Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

59
Müqəddəs sübh
rə zürriyyətindən olan bir nəfərin əli ilə xarabalığa çevriləcək 
ki, zəncilər onun ardıcılı olacaqlar...” (Hədisin davamı vardır)
60
Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan başqa 
bir  hədisdə  belə  buyurmuşdur:  “Məndən  sonra  elə  başçılar 
olacaq ki, mənim hidayətimlə hidayət etməyəcək (göstərdiyim 
yola sarı yol göstərməyəcək), mənim sünnəmlə rəftar etməyə-
cəklər. Onların arasında elə kəslər qiyam qaldıracaq ki, qəlbləri 
şeytan qəlbi, bədənlərisə insan bədənidir”.
61
Bu həmin məsələdir ki, Allah Rəsulundan (sallallahu əley-
hi və alih)  sonra  baş  vermişdir.  Hökümət  bir  sıra  məsləhət, 
yaxud vərəsəlik yolu ilə əldən ələ keçdi. Bunun təfsilatı qeyd 
edilməkdən  daha  məşhurdur.  Xəlifələrin  saraylarında  növbə-
növ şərablardan istifadə etmək az qala açıq-aydın bir məsələ-
dir. Həm də tarix kitablarında çox açıqlanmışdır. Ola bilər ki, 
bunun ən üstün nümunəsi Mütəvəkkil Abbasinin İmam Hadiyə 
(əleyhissəlam) göstərdiyi rəftardır. O, bir dəstə türkü İmam Ha-
dinin evinə yolladı ki, oraya basqın edib, gecənin qaranlığında 
həzrəti ələ keçirsinlər (və onun sarayına gətirsinlər). İmamın 
mənzilinə yetişdikdə gördülər ki, İmam Quran qiraətilə məş-
ğuldur.  Onlar  həzrəti  tutub,  Mütəvəkkilin  yanına  apardılar. 
İmam onun qarşısında durdu. Mütəvəkkilin əlində qədəh vardı 
və şərab içirdi. İmamı gördükdə onun heybəti Mütəvəkkili tut-
du (gözündə böyüdü)(Çarəsizlikdən ona ehtiram göstərdi və) 
onu öz kənarında əyləşdirdi. Əlindəki şərab qədəhini həzrətə 
təqdim etdi. 
İmam buyurdu: “Əmir! Heç vaxt ətim və qanım indiyədək 
şəraba bulaşmamışdır. (Şərab içməkdən) məni üzürlü bil”. O da 
geri çəkildi...” (Əhvalatın sonuna qədər)
62
60
 Bəşarətul-İslam, s.5.
61
 Tarixul-ğeybətil-kubra, s.450.
62
 Tarixul-ğeybətil-kubra, s.59.


60
Müctəba Sadət
Beşinci öncədən xəbər vermə
“Sahibul-zənc”in inqilabı barədə nəql olunan xəbərlər
İbn  Abbasdan  nəql  olunan  öncəki  hədisdə  bu  şəxs  barə-
də  qeyd  olunmuşdur...  Və  bu,  həqiqətən  də.  “Sahibul-zənc”in 
əli ilə baş vermişdir. O elə bir şəxsdir ki, hicrətin 255-ci ilində 
Bəsrədə inqilab etmişdir. Həmin il İmam Məhdinin (əleyhissə-
lam) doğum ilidir. Onun adı Əli ibn Muhəmməd olmuşdur. İd-
dia edirdi ki, ələvidir. Baxmayaraq ki, əqidə və düşüncə baxı-
mından Əhli-beytlə uyğun gəlmirdi. On beş il ərzində cəmiyyət 
içərisində o qədər fəsad törətdi ki, nəhayət hicrətin 270 ilində 
qətl törətdi (əli camaatın qanına bulaşdı). Özünü ələvilərə nis-
bət  verməsindən  əlavə,  inqilabında  söykəndiyi  ümdə  mətləb 
əsasən  işçilər  və  cameənin  zəhmətkeş  təbəqəsi,  xüsusilə  öz-
gələrinin tabeçiliyi altında olan qullara yönəlmişdi. Ona görə 
də “Sahibul-zənc” adlandırılmışdır. Yəni qulların rəhbəri.
63
İslam cameəsində çoxlu fəsadlar baş verdi və Abbasi döv-
lətini olduqca zəhmətə saldı. Bəsrə sakinləri və bir çox şəhər-
lərin canı incidildi. Belə ki, qətllər, soyğunçuluq və sürgünçü-
lüklər baş verdi.
Bu  tarixi  hadisə  özü  rəvayətin  doğruluğuna  və  onu  söy-
ləyənin doğru danışmasına  ən böyük dəlildir. Ən üstün salavat 
və salam olsun ona!
Altıncı öncədən xəbər vermə: 
Qum  adlanan  şəhərdə  elmin  zühuru  barədə  nəql  olunan 
xəbərlər
Bu barədə İmam Sadiqdən (əleyhissəlam) belə nəql olun-
muşdur:  “Kufə  möminlərdən  (onların orada olmasından)  boş 
qalacaqdır. Elm oradan üz çevirəcəkdir. Necə ki, ilan öz yuva-
sında gizlənər (və geri çəkilər). Sonra elm Qum adlanan şəhər-
də üzə çıxar. O, elmin və fəzilətin mədəni halına çevrilər. O həd-
63
 Tarixul-ğeybətil-kubra, s.72.


61
Müqəddəs sübh
də qədər ki, yer üzündə din barədə heç bir müstəzəf qalmaz. 
Gəlin üçün hazırlanan yerdəki (zifaf otağındakı) gəlinlər belə 
(din baxımından məlumatlı olar)! Bu isə Qaimimizin zühuruna 
yaxın bir zamanda baş verər...” (Hədisin ardı var)
64
Bu məsələ son on illikdə praktiki olaraq irəli çıxmışdır və 
bu rəvayətin əzəməti oradan bilinir ki, İmamımızın həmin vaxt 
yeri belə məlum olmayan, həmçinin əhalisi hələ bütlərə və oda 
ibadət edən Qum şəhərində din elminin zühuru barədə danış-
dığını görürük. Halbuki min iki yüz ilə yaxın keçdikdən sonra 
Qum şəhəri şiənin elm şəhərinə və dərs aldıqları bir mərkəzə 
çevrildi. 
İmam Sadiqdən (əleyhissəam) nəql olunan bu hədisi bura-
da ona görə qeyd etdik ki, Qaimin (əleyhissəlam) qiyamından 
öncə elmin Kufədən (Nəcəf Əşrəfdən) Qum şəhərinə hicrət edə-
cəyinə  aydın  şəkildə  işarə  edir.  Bunun  səbəbi  isə  sultanların 
zülmü,  din  alimlərinin  sürgün  edilməsi,  onların  qətlə  yetiril-
məsi və qovulmasıdır.
Rəvayətlərdə qeyd olunan çoxlu sayda əlamət və öncədən 
xəbər vermələr vardır ki, tarixdə baş vermişdir.
Bu barədə Cabir ibn Yezid Cu idən nəql olunan rəvayətdə 
qeyd edilmişdir: “Əbu Cəfər Muhəmməd ibn Əli Baqir (əleyhis-
səlam) buyurdu: “Ey Cabir, sənə deyəcəyim əlamətləri görənə 
qədər və o zamana yetişənə qədər yer(ind)ə otur və əlini, aya-
ğını hərəkət etdirmə: Bu əlamətlərin birincisi Bəni-Abbasın ix-
tilaf etməsidir. Sənin o zamanı görə biləcəyini zənn etmirəm. 
Lakin bunu məndən sonra (gələnlərə) məndən nəql et. (Digər 
bir əlamət) səmadan nida edəcək bir nidaçıdır. Dəməşq tərəf-
dən sizə fəth (xəbəri) verən bir səs gələcək. Şam kəndlərindən 
olan Cabiyə adlı bir kənd yerə batacaq. Dəməşq məscidinin sağ 
tərə inin bir hissəsi uçulacaq. Türklər tərəfdən dindən çıxmış 
bir dəstə xüruc edəcək. Bunun ardınca rumluların hərc-mərc-
64
 Muntəxəbul-əsər, s.443; Hivaratu hauləl-munqiz, s.296; Yaumul-xilas, s.480.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə