MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə43/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

Tezislər 
 
97 
Digər  bir  maraqlı  model  Konsorsium  modelidir.  Konsorsium  modeli 
effektiv model olsa da hələ də özünü tam doğrulda bilməmiĢdir. Buna bir çox 
amillər  təsir  edir.  BaĢqa  bir  maraqlı  konsorsium  isə  Qlobal  Universitet  (GU) 
təĢkilatıdır.  TəĢkilat  ―Universitetlərin  və  ticarət  müəssisələrinin  təhsil 
tərəfdaĢlığı  çərçivəsində  ümumdünya  elektron  Ģəbəkəsi‖–ni  yaratmağı  təklif 
edir.  Hazırda  bu  konsorsium–universitet  sakit  okean  hövzəsində  yerləĢən 
universitet  və  kolleclərin    tədris  resurslarından  qarĢılıqlı  istifadəsini  təmin 
etmək üçün simvolik qiymətlə süni peykdən istifadə etməyin yollarını araĢdırır.  
Beləliklə GU konsorsium üzvlərinə öz vasitələrindən müĢtərək istifadə imkanı 
yaratmıĢ olur. Nəticədə maliyyə vəziyyəti ağır olan müəssisələr öz xidmətlərini 
təqdim  etmək  üçün  ümumi  aktivdən  istifadə  edə  bilirlər.  Bu  konsorsiumun 
köməyilə  bütün  dünyada  təhsil  alanlar  öz  ölkələrində  olmayan  ən  yaxĢı  tədris 
vəsaitlərindən yararlana bilirlər. 
E-universitetlərdə  təhsil  alan  insanlar  iĢ  yerlərindən  ayrılmadan  həm  də 
təhsil  almaq  imkanı  qazanırlar.  Bu  o  deməkdir  ki,  e-universitet  tələbəsi 
sənayedə  fəaliyyət  göstərməklə  həm  öz  ölkəsinin  istehsal  məhsullarına  töhvə 
verir, həm də qazandığı pul hesabına təhsil xərclərini ödəyir. E-universitetlərin 
tələbələrinin  əksəriyyəti  adətən  əcnəbi  tələbələr  olur  və  bu  tələbələr  də  digər 
ölkələrdə çalıĢır, amma təhsil haqqlarını e-universitet olan ölkələrin büdcəsinə 
ödəyirlər. Burdan belə çıxır ki, əcnəbi tələbələrin hesabına ölkə büdcəsinə sırf 
xarici  valyuta  axını  baĢ  verir.  Əgər  əcnəbi  tələbə  təhsil  aldığı  ölkədə  həm  də 
yaĢayırsa o zaman onun yaĢaması üçün lazım olan əlavə vəsait də, ticarət, iaĢə, 
nəqliyyat,  sosial  obyektlər  vasitəsiylə  yenə  də  e-universitetin  mövcud  olduğu 
ölkənin büdcəsinə daxil olur. 
―QS World University Rankings‖ Ģirkəti dünyanın ən yaxĢı universitetlərini 
araĢdırır.  Bu  universitetlərin  mövcud  olduğu  dövlətlərdə  əcnəbi  tələbələr 
hesabına  büdcəyə  daxil  olan  vəsaitin  ölkənin  ÜDM–na  nisbətən  payını 
araĢdırsaq bu vəsaitin yetərincə böyük məbləğdə olduğu göstərilmiĢdir. 
Azərbaycanda  da  bu  istiqamətdə  geniĢ  miqyaslı  iĢlər  görülür.  Bu  proses 
təhsil sahəsində az da olsa nəzərə çarpır. Belə ki, Azərbaycan universitetlərinin 
bir  neçəsində  tədris  prosesninin  bəzi  sahələrinin  elektronlaĢma  prosesinə 
baĢlanmıĢdır.  Məsələn:  Naxçıvan  Dövlət  Universitetində  2012-2013–cü  tədris 
ilindən  baĢlayaraq  semestr  imtahanları  müvafiq  fənlər  üçün  elektron  formada 
keçirilir,  hal  hazırda  KOĠCA–Azərbaycan  Ģirkətinin  ―Naxçıvan  Dövlət 
Universiteti  üçün  elektron  təhsil  Ģəbəkəsi  və  rəqəmsal  multimedia 
infrastrukturunun  yaradılması‖  layihəsi  həyata  keçirilir.  Azərbaycan  Texniki 
Universitetində də KOĠCA–Azərbaycan Ģirkətinin  Layihəsi əsasında ―Elektron 
Universitet ġəbəkəsi‖  yaradılıb.  Sumqayıt Dövlət Universitetində, Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetində  və  digər  universitetlərdə  də  semestr 
imtahanlarının  müvafiq  fənlər  üçün  elektron  formada  keçirilməsinə 
baĢlanmıĢdır.  Lakin  bütün  bu  proseslər  ayrılıqda  müxtəlif  universitetlərdə 
həyata  keçirilsə  də  Azərbaycanda  vahid  konsepsiya  üzrə  fəaliyyət  göstərən,  


Beynəlxalq  İpək Yolu  
 
 
98 
müasir standartlara cavab verə bilən, informasiya cəmiyyətinə tam inteqrasiya 
olunmuĢ, tam elektron universitet modeli mövcud deyil. 
Nəticəyə gəlmək olar ki, təhsil sahəsi dövlətin inkiĢafına təsir edən ən əsas 
sahələrdən biridir. YaxĢı təhsilli vətəndaĢlar yalnız yaxĢı təhsil müəssisələrində 
yetiĢə  bilər.    Demək  olar  ki,  təhsil  müəssisələrini  ĠKT–siz    təsəvvür  etmək 
mümkün deyil. Bu onu deməyə əsas verir ki, dünya təhsil sisteminə inteqrasiya 
etmək, dünya təcrübəsindən  yararlanmaq, gündən–günə  yenilənən informasiya 
texnologiyalarını    təqib  və  tətbiq  edə  bilmək    üçün  təhsil  obyektlərini 
elektronlaĢdırmaq,  ənənəvi  universitetlərdən  e-universitetlərə  keçmək  zamanın 
tələbidir.  
Açar  sözlər:  bimodal  model,  on-off-campus  model,  off-campus  model, 
konsorsium modeli, distansion təhsil 
 
 
BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ MULTĠMEDĠALI ĠNTERAKTĠV 
DƏRSLƏRĠN HAZIRLANMASI 
ZƏRÖVġƏN BABAYEVA  
Naxçıvan Dövlət Universiteti 
babayeva_z@yahoo.com 
 
 
Tədqiqatlar göstərir ki, biologiyanın tədrisində multimedialı baza əsasın-
da təlim proqramları ilə iĢləyərkən diqqət iki dəfə artır ki, bu da vaxta qənaət 
edilməsinə,  biliklərin  yaradıcı  tətbiqinə  geniĢ  imkan  yaradır.  Bioloji  biliklərin 
çatdırılmasında multimedianın imkanlarından istifadə bütün informasiya kanal-
larının  –  analizatorların  və  yaddaĢ  formalarının  birgə  fəaliyyətini  təmin  edir. 
Artıq yeni təlim texnologiyalarının tədrisdə dominantlıq etməsi vaxtı çatmıĢdır. 
Belə ki, orta məktəblərdə hər rübün sonu, buraxılıĢ, sinifdən-sinfə keçərkən; ali 
məktəblərdə qəbul, kollekium, sərbəst iĢlər, kurs və buraxılıĢ iĢləri, dövlət imta-
hanları, semestr imtahanlarının keçirilməsi artıq öz istiqamətini dəyiĢməlidir və 
dəyiĢir də. Bunun üçün fənn müəllimlərinin, təhsil müəssisələrinin birgə konf-
ransları  keçirilməli,  öyrədən-öyrənən  qarĢılıqlı  münasibətinə  yenidən  baxıl-
malıdır. Bir sözlə, təhsil sahəsində yenidənqurma, islahat iĢlərinin real vəziyyəti 
dəyərləndirilərək infrastruktur kökündən yeni keyfiyyət dəyiĢikliyinə uğramalı-
dır.  Əsas  məqsəd  öyrənənlərin  məntiqi,  tənqidi  təfəkkürünü  inkiĢaf  etdirərək 
qəbul etdiyi informasiyanın–biliyin analiz-sintez edə bilməsi, tətbiq bacarıqları-
nın formalaĢdırılmasıdır. Ona görə də öyrənənlər biliklərin kopyalandığı, arxivə 
göndərildiyi  papka  vəziyyətindən  çıxarılmalıdır.  Test  üsulu  ilə  imtahanların 
tərtibi də son illər gənc nəsildə fikri ifadə edə bilməmək problemi yaratmıĢdır. 
Bəzi hallarda onlarda informasiyanın qəbuletmə sürəti ilə unutma sürəti az qala 
bərabərləĢir. Tədris sistemində köklü dəyiĢikliklərə ehtiyac vardır. ĠKT-nin təd-
ris  prosesinə  pərakəndə  tətbiqi  təcrübəsi  daxil  edilən  proqram  vasitələrində 
lazım  olan  effektiv  nəticəni  vermir.  Əsas  səbəblərdən  biri,  bu  vasitələrin 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə