MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə55/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

Tezislər 
 
123 
örnəkləri  ilə  zənginləĢmiĢdir.  Həmin  məsələdə  XX  yüzilliyin  ikinci  yarısında 
Naxçıvan  ədəbi  mühitinə  məxsus  olan  söz  sənətkarlarının  ədəbi  dilimizə 
xidməti  unudulmamalıdır.  Onların  söz-ifadə  yaradıcılığı  prosesində  müəyyən 
qədər yeri və mövqeyi vardır. Bu baxımdan, Hüseyn Razi, Müzəffər Nəsirli və 
Validə Hüseynovanın dili maraqlı faktlarla zəngindir.  
Sözügedən  sənətkarların  dilində  onların  öz  qələminə  məxsus  bir  sıra 
maraqlı  ifadələr  diqqəti  çəkir.  Məsələn,  Hüseyn  Razinin  dilindəki  qəriblik 
kölgəsi, səmimiyyət sədası, boyalanmış kəlmələr, çəkisizlər mühiti, sərhədləşən 
həqiqət, söz horrası, iclas qazanı, can dəftəri, fikir damcıları, pəhriz kəfəni, küt 
başların  inadı, duyğu pəhrizləri, söz  pəhrizləri, yalan  körüyü, iftiralar örtüyü, 
çəkişmələr  mərəzi,  mənəm-mənəm  qərəzi,  ütülü  sətirlər,  dəli  qürur,  fərəhlərin 
günəş cazibəsi, ağılın, şüurun qızıl pulu, iməkləyən idrak, qulluğa dırmaşmaq, 
alqışa  bükülmüş  tərif,  söz  sərgisi,  yalanların  yarışması,  şübhə  dəftəri,  söz 
qaşığı, namərd bazarı, könül aynası, çənə düşən ümid, nəfsin piylənən qarnı, və 
s.;  Müzəffər.Nəsirlinin  dilindəki  büllur  duz,  söz  baharı,  gecənin,  gündüzün 
rəssamı, yaşılköynək dərə, sevgidən xəcalət çəkmək, ovçu gözlər, daşları dələn 
məhəbbət  və  sədaqət,  minnətdar  təbəssüm,  lalələrdən  bayraq  tutmaq;  Validə 
Hüseynovanın  dilindəki  gecənin  nağıl  dünyası,  gənclik  bağında  xəfif  külək 
əsməsi, sevgi kəhkəşanı, məhəbbət dastanı (məcazi mənada) ifadələri uğurlu dil 
faktlarındandır. 
 
Açar sözlər: Azərbaycan ədəbi dili,  Hüseyn Razi, Müzəffər Nəsirli
Validə Hüseynova 
 
 
AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠ TARĠXĠNDƏ XX  ƏSRĠN II YARISINDA 
NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNĠN ROLU  
(HÜSEYN RAZĠNĠN YARADICILIĞI ƏSASINDA) 
QƏNĠRƏ ƏSGƏROVA                                                                                                              
―Naxçıvan‖ Universiteti 
 asgerovaganira @gmail.com 
 
Tarixin  müxtəlif  mərhələlərində  yeni-yeni  keyfiyyətlər,  çoxcəhətli 
inkiĢaf  xüsusiyyətləri  qazanan  ədəbi  dilimiz  çağdas  dövrümüzdə  də  inkiĢafını 
davam  etdirir,  fərqli  və  maraqlı  göstəricilər  əldə  edir.  Ədəbi  dilimizin 
inkiĢafında ayrı-ayrı sənətkarların özünəxas rolu və yeri vardır. Onlar az və ya 
çox  dərəcədə  bu  dilin  zənginləĢməsi  istiqamətində  müəyyən  iĢlər  görmüĢ, 
sözlərdən  istifadə  bacarığına,  söz  demək,  yeni  söz  və  ifadələr  yaratmaq 
qabiliyyətinə görə ədəbi dilimizə öz töhfələrini vermiĢlər. Ümumiyyətlə, ədəbi-
bədii dilimiz söz sənətkarlarının dilindən kənarda qalan bir dil deyildir.  
 
Azərbaycan  ədəbi  dilinin  inkiĢaf  və  zənginləĢməsində  onun  ayrı-ayrı 
bölgələrində fəalliyyət göstərən ədəbi mühitlərin də müəyyən qədər rolu vardır. 
Həmin  ədəbi  mühitlərə  məxsus  olan  söz  sənətkarları  öz  yaradıcılıq  örnəkləri, 


Beynəlxalq  İpək Yolu  
 
 
124 
ədəbi  dilimizlə  bağlı  xidmətləri  ilə  dilimizin  inkiĢaf  və  zənginləĢməsi 
prosesində  müəyyən  qədər  əmək  sərf  etmiĢlər.  XX  yüzilin  ikinci  yarısı 
Naxçıvan  ədəbi  mühitinin  özünəxas  yeri  və  rolu  olan  söz  sənətkarları 
Azərbaycan  ədəbi  dilinin  inkiĢaf  və  zənginləĢməsinə  öz  töhfələrini  vermiĢlər. 
Bu  anlamda  Ģair  Hüseyn  Razinin  yaradıcılıq  örnəkləri  diqqəti  çəkir.  O, 
Azərbaycan ədəbi dili tarixində öz imzası olan Ģairlərdəndir.  
Özünəxas  üsluba,  sözyaratma  tərzinə  malik  olan  Hüseyn  Razi 
yaradıcılıq  məziyyətləri  ilə  seçilmiĢ,  Ģerimizin,  dilimizin  inkiĢafında  mühüm 
xidmətlər göstərmiĢdir.  
AraĢdırmalar  göstərir  ki,  sözügedən  dövrdə  Naxçıvan  ədəbi  mühitində 
dilimizin məna dərinliklərindən istifadə etmək, onları üzə çıxarmaq, zəngin dil 
xəzinəsinin bağlı qapılarına açar salmaqdan baĢqa, sözə qiymət verməklə, onun 
məziyyətləri nəzərə çatdırılmıĢ, dil haqında maraqlı fikirlər söylənilmiĢ, söz və 
ifadələrin  üslub  çalarları  zəminində  yeni-yeni  ifadələr  yaradılmıĢdır.  Bu 
baxımdan, aĢağıdakı misralar səciyyəvidir: 
 
 
Sözün körüyü də, körükçüsü də  
 
 
Tərif  küləyindən havalanmasın.  
 
Azərbaycan  ədəbi  dilinin  hərtərəfli  və  dərindən  araĢdırılmasında  ayrı-
ayrı ədəbi mühit və simaların yaradıcılıq örnəklərinin tədqiqi maraqlı nəticələr 
verir. Bu anlamda, Naxçıvan ədəbi mühitində yaranan maraqlı dil-üslub faktları 
Azərbaycan ədəbi dilində seçkin örnəklərdəndir. 
 
Açar sözlər:Naxçıvan, ədəbi mühit, Hüseyn Razi, ədəbi dil 
 
 
QƏDĠM VƏ ORTA ƏSRLƏR DÖVRÜNDƏ NAXÇIVANDA 
ƏDƏBĠYYATIN ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ 
RAMĠZ QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
ramizasef@yahoo.com.tr 
 
Sivilizasiyanın  ilkin  beĢiklərindən  olan,  Böyük  Ġpək  yolu  üzərində 
yerləĢən  və  geostrateji  əhəmiyyətə  malik  olan  Naxçıvan  lap  qədimlərdən 
ədəbiyyatın inkiĢaf etdiyi məkan olub. Dövlət və dövlət tipli qurumların olması 
da  Naxçıvanda  ictimai  fikir,  elm,  mədəniyyət,  ədəbiyyat  və  s.  sahələrin 
inkiĢafına Ģərait  yaratmıĢdır. ġərqin görkəmli  alim  və ədəbi  simalarından olan 
Qətran  Təbrizinin  Naxçıvanda  Əbu  Düləf  Deyraninin  sarayında  uzun 
müddətlərlə  yaĢayıb-yaratması  da  burada  qədim  dövrlərdən  elmə,  ədəbiyyata 
qayğının  olduğunu  təsdiq  edir.  Azərbaycan  Atabəylərinin  hakimiyyəti 
dönəmində  Naxçıvanın  paytaxt  olması  (1146-1161)  isə  burada  inkiĢaf  və 
renessansın yaĢanmasına vəsilə olub. ―Ən müxtəlif tarixi dövrlərdə Naxçıvanda 
yaĢayıb-yaratmıĢ Əcəmi Əbubəkr oğlu Naxçıvani, Qətran Təbrizi, Əsədi Tusi, 
Kəmaləddin  Naxçıvani,  Əbubəkr  ibn  Xosrov,  Əmirəddin  Məsud,  Cəmaləddin 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə