MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə58/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

Tezislər 
 
129 
amillərdən  biri  də  imperiyanın  əsas  ticarət  yollarına,  mal  dövriyyəsi  və 
bazarlara nəzarət etməsi idi. 
Bu  mürəkkəb  siyasi  vəziyyətdə  Qafqaz–ġərqin  qapısı  Azərbaycan 
mövcud  duruma  diplomatik  yanaĢmanın  ən  unikal  nümunəsini  nümayiĢ 
etdirməklə,  nəinki  müharibə  meydanına  çevrilərək  məhv  olmaq,  iqtisadiyyat 
bazarında  böyük  Ģəhərlər  qarĢısında  ərimək  təhlükəsindən  xilas  oldu,  öz 
əlveriĢli geosiyasi mövqeyindən istifadə edərək eyni zamanda mədəni inkiĢafa 
da nail ola bildi. 
Nizaminin  ―Xəmsə‖yə  daxil  olan  rəsmi  giriĢlərində  erkən  orta  əsrlərdə 
Azərbaycanda mövcud olmuĢ dövlətlərin iqtisadi qüdrəti, əzəməti, siyasi nüfuz 
dairəsi haqqında poetik dillə olsa da, geniĢ məlumat əldə etmək olur. Bu, eyni 
zamanda Atabəylərin, onların iqtisadi mərkəzi, inzibati paytaxtı Naxçıvanın da 
hərtərəfli inkiĢafının əbədi olaraq tarixlərdə əksidir.      
Açar  sözlər:    ―Böyük  Ġpək  yolu‖,  Nizami  Gəncəvi,  ―Xəmsə‖,  Atabəylər 
dövləti 
 
NAXÇIVANDA ƏDƏBĠ  ĠNKĠġAF 
(1900-2000-ci illərdə) 
NÜġABƏ MƏMMƏDOVA  
                                                                          “Naxçıvan‖ Universiteti                                                                             
n.memmedova@nu.edu.az 
                            
            Tarixin  bütün  dövrlərində  Azərbaycanın  ictimai-siyasi  həyatında 
Naxçıvan  xüsusi  rol  oynamıĢ,  bu  qədim  bölgə  zaman-zaman  görkəmli 
Ģəxsiyyətlər  yetirmiĢdir.  Azərbaycan  ədəbiyyatının  tərkib  hissəsi  kimi 
Naxçıvanda  yaranan  ədəbiyyat  da  öz  çəkisi  ilə  seçilmiĢdir.  Buna  səbəb 
Naxçıvanın Ģərqlə qərbin qovĢağında  yerləĢməsi, böyük karvan  yollarını, ipək 
yolu  magistralını  əhatə  etməsi,  daim  xarici  təzyiqlərə  sinə  gərməli  olması 
Naxçıvanda  bu  günkü  zəngin  ədəbi-ictimai  mühiti  formalaĢdırmıĢdır.  Bu  gün 
keçilmiĢ  yola  nəzər  salmaq,  Naxçıvanda  yaĢayan  ayrı-ayrı  yazıçıların 
yaradıcılıqlarını 
tədqiq 
etmək, 
ideya-sənətkarlıq 
məziyyətlərini 
ümumiləĢdirmək  və  qiymətləndirmək  olduqca  aktual  məsələlərdən  biridir. 
Naxçıvan  diyarı  ta  qədimdən  zəngin  ədəbi  ənənələrə  malikdir.  Belə  ki, 
Naxçıvan  bölgəsi  ilə  səsləĢən  süjetlərə  və  yer  adlarına  ―Kitabi  Dədə  Qorqud‖ 
dastanlarında da rast gəlmək mümkündür. Orta əsrlərdə də yaĢamıĢ bir çox Ģair 
və  yazıçılar  Naxçıvanda  yazıb  yaratmıĢlar.  Ədəbi  mənbələr  Naxçıvan  ədəbi 
mühitinin  XIII  əsrdə  də  zəngin  olduğunu  təsdiqləyir.  Bu  ədəbi  mühit 
Azərbaycan  ədəbiyyatına  bir  sıra  tanınmıĢ  alim,  yazıçı,  Ģair  və  ədiblər  bəxĢ 
etmiĢdir:  Kəmaləddin  Naxçıvani,  Nəsrəddin  Tusi,  HinduĢah  Məhəmməd, 
Fəxrəddin  Naxçıvani  və.s.  Sonrakı  dövrlərdə  də  Naxçıvan  ədəbi  mühiti  yeni 
ədəbi  simalarla  daha  da  zənginləĢmiĢdir.  Mürəkkəb  və  ziddiyyətli  hadisələrlə 
zəngin  olan  XX  əsr  tariximizin  əhəmiyyətli  mərhələsini  təĢkil  etdiyi  kimi 


Beynəlxalq  İpək Yolu  
 
 
130 
Naxçıvan  ədəbi  mühitinə  də  böyük  təsir  göstərmiĢdir.  Çünki  bu  dövrdə 
ədəbiyyatımız 
da 
özünəməxsus 
inkiĢaf 
yolu 
keçmiĢdir. 
Dövlət 
müstəqilliyimizin  bərpasına  qədər  problemlərə  milli  müstəvidən  yox,  ideoloji 
müstəvidən yanaĢılması bir sıra həqiqətlərin pərdələnməsinə Ģərait yaratmıĢdır. 
Bu  yönümdən  XX  əsr  Naxçıvan  ədəbi  mühiti  ədəbiyyatĢünaslıqda  geniĢ 
tədqiqat obyektinə çevrilmiĢdir.  
Məlumdur  ki,  əsrin  əvvəllərində  müstəmləkə  buxovlarından  azad  olan 
Azərbaycanda  Demokratik  Respublika  qurulmuĢ,  sonralar  yenidən  Vətənimiz 
iĢğal  olunmuĢ  və  nəhayət,  böyük  tarixi  nailiyyətimiz  olan  dövlət 
müstəqilliyimiz    bərpa  edilmiĢdir.  Coğrafi  vəziyyətinə  görə  bu  hadisələr 
Naxçıvanda daha dramatik və gərgin olmuĢ, təbii ki, bütün bunlar da bölgənin 
ədəbi mühitində dərin izlər buraxmıĢdır. Ədəbiyyatımızın yaradıcılıq təcrübəsi 
təsdiq  edir  ki,  müasir  həyatla  yanaĢı,    xalqın  tarixi  keçmiĢi  də  bədii  sözün 
qüdrəti  ilə  mənalandırılmıĢdır.  Naxçıvan  ədəbi  mühitinin  əsas  istiqamətləri  də 
cəmiyyətin  inkiĢafı  ilə  Ģərtlənən  mənəvi  tələblərdən  doğmuĢ,  uzunillik  axtarıĢ 
və yüksəliĢ yolu keçmiĢdir. 
Açar  sözlər:  Naxçıvan  ədəbi  mühiti,  dövlət  müstəqilliyi,  bölgə,  tarix, 
ədəbiyyatĢünaslıq 
 
 
XIX ƏSR NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠ 
NURLANA ƏLĠYEVA                                                                                                                                                   
―Naxçıvan‖ Universiteti                                                                         
n.memmedova@nu.edu.az 
 
XIX  yüzilliyin  sonu,  XX  yüzilliyin  əvvəlində  Azərbaycanda  sosial-
mədəni vəziyyətin əsas göstəricisi və mühüm keyfiyyəti maarifçilik ideyalarının 
yüksəliĢi və əməli hərəkata çevrilməsidir. Maarifçilər ictimai əsarətdən qurtuluĢ 
yolunu 
yeni  əxlaqi  ideyalar  irəli  sürmək,  əhalini  elmi  biliklərlə 
silahlandırmaqda görürdülər. Ona görə də onların əsas iĢi teatr, məktəb açmaq, 
mətbuat  və  ədəbiyyatın  rolunu  dəyərləndirməklə,  mətbəə  təĢkil  etmək,  qəzet 
çıxarmaq,  kitab  nəĢr  etmək  idi.  Maarifçilər  milli  ruhlu  vətəndaĢlar 
tərbiyələndirmək uğrunda mübarizənin əsasında bunların rolunu mühüm hesab 
edir və bu iĢlərin həyata keçirilməsi üçün ciddi Ģəkildə çalıĢırdılar. Maarifçilik 
ideyaları  XIX  yüzilliyin  20-ci  illərindən  yaranmağa  baĢlamıĢ,  sonralar  daha 
sürət və vüsətlə inkiĢaf etdirilmiĢdir. 
Ədəbi  mühitlər  içərisində  ideya-məram  yüksəkliyi  və  üzvlərinin  sayca 
zənginliyi ilə seçilən XIX yüzil Naxçıvan ədəbi mühiti diqqəti çəkən və maraqlı 
bir  tarixi  dövrü  səciyyələndirməyə  qüdrəti  yetən  mühit  kimi  maraqlıdır. 
Sözügedən  dövrdə  həm  Naxçıvanın  özündə,  həm  də  onun  mühüm  bir  bölgəsi 
olan  Ordubadda  fərqli    janrlarda  qələmini  sınayan,  məĢhur  Azərbaycan 
yazarlarının dəyərli əsərləri ilə müqayisə edilə biləcək səviyyədə maraqlı əsərlər 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə