MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə47/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

Tezislər 
 
105 
təsvirləri,  xalqımızın  ruhunu,  məĢğuliyyətini  əks  etdirən  çoxlu  sayda 
heyvandarlıqla  bağlı  iĢlədilən  folklor  nümunələri    və  qədim  milli  dil 
elementlərimizi  özündə  saxlayan  Ģivə  sözlərimiz  burada  heyvandarlığın, 
xüsusilə  də  qoyunçuluğun  Eneolit  dövründən  inkiĢaf  etdiyini  göstərməkdədir. 
Məlumdur  ki,  cəmiyyətin  inkiĢafı  zamanı  hər  hansı  bir  təsərrüfat  sahəsinin 
güclü  və  sürətli  yüksəliĢi  bir  tərəfdən  insanların  ehtiyaclarını  qarĢılamaq 
məqsədi  güdürsə,  digər  tərəfdən  əhalinin  məskunlaĢdığı  təbii-coğrafi  Ģəraitin 
verdiyi imkanlardan asılı olur.  
Azərbaycan ərazisində əkinçilik təsərrüfatının yaranması Neolit dövrünə 
aid  olunur.  Tarixən  türk  tayfaları  su  hövzələrində,  çay  vadilərində 
məskunlaĢmıĢlar.  Culfa  rayonunun  Araz,  Əlincə  çayları  boyunca  yerləĢməsi 
buranın  qədim  türk  yurdu,  həmçinin  əkinçilik  təsərrüfatının  inkiĢafı  üçün 
əlveriĢli Ģəraitə malik yer olmasından xəbər verir. Rayonda əkinlə bağlı iĢlənən 
terminlər  müxtəlif  əĢya  və  alətləri,  torpağın  əkilmə  dövrünü,  əkinin 
suvarılmasını,  torpağın  məhsuldarlığını,  Ģum  aparılmasını,  cütə,  xıĢa  qoĢulan 
heyvanların  ad  və  sırasını,  taxılın  əkilməsini,  əkində  iĢtirak  edən  insanların 
vəzifələrinə  görə  adlarını  və nəhayət  məhsulun  yığılması ilə bağlı  adları  ifadə 
edir.  
Açar  sözlər:  Culfa,  Ġpək  Yolu,  heyvandarlıq,  təsərrüfat  leksikası, 
əkinçilik  
 
 
NAXÇIVAN  KĠTABXANALARI: MODERNLƏġMƏ YOLLARI 
AXTARIġINDA 
SEVĠL ZÜLFÜQAROVA  
AMEA Əlyazmalar Ġnstitutu  
nigar-aliyeva81@mail.ru 
 
BəĢəriyyətin XXI  əsrə–  ideya və texnologiyalar  əsrinə qədəm  qoyması 
ilə  əlaqədar  olaraq  cəmiyyətimizdə  bir  sıra  mühüm  dəyiĢikliklər,  yeniliklər 
müĢahidə olunmaqdadır. Bu dəyiĢikliklər fonunda isə digər strateji əhəmiyyətli 
obyektlərlə  yanaĢı,  sosial-mədəni  institutların,  informasiya  mərkəzlərinin,  o 
cümlədən kitabxanaların da rolu durmadan artmaqdadır. Belə ki, artıq sistemli 
informasiyalar  mühiti  dövlətçiliyin  tərəqqisinə  və  inkiĢafına  əhəmiyyətli 
dərəcədə  təsir  edə  biləcək  ehtiyat  sistemi  rolunu  oynayır.  Bu  baxımdan 
kitabxanalar  mühüm  sənəd  saxlayıcısı  kimi  həmiĢə  informasiya  sisteminin  bir 
hissəsi olmuĢdur.  
QloballaĢma Ģəraitində müasir kitabxanalar özünü mədəniyyət mərkəzi, 
elmi  irsin  qoruyucusu,  yaradıcısı  kimi  göstərməklə  yanaĢı,  ən  əsası  müasir 
informasiya sistemi ilə birbaĢa əlaqə yarada biləcək mərkəz rolunu oynayır. Bəs 
kitabxanaların  həyata  keçirəcəkləri  missiya  müasir  Ģəraitdə  necə 
formalaĢdırılır?  Kitabxanaların  fəaliyyəti  oxucuların  informasiya  tələbatı  ilə 


Beynəlxalq  İpək Yolu  
 
 
106 
uyğunlaĢdırılmalı,  ənənəvi  formalardan  fərqli  olaraq,  yeni  yanaĢmalar  tələb 
edən  müəyyən  informasiya  fəzası  yaradılmalıdır.  Kitabxanaların  müasir  sosial 
funksiyası isə ―dünyanın hansı nöqtəsində olursansa olsun hər bir sənət hamı və 
hər kəs üçün dünyanın hər nöqtəsində əlveriĢli olmalıdır‖ konsepsiyası ilə ifadə 
olunacaqdır.  Texnoloji  tərəfdən  həmin  konsepsiya  elektron  kitabxanaların 
yaranması  ilə  və  bu  tip  kitabxanalara  giriĢi  təmin  edən  sistemlərin  tətbiqi  və 
inkiĢafı yolları ilə reallaĢdırılacaqdır.  
Ġnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkiĢaf etdiyi 
bir  mərhələdə  çoxları  kitabxanaların  gələcəkdə  mövcud  olmayacağını 
proqnozlaĢdırırlar.  Lakin  onlar  səhv  edirlər.  Çünki  dünya  təcrübəsi  təsdiq 
etmiĢdir  ki,  kitabxanalarda  yeni  xidmət  formalarına  keçmək  üçün  yeganə  və 
real baza– qabaqcıl telekommunikasiya və informasiya texnologiyalarıdır. Buna 
görə də müasir kitabxanalarda çalıĢan peĢəkar mütəxəssislər cəmiyyətdə gedən 
bu dəyiĢikliklərə nəinki biganə qalmır, həmin proseslərdə aktiv iĢtirak etməklə 
ĠKT  sahəsində  yüksək  nailiyyətlər  əldə  edirlər.  Artıq  cəmiyyətdə  informasiya 
sistemlərinin  avtomatlaĢdırılması  iĢinin  həyata  keçirilməsi  proseslərinə 
baĢlanmıĢdır.  Bu  baxımdan  elektron  texnologiyalara  əsaslanan  müxtəlif 
informasiya  sistemləri  yaranmıĢ  və  bu  sistemlər  funksiyasından  asılı  olaraq, 
informasiya  axtarıĢı,  informasiya–  idarəetmə,  informasiya–  hesablayıcı, 
məlumatın  iĢlənməsi  sistemləri,  avtomatlaĢdırılmıĢ–  informasiya  sistemləri  və 
s. adlandırılmıĢdır.  
Kitabxanalarda  avtomatlaĢdırılma  proseslərinin  tətbiqi  onların  bütün 
fəaliyyət  sistemlərini  əhatə  edir:  ədəbiyyatın  abunəsi,  komplektləĢdirilməsi, 
iĢlənməsi,  kataloqlaĢdırılması,  xidmət  sahələrini:  abonoment  və  qiraət  zalları, 
kitabxanalar  arası  abonument,  ədəbiyyatın  mühafizəsi,  nadir  nəĢrlərin, 
əlyazmaların  konservasiyası,  xarici  ölkələrlə  ədəbiyyat  mübadiləsi  təĢkili 
fəaliyyətin  ən  mühüm  istiqamətlərindən  biri  olan  biblioqrafik  informasiya 
xidməti fəaliyyəti və s. 
Kitabxana– biblioqrafiya proseslərinin avtomatlaĢdırılmasını tətbiq edən 
kitabxanalar ilk növbədə elektron kataloqun yaradılmasından iĢə baĢlayırlar və 
oxucuların  ondan  istifadəsini  təĢkil  edirlər.  Son  zamanlar  avtomatlaĢdırılma 
proseslərinin  kitabxananın  bütün  sahələrinə  müsbət  müdaxiləsi,  kitabxanalar 
arasında informasiya resuslarının mübadiləsini və qarĢılıqlı əməkdaĢlığı daha da 
məqsədəuyğun  etmiĢdir.  AvtomatlaĢdırılmıĢ  kitabxanalarla  əməkdaĢlığın 
yaradılması və inkiĢaf  etdirilməsi  heç bir kitabxana daxili  informasiya balansı 
ilə kifayətlənmədiyindən və kifayətlənməyəcəyindən hər bir kitabxanların digər 
kitabxanalarla iĢ birliyinə və müĢtərək informasiya bölgüsünə ehtiyacı var.  
Müasir kitabxanaçı həm də yaxĢı menecer olmalıdır, müasir kitabxanaçı 
poliqlot  bir  Ģəxs  kimi    bir  neçə  dünya  dilini  mənimsəməli,  həm  də  müasir 
texnologiyalarla peĢəkarcasına davranmalıdırlar.  
Kitabxanaların informasiya mərkəzinə çevrilməsi, informasiyanı müasir 
texniki avadanlıqların  vasitəsi  ilə alması,  paylanması və ötürülməsi,  kitabxana 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə