əliyev  XX  əsrin  ən  böyük 
siyasətçisi, xilaskarı kimi tarixə öz imzasını atmıĢdır.  
Heydər  Əlirza  oğlu  Əliyevin  uĢaqlıq  və  gənclik  illəri  bəĢər  tarixinə 
böyük Ģəxsiyyətlər bəxĢ edən Qoca ġərqin qapısı olan Naxçıvanla bağlıdır. Bu 
qədim Ģəhərdə dünyaya göz açan Heydər Əliyev Naxçıvan Ģəhər natamam orta 
məktəbi  bitirdikdən  sonra  1936-1937-ci  tədris  ilində  Naxçıvan  Ġnternasional 
Pedaqoji Texnikumuna daxil olur. 
 
Naxçıvan Pedaqoji Texnikumunun müəllim kadrlarının hazırlanmasında 
müstəsna xidməti olmuĢdur. 1922-ci il avqust ayının 28-30-da keçirilmiĢ Ölkə 
Müəllimlərinin  Qurultayında  müəllim  kadrlarına  böyük  ehtiyacı  nəzərə  alaraq 
1922-ci  ilin  noyabr  ayında  Naxçıvan  Ģəhərində  Müəllimlər  Seminariyası 
yaradıldı. 
AraĢdırılan arxiv sənədlərindən aydın olur ki, 1936-1937-ci tədris ilində 
Naxçıvan Pedaqoji  Texnikumunun hazırlıq Ģöbəsi ilə birlikdə 170 nəfər tələbə 
qəbul  edilmiĢdir.  Ulu  öndərimiz  ―C‖  qrupunda  oxumuĢdur.  Qrupda  Heydər 
Əliyev  ilə  birlikdə  Əliyev  Abbas,  Məhərrəm  Əliyev,  Mustafa  Əhmədov,  Əli 
Quluyev,  Pakizə  Abbasova,  Kərim  Kərimov,  Cəmil  Rzayev,  Əhməd 
Ġsmayılovun və baĢqalarının adlarını çəkmək olar. 
1939-cu il III D sinifinin ədəbiyyatdan Ģifahi imtahan fənn müəlliminin 
familyası  L.Hüseynzadə,  assistentin  familyası  Cəlil  Ġsgəndərli  idi.  Heydər 
Əliyev 10 №-li biletə cavab verərək əla qiymət almıĢdır, həmçinin illikdə də əla 
qiymət  almıĢdır.  Birinci  kursda  50  manat,  yuxarı  kurslarda  isə  tam  təqaüd 
almıĢdır. Ona verilən xasiyyətnamədə ―çalıĢqan və təmkinlidir‖ yazılmıĢdır. 
Dövrünün ən yaxĢı müəllimlərindən Tofiq BektaĢi, Murad Tutayuk, Əli 
Əliyev,  Lətif  Hüseynzadə,  Xədicə  Yusifbəyli  kimi  pedaqoqlardan  elmin 
sirlərini  öyrənən  Heydər  Əliyev  məktəbi  əla  qiymətlərlə  bitirmiĢdir.  Bunu 
Heydər  Əliyevə  25  iyun  1939-cu  il  tarixdə  verilmiĢ  2027  №-li  attestat  sübut 
edir. HəmiĢə öz müəllimlərini böyük minnətdarlıqla xatırlayan H.Əliyev onların 
əməyinə çox böyük qiymət vermiĢdir. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə