MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə45/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

Tezislər 
 
101 
daha  görürük.  Əkinçilik,  heyvandarlıq,  arıçılıq,  dulusçuluq  adət-ənənələrimizə 
aid olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır. 
 Naxçıvan  və  ġərqi  Anadolunun  dialekt  və  Ģivələrindən  topladığımız 
termin  səciyəli  sözlərin  tarixi-müqayisəli  metodla  tədqiqi  bir  daha  göstərir  ki, 
qədim  dil elementləri ən çox bu bölgədə qorunub saxlanılmıĢdır. 
Bəllidir  ki,  Ģivələr  dilin  qədim  dövrlərinə  aid  mövcud  faktları  qoruyub 
saxlayan  ən  etibarlı  mənbədir.  Odur  ki,  Ģivə  sözlərinin  tarixi-müqayisəli 
araĢdırılması,  onu  əmələ  gətirən  modellərin  müəyyənləĢdirilməsi,  Ģivə 
sözlərinin formalaĢmasını izləmək bir çox baĢqa problemlərin həllinə də kömək 
edə bilər. 
Açar sözlər: Naxçıvan, anadolu, dialekt, Ģivə 
 
 
ƏYLĠSDƏ QƏDĠM TÜRK MƏDƏNĠYYƏTĠ 
NĠZAMĠ MURADOĞLU (MƏMMƏDOV
AMEA Folklor Ġnstitutu 
nizamimurad@gmail.com 
 
Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  biri  olan  Əylis  kəndi 
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Araz çayının Ģimalında, 
Ordubad Ģəhərinin qərb hissəsində, 7 (yeddi) kilometrlik bir məsafədə yerləĢir. 
Əylis kəndi orta əsrlərdən baĢlayaraq böyük inkiĢaf yolu keçmiĢ, sənətkarlıq və 
sənayenin  yüksəliĢi  ilə  Ģəhər  səviyyəsinə  gəlib  çatmıĢdır.  Xüsusilə  Əylisdə 
ipəkçiliyin  yüksək  inkiĢafı  digər  sahələrin-toxuculuq  və  ipək  ticarətlərinin 
yaranmasını  da  sitimullaĢdırmıĢdı.  XVI-XVII  əsrlərdə  Əylisdə  bir  çox  ipək 
sexləri,  manufakturalar  yaranmıĢ,  əhalinin  pul  gəlirləri  artmıĢ  və  beləliklə  də 
kəndin ictimai-sosial həyatında köklü dəyiĢikliklər baĢ vermiĢdi.  
Əylisdə  aparılan  adadlıq iĢləri, küçələrin  daĢla döĢənməsi,  ikimərtəbəli 
binaların salınması, kəhrizlər sisteminin yaradılması, o zamankı hakimiyyətin-
Ģahlıq üsul-idarəsinin diqqətini cəlb etmiĢ, bu məkanın təbii relyefinin gözəlliyi 
I  ġah  Abbasın  xoĢuna  gəlmiĢ,  Ģahın  xəzinəsindən  ayrılan  vəsaitlə  nadir 
mədəniyyət abidələrindən olan ġah Abbas məscidi, hamamı, kəhrizi, mədrəsəsi 
kompleksinin  tikintisi  planlaĢdırılmıĢdır.  Beləliklə,  Əylisin  tarixi  abidələri 
sırasına  ġah  Abbasın  adını  daĢıyan  adidələr  kompleksi  də  əlavə  olunmuĢdur. 
Hazırda  həmin  abidələr  kompleksi  Əylis  kəndinin  mərkəzi  ġah  Abbas 
meydanında  öz  həyatını  sürməkdədir.  ġah  Abbas  meydanından  3  (üç) 
istiqamətdə yol ayrılır. ġərqə gedən yolun baĢlanğıcında Xanlar həyətinə açılan 
darvaza ilk növbədə diqqəti cəlb edir. 
Məqalədə  Əylisdə  mövcud  olan  digər  abidələr  ilə  birlikdə  ġah  Abbas 
məscidi və hamamı haqqında ətraflı məlumat vermək nəzərdə tutulur. Belə ki, 
hazırda  bu  abidələrdən  olan  məscid  sovet  dövründə  dağılb  sökülsə  də, 
respublikamız ikinci dəfə müstəqilliyini qazanandan sonra yerli əhalinin daxili 


Beynəlxalq  İpək Yolu  
 
 
102 
imkanları ilə təmir edilib camatın istifadəsinə verilmiĢdir. Təbii ki, burada elmi 
bərpadan  söz  demək  olmaz.  Amma  məscidin  dağılıb  sıradan  çıxmasının 
qarĢısının alınmasında bu iĢin müəyyən önəm daĢıdığını da qeyd etməliyik. 
Hamama  gəlincə  deməliyik  ki,  bu  hamam  üç  gümbəzli  olub  nadir 
abidələrdəndir.  Bu  hamamın  oxĢarı  Naxçıvan  Ģəhərində  elmi  bərpadan  sonra 
mədəniyyət nümunəsi kimi qorunan Ġsmayıl xan hamamıdır.    
Təqribən 600 kvadratmetrlik Əylis hamamını  Ordubad və Naxçıvan Ģəh
ərində olan üçgünbəzli hamam binalarından fərqləndirən cəhəti onun bu ərazidə
 yerləĢən abidələr kompleksinin tərkib hissəsi olmasındadır.  
Açar  sözlər
Əylis, ġah Abbas, məscid, hamam, ipək, ticarət, daĢ, memarlıq  
 
 
NAXÇIVANDA  KĠTABXANALARIN TARĠXĠ 
 AYPARA BEHBUDOVA 
Naxçıvan Dövlət Universiteti 
behbudova_a@mail.ru 
 
 Hər  bir  xalqın  mədəni  inkiĢafında  kitab  və  kitabxanalar  böyük  rol 
oynadığı  kimi,  Azərbaycan  xalqının  da  tərəqqi  və  inkiĢafında  kitabxanalar 
mühüm rolu vardır. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan 
Azərbaycan  maarifçilik  hərəkatına  və  kitab  mədəniyyətinin  inkiĢafına  mühüm 
töhfələr vermiĢdir. 
  XIX  əsrin  birinci  yarısından  etibarən  Naxçıvanda  kitabxanalar  təĢkil 
edilməyə  baĢlamıĢdır.  1837-ci  ildə  Naxçıvan  Ģəhərində  açılmıĢ  ―Rus-tatar‖ 
məktəbi  yanında 844 nüsxə kitab fonduna malik olan kitabxana yaradılmıĢdır. 
Naxçıvanda ilk kitabxana yaradıcısı Eynalı bəy Sultanov olmuĢdur. Onun  Ģəxsi 
kitabxanası  olmuĢ  və  Naxçıvan  ziyalılarının  əksəriyyəti  bu  kitabxanadan 
istifadə  etmiĢlər.  1881-1883-cü  illərdə  Naxçıvanda  ―Müsəlman  incəsənət  və 
dram  cəmiyyəti‖  yaranır.  Bu  cəmiyyətin  üzvü  E.Sultanovun  təĢəbbüsü  ilə 
cəmiyyətin  kitabxanası  təĢkil  olunur.  Bu  kitabxanada  böyük  Azərbaycan 
yazıçısı,  mütəfəkkiri  M.F.Axundovun,  rus  klassik  yazıçılarının  əsərləri 
olmuĢdur.  
Naxçıvanda ən zəngin kitabxanalardan biri də görkəmli ədəbiyyatĢünas 
Əziz  ġərifin  atası  MəĢədi  Qurbanəli  ġərifovun  kitabxanası  olmuĢdur.  Onun 
kitabxanasına  Bağçasarayda  və  Kazan  Ģəhərində  nəĢr  olunan  kitablar  gəlirdi. 
XX  əsrin  əvvəllərində  Naxçıvanda  Hacımehdi  Bağırov,  Heydər  Məmmədov, 
Bəhruz Kəngərli, Əmirovların və baĢqa ziyalıların Ģəxsi kitabxanaları olmuĢdur. 
Bu kitabxanalardan geniĢ xalq kütləsi istifadə etmiĢdir. 
 
1905-ci  ildə  Naxçıvanda  ―Müsəlman  maarif  incəsənət  cəmiyyəti‖ 
tərəfindən  rəsmi  kitabxana  açılıb.  1915-1916-cı  illərdə  Ģəxsi  kitabxanaların 
ayrı-ayrı ziyalılar tərəfindən yaradılması daha da artır. Bu illərdə Musayevlərin, 
ġahbazağa  Kəngərli,  ġahbaz  Kələntərov,  Rza  Təhmasibin,  Həsən  Səfərlinin  


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə