MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


  AZƏRBAYCAN YARADILIġ ƏFSANƏLƏRĠNDƏ UCUBILIX



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   63   64   65   66   67   68   69   70   71

Tezislər 
 
155 
AZƏRBAYCAN YARADILIġ ƏFSANƏLƏRĠNDƏ UCUBILIX 
(UCUQULU) OBRAZI(Naxçıvan bölgəsinin materialları əsasında) 
ELÇĠN QALĠBOĞLU -ĠMAMƏLĠYEV  
AMEA Folklor Ġnstitutu  
elcin.galiboglu@gmail.com  
 
YaradılıĢın  ümumi  kosmoqonik  sxemi  xaosdan  kosmosun  yaranmasını 
əks  etdirir.  Mifologiyada  dünyanın  və  insanın  yaranması  ayrılmaz  və  vahid 
proses  kimi  təsəvvür  olunur.  Mifik  düĢüncədə  dünya  (kosmos)  ilk  əcdadın 
bədənindən yaranır. 
Yəni ilk əcdad öldükdən sonra onun bədənindən dünya yaranır. Burada 
mövzumuz baxımından diqqəti cəlb edən ən mühüm məqam ondan ibarətdir ki, 
dünyanın  yaranması  üçün  ilk  əcdad  ölməlidir.  YaradılıĢın  mahiyyətində  ölüm 
durur.  Kosmoqoniya  –  yaradılıĢ  deməkdir,  yaradılıĢ  ölümdən  keçir.  Beləliklə, 
yaradılıĢ hadisəsindən əvvəl hökmən ölüm (məhv olma, əvvəlki vəziyyətin sona 
çatması)  hadisəsi,  yəni  xaos  vəziyyəti  olmalıdır.  Bu,  xaosdan  kosmosun 
yaranması deməkdir.  
Biz yaranıĢın bu mifik modelini əfsanələrdə də görürük. Burada insanın 
yaradılıĢı həm də onun dünyasının, baĢqa sözlə, insanın, ailənin, elin, tayfanın, 
nəslin,  insanın  dünyasına  aid  olan  qalaların,  quyuların,  ovdanların,  arxların, 
məzarların, abidələrin, türbələrin, ziyarətgahların və s.  yaradılıĢı ilə birbaĢa və 
ayrılmaz  Ģəkildə  bağlıdır.  Və  burada  yaradılıĢ  öz-özünə  baĢ  vermir:  kosmos 
(həyat) xaosa (ölümə), o da yenidən kosmosa keçir. 
Naxçıvan  bölgəsinin  materialları  əsasında  Ucubılıx  (Ucuqulu)  obrazı 
haqqında danıĢcağıq.  
Təhlil  olunan  əfsanələrdə  insanlığın  iki  mərhələsi  var:  nəhəng  hal  və 
çırtdan hal. Bu iki hal arasında xaotik hal, hadisə var. Ġnsanların əvvəlki halı – 
kosmos,  biclikləri  –  xaos,  indiki  halları  –  xaosdan  yaranan  hazırkı  kosmos 
deməkdir. 
Kosmosun  yaranması  ilk  əcdadın  ölümü  ilə  baĢ  tutur.  Ġnsanların  əvvəl 
nəhəng  olduğunu,  sonradan  cırlaĢdığını  nəzərə  alsaq,  Ucubılıx  (Ucuqulu)  elə 
onların  əcdadıdır.  Bu  əcdad  yaradılıĢ  konsepsiyası  baxımından  xaosdur. 
Bununla  yaradılıĢ  mifinin  həqiqəti  təsdiq  olunur:  mifə  görə  kosmos  məhz 
xaosdan təĢəkkül tapır. 
Azərbaycan  əfsanələri  Oğuzu  mif  dünyasının  davamı  olaraq 
mifologiyamızın unudulmuĢ məqamlarını bərpa etməkdən ötrü bizə indiki halda 
olduğu kimi qiymətli material verə bilər.   
 
Açar sözlər: Ucubılıq, kosmoqonik miflər, Naxçıvan 
 
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
156 
NAXÇIVAN VƏ QAZAX AġIQLARININ OXġAR 
VƏ FƏRQLĠ CƏHƏTLƏRĠ 
                                                                                  
ĠLHAMƏ QƏSƏBOVA 
AMEA Folklor Ġnsitutu 
ilhame92@ mail.ru 
 
           Dünyanın  ən  unikal  poetik  sənət  hadisələrindən  olan  aĢıq  sənəti  28 
sentyabr  –  2  oktyabr  2009-cu  il  tarixində  BirləĢmiĢ  Ərəb  Əmirliyinin  Qeyri-
maddi  mədəni  irsin  qorunması  Komitəsinin  4-cü  sessiyasının  yekun  qərarına 
əsasən YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiĢdir.  
          AĢıq  sənəti sinkretizmi ilə sənətkarlığın  ən bariz göstəricisi sayılır. AĢıq 
yaradıcılığı ġifahi xalq ədəbiyyatının  ən geniĢ qollarından sayıldığı kimi   aĢıq 
mühitləri içərisində Qazax aĢıq mühiti və Naxçıvan ərazisinin aĢıq yaradıcılığı 
mühüm yerlərdən birini tutur. Azərbaycan aĢıq mühitlərinin araĢdırılması milli 
folklorĢünaslığın  mühüm  məsələlərindən  biri  olaraq  yenə  də  qalmaqdadır. 
Ġndiyədək  bu  istiqamətdə  nəzərəçarpacaq  sayda  tədqiqat  aparılsa  da  AĢıq 
ədəbiyyatını  öyrənməyin  və  onun  çoxsahəli  fəaliyyətini,  zəngin  repertuarını 
aĢkarlamağın  əsas  yolu  bu  sənətin  regional-mədəni  özünəməxsusluqlarına 
xüsusi diqqət yetirməkdir. Ona görə də Azərbaycan aĢıq yaradıcılığının zəngin 
bir  qolunu  təĢkil  edən  Naxçıvan  və    Qazax  aĢıq  sənətinin  qarĢılıqlı  əlaqədə 
öyrənilməsi  folklorda  və  əsasən  də  aĢıq  ədəbiyyatında  yenilikləri  ortaya 
çıxarmaqda özünəməxsus rol oynayacaqdır. 
AĢıqların yaradıcılığının regional və lokal kontekstdə öyrənilməsi folklor-
Ģünaslığın  aktual  problemləri  sırasına  daxildir.  Ayrı-ayrı  mühitlərin  Naxçıvan 
və  Qazax  aĢıqlarının    oxĢar  və  fərqli  cəhətləri  və  tədqiqi  bütövlükdə  mədəni 
sistemin mükəmməl öyrənilməsi üçün zəruridir.  
         Qazax  aĢıq  mühitinin  aĢıqları  ilə  Naxçıvan  aĢıqlarının  istər  ifa  tərzində, 
istərsə  də  üslubunda  oxĢar  və  fərqli  cəhətlər  çoxdur.  Naxçıvan  aĢıq  mühiti, 
onun ustad sənətkarlarının yaradıcılığı və ifaçı aĢıqlarının ifa tərzləri ilə qüdrətli 
nümunələr yaradan aĢıqları çoxdur. Naxçıvan aĢıq mühitinin tarixən Dərələyaz, 
Göyçə,  Qaradağ-Təbriz,  Ġrəvan  aĢıq  mühitləri  ilə  təmasda  olması,  öz  sənət 
əlaqələrində  bu  bölgələrdən  bəhrələnməsi  eləcə  də  qarĢılıqlı  sənət  əlaqəsində 
daha  da  peĢəkar  aĢıqların  yetiĢməsinə  səbəb  olmuĢdur.  Qazax  aĢıq  mühiti  də 
coğrafi baxımdan Göyçə, Dərələyəz, Qarabağ və Ġrəvan aĢıq mühitləri ilə sənət 
əlaqəsində  olmuĢdur.  Məqalədə  bu  barədə  geniĢ  Ģərhlər  verilmiĢdir.  Naxçıvan 
aĢıq  mühitində  olan  özəlliklər  araĢdırılaraq  Qazax  aĢıq  mühiti  ilə  müqayisə 
edilmiĢdir.  
 
Açar sözlər: AĢıq yaradıcılığı, Naxçıvan, Qazax, qarĢılıqlı əlaqə 
 
 
 


Tezislər 
 
157 
“KĠTАBĠ-DƏDƏ QОRQUD”DA PAREMĠOLOJĠ VAHĠDLƏR 
XANKĠġĠ MƏMMƏDOV 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
xankisi_memmedov@mail.ru
 
 
Türk  dünyasının  böyük  tarixini  yaĢadan  sənət  nümunələrindən  biri 
Аzərbаyсаn  türklərinin  ədəbi-bədii,  əfsanəvi,  tarixi-соğrаfi,  fəlsəfi-psixoloji, 
еtnоqrаfik,  etnogenetik,  ictimai,  əxlaqi  görüĢlərinin  ən  mötəbər  qaynağı,  ana 
dilimizin ulu kitabı "Kitabi-Dədə Qorqud" еpоsudur. ġübhəsiz, deyə bilərik ki, 
türk ədəbiyyatının  bütün  əsərləri tərəzinin bir  gözünə, "Dədə  Qorqud" kitabını 
isə  digər  gözünə  qoyulsa,  türk  alimi  Mehmet  Fuad  Köprülüzadənin  də  dediyi 
kimi,  tərəzinin  dibində  qalan  "Dədə  Qorqud"  olar.  Dünya  ĢərqĢünaslarının 
həmiĢə  maraq  mərkəzində  olan  bu  əsərin  təkrar  təkrar  araĢdırılması  və  təbliği 
bu gün də öz aktuallığılnı qoruyub saxlamaqdadır. 
Eposdakı paremioloji vahidlər dörd istiqamətdə qruplаĢdırılsa da, onları 
daĢıdığı  məna  və  əhatə  etdiyi  sahələrə  görə  doqquz  qrupa  ayıra  bilərik  (bu 
bölgü E.Əlizadənin bölgüsündən fərqlidir): 
a)  Allaha  sitаyiĢ  və  islаmi  təsəvvürlər  əsаsındа  çıхаrılаn  nəticələrin  bədii 
ifаdəsi;  
b)  vаlidеyn-övlаd  və  аilə-məiĢət  münаsibətləri  əsаsındа  çıхаrılаn 
nəticələrin bədii ifаdəsi;  
c)  ümumi  həyаt  yоlunun  müəyyən  оlunmuĢ  fikirləri  əsаsındа  çıхаrılаn 
nəticələrin bədii ifаdəsi;  
ç) хəlqi kеyfiyyət, məĢğuliyyət əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
d)  dоstluq-düĢmənçilik  münаsibətləri  əsаsındа  çıхаrılаn  nəticələrin  bədii 
ifаdəsi;  
e) еl аĢığı, оzаn hаqqındа yаrаnаn təsəvvürlərdən çıхаrılаn nəticələrin bədii 
ifаdəsi;  
ə) igidlik, mərdlik-nаmərdlik əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
f) təbiət hаdisələrinin gеdiĢi əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi;  
g) hеyvаnlаrа münаsibət əsаsındа çıхаrılаn nəticələrin bədii ifаdəsi.
  
Əlbəttə,  eposdakı  bəzi  paremioloji  vahidlərin  "Oğuznamə"dəki 
nümunələrlə üst-üstə düĢməsi diqqət çəkən məsələlərdən biridir. 
Allaha  güvən ilə əlaqədar "Kitab"da çox sayda  atalar sözü verilmiĢdir. 
AraĢdırmalarımızdan  bu  nəticəyə  gəlmək  olar  ki,  Türkün  Allaha  bu  cür 
inancının nəticəsidir ki, Ulu Tanrı Türkü daha çox sevir və elə ona görə də hər 
keçən gün qüdrətlənir. 
Dastanın ana xəttini təĢkil edən üç əsas dəyərlərdən biri ana faktorudur. 
Əsərdə ana xarakteri vətən simvolu olaraq ümumiləĢdirilir və ana haqqı Tanrı 
haqqı kimi qiymətləndirilir. 
Bizcə,  paremioloji  vahidlərin  araĢdırılmasında  formalaĢan  mövcud 
istiqamətlər  sistemində  az  araĢdırılan  sahələrdən  biri  onların  etimoloji 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə