MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   63   64   65   66   67   68   69   70   71

Tezislər 
 
147 
İnsanlar: Nuh peyğəmbər, Nuhun oğlu, qızı, qarı; 
Dini varlıqlar: Ģeytan; 
Heyvanlar: ilan, it, eĢĢək, siçan, kəsəyən; 
Quşlar: qaranquĢ, göyəçin, qarğa, ağ quzğun, boz sərçə, toyuq; 
Həşəratlar: mozalan; 
Təbiət  obyektləri:  Ağrı  dağı,  Gəmiqaya,  Ġnandağ  (Ġlandağ)  Kəmki  dağı, 
Qısırdağ, Baladağ, QaranquĢ yaylağı, Nuhdaban; 
Əşyalar: gəmi, cəhrə, təndir; 
Stixiyalar: sel, su, daĢqın, tufan. 
Sözü gedən əfsanələrin süjeti aĢağıdakı motivlərdən təĢkil olunur: 
DaĢqın haqqında xəbər; 
Gəminin düzəldilməsi; 
Qarının yaddan çıxması; 
Gəmidəki macəralar; 
Torpaq axtarıĢı; 
Nuhun ad verdiyi Naxçıvan dağları; 
Yeni həyatın baĢlanğıcı. 
 
Açar sözlər: Nuh peyğəmbər, folklor mühiti, mif, əfsanələr, Ağrı dağı, 
Gəmiqaya, Ġnandağ 
 
 
NAXÇIVAN EPĠK FOLKLORUNDA HƏDĠSLƏRĠN YERĠ 
RÜSTƏM KAMAL 
AMEA Folklor Ġnstitutu 
kamalrustam@mail.ru 
 
Y.Lotman  deyirdi  ki,  hər  mədəniyyətin  tipini,  yaddaĢ  tipini  müəyyən 
nitq janrları Ģərtləndirir.  
Biz ―nitq janrları‖nı həm folklor anlamında, həm də M.M.Baxtinin nitq 
janrları  nəzəriyyəsi  kontekstində  qəbul  edirik.  Nitq  janrları  canlı  ünsiyyət 
prosesində  yaranan  sabit  deyim  tipləridir.  Hər  bir  folklor  janrı  həm  də  etnik 
stereotiplərin  ifadəsidir.  Naxçıvan  folklor  mühitində  elə  nitq  janrları  var  ki, 
onun yaddaĢını, davranıĢ əxlaqını daha üstün ifadə edir. 
Rəvayətlər  və  əfsanələrin  janr  hüdudlarının  sürüĢkənliyi  struktur 
çevikliyi  ilə  bağlıdır.  Naxçıvan  rəvayət  və  əfsanələrinə  mənəvi  dünyagörüĢün 
ifadəsi  kimi  baxmaq  gərəkdir.  Folklor  çərçivəsində  mif,  nağıl,  rəvayət  və 
əfsanənin janr fərqini müəyyənləĢdirmək cəhdləri müsbət nəticələr vermir. 
Rəvayətlər,  əfsanələr  və  hədislər  mifopoetik  təfəkkürdən  tarixi 
təfəkkürə keçid mərhələsini əks etdirən sakral zaman ilə tarixi zaman arasında 
yer tutur. Bu mətnlərdə zamanın iĢarəsi, əbədiyyətin simvolu var. 
Naxçıvan  hədislərinin  nağıllarla  tipoloji  oxĢarlığı  gələcəkdə  elmi 
araĢdırmaların mövzusu ola bilər. Hər iki janrın ümumi kompozisiya formulunu 


Beynəlxalq  İpək Yolu  
 
 
148 
belə  vermək  olar:  ilkin  ziyankarlıq  –  qəhrəmanların  cavab  hərəkətləri  –  xilas, 
pozulmuĢ nizamın bərpası. 
Nağıl və hədis üçün iki motiv vacibdir: yol motivi və möcüzə motivi. 
Hər  iki  janrda  ölüm  motivi  üstün  mövqeyə  malikdir,  sadəcə  hər  biri 
ölümü  fərqli  Ģərh  edir.  ―Folklorda  müsbət  qəhrəmanlar  doğulurlar,  ancaq  heç 
vaxt ölmür, yalnız mənfi qəhrəmanlar ölür‖ (V.Propp) 
Hədislərdə,  dini  düĢüncədə  ölümə,  əbədi  həyata  giriĢ  kimi  yenidən 
doğulma olaraq baxılır. 
Hədislərdə  və  nağıllarda  möcüzə  motivi  mövcuddur.  Folklor  üçün 
möcüzə  təbiidir  və  tamamilə  adi  bir  haldır  (V.Propp).  Bu  ondan  irəli  gəlir  ki, 
folklorda  adi  real  gerçəklik  yoxdur.  Ancaq  hədislərdə  gerçəklik  öz  gücünü 
saxlayır.  
Hədislər  iki  mikrostrukturun-  tarix  və  metatarixin  qarĢılıqlı 
əlaqəsindən,  simvolundan  yaranmıĢ  mətnlərdir:  həm  qutsal  zamanı-  mif 
məkanını, həm də tarixi təhkiyənin zaman- məkanını ifadə edir.  
Açar sözlər: Naxçıvan, Y.Lotman, hədis, epik folklor, ənənə 
 
 
MƏKANIN XÜSUSĠ SEMANTĠKASI  
(Naxçıvan mətnləri əsasında) 
RAFĠQ BABAYEV 
―Naxçıvan‖ Universiteti 
babayev_1953@mail.ru 
 
Ġnanclardakı  məkan  hüdudlarını,  imkanlarını,  funksiyasını  ənənə 
formalaĢdırır.  Bu  ümumilikdə  məkan  adı  ilə  iĢarələnsə  də,  mətnlərdə 
xüsusiləĢir, nəticədə sinonimik cərgə yaradır. Bu gərgə isə təsəvvürlər sistemini 
əks etdirir. Miqyasına görə inanclarda ən iri məkan kimi o dünya ilə bu dünya 
qeydə  alınır.  Bu  dünyada  olanlar  o  dünyada  olanlar  o  dünyada  olacaqları 
Ģərtləndirir. Məkanın biri olmasa mətn öz bütövlüyünü itirər. Bu məkanın biri 
ölümlə,  digəri  isə  həyatla  bağlıdır.  Bu  müstəvidə  bu  dünyanı  səbəb  məkan,  o 
biri  dünyanı  nəticə  məkanı  adlandırmağa  əsas  verir.  Belə  ki,  bu  dünyadakı 
modelləĢdirilmiĢ hərəkət o biri dünyadakı hərəkəti modelləĢdirir.  
Ġnanclardakı  ikinci  böyük  məkan  vahidi  bu  dünyadır.  Ta  qədimlərdən 
yerə,  məkana  münasibət  türk  xalqlarında  müxtəlif  ənənələrlə  formalaĢıb. 
Məkanın  adlandırılmasının  fərqli  modelləri  ortaya  çıxıb.  Ağacsız  yerlərə  ―Ak 
yer‖,  çöllərə  ―Çöliğ  yer‖,  meĢələrə  ―bukli  yer‖,  eləcə  də  ―iç  yer‖,  ―taĢ  yer‖ 
deyilməsi inanclarda məkanın fəallaĢdırılmasında yardım göstərib.  
Qədim  türklərdə  Acun  Dünya  deməkdir.  Dünyanın  hakimi  Acucı, 
adamlar  isə  Acunluk  adlandırılmıĢlar.  Bütün  bunların  izləri  inanc  mətnlərində 
yaĢayır.  
Açar sözlər: inanc, məkan, Acun, Acunluk, model. 


Tezislər 
 
149 
NAXÇIVAN ƏRAZĠSĠNDƏKĠ PROTOTÜRK TAYFA ADLARININ 
YARANMASINDA QƏDĠM TÜRK MĠFĠ 
FĠRUDĠN RZAYEV 
AMEA Naxçıvan Bölməsi  
firudinrzayev@gmail.com 
 
Bütöv  Azərbaycan,  eləcə  də  Naxçıvan  ərazisində  yaĢamıĢ  prototürk 
tayfalarının adlanma ənənəsi indiyədək Azərbaycan və türk alimləri tərəfindən 
ətraflı  araĢdırılmamıĢdır.  Bu  yazıda  qədim  Naxçıvan  ərazilərində  yaĢamıĢ  As, 
Türük,  Naxər,  Kassi,  Kuti,  Hürrü  və  s.  tayfaların  inanclarının  onların 
adlanmasındakı yeri mənbə və mifik məlumatlara əsasən araĢdırılmıĢdır.  
Biz As tayfa adına hələ m.ö.VI əsrdə rast gəlirik ki, bu m.ö. IV minillikdə 
―Ares‖  adlı  türk  tanrı  adından  yaranmıĢdır.  Tayfa  bu  adı  Ər+As  sonralar  isə 
As+ər  kimi  öz  adında  yaĢatmıĢdır.    Lakin  bu  tanrı  adı  rus  ideologiyası  ilə 
qaynaqlarda ―m.ö. II minillikdən qabaq‖- olaraq  qeyd edilməklə bu qədim tarix 
gizlədilmiĢdir. 
Biz eyni siyasi oyuna türk tayfalarının mifindəki tanrı adında da təsadüf 
edirik. Öncə rus, fars siyasəti türkləri ərazilərimizdə eramızın IV-XI əsrlərində 
gəlmə  tayfalar  kimi  göstərmiĢ,  S.KlyaĢtornı,  V.LivĢiç,  V.Radlov,  V.ġot, 
N.Biçurin  A.BernĢtem  və  b.  türk  əraziləri  mədəniyyətlərini  ―türkdilli‖  xalqlar 
mədəniyyəti  kimi  verərək  Türk  tayfa  adını  çəkməmiĢ  və  onun  mifoloji 
inanclarını da kiçik, azlıqda olan xalqlara aid etmiĢlər. V.Bartold, S.Teplouxov 
qədim türk runi yazılarındakı mifik inancımızı oradan uzaqlaĢdırmaqla m.ö. IV-
III  minilliklər  Mitan  və  türükkü  tüklərinin  Tork  tanrı  adını  da  türklərə  aid 
etməmiĢ,  bu  sözü  kitablara  ―ermənilərin  babası‖  və  ―tanrısı‖  kimi  daxil 
etmiĢlər. 
 Naxçıvan ərazisində  yaĢamıĢ prototürklərlə bağlı coğrafi  adlar arealında 
yer  alan  Ares,  Tork,  Tourki,  KaĢĢu,  Harbe,  ġuxi,  Kamulda,  Sax,  Kimmeriy, 
Yeuci,  Nuh  kimi  mifik  tanrı  adlarının  izahları  qədim  dövrlərlə  səsləĢir. 
Linqvistik  təhlilər  zamanı  türk  tanrı  adlarını  daĢıyan  oykonimlərin  həm  də 
prototürk tayfa adları olması və m.ö. VI-I minilliklərdə mövcudluğu yeni elmi 
nəticələr əldə etməyə imkan verir. 
Açar  sözlər:  Ares,  Tork,  Tourki,  KaĢĢu,  Harbe,  ġuxi,  Kamulda,  Sax, 
Kimmeriy, Yeuci, Nuh 
 
 
 
 
 
 



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə