Kredilləşmə metodlarına uyğun olaraq bankda kreditbşən
təşkilatlara ssuda hesabları: sadə, xüsusi ssuda hesabları açılır. Bank
təcrübəsində kontokorrent hesablardan da istifadə edilir.
Müştəriyə hər hansı bir tədbirin həyata keçirilməsinə birdəfəlik
ssudalar verildikdə bankda ona sadə ssuda hesabı açılır. Kreditləşmə
obyektlərinin sayından asılı olaraq kreditlə- şən müəssisəyə bir neçə
sadə ssuda hesabı açıla bilər.
Daima bank kreditinə ehtiyacı olan müəssisələrə bankda xüsusi
ssuda hesabı açılır. Xüsusi ssuda hesabı üzrə kreditbşən
müəssisələrdə satışdan gəlir bu hesaba daxil edilir və ödənşbr bu
hesabdan aparılır. Xüsusi ssuda hesabından kreditlərin verilməsi,
ödənilməsi prosesi avtomatik qaydada həyata keçirilir. Müəssisə
yalnız bir xüsusi ssuda hesabına malik ola bilər. Bu zaman
hesablaşma hesabı köməkçi rolunu oynayır. Hesablaşma hesabından
məhdud əməliyyat: mənfəətin bölgüsü və əmək haqqı ilə əlaqədar
əməliyyatlar yerinə yetirilir.
Kontokorrent hesab - bankın müəssisəyə yüksək etimadının
nəticəsi kimi qiymətləndirilim. Bu hesab aktiv —passiv hesablaşma
ssuda hesabıdır. Bu hesab ssuda və hesablaşma hesabını birləşdirir və
onların funksiyalarını yerinə yetirir. Bütün əməliyyatlar üzrə daxil
olmalar bu hesaba daxil edilməklə bütün ödənişlər bu hesabdan
aparılır. Bu hesabın debet qalığı müəssisənin banka olan borcunu,
kredit qalığı isə sərbəst vəsaitə malik olmasını göstərir.
Mövzü 5.
KREDITLƏŞMƏ PROSESI
.
§ 1. Kreditləşmə mərhələləri
Kreditləşmə prosesi kredit almaq üçün sifarişlərin
verilməsindən başlamış onların geri qaytarılmasınadək olan prosesi
əhatə edir. Bank təcrübəsi göstərir ki, kreditləşmə prosesi əsasən beş
mərhələni əhatə edir:
1.
Kredit alınmasına sifarişlərin baxılması;
2.
Borc alanın kredit qabiliyyətinin müəyyənləşdirilməsi;
3.
Kredit müqaviləsinin rəsmiləşdirilməsi;
51
4.
Borc alana ssudalann verilməsi;
5.
Kredit sövdələşməsinin icrasına nəzarət;
1.
Hər bir kredit əməliyyatı banka daxil olmuş kredit
sifarişlərinin baxılmasından başlanır. Kredit sifarişində borc alan,
kreditin məqsədi, növü, müddəti, məbləği, təminatı haqqında
məlumatlar əks olunur. Kredit əməliyyatının xarakterindən asılı
olaraq kredit sifarişinə müvafiq sənədlər əlavə olunmalıdır. Kredit
sifarişi və ona əlavə olunan sənədlər bank tərəfindən diqqətlə
araşdırılmalıdır.
2.
Kreditləşmə prosesi ssudalann vaxtında ödənilməməsinə
gəlirib çıxara bilən bir sıra risk amilləri ilə əlaqədardır. Kreditlərin
vaxtında ödənilməməsi hallarının aradan qaldırılması üçün bank
borcalanm
kredit qabiliyyətini müəyyənləşdirməlidir. Bu
göstəricinin müəyyənləşdirilməsində məqsəd borc alanın kreditin
vaxtında geri qaytara bilməsi imkanını müəyyənləşdirməkdir.
Kredit qabiliyyətinin müəyyənləşdirilməsi zamanı bank
müştəri haqqında müəyyən məlumata malik olmalıdır. Bu məlumat
mənbələri əsasən aşağıdakılardır:
■
Borcalanla söhbət
■
Bankın özünün məlumat bazası
■
Kənar mənbələr
■
Yerlərdə yoxlamalar
■
Maliyyə hesablarının təhlili
Göstərilən məlumatların araşdırılmasında məqsəd bankı
maraqlandıran aşağıda göstərilən bəzi məqamlara aydınlıq
gətirməkdir:
1.
Ödəniş vaxtı çatdıqda borc alan borcunu ödəyə biləcəkmi?
2.
Borcalanm debitor hesabları və maddi ehtiyatı nə dərəcədə
real və likvidlidir?
3.
Borc alanın satışının həcmi onun dövriyyə və əsas kapitalına
nisbətən nə dərəcədə yetərlidir?
4.
Borc alanın gəlirləri satışın həcminə, aktivlərə və xüsusi
kapitala nisbətdə yetərli mənfəət normasını təmin edirmi?
52
5,
Borc alanın kredit üzro faizlərin kirayə haqqlarının,
vergilərin, borcların ödənilməsini təmin edən aşağı mənfəət nə qədər
olmalıdır?
6.
Borcalamn maliyyə vəziyyətinin möhkəm, zəif və orta
olması.
Borc alanın maliyyə vəziyyətinin (pul vəsaitlərinin hərəkəti,
ödəm.ə qabiliyyəti, likvidlilik, xüsusi və cəlb olunmuş vəsaitlərin
nisbəti) dəqiq təhlili kredit işçisində olan sənədlər əsasında aparılır.
Təhlil üçün əsas məlumat mənbəi borc alanın balansı, maliyyə
nəticələri, vəsaitlərin hərəkəti haqqında hesabatlar və balansa
əlavələrdir.
Borc alanın maliyyə vəziyyəti dinamikada öyrənilməlidir. Bu
məqsədlə borc alanın fəaliyyətinin təhlili ən azı əvvəlki üç rübün
məlumatları əsasında aparılmalıdır.
Borc alanın maliyyə vəziyyətinin təhlilini aşağıdakı ardıcıllıqla
aparmaq daha məqsədəuyğundur
-
borc alanın aktivləri və passivlərinin quruluşunun təhlili
-
borc alanın pul axınlarının təhlili
-
borc alanın maliyyə möhkəmliliyinin təhlili
-
borc alanın fəaliyyətinin səmərəliliyi
Borc alanın aktiv və passivləri təhlil edilən zaman onlar
müəyyən əlamətlərə görə qruplaşdırılmahdırlar. Aktivlərin onların
istehsal prosesində iştirakı; (dövriyyə və qeyri dövriyyə aktivləri)
likvidlik səviyyəsinə görə; passivlərin isə təşkili mənbələrinə (xüsusi,
cəlb olunmuş) və onların müddətlilik səviyyəsinə görə
qruplaşdırılması məqsədəuyğundur.
Pul axınlarının təhlili müxtəlif növ aktivlərin və passivlərin
yetərliliyini, müəssisənin fəaliyyət səviyyəsinin müəyyən edilməsini
və onun sərəncamında olan pul vəsaitlərinin, kreditlərin, və kreditə
görə faizlərin ödənilməsi imkanını müəyyənləşdirməyə imkan verir..
Təhlilin ilk mərhələsində son üç ay üçün satışdan gəlirin orta
aylıq məbləği müəyyən edilməlidir. Satışdan gəlirə möv-
sümliliyində təsiri öyrənilməlidir. Bu araşdırılmalarla yanaşı
gələcəkdə borc alanın hesabına daxil olası pul axınları da
proqnozlaşdırılmalıdır.
Dostları ilə paylaş: |