143
Müqəddəs sübh
Bu əsnada İmam Məkkədə olan mövcud camaata bir sıra xüt-
bələr söyləyəcək və
(söylədikləri) dünyaya yayılacaqdır. O, or-
dusu üçün ümumi xətlər qoyacaq, həmçinin Məkkədə bir sıra
işlər görəcəkdir ki, müxtəsər şəkildə onlara işarə edirik:
1 – Məscidul-haramı İbrahim peyğəmbərin
(əleyhissəlam)
üzərində
olduğu şeyə (qoyduğu əsasa) qaytarmaq;
2 – İbrahim məqamını əvvəlki yerinə qaytarmaq. Necə ki,
Allah Rəsulunun
(sallallahu əleyhi və alih) dövründə Kəbənin
civarında idi;
3 – Müstəhəb təvafı qadağan etmək. Bu ona görədir ki,
na ilə sahibi
(müstəhəb işlərlə məşğul olan) fərizə sahibi
(va-
cib ayinləri yerinə yetirən) üçün
(rahat şəkildə ayinini icra etsin
deyə) imkan yaratsın;
4 – Bəni Şeybənin əlini kəsmək... Allah hədlərini icra et-
mək. Çünki onlar Allah evinin oğrularıdır.
İmamın
(əleyhissəlam) qoşunu nə zaman on min nəfər ola-
raq tamamlansa Mədinəyə sarı hərəkət etmək başlanacaqdır.
Oradan İrana
(İstəxr məntəqəsinə), oradan İraqa
(Kufə İmam
hökümətinin paytaxtı olacaqdır), oradan isə Beytül-müqəddəsə
sarı yönələcəkdir.
İkinci: Beyda çölünün batması (Qəti əlamətlərdəndir)
Süfyani İmam Məhdinin
(əleyhissəlam) zühur xəbərini eşit-
dikdən sonra Hicazda olan müqəddəs yerlərə qoşun göndərə-
cəkdir. Süfyaninin qoşunu Mədinəyə Məhərrəm ayının 12-si
yetişəcəkdir. Yəni İmamın
(əleyhissəlam) xürucundan iki gün
sonra. Hücum qoşununun əmiri Bəni Kəlb qəbiləsindən bir
nəfərdir ki, ona “Xüzeymə” deyilər. Sol gözünü itirmişdir, gö-
zündə qalın pərdə vardır. O, Əbülhəsən Əməvinin evində enər.
Əməvi ordusu Rəsulun Mədinəsində üç gün müddətində qa-
lar. Oranı talan edər, orada qətliam törədər, əhalisini dağıdar,
kişilərini öldürər, qız-qadınları əsir tutar, Rəsulun
(sallallahu
əleyhi və alih) minbərini sındırar, şərafətli qəbiri dağıdar, hey-