MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


  NAXÇIVANDA TEATRIN FORMALAġMASI VƏ ĠNKĠġAFINDA



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə40/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

Tezislər 
 
91 
NAXÇIVANDA TEATRIN FORMALAġMASI VƏ ĠNKĠġAFINDA 
YERLĠ ZĠYALILARIN ROLU 
 (1905-1920) 
ƏLĠ QƏHRƏMANOV 
AMEA Naxçıvan Bölməsi 
a.qehremanov@yahoo.com 
 
 Azərbaycan  teatrının  ayrılmaz,  zəngin  ənənələrə  malik,  mühüm 
qollarından biri olan Naxçıvan teatrı maarif və mədəniyyətin mütərəqqi carçısı 
kimi  hər  cür  maneələrə  baxmayaraq  sürətlə  inkiĢaf  etmiĢdir.  O  dövrdə  teatrı 
maarifçilik  hərəkatından  ayrı  düĢünmək,  təsəvvür  etmək  mümkün  deyildi.  Bu 
mənada  yerli  ziyalılar  xalqın  mədəni  səviyyəsini  yüksəltmək  üçün  məktəb, 
mətbuat və teatr kimi üç mühüm sahəyə önəm verirdilər. Ziyalılar teatrı millətin 
aynası    bildiklərindən  teatr  hərəkatında  daha  fəal  iĢtirak  edir,  tamaĢaların 
hazırlanmasına  hər  cür  yardımlar  göstərir,  bir  çoxu  da  həmin  tamaĢalarda 
aktyorluq  edirdilər.  Milli  oyanıĢda  teatrın  təsir  və  təlqinedici  gücünün  böyük 
olduğunu  bildikləri  üçün  teatr  sənətini  ideya  və  məfkurə  silahına  çevirib 
insanları yeni amallar uğrunda mübarizəyə səsləyir, xalqın inkiĢafı üçün maarif 
və  mədəniyyət  ocaqlarının  açılmasına  çalıĢır,  hər  vəchlə  öz  ideyalarına  sadiq 
qalırdılar. 
 Birinci rus inqilabından sonra Naxçıvanda da ədəbi qüvvələrin və teatr 
həvəskarlarının  fəaliyyəti  geniĢlənir.  Həmin  illərdə  Ģair  Əliqulu  Qəmküsar 
(Nəcəfov),  istedadlı  artist,  professor  Rza  Təhmasib,  görkəmli  rejissor  kimi 
tanınmıĢ Ģəhər hakimi Böyükxan Naxçıvanski  teatrın inkiĢaf etdirilməsi üçün 
ciddi səy göstərirdilər.  
Ġyirminci  yüzilliyin  əvvəllərindən  baĢlayaraq  naxçıvanlı  qadınlar  ilk 
dəfə  olaraq  dünyəvi  təhsilə  cəlb  olundular.  Beləliklə,  burada  qadınların 
maariflənməsinin  bünövrəsi  qoyuldu.  Naxçıvanda  mədəniyyətin,  maarifin, 
incəsənətin  çiçəklənməsinə  qadınlar  da  böyük  töhfələr  vermiĢlər.  Naxçıvan 
məktəblərində  müsəlman  qızlar  tərəfindən  keçən  əsrin  10-cu  illərindən 
baĢlayaraq tamaĢalar hazırlanıb göstərildi. O zaman qadın truppasının tamaĢası 
böyük  ictimai  əhəmiyyət  kəsb  edirdi.  ġərq  qadınının  azadlığı  uğrunda 
mübarizəsi böyük müvəffəqiyyət kimi qiymətləndirilirdi.  
 Bu  dövrdə  Naxçıvan  teatrının  təkmilləĢməsi  sahəsində  də  müəyyən 
addımlar atılmıĢdı. Naxçıvanda həqiqi səhnə tərtibatı, rəssam iĢi 1912-ci ildən 
özünü göstərməyə baĢladı. Ġstedadlı realist rəssam Bəhruz Kəngərli 1912-1918-
ci  illərdə  Naxçıvan  teatrında  göstərilən    tamaĢaların  səhnə  tərtibatını  böyük 
ustalıqla iĢləmiĢ, səhnəyə lazım olan dekor və pərdələr hazırlamıĢdır. 
 
 1917-1920-ci  illər  Naxçıvan  teatrının  tarixində  ən  ağır  və 
məhrumiyyətlərlə  dolu  bir  dövr  olmasına–yəni  Ġngilis  müdaxiləçilərinin, 
daĢnakların  kəskin  müqavimət  və  hücumlarına  baxmayaraq  ziyalılar  böyük 


Beynəlxalq  İpək Yolu  
 
 
92 
iradə  və  mətanət  göstərərək  teatrın  Ģərəfini  qorumuĢ,  öz  fəaliyyətlərini  gah 
Naxçıvanda, gah da Təbrizdə davam etdirmiĢlər. 
 
Ümumiyyətlə,  Naxçıvan  teatrının  1920-ci  ilə  qədərki  bu  dövründə 
nümayiĢ etdirdiyi tamaĢalarda mövzusundan və janrından, təsvir etdiyi dövrdən 
asılı  olmayaraq  həmiĢə  dövrün  aktual  problemlərinə  toxunmuĢ,  dünya 
klassiklərinin hesabına da repertuarını zənginləĢdirmiĢdir. 
Açar sözlər: Naxçıvan teatrı, incəsənət, ziyalı, dramaturgiya, repertuar. 
 
 
MƏHƏMMƏD ƏLĠ NAXÇIVANĠNĠN TƏLƏBƏSĠNƏ VERDĠYĠ 
ĠCAZƏNAMƏ 
ZƏKĠYYƏ ƏBĠLOVA 
AMEA Əlyazmalar Ġnstitutu 
abilovazakiya@rambler.ru 
 
Hər  bir  dövrdə  olduğu  kimi,  XIX-XX  əsrlərdə  də  Azərbaycanın  alim  və 
mütəfəkkirləri  ümümdünya mədəniyyəti xəzinəsinə öz qiymətli töhfələrini ver-
miĢlər.  Çoxu  ilk  təhsilini  vətəndə  aldıqdan  sonra  elm  dalınca  Təbriz,  Nəcəf, 
Ġstanbul,  Buxara və s. kimi  ən məĢhur elm mərkəzlərinə  yollanan həmin  dövr 
din  xadimləri    mükəmməl  təhsil  aldıqdan  sonra    bir  qismi  vətənə  qayıdıb 
islamın daha da intiĢar tapması, islam əxlaqının tərbiyə edilməsi və əqidəsinin 
möhkəmləndirilməsi  üçün  islami  dəyərləri  tədris  edən  elm  ocaqlarında 
müdərrislik  edirdilər.  Digər  bir  qismi  isə  ya  dünyanın  müxtəlif  ölkələrinə  üz 
tutur, ya da təhsil aldıqları ölkədə qalıb islam dininin inkiĢafında özünəməxsus 
izlər  qoyan  müvəffəqiyyətlər  qazanırdılar.  Belə  Ģəxsiyyətlərdən  biri  də  Molla 
Məhəmməd  Əli  bin  Hacı  Xudad  Naxçıvani  Nəcəfi  Ğərvidir.  1852-ci  ildə 
mömin  bir  ailədə  dünyaya  göz  açan  Məhəmməd  Əli  Naxçıvani  ilk  təhsilini 
vətəndə  aldıqdan  sonra  bir  müddət  Təbrizdə,  1869-cu  ildən  isə  Əhli-beyt 
elminin  mərkəzi  Nəcəfül-ƏĢrəfdə  Fazil  Ġrəvani,  Mirzə  Məhəmməd  ġərəbyani, 
ġeyx  Məhəmməd,  Hüseyn  Kazimi,  Mühəqqiq  RəĢti  kimi  tanınmıĢ  alimlərdən 
bəhrələnmiĢdir.  ―Reyhanətül-  ədəb‖də  alimin  haqqında  yazılır:  ‖Molla 
Məhəmməd  Əli  bin  Hacı  Xudad  Naxçıvani  Nəcəfi  imamiyyə  alimlərindəndir. 
Fiqh,  üsul  və  hədis  alimi  olmuĢdur.  Risalələrində  SeyyidüĢ-Ģühədaya  dərin 
hörmət  ifadə  etmiĢdir‖.  Molla  Məhəmməd  Naxçıvani  ―Ġctiməül-umur  van-
nəhi‖,  ―Əl-Ġctimaül-mənqul‖,  ―Dəatül-Huseyniyyə‖,  ―HaĢiyətü-rəsail  və 
məkasib  ġeyx  Murtuza  Ənsari‖  və  s.  kimi  əsərlərin  müəllifidir.  Naxçıvaninin  
bir  sıra  tələbələri  olmuĢdur  ki,  onlardan  biri  də  haqqında  yüksək  fikirlər 
söylədiyi  Axund  hacı  Ağamirzə  Əbdülkərim  ağa  Badkubidir  (1867-1961).  
Əbdülkərim ağa Nəcəfdə təhsil alarkən bu görkəmli alimdən miras məsələlərini 
öyrənmiĢdir.  Naxçıvani  Badkubiyə  verdiyi  icazənamədə  yerin-göyün  hakimi 
Allah-Təalaya, Onun Rəsuluna (s) Ģükürdən sonra  yazır: ―ġükür və səna olsun 
Ġmam Zamana. Allah onunla görüĢ gününü yaxınlaĢdırsın. Əmmə bə’d, böyük 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə