Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

65
Müqəddəs sübh
3 – Türklərin Cəzirədə enməsi: Cəzirə ərazisi uzun zaman 
ərzində türk Osmanlısının höküməti altında qalmışdır. Bu isə 
hicrətin 941-ci ili başlamış və birinci dünya müharibəsi əsna-
sında Britaniyanın işğalı nəticəsində hicrətin 1335-ci ilində ha-
kimiyyətləri süqut edənədək davam etmişdir. 
4 –  Rumluların  Rəmlədə  batması:  Rum  məsumların  döv-
ründə ümumi şəkildə avropalılara deyilirdi. Rəmlə isə Misirdə 
və Şamda olan bir məntəqədir. Bu öncədən xəbər vermə Na-
paleon Bonapartın başçılığı ilə Fransanın Misiri müstəmləkəyə 
çevirməsilə uyğun gəlir. Yaxud Birinci dünya müharibəsindən 
sonra  Fransanın  Suriyanı  işğal  etməsi  və  oradan  osmanlıları 
çıxartması ilə uyğundur. 
5 – Ərəblərin sıxıntılarının sona çatması, onların qüvvə (və 
hakimiyyət) əldə etməsi, məmləkətlər üzərində padşahlıq et-
məsi və əcəmlərin hakimiyyəti altından çıxmaları: Bu, müasir 
dövrdə yaşadıqlarımızdır. Belə ki, bu əsr ərəb inqilabları əsri-
dir  ki,  özgələrinin  hegemonluq  və  müstəmləkəçiliyi  altından 
qurtulub, hakimiyyətə özlərinin yetişməyini istəyirlər.
6 – Misir əmirinin elə həmin məmləkətin əhalisi tərə indən 
qətlə yetirilməsi: Bu, prezident Ənvər Sədatın Xalid İslambuli-
nin adamları tərə indən öldürülməsilə uyğun gəlir.
7 –  Əcəmdən  olan  iki  dəstənin  ixtilaf  etməsi,  aralarında 
çoxlu qan tökülməsi: Bu, Avropa dövlətləri arasındakı döyüş-
lərə uyğun gəlir. Belə ki, Fransa və Almaniya, yaxud Britaniya və 
Almaniya, yaxud Türkiyə və Yunanıstan arasında getmiş olan 
döyüşü buna misal çəkmək olar... Miladi tarixi ilə on doqquzun-
cu əsrin birinci yarısı baş verən iki dünya müharibəsinə nəzər 
salmaq bizə kifayət edər.
Biz tarix boyu gerçəkləşən öncədən xəbər vermələrin bu 
qədəri ilə kifayətlənirik. O, məcmu halında onu söyləyən mə-
sumların doğruluğuna dair qəti bir dəlildir. Bu doğruculluq on-
ların İmam Məhdinin (əleyhissəlam) zühuru barədə verdikləri 
sair xəbərlərin də doğruluğunu göstərir. Elə isə İmamın (əley-


66
Müctəba Sadət
hissəlam)  qəziyyəsilə  əlaqədar  duyğusal  və  şüurlu  rabitəni 
artırmaq gərəkdir. Təkcə ideoloji mehvər deyil. Bu cərəyanın 
sonu şirin olsa da, üstün olan budur ki, qəlbi meyillik həvəs-
ləndirilsin  (daha çox ümid edilsin),  İmamla  (əleyhissəlam)  ra-
bitənin dərəcəsi yaşayış, fəaliyyət və ciddilik baxımından ən ali 
və daha yüksək müstəviyə ucaldılsın. Həmçinin mömin fərddə 
əməl,  davranış,  mövqe  və  həyatın  bütün  ayrıntılarında    İma-
ma bənzəməklə onun kənarında (onun himayəsində) yaşaması 
üçün məsuliyyətlə düşünmək dərinləşsin.


67
Müqəddəs sübh
ÜÇÜNCÜ FƏSİL
ZAMAN SİLSİLƏSİ 
BAXIMINDAN ZÜHUR 
İLİNİN HADİSƏLƏRİ
Birinci hissə: Ümumi və yığcam hadisələr
Birinci: Zühurdan öncəki əlamətlər


68
Müctəba Sadət
Əvvəldə  yaxın  hadisələri  xarakterizə  edəcək  hadisələrə 
işarə etmək gərəkdir ki, bu yolla zühur əsrini, yaxud zühur il-
lərinini vəsf edən hadisələri təsbit edə bilək. Xüsusilə də zü-
hur ilini. Bu isə çoxdur, yüzlərə çatır. Burada isə aşağıdakılarla 
məhdudlaşmaq gərəkdir:
 
1 – Zühur əsri
Hədislər ümumi xüsusiyyətlər müəyyənləşdirmişdir. Həm-
çinin bir sıra hadisələr də bəlirləmişdir ki, zühur əsrini yığcam 
şəkildə müəyyən edir. “Həccətul-vidada” İbn Abbasın Peyğəm-
bərdən (sallallahu əleyhi və alih) nəql etdiyi və Salman Farsinin 
bu xəbərləri necə inanılmaz hesab etdiyi rəvayəti bu qəbildən-
dir.  Biz  bu  rəvayəti  kamil  surətdə  ikinci  fəslin  başlanğıcında 
qeyd etmişik.
2 – Zühur illəri:
Zühur  illəri  aydınlaşdırmağa  çalışan  hədislər  çoxlu  ha-
disələr, olaylar və əlamətlər bəyan edir. Bunun xəbərləri hədd 
təyin etməkdən çoxdur. Şeyx Mü idin “əl-İrşad” kitabında qeyd 
etdiyi əlamətlər – biz rəvayəti kamil surətdə ikinci fəsildə qeyd 
etmişik və oraya müraciət edilə bilər – bu qəbildəndir. Rəvayət-
lərə gəlincə isə, İmam Sadiqdən (əleyhissəlam) belə bir hədis 
nəql olunmuşdur: 
“Camaat Ərəfatda vuquf etdikləri zaman sürətli bir dəvəyə 
minən bir süvari gəlib onlara bir xəlifənin ölüm xəbərini çatdı-
racaq. O öldüyü zaman Muhəmməd ailəsinin (əleyhimussəlam) 
və bütün insanların fərəci baş verəcək”.
67
 
Həmçinin Əbu Bəsirin nəql etdiyi də bu rəvayətlərdəndir: 
67
 Ğeybətun-Numani, s.179; Biharul-ənvar, c.52, s.240; Bəşarətul-İslam, s.122.


69
Müqəddəs sübh
“Əbu Abdullahın (əleyhissəlam) belə buyurduğunu eşitdim: 
“Kim  Abdullahın  ölümünü  mənim  üçün  zəmanət  versə,  mən 
onun üçün Qaimi zəmanət verərəm”. 
Sonra  buyurdu:  “Abdullah  öldükdə  insanlar  daha  heç  bir 
kəsin üzərində cəm halına gəlməz. Bu məsələ isə Sahibiniz ol-
madan aramlıq tapmaz, inşallah! İllərin padşahlığı aradan ge-
dər və padşahlıq aylar və günlərlə keçər”. 
Mən dedim ki, bu uzun çəkəcək? 
Buyurdu: Xeyr”.
68
Habelə  İmam  Baqirdən  (əleyhissəlam)  nəql  olunan  da  bu 
rəvayətlərdəndir. O buyurmuşdur: “Elə ki, Bəni- ilan öz arala-
rında ixtilafa düşdü, fərəci gözləyin. Sizin fərəciniz yalnız Bə-
ni- ilanın ixtilafa düşməsindədir. Elə ki ixtilaf etdilər, Ramazan 
ayında baş verəcək güclü səsi və Qaimin xüruc etməsini göz-
ləyin. Həqiqətən də, Allah istədiyini edər. Bəni- ilan öz arala-
rında ixtilaf etməyənədək Qaim xüruc etməyəcək və istədiyiniz 
şeyi görməyəcəksiniz. Elə ki bu baş verdi, camaat onlara tamah 
salacaq,  beləcə  sözlər  haçalanacaq  və  Süfyani  zühur  edəcək. 
Bəni- ilan mütləq hakimiyyət başında olacaq. Elə ki, hakimiy-
yət  etdilər  və  (hakimiyyət etdikdən)  sonra  ixtilafa  düşdülər, 
hakimiyyətləri parçalanacaq, işləri bölünəcək...” (Ta ki hədisin 
axırına qədər).
69
3 – Zühurun ili:
Rəvayətlər dəqiq şəkildə müfəssəl olaraq bir sıra hadisələr 
müəyyən etmişdir. Xüsusilə də onların ikinci yarısında: Süfya-
ninin  Rəcəb  ayında  xüruc  etməsindən  başlayaraq,  Ramazan 
ayındakı  nidaya,  Zilhiccənin  25-də  Nəfsi-Zəkiyyənin  qətlinə, 
Məhərrəmin  onu,  altıncı  gün  müqəddəs  sübhün  (İmam Məh-
dinin) nurunun zühur etməsinə qədər. Həmin hadisələr özün-
68
 Biharul-ənvar, c.52, s.210; Bəşarətul-İslam, s.123.
69
 Ğeybətun-Numani, s.171; Biharul-ənvar, c.52, s.232.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə