MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə50/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

Tezislər 
 
111 
katiblərimizə,  xəttatlarımıza  həmiĢə  borcluyuq.  Əfsuslar  olsun  ki,  onların  bir 
çoxunun  fəaliyyəti  və  yaradıcılığı  indiyədək  lazımınca  tədqiq  olunmamıĢ, 
naməlum qalmıĢdır. 
       Cəlaləddin  Naxçıvani  kimi  tanınan  Məhəmməd  ibn  Ağaxanın  həyatı  və 
fəaliyyəti  haqqında  məlumat  olduqca  azdır.  Bəzi  qaynaqlardan  əldə  edilən 
məlumatlara  əsaslanaraq  onun  öz  dövrünün  savadlı  və  ziyalı  Ģəxslərindən 
olduğunu  söyləyə  bilərik.  O,  hicri-qəməri  təqvimi  ilə  1000-ci  ildə  (miladi: 
1592)  yaĢayıb-yaratmıĢ  katib-xəttatlarımızdandır.  Əfsus  ki,  bir  xəttat  kimi 
fəaliyyətinin  məhsulları  və  nümunələri  haqqında  bilgi  yoxdur.  ―Xətt  və 
xəttatlar‖  əsərinin  müəllifi  Həbib  onun  ―Ənisül-üĢĢaq‖  (―AĢiqlərin 
həmsöhbəti‖) adlı əsərin müəllifi olması barəsində məlumat vermiĢdir. 
       Qazi  Məhəmmədbağır  Ordubadi  dərin  zəkaya,  xüsusi  istedad  və 
qabiliyyətə,  zəngin  mənəviyyata  malik  bir  Ģəxs  kimi  tanınmıĢdır.  Ordubadın 
divanxana iĢləri ona həvalə edilmiĢdir. Bu barədə məlumat verən XVI əsr Ġran 
alimi və ədibi, katib-xəttat, salnaməçi  Qazi Əhməd ibn Mir MünĢi əl-Hüseyni 
Qumi özünün ―Xəttatlar və rəssamlar haqqında risalə‖sində (yaxud ―Qolestan-e 
honər‖  –  ―Sənət  gülüstanı‖)  qeyd  edir  ki,  Məhəmmədbağır  Ordubadi  həm  də 
Ģairlik istedadına malik olmuĢdur. Qazi Əhməd Quminin verdiyi bilgiyə əsasən, 
Məhəmmədbağır Ordubadi nəsx, süls, toqi (touqi), mühəqqəq, reyhani, rüqə və 
nəstəliq xətlərini mükəmməl surətdə mənimsəmiĢ və çox gözəl yazmıĢdır. 
       Hicri-qəməri  təqvimi  ilə  XI  əsrdə  (miladi:  XVII  əsr)  yaĢayıb-yaratmıĢ 
Məhəmməd  Cəfər  Ordubadi  Azərbaycan  kitab  mədəniyyətinin  inkiĢafında 
xidmət göstərmiĢ xəttatlarımızdandır və nəstəliq xətt növündə gözəl yazmıĢdır. 
XX  əsrin  görkəmli  Ġran  alimi  Mehdi  Bəyani  özünün  ―Əhval  və  asar-e 
xoĢnevisan‖  (―Xəttatların  həyatı  və  əsərləri‖)  əsərində  bu  barədə  olduqca  qısa 
bir  məlumat  verərək  Məhəmməd  Cəfər  Ordubadinin  əlinin  məhsulu  olan  bir 
kitabın günümüzədək gəlib çatdığını bildirmiĢdir.  
       Qeyd  etmək  istərdik  ki,  əsil-kökü  Naxçıvandan  olan  bir  çox  katib-
xəttatlarımız  Azərbaycan  maddi-mənəvi  mədəniyyətinin,  xüsusilə  kitab 
mədəniyyətinin  inkiĢafında  silinməz  bir  iz  qoymuĢlar.  Belə  katib-
xəttatlarımızdan biri də Təbrizdə yaĢayıb-yaratmıĢ Əsgər bəy Ordubadidir (XIX 
əsr). Görkəmli Ġran alimi dr.Mehdi Bəyaninin verdiyi bilgiyə əsasən, Əsgər bəy 
Ordubadinin  gözəl  və  zərif  xətlə  üzünü  köçürdüyü  bəzi  əlyazma  kitabları  çap 
olunaraq yayılmıĢdır: Sədi ġirazinin ―Külliyyat‖ı, Nasir Xosrovun ―Divan‖ı və 
sairə.  
 
Açar  sözlər:  katib-xəttatlar,  Cəlaləddin  Naxçıvani,  ―Ənisül-üĢĢaq‖, 
Qazi Məhəmmədbağır Ordubadi, Məhəmməd Cəfər Ordubadi 
 
 
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
112 
GENÇ BĠREYLERDE 'BĠREYCĠLĠK VE KOLEKTĠVZM' 
RZA MAMMADOV 
Osmangazi Üniversitesi 
rmammadov@anadolu.edu.tr 
 
ÇalıĢmanın  amacı,  genç  bireylerdeki  'bireycilik  ve  kolektivizm'  yönlü 
geliĢimlerini  ortaya  koymaktır.  Nicel  araĢtırma  yönteminin  kullanıldığı  bu 
çalıĢmada,  açımlayıcı  faktör  analizi  ile  yorumlanmıĢtır.  ÇalıĢmanın  çalıĢabilir 
evreni,  EskiĢehir'de  bulunan  Anadolu  Üniversitesi  ve  Osmangazi 
Üniversitesinde  eğitim  alan  lisans  birinci  sınıf  öğrencilerinden  oluĢmaktadır. 
ÇalıĢmada  veri  toplama  aracı  olarak,  araĢtırma  kapsamında  geliĢtirilen  tam 
yapılandırılmıĢ  anket  formu  kullanılmıĢtır.  Bulgular  genç  bireylerin  bireycilik 
düĢünce tarzını daha fazla benimsediğini ortaya koymaktadır. 
Açar sözlər: Bireycilik, kolektivizm, birey 
 
 
NAXÇIVANDA   MEMARLIQ ABĠDƏLƏRĠ 
ƏFSANƏ SƏFƏROVA  
AMEA Əlyazmalar Ġnstitutu 
 Haciyev_muxtar@bk.ru
 
 
Dünyada  qədim  insanların  yaĢadığı  ilkin  ərazilərdən  biri  də  məhz 
Naxçıvandır. Bunu istər qədim dövrə aid  arxeoloji qazıntılardan əldə olunmuĢ 
nümunələr, istərsə də, orta əsrlərin mükəmməl abidələri sübut edir. Qədim daĢ 
dövründən  baĢlayaraq  insanlar  bu  ərazidə  yaĢamıĢ,  zəngin  mədəniyyət 
yaratmıĢlar.   
XII  əsrdə  Naxçıvanda  200  min  əhali  yaĢayırdı.  ġəhər  öz  ustaları, 
sənətkarları,  dulusçuları,    zərgərləri  ilə  Ģöhrət  qazanmıĢdı.  Lakin  Ģəhər  öz 
inĢaatçıları ilə daha çox tanınırdı. MəĢhur  Naxçıvan memarlıq məktəbi burada 
meydana  çıxmıĢdır.  Fransız  səyyahları  Pyer  ġarden  və  Dübna  de  Monper, 
ingilis  səyyahı  Porter  qeyd  ediblər  ki,  bura  qədim  memarlıq  abidələrinin 
saxlanmıĢ olduğu gözəl bir Ģəhərdir. 
Naxçıvan  memarlıq  məktəbindən  danıĢarkən  Memar  Əcəminin 
fəaliyyətini  xüsusi  ilə  vurğulamaq  lazımdır.  Naxçıvan  memarlıq  məktəbinin 
banisi  olan    Əcəminin  Azərbaycan  memarlığının  inkiĢafında  rolu  danılmazdı.  
Orta  əsrlər  Naxçıvan  memarlığı  ilə  bağlı  məlumatları  daha  ətraflı  ―Əcaib-ül-
bəladan‖  adlı  əlyazmadan  əldə  edə  bilərik.   Bu  mənada  diqqəti  cəlb  edən 
məqamlardan  biri  budur  ki,  həmin  dövrdə  Naxçıvanda  çoxmərtəbəli  saray 
binaları inĢa edilmiĢdir. Burada Ģəhərsalmanın düzgün, planlı Ģəkildə tərtibinin 
Ģahidi oluruq.  
Əcəminin  yaradıcılığına xas olan Yusif Küseyr oğlu türbəsi 1162-cı ildə 
inĢa olunub. El arasında bu türbə ―Atababa günbəzi‖ adı ilə məĢhurdur. 


Tezislər 
 
113 
Memar Əcəminin  Naxçıvanda  yaratmıĢ  olduğu digər abidələrdən biri də 
Möminə xatın türbəsidir. Hündürlüyü 26 m olan Möminə xatın türbəsinin xarici 
örtüyü hazırda dövrümüzə çatmıĢdır.  Memarın adını və abidənin inĢa tarixini 
göstərən  kitabələr  baĢtağdan  yuxarıda  həkk  edilmiĢdir.  Kompozisiyaya, 
yetkinliyə,  ayrıntılarının incə  zərif  iĢlənməsinə və memarlıq həllinə görə türbə 
orta əsrlər memarlıq sənətinin Ģah əsərlərindən sayılır.  
Möminə  xatın  və  Yusif  ibn  Küseyr  türbəsinin  memarlığı  Yaxın  və  Orta 
ġərqin  müxtəlif  vilayətlərində  onunla  oxºar  olan  bir  sıra  tikililərin  meydana 
gəlməsi üçün nümunə olmuĢdur.  
Naxçıvan  ərazisində  Culfa  yaxınlığında  yerləĢən  Gülüstan  türbəsi  üslub 
və  forma  baxımından  diqqəti  cəlb  edir.  Gülüstan  türbəsini  dekorativ  bəzək 
forması,  ölçüsü,  səciyyəsi  və  digər  əlamətləri  üzrə  müxtəlif    lakin  öz 
kompozisiya həlli üzrə vahid memorial tikililər qrupuna daxil etmək olar. 
Bu  gün  Möminə  xatın,  Qeysəriyyə  kimi  tarixi  memarlıq  abidələri  ilə 
yanaĢı  ―Əshabi  –Kəhf―  ziyarətgahı  da  Naxçıvanın  simvoludur.  Buraya 
bölgələrlə yanaĢı xarici ölkələrdən də ziyarətə gələnlər var. 
Qeyd  etmək  lazımdır  ki,  Naxçıvan  memarlıq  məktəbinin  digər 
istiqamətlərindən  biri  də  tarixən  burada  ucaldılmıĢ  qalalardır.  Bu  gün  Muxtar 
Respublika  ərazisindəki  Oğlanqala,  Çalxanqala,  Əlincə  qalası  kimi  memarlıq 
abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik  ənənələrini  yox, həm 
də qədim Ģəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxarmıĢdır. 
Memarlıq sənəti daim inkiĢaf və  yeniləĢmə tələb edir. Bunun nəticəsidir 
ki,  son  illər  aparılan  geniĢmiqyaslı  tikinti-quruculuq  iĢlərində  tarixiliklə 
müasirlik  vəhdətdə  götürülür,    qədim  memarlıq  xüsusiyyətləri  qorunub 
saxlanılır  və  müasir  memarlıq  elementləri  ilə  daha  da  zənginləĢdirilir.  Muxtar 
Respublikanın  Ģəhər,  rayon  və  kəndlərində  istifadəyə  verilən  yeni  obyektlər 
müasir memarlıq elementləri ilə daha da zənginləĢdirilir. 
Bu  gün  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Ġlham  Əliyev 
tərəfindən  də  memarlıq  sənətinin  inkiĢafına  xüsusi  diqqət  yetirilir.  Həmçinin 
Muxtar  Respublikada  da  tarixi  abidələrin  bərpası  diqqət  mərkəzindədir.  Son 
illər ―Əshabi –Kəhf‖ ziyarətgahı Dini Mədəni Abidə Kompleksi, Naxçıvanqala, 
Xan  sarayı  və  onlarla  digər  tarixi  abidələr  bərpa  olunub.  Hazırda  Gülüstan 
türbəsində və Əlincə qalasında bərpa iĢləri davam etdirilir. 
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin 
dünya  əhəmiyyətli  abidələr  siyahısına  salınması  elmi  və  məntiqi  baxımından 
bölgəmizin daha geniĢ Ģəkildə təbliğinə Ģərait yaradır. 
Bü  gün  Naxçıvanda  gözəl  memarlıq  üslubuna    malik  Heydər  Əliyev 
sarayı, ġahmat məktəbi,  Mərkəzi Kitabxana, UĢaq Bərpa Mərkəzi, Diaqnostika 
Mərkəzi,  Nazirlik  və  idarə  binalarının  memarlıq  üslubu  Ģəhərin  ümumi 
ansambılı ilə heyrətamiz dərəcədə uyuĢur. 
Açar sözlər: Memar Əcəmi, ―Atababa günbəzi‖, Möminə xatın, Yusif ibn 
Küseyr türbəsi 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə