MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə51/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
114 
TƏLƏBƏLƏRDƏ ĠDARƏETMƏ MƏDƏNĠYYƏTĠNĠN 
FORMALAġDIRILMASI PEDAQOJĠ PROBLEM KĠMĠ 
MÜJKAN MƏMMƏDZADƏ 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
mujkan.memmedzade@edu.gov.az 
 
Tələblərdə  idarəetmə  mədəniyyətinin  formalaĢdırılmasına  məktəb, 
məktəb  qaydaları,  məktəb  kollektivi,  təlim-tədris  prosesləri  haqqında  ümumi 
məlumatların  əldə  edilməsi,  məktəb  mühitinə  uyğunlaĢma,  özünü  gələcək 
müəllim  kimi  hiss  etmə,  uĢaqlar  haqqında,  onların  hiss  və  həyəcanları, 
yaĢadıqları mühit, münasibətlər sistemi  və Ģagirdlərin biliyi əldə etməsi yolları 
haqqında  məlumatların   əldə  edilməsi,  Ģagirdlərlə  ünsiyyət  yaradılması  və 
səmərəli  təlimin  amili  kimi  tədris  prosesində  ünsiyyətin  rolunun  və 
əhəmiyyətinin  dərk  edilməsi  aid  edilə  bilər.  Ali  məktəb  müəllimi  tələbələrdə 
idarəetmə  mədəniyyətini  formalaĢdırmaqla  onları  gələcək  pedaqoji  həyata 
hazırlayır.  
Gələcək  müəllimlərdə  pedaqoji  mədəniyyətin  formalaĢdırılması  vacib 
pedaqoji  problem  olub  kadr  hazırlığının  əsas  tərkib  hissələrindən  birini  təĢkil 
edir.  Gələcək  müəllimlərdə  zəruri  pedaqoji  keyfiyyətlərin  tərbiyə  edilməsi  əsl 
usta-müəllim  Ģəxsiyyətinin  formalaĢdırılması  kimi  mühüm  pedaqoji  vəzifənin 
həyata keçirilməsi ilə nəticələnir. Belə keyfiyyətlərə malik olan hər bir gələcək 
müəllim: 
a)
 
düzlük,  doğruçuluq,  səmimilik,  saflıq,  uĢaqlarına  hörmət  və 
məhəbbət,  mehribançılıq  kimi  yüksək  mənəvi  keyfiyyətlərə,  ümumi 
mədəniyyətə,  özünənəzarətə,  özünü  ələ  alma  bacarığına  yiyələnir  və  seçdiyi 
peĢəyə, ixtisasa dərin maraq göstərir
b)
 
aydın  və  emosional  nitq  mədəniyyətinə,  aktyorluq  fəaliyyətinə, 
pedaqoji texnikaya, psixoloji əqlə, təĢkilatçılıq bacarığına yiyələnir; 
c)
 
tədris  etdiyi  fənnin  səciyyəvi  xüsusiyyətlərinə  uyğun  olan  bir  sıra 
keyfiyyətlərə malik olur. 
Təhsil  illərində  belə  keyfiyyətlərə  yiyələnən  tələbələr  gələcək 
fəaliyyətinin  elə  ilk  illərində  özlərini  yüksək  intellektual  səviyyəli  mühüm 
pedaqoji  keyfiyyətlərə  malik,  yaradıcı  və  əsl  pedaqoq  kimi  göstərə  bilər, 
müəllim, Ģagird və valideynlərin dərin hörmək və məhəbbətini qazanırlar. 
Ġdarəetmə mədəniyyətini formalaĢdırmaqla təlim prosesinin iĢtirakçıları 
arasında  qarĢılıqlı  fəaliyyəti-  öyrənmə  və  idrak  fəaliyyətini  səmərəli  təĢkil 
etməyi,   idrak  prosesinin  səmərəliliyini  yüksəltməyə  təsir  edən  amilləri  vahid 
bir  məqsədə  yönəltməyi,  sinfin  idarəolunmasına  verilən  tələbləri  praktiki 
fəaliyyətdə  tətbiq  etməyi,  müəllim-Ģagird  münasibətlərini  qarĢılıqlı  hörmət, 
tələbkarlıq  və  digər  standartlar  əsasında  qurmağı,  Ģagird  yaradıcılığını 
dəstəkləməyi  və  inkiĢaf  etdirməyi,  bu  məqsədlə  müxtəlif  təqdiretmə  və 
rəğbətləndirmə  metodlarından  istifadə  etməyi,  sinifdə  müsbət  öyrənmə  mühiti 


Tezislər 
 
115 
yaratmağı bacarmaqdır. Ġdarəetmə mədəniyyəti əsasən tələblərdə təcrübə vaxtı 
formalaĢır.  Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr  ən  geci  ikinci  kursdan 
baĢlayaraq  ümumtəhsil  məktəblərinə  baĢ  çəkməli,  oradakı  təlim,  tədris  və 
tərbiyə  prosesləri  ilə  tanıĢ  olmalıdırlar.  Ġnteqrasiya  imkanlarının  yaradılması, 
tələbənin məktəb həyatı və məktəbdə baĢ verən proseslərlə daha ətraflı tanıĢ ola 
bilməsi üçün yaxĢı olar ki, pedaqoji təcrübə ikinci kursdan baĢlasın.  
Bu gün respublikamızda hərtəfli hazırlığa malik, öz əməyini gənc nəslin 
düzgün  formalaĢmasına,  müstəqil  dövlətimizin  əsl  vətəndaĢı  kimi  tərbiyə 
olunmasına  həsr  edən  müəllimlərə  daha  çox  ehtiyac  duyulur.  Bunu  həm 
cəmiyyətimizin gələcək inkiĢafı, həm də məktəbimizin, təlim-tərbiyə prosesinin 
mühüm inkiĢaf səviyyəsi tələb edir. 
Açar sözlər: pedaqogika, tələbə, müəllim, tərbiyə, pedaqoji fəaliyyət. 
 
 
AZƏRBAYCAN KĠNOMATOQRAFĠYA SƏNƏTĠNĠN ĠNKĠġAFINDA 
NAXÇIVANIN COĞRAFĠ-TƏBĠĠ ĠMKANLARININ ROLU 
TAHĠR ƏLĠYEV, SEVDA SULTANOVA 
Azərbaycan Mədəniyyət Nazirliyi
 
tairaliyev@mail.ru 
 
Kinematoqrafiya  sənəti  yalnız  texniki  faktor,  dekorasiya,  xüsusi 
effektlər,  təbliğat,  parlaq  personajlar,  bir  əhvalatın  maraqlı  nəqli  demək  deyil. 
Kinonun yaranmasında, rejissorun tamaĢaçıya bədii məqsədinin çatdırılmasında 
eyni  zamanda  əhavlata  uyğun  seçilmiĢ,  filmin  atmosferini  yaradan  natura, 
məkan təsvirləri də mühüm rol oynayır.  
Bu  baxımdan  Naxçıvanın  unikal  təbiəti,  polifonik  relyefi  son  dərəcə 
kinematoqrafikdir.  BaĢqa  cür  desək,  bu  qədim  tarixi  ərazi  həm  təbii 
kinodekorasiya  mühiti  yaradır,  həm  də  bədii  ifadə  vasitəsi,  obraz  funksiyası 
daĢıyır.  Naxçıvanın  zəngin  təbiəti,  təbii  təsvir  modeli  istər  dram,  istər 
fantastika,  istər  mistika,  istər  vestern,    istərsə  də  tarixi  ekran  əsərlərinin 
çəkilməsi üçün böyük imkanlar təklif edir.  
Təsadüfi  deyil  ki,  Azərbaycan  kino  tarixində  əhəmiyyətli  yer  tutan  bir 
sıra məĢhur ekran əsərləri Naxçıvanda lentə alınıb: ―Dədə Qorqud‖, ―GümüĢgöl 
əfsanəsi‖, ―Əzablı yollarla‖, ―Babək‖, ―Ġki sahil‖, ―Nəsimi‖ və s.      
Naxçıvan təbiəti, xüsusən də, landĢaft və dağ silsilələri rejissora öz bədii 
niyyətini  həyata  keçirmək  üçün  geniĢ  Ģərait  yaradır  və  dekorasiya  qurmaq 
ehtiyacını minumuma endirir.  
Nümunə  kimi  Azərbaycan  xalq  ədəbiyyatının  ən  qədim  yazılı  abidəsi 
olan  ―Kitabi  Dədə  Qorqud‖  dastanı  əsasında  1975-ci  ildə  ekranlaĢdırılmıĢ 
―Dədə Qorqud‖ filmində bir səhnəyə diqqət yetirək.  Ata itkisinə hazır olmayan 
Burla  Xatunun  ağrısının,  itkisinin  ifadəsi  interyerdə  yox,  əzəmətli  daĢların 
kontekstində verilib. Konkret olaraq, bu səhnədə daĢ həm özünün coğrafi, təbii 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə