MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

Tezislər 
 
131 
yazan iyirmidən artıq sənətkar bu mühiti təmsil edərək xalqımıza məxsus olan 
ədəbiyyatın zənginləĢməsinə, maarifçiliyin inkiĢafına yüksək səviyyədə kömək 
etmiĢlər.  
Sənətkarı zaman və mühit yetirir. Sözsüz ki, sənətkarların parlamasında 
ədəbi  mühitlərin  böyük  rolu  vardır.  Bu  baxımdan,  XIX  yüzil  Naxçıvan  ədəbi 
mühiti  də  xüsusi  özəlliklərə  malikdir.  Əslində,  bu  mühit  geniĢ  mənada 
Naxçıvan  ədəbi  mühitidir.  XIX  yüzillikdə  Naxçıvan  ədəbi  mühitində  yetiĢən 
sənətkarlar  içərisində    Heyran  xanım  Kəngərli-Dünbüli  və  Qönçəbəyimin 
adlarını xüsusilə qeyd edə bilərik.  
Öz  yaradıcılığında  nakam  məhəbbət  və  qadın  hüquqsuzluğundan  bəhs 
edən,  böyük  Füzulinin  davamçısı  kimi  tanınan  Heyran  xanımın,  Azərbaycan-
Qərb  mədəni  əlaqələrində  rolu  olan  Ģairəmiz  Qönçəbəyimin  Naxçıvan  ədəbi 
mühitində özünəməxsus yeri vardır.   
 Açar sözlər: ədəbi mühit, sənətkar, maarifçilik, Naxçıvan, Ordubad, 
lirika 
 
NAXÇIVAN ġAĠRƏSĠ QÖNÇƏBƏYĠM 
ƏKRƏM HƏSƏNOV 
AMEA Əlyazmalar Ġnstitutu                                                                                                                                                                    
garibekrem@hotmail.com 
                                                                                                                    
Naxçıvan  bölgəsi  tarix  boyu  öz  hüdudlarında  qapanıb  qalmamıĢ,  bütün 
Azərbaycanın,  o  cümlədən  Yaxın  və  Orta  ġərqin,  XIX-XX  əsrin  əvvəllərində 
isə Rusiyanın həyatının müxtəlif sahələrində dərin iz qoymuĢ müxtəlif sahələrə 
aid Ģəxsiyyətlər yetirmiĢdir. Naxçıvanın bir parçasına çevrilmiĢ həmin insanlar, 
onun müxtəlif sahələrinə, xüsusi ilə ədəbiyyatına da əbədi daxil olmuĢdur. Belə 
Ģəxsiyyətlərdən biri də XIX-XX əsrdə Azərbaycanın gözəl, dilbər guĢələrindən 
biri olan Naxçıvanda istedadlı, dünyaca məĢhur olan Ģairlər arasında daha çox 
tanınan  Qönçəbəyim  olmuĢdur.  Qönçəbəyim  Naxçıvanın  sonuncu  xanı  olan 
Ehsan  xanın  qızıdır.  1837-ci  ildə  Naxçıvanda  açılmıĢ  rus  məktəbinə  daxil 
olmuĢ,  rus  və  fars  dillərini  öyrənmiĢ,  ġərq  ədəbiyyatına  maraq  göstərmiĢdir. 
"Qönçeyi-ülfət" ədəbi məclisinin iĢtirakçılarından olmuĢdur. "Bəyim" təxəllüsü 
ilə lirik Ģeirlər yazmıĢdır. "ġahzadə Ġbrahim" dastanına daxil edilən və Bəyimin 
dilindən deyilən Ģeirlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla 
tanıĢ olan gürcü Ģairi N.BarataĢvili Naxçıvanda ikən onunla görüĢmüĢ (1845), 
yaradıcılığı ilə maraqlanmıĢ, ona Ģeir həsr etmiĢ ("Qoncabəyimin nəğməsi"), bir 
Ģeirini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmiĢdir. 
O,  həmin  Ģeirin  məclislərdə  oxunması  üçün  xanəndə  Səttara  və  Ģəkili  Cəfərə 
verilməsini  məsləhət  görmüĢdü.  Ġ.K.Yenikolopovun  yazdığına  görə, 
BarataĢvilinin  ondan  tərcümə  etdiyi  bir  Ģeiri  xanəndə  Səttar  gürcü  dilində  ifa 
etmiĢdir.  
Açar sözlər: Naxçıvan, ədəbi mühit, Qönçəbəyim, XIX əsr 


Beynəlxalq  İpək Yolu  
 
 
132 
NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNDƏ TARĠXĠ POVEST: PROBLEMLƏR
PERSPEKTĠVLƏR, GÖZLƏNTĠLƏR 
ƏLĠ HƏġĠMOV 
AMEA Naxçıvan Bölməsi 
aliheshim@yahoo.com 
 
Nəsrin ümdə vəzifəsi  yazıldığı  dövrün reallıqlarını dolğunluğu, reallığı 
ilə  əks  etdirməkdir.  Orta  əsrlərdən  bəri  mövcud  olan,  XX  əsrdə  özünə  geniĢ 
auditoriya  qazanan  nəsrin  roman,  povest  kimi  janrları  sovetlər  dönəmində 
özünəməxsus  inkiĢaf  tempi,  mövzu  axtarıĢları,  ideya  istiqamətləri,  sosialist-
realizmin  tələblərinə  uyğunluğu  ilə  ədəbiyyatĢünaslığın  tarixinə  həm  də  ona 
görə yazıldı ki, bu əsərlərdə yetmiĢ il xalqın həyatı öz əksini tapmıĢdı və bu gün 
həmin əsərlər həm də yaĢanmıĢ tariximizin parçasıdır.  
 
Nəsrin  əhəmiyyətli  qismini  təĢkil  edən  tarixi  mövzulu  əsərlər  də 
tariximizi  öyrənmək  zərurətindən  irəli  gələrək  yaranmaqda  idi.  Azərbaycan 
ədəbiyyatının  tərkibində  özünəməxsus  yeri  olan  Naxçıvan  ədəbi  mühitində  də 
tarixi  mövzulara  müraciət  xeyli  sayda  uğurlu  əsərlərin  yazılmasına  gətirib 
çıxardı.  Ədəbiyyat  regionallığı  sevməsə  də  Azərbaycan  ədəbiyyatında  mövzu 
axtarıĢları adətən regionallıq prinsipi ilə müəyyənləĢib. Naxçıvanlı müəlliflərin 
də  qələminin  məhsulu  olan  tarixi  mövzulu  povestlərdə  Naxçıvan  mövzusu 
diqqət  mərkəzində  olmuĢdur.  Naxçıvanda  nəsrin  görkəmli  simalarından  olan 
Sadıq  Zeynaloğlu,  Güllü  Məmmədova,  Novruz  Nehrəmlinin  yaradıcılığında 
tarixi  povest  janrına  da  yer  verilmiĢdir.  Bu  yazıçıların  yaradıcılığında  bəzən 
Azərbaycan  ədəbiyyatı  səviyyəsində  dəyərləndirilməyən  əsərlər  olsa  da 
G.Məmmədovanın  ―Qaçaq  QuĢdan‖,  N.Nehrəmlinin  ―Zülmətdə  iĢıq‖, 
S.Zeynaloğlunun  ―Tarixin  qanlı  yaddaĢı‖  kimi  tarixi,  sənədli  povestləri 
müraciət etdiyi tarixi dövr etibarilə diqqətəlayiqdir. 
 
QuĢdan  adlı  el  qaçağının  həyatı,  mübarizə  yolu  iĢıqlandırılan  ―Qaçaq 
QuĢdan‖ povestində dövrün tarixi materiallarından bəhrələnilsə də yazıçı daha 
çox təxəyyül imkanlarından istifadə etmiĢdir. 1918-1920-ci illərdə Naxçıvanda 
gerçəkləĢən  hadisələr,  ermənilərin  bölgələrdə  törətdiyi  qırğınlar  haqqında 
mənbələrə  uyğun  Ģəkildə  məlumat  verilən  əsərdə  rejimin  və  ideoloji  siyasətin 
də izləri görülməkdədir. Belə ki, əsərdə müəyyən çatıĢmamazlıqlar olsa da bədii 
mətnin  özü  dövrə  aid  kifayət  qədər  informasiya  verir  və  bu  da  tarixi  nəsrdə 
tarixiliyi Ģərtləndirən əsas məqamlardandır.    
Mirzə  Cəlilin  həyatı  və  fəaliyyətinin  Nehrəm  dövrünü  iĢıqlandıran 
Novruz  Nehrəmlinin  ―Zülmətdə  iĢıq‖  povestində  əsarətin  məngənəsində 
çarpıĢan  mühitdə  ədibin  pedaqoq  kimi  yorulmadan  fəaliyyət  göstərməsi, 
Nehrəmdə  ona  qarĢı  olan  münasibət  kimi  məsələlərin  geniĢliklə  əks  olunduğu 
povestdə  dövrə  aid  mənbələrə,  elmi  ədəbiyyata  istinadən  maraqlı  süjet 
qurulmuĢ, tarixi nəsrdə tarixi dövr, yazıçı mövqeyi və müasir gerçəkliyin sintezi 
əsasən gözlənilməklə uğurlu ədəbi cəhd alınmıĢdır.  


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə