Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   2   3   4   5   6   7   8   9   ...   52

22
Müctəba Sadət
6 – İmam Səccad (əleyhissəlam):
Səid  ibn  Cübeyr  deyib:  “Zeynulabidin  Əli  ibn  Hüseynin 
(əleyhissəlam) belə buyurduğunu eşitdim: “Bizim Qaimimizdə 
peyğəmbərlərdən  olan  xüsusiyyət  (oxşarlıq və sünnə)  vardır. 
Atamız Adəmdən (əleyhissəlam) bir xüsusiyyət, Nuhdan (əley-
hissəlam) bir xüsusiyyət, İbrahimdən (əleyhissəlam) bir xüsu-
siyyət, Musadan (əleyhissəlam) bir xüsusiyyət, İsadan (əleyhis-
səlam) bir xüsusiyyət, Əyyubdan (əleyhissəlam) bir xüsusiyyət 
və  Muhəmməddən  (sallallahu  əleyhi və alih)  bir  xüsusiyyət. 
Adəm  və  Nuhdan  olan  xüsusiyyət  ömrün  uzunluğu,  İbrahim-
dən olan xüsusiyyət doğulmasının gizli olması və insanlardan 
uzaq durma, Musadan olan xüsusiyyət qorxu və qeyb; İsadan 
olan xüsusiyyət insanların onun barəsində  ikir ayrılığında ol-
ması; Əyyubdan olan xüsusiyyət sıxıntılardan sonra qurtuluş; 
Muhəmməddən (sallallahu əleyhi və alih) olan xüsusiyyət isə 
qılıncla çıxmaqdır”.
21
7 – İmam Baqir (əleyhissəlam):
Əbülcarud  Ziyad  ibn  Münzir  İmam  Baqirdən  (əleyhissə-
lam) nəql edərək belə demişdir: “O mənə dedi ki, ey Əbülca-
rud, fələk döndüyü zaman insanlar “Qaim ölübdür, ya da həlak 
olubdur; o hansı dərəyə getmişdir?”, – dediklərində, həmçinin 
(onu) axtaran kəs: “O necə (mövcud) ola bilər, bir halda ki, onun 
sümükləri belə çürümüşdür”, – dedikdə, həmin vaxt ona ümid-
var olun, onu (və ya onun dəvətini) eşitdiyinizdə onun yanına 
gedin, hətta qarın üzərində sürünməklə olsa belə!”.
22
c.1, s.318; əl-İrşad lil-Mu id, c.2, s.340.
21
 İlamul-vəra, s.402; Muntəxəbul-əsər, s.300; əl-Məhdi minəl-məhd iləz-zu-
hur, s.74; Kəmalud-din, c.1, s.322.
22
 İlamul-vəra, s.402; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.77; Kəmalud-din, 
c.1, s.326.


23
Müqəddəs sübh
8 – İmam Sadiq (əleyhissəlam):
Səfvan ibn Mihran İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Kim bütün imamları iqrar, lakin Məhdi-
ni inkar etsə, bütün peyğəmbərləri təsdiq edib, Muhəmmədin 
(sallallahu əleyhi və alih) nübüvvətini inkar edən kəs kimidir”.
Ona deyildi: “Ey Allah Rəsulunun oğlu, bəs övladlarından 
olan Məhdi kimdir?”
Buyurdu: “Yeddincinin övladlarından beşincidir. Onun şəx-
siyyəti (kimliyi) sizdən qeybdə olar və adını çəkmək sizə halal 
olmaz”.
23
9 – İmam Kazim (əleyhissəlam):
Yunis ibn Əbdürrəhman deyib: “Musa ibn Cəfərin (əleyhis-
səlam) yanına daxil olub dedim: “Ey Allah Rəsulunun oğlu, sən 
həqiqəti bərqərar edəcək (Qaim) kəssən?” 
Buyurdu:  “Mən  həqiqəti  bərqərar  edən  kəsəm,  lakin  yer 
üzünü Allahın düşmənlərindən təmizləyib, oranı zülm və haq-
sızlıqla  dolduğu  kimi  haqq-ədalətlə  dolduran  Qaim  mənim 
övladlarımdan beşincisidir. Onun bir qeybi vardır ki, müddə-
ti  –  canına  görə  qorxduğundan  uzanacaqdır.  Həmin  qeybdə 
qövmlər (dəstə-dəstə insanlar) mürtəd olacaq, digərləri isə sa-
bitqədəm qalacaqdır”. 
Sonra buyurdu: “Xoş olsun Qaimimizin qeybində ipimizdən 
yapışan, bizə qarşı dostluq münasibətində (və ya vilayətimizdə) 
sabitqədəm olan, düşmənlərimizdən uzaq duran şiələrimizin ha-
lına! Onlar bizdəndirlər, biz də onlardanıq. Onlar bizdən imam ola-
raq razı qalmış, biz də onlardan şiə olaraq razı qalmışıq. Xoş olsun 
onların halına, yenə də xoş olsun onların halına! Allaha and olsun 
ki, onlar Qiyamət günü dərəcələrimizdə bizimlə birlikdədirlər”.
24
23
 İlamul-vəra, s.403; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.80; Kəmalud-din, 
c.2, s.333; Muntəxəbul-əsər, s.218.
24
  Kəmalud-din,  c.2,  s.361;  İlamul-vəra,  s.407;  Muntəxəbul-əsər,  s.219; 
əl-Məhdi minəl-məhd iləz-zuhur, s.83.


24
Müctəba Sadət
10 – İmam Rza (əleyhissəlam): 
Əhli-beyt şairi Dibil ibn Əli Xüzai İmam Əli ibn Musa Rza-
nın (əleyhissəlam) yanına daxil olub, “Ayələr mədrəsəsi tilavət-
dən boş qalmışdır” – qeyd edilən məşhur qəsidəsini oxudu. Bu 
yerə qədər ki, söylədi: “O (əleyhissəlam) mənə dedi: “Qəsidənə 
iki beyt artırmayımmı?
Dibil dedi: “Bəli, ey Allah Rəsulunun oğlu”. 
Bu zaman dedi: (Məzmunu)
Tusda bir qəbir vardır ki, sahibinin müsibəti bədəninin bü-
tün əzalarını məhşərə qədər alovlandırır
Bu, Allahın Qaimi göndərib bizi bu kədər və sıxıntıdan azad 
olunana qədər davam edəcəkdir”.
Dibil dedi: Sonra onun yanında qəsidənin qalan hissəsini 
oxudum. Bu yerinə çatdıqda: (məzmunu)
İmamın xürucu (zühur etməsi) sözsüz baş verəcəkdir
O, Allahın adı və xeyir duası ilə qiyam edəcəkdir
Bizim aramızdan bütün haqq və batili seçəcəkdir
Və nemətlərlə mükafatlandıracaq və müsibətlərlə cəzalan-
dıracaqdır.
(əleyhissəlam) bərk ağladı. Sonra başını mənə tərəf qaldırıb 
buyurdu: “Ey Xuzai, Ruhülqüds sənin dilinlə bu iki beyti oxudu. 
Heç bilirsənmi bu imam kimdir və nə vaxt qiyam edəcək?” 
Dedim: “Xeyr, ey sərvərim. Yalnız sizdən olan imamın çıxa-
cağını (zühur edəcəyini), yer üzünü fəsaddan təmizləyəcəyini, 
zülmlə dolduğu kimi oranı ədalətlə dolduracağını eşitmişəm”.
Buyurdu: “Ey Dibil, məndən sonra imam oğlum Muhəmməd, 
ondan sonra onun oğlu Əli, ondan sonra onun oğlu Həsən, ondan 
sonra  isə  onun  oğlu  Höccət  Qaim  (qiyam edən, ilahi qanunları 
bərqərar edən),  qeybi  dövründə  intizarı  çəkilən  (Müntəzər),  zü-
hurunda isə itaət olunandır. Əgər dünyanın ömrünə bir gün qalsa 
belə, Allah həmin günü o qədər uzadar ki, (İmam Məhdi) zühur 
edər və dünyanı zülmlə dolduğu kimi ədalətlə doldurar. Lakin nə 
zaman (zühur edəcəkdir)? Belə ki, bu, vaxtdan xəbər verməkdir”.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə