Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

56
Müctəba Sadət
Buyurdu: “Allahın elmi artıq keçmişdir (və belə qərarlaşdır-
mışdır), həmçinin işlər onun əlindədir. Əmr mənim övladlarım-
da olacaqdır”.
55
Bəni-Abbas  dövləti,  onunla  Allah  Rəsulunun  (sallallahu 
əleyhi və alih) nəvələri, Əli və Fatimənin (əleyhimussəlam) öv-
ladları imamlar (əleyhissəlam) arasında baş verən müxalifətçi-
lik,  Bəni-Abbasdan  çəkdikləri  sürgünlük,  təqib,  təcavüzkarlıq 
açıq-aydın şəkildə tarixdə mövcuddur. Habelə bu məsələ qeyd 
olunmaqdan daha aydın və gizlədilməkdən daha məşhurdur.
Həmçinin daha artıq izah əldə etmək üçün Əbülfərəc İsfa-
haninin “Məqatilut-talibiyyin” kitabına müraciət etmək müm-
kündür.  Habelə  Bəni-Abbasın  həlak  olması  və  səltənətlərinin 
aradan  getməsinə  dəlalət  edən  bəzi  rəvayətlər  mövcuddur. 
Məsələn, varid olan bu xəbər kimi: 
İmam  Baqirin  (əleyhissəlam)  bir  hədisdə  belə  buyurduğu 
nəql  olunmuşdur:  “Sonra  Bəni-Abbas  hakimiyyətə  gələcək. 
Daim təravətli bir hakimiyyət və  iravan bir həyat yaşayacaq-
lar. Ta ki öz aralarında ixtilaf edənədək. Elə ki ixtilafa düşdülər
hakimiyyətləri aradan gedəcək”.
56
İkinci öncədən xəbər vermə:
Bəni-Üməyyə  dövlətinin  təbii  şəkildə  zavala  uğramasın-
dan  öncə,  onun  aradan  getməsi  rəvayətlərdə  qeyd  olunmuş-
dur.  Məsələn,  İmam  Baqirdən  (əleyhissəlam)  nəql  olunan  bu 
rəvayət kimi: 
İmam  Baqir  (əleyhissəlam)  buyurmuşdur:  “Qaim  (əleyhissə-
lam) tək illərin birində qiyam edəcək: doqquz, bir, üç və ya beş”. 
Sonra dedi: “Elə ki Bəni-Üməyyə ixtilaf etdi və hakimiyyət-
ləri  aradan  getdi,  Bəni-Abbas  hakimiyyətə  gələcək”.  (Hədisin 
ardı vardır)
57
55
 Bəşarətul-İslam, s.11.
56
 Ğeybətun-Numani, s.175.
57
 Ğeybətun-Numani, s.175.


57
Müqəddəs sübh
Bilmək lazımdır ki, İmam Baqir (əleyhissəlam) Bəni-Üməy-
yə  səltənəti  zavala  uğradıqdan  və  Abbasilər  dövləti  qiyama 
qalxdıqdan on səkkiz il öncə vəfat etmişdir.
Üçüncü öncədən xəbər vermə:
Rəvayətlərdə  məşriq  və  məğrib  əhalisinin  ixtilafı  qeyd 
olunmuşdur. Məsələn, yenə də İmam Baqirdən (əleyhissəlam) 
nəql olunan bu rəvayət kimi. Belə ki, o, buyurmuşdur: “Məşriq 
və məğrib əhalisi ixtilafa düçar olar”.
58
Bu  cür  ixtila lara  tarixdə  çox  rast  gəlmək  olar.  Məsələn, 
məşriq və məğrib əhalisinin İslam ölkələrinin sərhədləri barə-
də  ikir ayrılığında olmaları. Bu, İslam tarixində praktiki ola-
raq uzun-uzadı davam edən məsələdir. Belə ki, şərqə Abbasilər, 
qərbə  –  yəni  İslam  Əndəlusuna  –  Əməvilər  hökm  edirdilər. 
Yaxud  Qərbə  –  yəni  Afrikanın  şimalında  Fatimilər  dövlətinin 
əsasını qoyan – Fatimilər hökmranlıq edirdilər. Hər iki halda, 
bu ikisi Abbasilərin şərq xilafətindən ayrı idilər.  
Yaxud elə müasir dövrdə, ikinci dünya müharibəsindən bu 
yana baş verənlər... Dünyada iki böyük dövlət vardır. Onlardan 
biri şərq bloqu adlanan liderliyi, digəri isə qərb adlanan öndə-
riliyi təmsil edir. Hər bir halda, şərq əhalisi ilə qərb əhalisi ara-
sında baş verən bu cür ixtila lar zühurun əlamətlərindəndir... 
Canıma and olsun, bu özü elə bir möcüzələrdəndir ki, rəvayət-
lərin  doğruluğuna  dəlalət  etməkdə  payı  vardır.  Əlavə  olaraq, 
rəvayətdə  “Sahibul-beyət”i  də  (beyət sahibi İmamımız)  isbat 
edir. Necə ki, Numaninin “əl-Ğeybət” kitabında nəql etdiyi hə-
disdə belə qeyd edilmişdir: 
Bizə Əhməd ibn Muhəmməd ibn Səid hədis danışaraq dedi: 
Mənə Əhməd ibn Yusif ibn Yəqub Əbülhüseyn Cu i hədis da-
nışaraq  dedi:  Mənə  İsmail  ibn  Mihran  hədis  danışaraq  dedi: 
Mənə Həsən ibn Əli ibn Əbu Həmzə öz atasından və Vəhbdən, 
58
 Həmin.


58
Müctəba Sadət
o, Əbu Bəsirdən, o da Əbu Cəfərdən (əleyhissəlam) hədis danı-
şaraq belə dedi: “Qaim (əleyhissəlam) tək illərin birində qiyam 
edəcək: doqquz, bir, üç və ya beş”. 
Sonra  dedi:  “Elə  ki  Bəni-Üməyyə  ixtilaf  etdi  və  hakimiy-
yətləri  aradan  getdi,  Bəni-Abbas  hakimiyyətə  gələcək.  Daim 
təravətli  bir  hakimiyyət  və  iravan  bir  həyat  yaşayacaqlar.  Ta 
ki öz aralarında ixtilaf edənədək. Elə ki ixtilafa düşdülər, haki-
miyyətləri aradan gedəcək, şərq və qərb camaatı ixtilaf edəcək. 
Bəli, hətta qiblə əhli də (ixtilafa düşəcək). İnsanlar onları bürü-
yən qorxu səbəbilə şiddətli bir çətinliklə qarşılaşacaq. Onların 
bu vəziyyətdə ikən, birdən səmadan bir carçı nida edəcək. O 
nida etdiyi zaman hamılıqla tələsin, tələsin! Allaha and olsun, 
elə bil onu görürəm ki, rükn və məqam arasında yeni əmr, yeni 
kitab və səmadan olan yeni bir hakimlik əsasında camaatdan 
beyət alır”.
59
Əvvəlcədən verilən öncəki üç xəbər və onların praktiki ola-
raq tarix boyu baş verməsi rəvayət sadir olduqdan və mühəd-
dislər onu öz mənbələrində qeyd etdikdən sonra gerçəkləşdiyi 
üçün bunun doğruluğuna (yəni məsumdan sadir olmasına) ən 
üstün dəlildir.
Dördüncü öncədən xəbər vermə:
Allah  Rəsulu  (sallallahu  əleyhi və alih)  dəfələrlə  özündən 
sonra İslam toplusunun (rəhbərliyinin) yolunu azacağından xə-
bər vermişdir. Məsələn, bu rəvayəti misal çəkmək olar: 
İbn Abbas nəql etmişdir ki, Peyğəmbərlə Meracla əlaqədar 
söhbət etməsi əsnasında bu mətləbi zühurun əlamətlərindən 
hesab etmişdir: “Camaatın əmirləri ka irlər, onların dostları (və 
müşavirlər) pozğun kəslər, yardımçıları zülmkarlar, rəy sahib-
ləri fasiq adamlar olacaq. Həmin zaman üç xüsuf (çökmə) ola-
caqdır: Məşriqdə, məğribdə və Ərəbistan yarımadasında. Bəs-
59
 Ğeybətun-Numani, s.175.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə