MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə48/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

Tezislər 
 
107 
proseslərinin  avtomatlaĢdırılması,  Azərbaycan  gerçəkliklərinin  beynəlxalq 
aləmə  çatdırılması  və  s.  kimi  iĢlərin  həyata  keçirilməsində  kitabxanalar  öz 
iĢlərini  daha  effektiv  qurmaq  üçün  sorğular  və  monitorinqlər  keçirməli  və 
gələcək  iĢ  prinsiplərini,  perspektivlərini  müəyyən  etməlidirlər.  Aparılan  sorğu 
və monitorinqlərə  aĢağıdakıların təhlil edilməsi zəruridir: 
1.
 
Bu  gün  hansı  bilik  və  informasiyaya  (məzmununa,  formasına  və 
mənbələrinə görə) güclü tələbat var? 
2.
 
Hansı bilik və informasiyaya sabah tələbat yaranacaqdır? 
3.
 
Ġnformasiyanı  kitabdan,  yoxsa  elektron  informasiya  mənbələrindən 
əldə etmək istəyərdiniz? 
Ġnformasiya  tələbatlarının  kəskin  dərəcədə  artdığı,  ―Ġnformasiya  əsri‖ 
adlandırılan  XXI  əsrdə  qarĢıya  qoyulan  ən  mühüm  vəzifələrdən  biri 
informasiya  cəmiyyətinin  yaradılmasıdır.  Fəaliyyətini  doğru  istiqamətdə 
qurmuĢ kitabxanalar ən dəyərli informasiya mənbələridir. 
 
Açar sözlər: kitabxana, informasiya mərkəzi, qloballaĢma, nadir nəĢrlər 
 
 
HÜSEYN  CAVĠD ĠRSĠNƏ ƏBƏDĠYAġARLIQ QAZANDIRAN 
ÜMUMMĠLLĠ LĠDER HEYDƏR ƏLĠYEV   
SALATIN ƏHMƏDLĠ 
Azərbaycan Memarlıq və ĠnĢaat Universiteti 
huseinjavid@gmail.com 
 
Dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında 
romantizm  cərəyanının  banisi  Hüseyn  Cavid  həmiĢə  Heydər  Əliyevin  diqqət 
mərkəzində  olmuĢdur.  1982-ci  ildə  H.Cavidin  cənazəsini  uzaq  Sibirdən 
gətirməsi  və  doğma  Naxçıvan  torpağında  dəfn  etdirməsi,  içərisində  bu  gün 
Cavidlərin  birgə  uyuduğu  möhtəĢəm  məqbərənin  tikilməsi  Heydər  Əliyevin 
böyük qəhrəmanlığı, misilsiz rəĢadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan 
ədəbiyyatına,  ədəbi-ictimai  fikrinə  tarixi  ehtiramı  idi.  O,  1995-ci  ildə  Hüseyn 
Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiĢ müĢavirədə 
demiĢdir:  ―Bilirsiniz  ki,  Hüseyn  Cavidin  həyatı,  yaradıcılığı  Azərbaycan  üçün 
nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün 
nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur. 
Ancaq  bu  faciəli  dövrlər  onun  yaradıcılığını  Azərbaycan  xalqının  qəlbindən 
çıxara bilməyib, yaĢadıbdır‖.  
Heydər  Əliyevin  XX  əsr  Azərbaycan  romantizminin  görkəmli  siması, 
romantik  Ģair  və  filosof  H.Cavid  haqqındakı  fikirləri  müasir  cavidĢünaslığın 
metodoloji əsaslarını müəyyən edir: ―Hüseyn Cavid XX əsrdə Azərbaycan ədə-
biyyatının,  mədəniyyətinin  inkiĢaf  etməsində  misilsiz  xidmətlər  göstərmiĢdir. 
Hüseyn  Cavid  Azərbaycan  xalqını,  onun  mədəniyyətini,  ədəbiyyatını,  elmini 
yüksəklərə  qaldıran  böyük  Ģəxsiyyətlərdən  biridir.  Hüseyn  Cavidin  yaratdığı 


Beynəlxalq  İpək Yolu  
 
 
108 
əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər 
üçün  dərslik  kitabıdır.  Hüseyn  Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti 
Azərbaycan  xalqının  mədəniyyətini  yüksəklərə  qaldırmaqdan,  xalqımızı  azad, 
müstəqil  xalq  etməkdən  ibarət  olubdur.  Onun  bütün  yaradıcılığı  Azərbaycan 
xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmiĢə öz iradəsi ilə yaĢamıĢ, 
öz iradəsinə, millətinə sadiq olmuĢdur, millətini, xalqını həddindən artıq sevmiĢ 
və millətinə həddindən artıq xidmət edən bir insan olmuĢdur‖. 
Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual 
dəyərdə  böyük  romantik  Ģair  və  filosofun  yaradıcılığına  xas  bir  neçə  cəhət  öz 
ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır; yaratdığı əsərlər milli 
sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və 
müstəqilliyə  xidmət  edir;  o  böyük  yaradıcılıq  iradəsi  nümayiĢ  etdirmiĢ; 
millətinə sadiq olmuĢ, onu sevmiĢ və hədsiz xidmət göstərmiĢdir. 
Açar sözlər: ədəbiyyat, türkçülük, Cavid, məqbərə 
 
 
NAXÇIVANIN QƏDĠM SƏNƏT NÜMUNƏLƏRĠNDƏKĠ XAÇ 
ĠġARƏLƏRĠNĠN SEMANTĠK MƏZMUNU  
FĠZZƏ QULĠYEVA 
Naxçıvan Dövlət Universiteti 
fizze25@mail.ru 
 
Naxçıvanın  Eneolit  və  Tunc  dövrünə  aid  yaĢayıĢ  yerlərindən,  qəbir 
abidələrindən  aĢkar  edilmiĢ  sənət  nümunələri  üzərindəki  təsvirlərdən  qədim 
insanların  həyat  tərzini,  məĢğuliyyətini,  həmçinin  onların  mifoloji  və  səmavi 
düĢüncəsini  aydın  Ģəkildə  müĢahidə  etmək  mümkündür.  Həndəsi,  nəbati 
ornamentli  təsvirlərdə  təsvirin  sxematikliyi,  sadəliyi,  informasiyanın  Ģəkli 
olaraq kodlaĢdırılması böyük bir dövr ərzində sənətkarlıq ənənəsi kimi davam 
etdirilmiĢdir. Eneolit və Erkən Tunc dövrü keramika məmulatı  üçün daha çox 
cızma, basma, qabartma üsulu ilə həll olunan təsvirlər xarakterik  olsa da Orta 
və  Son  Tunc  dövrü  təsvirləri  üçün  daha  çox  tipik  xüsusiyyət  onların  boya  ilə 
çəkilməsidir.  Bu  da  həmin  dövrün  sənətkarlıq  yapısının  dəyiĢməsini,  inkiĢaf 
etməsini  göstərir.  Yığıcılıq  və  ovçuluqla  məĢğul  olan  qədim  insan  zamanla 
təsərrüfatı  təkmilləĢdirmiĢ,  əkinçilik  və  maldarlıq  vərdiĢlərinə  yiyələnmiĢ, 
sənətkarlığı  inkiĢaf  etdirmiĢ,  bununla  bağlı  düĢüncələrini  isə  sxematikləĢmiĢ 
Ģəkildə  qayalara,  keramikaya  həkk  etmiĢdir.  Təsvir  edilən  motivlərdə  ov  və 
təsərrüfat  heyvanları  ilə  bərabər  yırtıcı  heyvanların,  quĢların  da  təsvirləri  yer 
almıĢdır.  QuĢları  göy  aləminin  təmsilçisi  hesab  edən  qədim  insan  digər 
heyvanları  quĢ  təsvirlərindən  alt  hissədə  təsvir  etmiĢdir.  Ehtimal  ki,  təsərrüfat 
qablarında quĢ təsviri bərəkətin qorunması ilə bağlı inamları simvolizə etmiĢdir. 
Ġnanclara görə məhsul insanlara  göydəki tanrılar tərəfindən verilmiĢdir. Eneolit 
dövrü  təsvirlərindən  fərqli  olaraq  Orta  Tunc  dövrü  təsvirlərində  zəngin  sujetli 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə