MUNDƏRİCAT
Mövzu 1. Bank sisteminin fəaliyyətinin əsaslan
§ 1. Bank sistemi............................................................................ 4
§ 2. Mərkəzi Bank, onun rolu və funksiyaları................................ 5
§ 3. Kommersiya bankları, onların fəaliyyət istiqamətləri ............. 13
Mövzu 2. Kommersiya banklarının resursları və likvidliyi
§ 1. Kommersiya banklarının resursları ...................................... ,...21
§ 2. Kommersiya banklarının likvidliyi .......................................... 23
Mövzu 3.
Kommersiya banklarının nağdsız hesablaşma əməliyyatları
§ 1. Nağdsız hesablaşmaların təşkili ............................................... 27 -
§ 2. Nağdsız hesablaşmaların formaları .......................................... 30
§ 3. Akkreditiv formasında hesablaşma ......................................... 37
§4. İnkasso sərəncamları üzrə hesablaşmalar ................................. 41
§5. İnkasso üzrə hesablaşmalar ....................................................... 42
Mövzu_4._Bank_kreditləşməsinin_təşkili'>Mövzu 4. Bank kreditləşməsinin təşkili
§ 1. Kreditin mahiyyəti ................................................................... 47
§ 2. Bank kreditləşməsinin prisnipləri ............................................ 49
Mövzu 5. Kreditləşmə prosesi
§ 1. Kreditləşmə mərhələləri ........................................................... 52
§ 2. Kreditlərin geri qaytarılmasının təminatlılığı........................... 60
§ 3. Kommersiya banklarının kredit siyasəti .................................. 62
Mövzu 6. Ayrı-ayrı kreditlərin verilməsi və qaytarılması qaydaları
§ 1. Veksel krediti ........................................................................... 66
§ 2. Qiymətli kağızlar və daşınmaz əmlak üzrə kreditləşmə.......... 68
§ 3. Kredit xətti açmaq və overdraft qaydasında kreditləşmə ....71
§ 4. Kəndli təsərrüfatlarının kreditləşdirilməsi ............................... 73
Mövzu 7.
Kommersiya banklarının sair əməliyyatları
§ 1. Kassa əməliyatları .................................................................... 74
§ 2. Lizinq əməliyyatları ................................................................. 79
§ 3. Trast əməliyyatları ................................................................... 81
§ 4. Faktorinq əməliyyatları ........................................................... 82
§ 5. Valyuta əməliyyatları ............................................................... 84
§ 6. Qiymətli kağızlarla əməliyyatlar .............................................. 86
§7. Bankların investisiya əməliyyatları ........................................... 88
Mövzu 8. Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi
§ 1. Kapital qoyuluşu, sahələrin inkişafında onun rolu ................... 94
§ 2. Kapital qoyuluşunun uzun və qısa müddətli
kreditləşdirilməsi ................................................................... 105
Mövzu 9. Bank menecmenti və marketinqi
§ 1. Bank menecmenti ................................................................. 108
§ 2. Bank marketinqi ................................................................... 111
Mövzu 10. Kommersiya banklarının maliyyə nəticələri ............................ 113
Mövzu 1. BANK
SISTEMININ
FƏALİYYƏTİNİN
ƏSASLARI
§1. Bank sistemi
«Bank» termini italyan sözü olan, «bankö» sözündən əmələ
gələrək pul dəyişmə stolu mənasını verir. Tacirlər ticarət
əməliyyatlarını yerinə yetirmək üçün pul dəyişənlərin xidmətindən
istifadə etmişlər.
Bank sistemi - bankların, bank infrastrukturu, bank qa-
nunçuluğu və bank bazamın məcmundur. İqtisadi sistemin tərkib
hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri
özündə əks etdirir.
İki tip bank sistemi mövcuddur;
bölüşdürüciij^ıx pilləli) - belə bank sistemi iqtisadiyyatın
inzibati amirlik yolu ilə idarə edildiyi cəmiyyət üçün xarakterikdir. Bu
zaman banklar dövlətin inhisarında olurlar.
bazar (iki pilləli) - burada banklar dövlət inhisarından çıxaraq
sərbəst fəaliyyət göstərirlər.
Bank infrastrukturu - bank sisteminin tərkib hissəsi olmaqla -
bankların həyat fəaliyyətini təmin edən müəssisələrin və xidmətlərin
məcmundur.
Hazırda bank sistemi iki pilləli prinsip əsasında fəaliyyət
göstərir.
birinci
pillədə - Mərkəzi bank
ikinci pillədə - kommersiya bankları və kredit idarələri durur.
Mərkəzi bank - hər bir ölkənin bank sisteminin əsas həlqəsini
təşkil edir. O ümumi milli mənafei əks etdirərək dövlətin mənafeini
müdafiə edən siyasət yürüdür, bütün bank fəaliyyətinin başlıca
prinsiplərini müəyyənləşdirir.
Kommersiya bankları kredit resurslarının işgüzar hissəsini
cəmləşdirərək fiziki və hüquqi şəxslərə bank xidməti göstərirlər.
İxtisaslaşma səviyyəsinə görə kommersiya bankları: universal;
ixtisaslaşmış banklara bölünürlər.
Universal banklar bülün növ bank əməliyyatlarını yerinə
yetirirlər.
İxtisaslaşmış banklar isə bank əməliyyatlarının müəyyən növü
üzrə ixtisaslaşırlar.
Azərbaycanın bank sistemi əsasən özündə Milli bankı, kredit
təşkilatlarını, xarici bankların nümayəndəliyi və filiallarını birləşdirir.
Bank - aşağıdakı bank əməliyyatlarını yerinə yetirməyə
müstəsna hüququ olan kredit təşkilatıdır;
-
fiziki və hüquqi şəxslərin pul vəsaitlərini qoyuluşa cəlb etmək;
-
cəlb olunmuş vəsaitləri öz adından və öz hesabına qay-
tarılmaqhq, müddətlilik və ödəniclik şərtləri əsasında yerləşdirmək;
-
fiziki və hüquqi şəxslərə bank hesablarının açılıb aparılması;
-
digər əməliyyatlar.
Qanunçuluqla müəyyən olunmuş qaydada ayrı-ayrı bank
əməliyyatlarını yerinə yetirmək hüququna malik kredit təşkilatları
qeyri bank kredit təkilatı_ adlanır.
§ 2. Mərkəzi Bank, onun rolu və funksiyaları
Azərbaycan Respublikasının Mərkəzi Bankı Milli Bankdır.
Milli Bank respublika prezidentinin 11 fevral 1992-ci il tarixli
fərmanı ilə yaradılmışdır. Milli Bank haqqında 7 avqust 1992-ci il, 10
iyun 1996-cı il, 10 dekabr 2004-cü il tarixlərdə qanun qəbul
edilmişdir.
Milli Bank ölkədə pul tədavülünün stabilləşməsinə yönəldilən
pul kredit siyasətini həyata keçirir. Bazar iqtisadiyyatında onun əsas
vəzifəsi pulun dəyərini və alıcılıq qabiliyyətini qorumaqdır.
Milli bankın iqtisadiyyatda rolu aşağıdakılarla müəyyən edilir:
■ a) manatın
möhkəmliyinin təmin edilməsi