Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

50
Müctəba Sadət
hesab  edilər.  Qənimət  isə  (beytül-maldan, xalqın büdcəsindən 
oğurlanan, güc yetən hər bir şey) qazanc sayılar. İnsanlar ata və 
analarına cəfa edər, dostları ilə isə mehriban davranar. Göydə 
quyruqlu ulduz peydə olar”.
Salman dedi: “Ey Allahın Rəsulu, bu işlərin hamısı olasıdır?” 
Peyğəmbər  buyurdu:  “Bəli!  And  olsun  O  kəsə  ki,  canım 
Onun əlindədir, bu işlər olacaq! Ey Salman! O zamanda qadın-
lar ərləri ilə birlikdə (evdən qıraqda) müştərək ticarətlə məş-
ğul olarlar. Yağış yayda yağar. Şəxsiyyətli, böyük insanlar daim 
qəzəbə, qeyzə tuş gələrlər, kasıb adamlar təhqir olunar. O za-
manda bazarlar bir birinə yaxınlaşar. Alış-satış mərkəzləri çox 
gileylənər, şikayət edər: Biri deyər, “mən bir şey satmamışam”, 
o birisi deyər, “mən xeyir götürmədim”. O vaxtda görərsən ki, 
bütün xalq yalnız Allahdan gileylənir, Onu qınayır”.
Salman  dedi:  “Ey  Allahın  Rəsulu,  belə  işlər  doğrudanmı 
olasıdır?” 
Peyğəmbər  buyurdu:  “Bəli!  And  olsun  O  kəsə  ki,  canım 
Onun əlindədir, bu işlər olasıdır!
Ey Salman! O zamanda xalqa elə kəslər hökumət edər ki, 
əgər (xalq kiçik hesab ediləcək hüququnu müda iə etmək istəsə, 
azadlıq qoxusu gələn) bir kəlmə dilinə gətirsələr, o saat onları 
öldürərlər.  Əgər  sükut  etsələr  (və dillənməsələr),  mal  və  can-
larını istədikləri kimi xərcləyərlər. Onların zəhmətini mənim-
səyər,  hörmətlərini  ləkələyər  və  qanlarını  axıdarlar.  Onların 
qəlbləri xovf və dəhşətlə dolar. Sən onları ürkək, xo lu, dəhşətə 
salınmış və qorxmuş görərsən”.
Salman dedi: “Ey Allah Rəsulu, bu mütləq baş verəcəkdir?”
Peyğəmbər  buyurdu:  “Bəli,  canım  əlində  olan  kəsə  and 
olsun,  ey  Salman.  Həmin  vaxt  məşriqdən  bir  şey,  məğribdən 
başqa  bir  şey  gətirilər.  Bu  vasitə  ilə  mənim  ümmətimi  rəngə 
salarlar. Ey vay, ümmətimin zəi lərinə ki, bu sitəmkarların əlin-
dən çəkəcəklər! Ey vay, onlara ki, Allahdan görəcəklər! Nə ki-
çiklərə rəhm etməyəcəklər, nə də ağsaqqallara hörmət qoyma-


51
Müqəddəs sübh
yacaqlar. Xəta etmiş, şəxsi işdə pislik etmiş adamın günahından 
keçməyəcəklər. Onların bütün danışıqları söyüş və murdarlıq 
olar.  Zahirən  adam  şəklindədirlər,  amma  qəlbləri  şeytan  qəl-
bidir”.
Salman dedi: “Ey Allahın Rəsulu, bu işlər doğrudanmı baş 
verəcək?” 
Peyğəmbər  buyurdu:  “Bəli!  And  olsun  O  kəsə  ki,  canım 
Onun əlindədir, bu işlər olasıdır!
Ey Salman! O zamanda kişilər kişilərlə kifayətlənər, qadın-
lar qadınlarla. Əhli evdə cariyənin qeyrətini çəkdiyi kimi oğlan 
uşağının də qeyrəti çəkilər.
52
 Kişilər özünü qadınlara, qadınlar 
da özlərini kişilərə bənzədərlər. Qadınlar yəhərə süvar olarlar. 
Ümmətimdən olan belə kəslərə Allahın lənəti olsun”.
Salman dedi: “Bunlar mütləq baş verəcəkmi, ey Allah Rə-
sulu?”
Peyğəmbər (sallallahu əlehi və alih) buyurdu: “Bəli, canım 
əlində olan kəsə and olsun! Ey Salman, həmin vaxt məsihi və 
yəhudilərin  məbədləri  zinətləndirildiyi  kimi  məscidlər  də 
bəzədilər. Müshə lər bər-bəzəkli olar, minarələr uzadılar, (na-
mazda camaatın durduğu) sə lər çoxalar, ancaq qəlblər bir-bi-
rindən qəzəbli, dillər isə müxtəlif olar”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Peyğəmbər buyurdu: “Bəli, canım əlində olana and olsun! 
Ey Salman, həmin vaxt ümmətimin kişiləri qır-qızılla bəzənər, 
ipək qumaşdan libaslar geyinər və pələng dərilərini kölgənə-
cək edərlər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allahın Rəsulu?”
Peyğəmbər buyurdu: “Bəli, canım əlində olana and olsun! 
Ey Salman, həmin vaxt sələmçilik ortaya çıxar, camaat bir-bir-
52
 Yəni qadın ər evində saxlanılıb qorunduğu kimi, cavan oğlan uşaqlarını 
da o cür evdə saxlayar, istifadə edər, başqa kişilərin gözündən uzaq tutar və 
qeyrətini çəkərlər. – müt.


52
Müctəba Sadət
ləri ilə müddətli və rüşvətli iş görərlər. Din (kənara) qoyular və 
dünya ucaldılar”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman, 
həmin vaxt təlaq çoxalar, ancaq hədd icra olunmaz. Halbuki on-
lar Allaha heç bir şeylə zərər yetirə bilməzlər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman, 
həmin vaxt müğənni qadınlar, musiqi alətləri aşkar olar. Üm-
mətimin pisləri onlara başçılıq edər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman, 
həmin vaxt ümmətimin varlıları gəzinti, orta təbəqəsi ticarət, 
fəqirləri isə riyakarlıq və şan-şöhrət naminə həccə gedər. Hə-
min  vaxt  insanlar  Allahdan  başqası  barədə  dərin  düşüncəyə 
qapılarlar.  Zinadan  doğulan  uşaqlar  çoxalar,  Quranı  ğina  ilə 
(musiqi janrında) oxuyarlar, dünyanın üstünə düşərlər”.  
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun. Ey Salman, 
həmin  vaxt  hörmətlərin  yırtılıb  aradan  getdiyi,  günah  işləri 
əldə etmək, pislərin yaxşılar üzərinə müsəllət olduğu, yalanı 
yaydıqları,  inadkarlığın  zahir  olduğu,  fəqirliyin  üzə  çıxdığı, 
əyin-baş barədə bir-birinə təkəbbürlük göstərdikləri, yağışın 
başqa bir mövsümdə onlara yağdığı, musiqi alətlərinin gözəl 
hesab edildiyi, yaxşılıqlara əmr və pisliklərdən çəkindirməyin 
pis sayıldığı, hətta möminin həmin dövrdə ümmətin ən zəli-
li  olduğu,  qarilər  və  ibadətkarlarının  öz  aralarında  olanlarla 
bağlı qarşılıqlı danlaq nümayiş etdirdikləri bir dövrdür. Belə 
şəxsləri göylərin mələkutunda bu cür səslərlər: Pisliklər, nə-
cislər!”
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Həmin vaxt 
zəngin fəqir üçün ehtiyat eməz. O həddə olar ki, dilənçi camaat 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə