Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

neftin I tonunu 60, dənizdən çıxarılan neftin I tonunu isə 34 manata 
dövlətə satmışdır.  
Neft çıxarılması tamamilə dövlət sifarişində olduğundan 
respublika öz neftini müstəqil surətdə dünya bazarına çıxarmaq 
imkanından məhrum olmuşdur. Digər sənaye sahələrinin 
məhsullarının və hətta istehsal prosesinin tullantılarının xarici bazara 
çıxarılması üçün lisenziya və kvotalar ittifaq dövləti tərəfindən 
verildiyindən qazanılmış valyuta da mərkəzə qalmışdır. Məhz 
respublika iqtisadiyyatının strukturunun qeyri-kamil olması 
nəticəsində respublikada istehsal olunan pambığın 88, sulfanolun 86, 
neft məhsullarının 64, polad boruların 97, neft-mədən avdanlığının 75 
faizi Azərbaycandan kənara göndərilmişdir. Halbuki, həmin xammal 
və avadanlıqları dünya bazarında respublika özü satsa idi, qazandığı 
valyuta vəsaiti ilə Azərbaycanı inkişaf etmiş dünya dövlətləri 
səviyyəsinə qaldırmaq, dünya standartlarına uyğun gələn mütərəqqi və 
güclü istehsal strukturu yaratmaq, iqtisadiyyatı  həm daxili, həm də 
xarici tələbat  əsasında yenidən qurmaq mümkün olardı. Azərbaycan 
öz hüquqlarından real surətdə istifadə etmədiyinə görə beynəlxalq 
hüququn, o cümlədən beynəlxalq iqtisadi hüququn formal subyekti 
olmuşdur.  Əslsndə Moskva belə hüquqdan istifadə etməyə icazə 
verməmişdir. 70-80-cı illərdə Azərbaycanın xarici ölkələrlə ticarət-
iqtisadi əlaqələrinin əsas formasını xarici ticarət təşkil etmişdir. 
Bu illərdə Azərbaycanın xarici ticarət əlaqəsi saxladığı ölkələrin 
sayı, xarici ölkələrə mal göndərən müəssisələrin sayı  və göndərilən 
malların çeşidi xeyli artmışdır.  Əməkdaşlıq ediləcək ölkələrin və 
göndəriləcək malların adını siyahısını Moskva müəyyənləşdirmişdir. 
Bu ölkələr əsasən sosialist və inkişaf etməkdə olan ölkələr olmuşdur. 
Məsələn: 1970-ci ildə respublikanın 70 müəssisəsi 56 ölkəyə 291 
adda, 1975-ci ildə 100 müəssisəsi 64 ölkəyə 300 adda, 1980-cı ildə 
110 müəssisə 85 ölkəyə 350 adda, 1990-cı ildə isə 236 müəssisəsi 
100-dən çox ölkəyə 400 adda müxtəlif mühsullar ixrac etmişdir. 
İxracın miqdarı 1970-ci ildə 141,060 milyon manatlıq, 1975-ci ildə 
244,299,1 milyon manatlıq, 1980-cı ildə 217,713,761 milyon 
manatlıq, 1985-ci ildə 278,831 milyon manatlıq, 1989-cu ildə isə 
487,964,2 milyon manatlıq olmuşdur. 
Azərbaycandan xaricə göndərilən məhsullar maşın və 
aqreqatlardan, neft mədən avadanlığından, elektrik mühərrikləri, yod, 
 
6


yastıqlar, borular, neft və neft məhsullarından, elektrotexnika və 
müxtəlif kənd təsərrüfatı məhsullarından ibarət olmuşdur.  
Xarici ölkələrə ixracda ənənəvi olaraq yanacaq-energetika 
sənayesi və yüngül sənaye məhsulları, idxalda isə hazır məhsullar, 
yüngül və yeyinti sənayesi məhsulları üstünlük təşkil etmişdir. Xarici 
ölkələrlə ticarətdə republika sənayesinin bütün əsas sahələri və bu 
sahələri təmsil edən müəssisələr iştirak etmişlər. Belə ki, 
Bakkondisioner EİB öz məhsullarını 74 ölkəyə, Soyuducular zavodu 
30 ölkəyə, Bakı təcrübə-sınaq zavodu 19 ölkəyə, neftayırma zavodları 
40 ölkəyə, Sumqayıtdakı kimya sənayesi EİB öz məhsullarını 41 
ölkəyə, Sintezkauçuk İB 68 ölkəyə, Boru prokatı zavodu 20 ölkəyə, 
Azərelektroterm İB isə öz məhsullarını 16 ölkəyə ixrac etmişlər. 
70-80-cı illərdə Azərbaycandan xarici ölkələrə müxtəlif kənd 
təsərrüfatı  məhsulları da ixrac olunmuş  və bu işlə respublika Dövlət 
Aqrar-Sənaye Komitəsi və Azərittifaq məşğul olmuşlar. 
Azərkoopxariciticarət Birliyinin xarici ticarət dövriyyəsinin həcmi 
1980-cı ildə 1975-ci ilə nisbətən 1,7 dəfə, 1985-ci ildə isə 1980-cı ilə 
nisbətən 3,5 dəfə artmışdır. Azərbaycandan xarici ölkələrdə tikilən 
müəssisələr üçün xarici ticarət xətti ilə xammal, material və 
avdanlıqlar, plandankənar və yeni mallar da ixrac edilmişdir. 
İxrac-idxal  əməliyyatlarının  əksəriyyəti ittifaq təşkilatları 
vasitəsilə aparılmışdır. Respublikanın xarici ticarət dövriyyəsində 
idxal  ənənəvi olaraq ixracdan çox olduğuna görə xarici ticarətin 
ümumi balansı passiv, saldosu isə mənfi olmuşdur. 
Respublikanın xarici ticarət dövriyyəsinin çox hissəsi Mərkəzi 
və Cənub-Şərqi Avropa ölkələrinin payına düşmüşdür. Respublikanın 
30 müəssisəsi Bolqarıstana 50 adda, Polşaya 50 adda, 20 müəssisəsi 
Çexoslavakiyaya 28 adda,30 müəssisəsi Macarıstana 50 adda, 25 
müəssisəsi ADR-ə 50 adda, 20 müəssisəsi Yuqaslaviyaya 50 adda 
müxtəlif məhsullar ixrac etmişdir. 
Azərbaycan Vyetnam, KXDR, Monqolustan və Kuba 
respublikası ilə  də ticarət  əlaqələri saxlamışdır. Azərbaycan həmin 
ölkələrdə müxtəlif xalq təsərrüfatı obyektlərinin tikilməsində öz 
xammal, material, avadanlıq və mütəxəssisləri ilə iştirak etmişdir. Öz 
növbəsində Azərbaycan həmin ölkələrdən sənaye məhsulları  və xalq 
istehlakı malları idxal etmişdir. Bütövlükdə, 70-80-cı illərdə 
Azərbaycanın Mərkəzi və  Cənub-Şərqi Avropa ölkələri ilə ticarəti 
mərkəzin təqsiri ucbatından qeyri ekvivalent xarakter daşımışdır.  
 
7


Azərbaycanın inkişaf etmiş kapitalist ölkələri ilə ticarət-iqtisadi 
əlaqələrinin həcmi SSRİ-nin həmin ölkələrlə siyasi münasibətlərindən 
asılı olmuşdur. Azərbaycan təxminən 25 inkişaf etmiş kapitalist ölkəsi 
ilə  əməkdaşlıq etmiş, onlara neft və neft məhsulları, neft-mədən 
avdanlığı, maşınqayırma məhsulları, müxtəlif kitablar, kənd təsərrüfatı 
məhsulları göndərmiş və respublikanın xarici ticarət dövriyyəsinin 20-
25 faizi bu ölkələrin payına düşmüşdür. Azərbaycan öz məhsullarını 
ABŞ,  İngiltərə, Fransa, Avstriya, Yaponiya, İsveç,  İspaniya, 
Danimarka kimi ölkələrə göndərmişdir, özü isə kapitalist ölkələrindən 
maşın və avadanlıq, xalq istehlakı almışdır. Respublikanın yüngül və 
yeyinti sənayesi müəssisələrində, tibb ocaqlarında bu ölkələrdən 
alınmış müxtəlif avdanlıqlar tətbiq olunmuşdur. Məsələn: 
Bakkondisioner EİB 1975-ci ildə Yaponiyanın «Tosiba» firmasının 
lisenziyası, avdanlıqları və mütəxəssislərinin köməyi, Bakı dərin dəniz 
özülləri zavodu isə 1985-ci ildə Fransa mütəxəssislərinin köməyi ilə 
tikilmişdir.  
Azərbaycan azad olmuş ölkələrlə  də  əlaqələr saxlamışdır. Bu 
əlaqələr də daha çox siyasi motivlərdən asılı olmuşdur. 70-80-cı 
illərdə Azərbaycan bütövlükdə 40-dan çox azad olmuş ölkə ilə ticarət 
əlaqələri saxlamışdır. Azərbaycanın Hindistan, Suriya, Əfqanıstan, 
İran və Türkiyə kimi ölkələrlə ticarəti daha geniş olmuşdur.  İranla 
ticarət 1968-ci ildə yaradılmış  «Şərqxariciticarət» Ümumittifaq 
birliyinin Bakı şöbəsi vasitəsilə aparılmışdır.  
Afrika qitəsində Azərbaycanın  əsas ticarət ortaqları  Əlcəzair, 
Qvineya, Misir, Konqo, Liviya, Mali, Mərakeş, Nigeriya, Samoli, 
Sudan, Tanzaniya, Həbəşistan və Anqola, Latın Amerikasında isə 
Argentina, Boliviya, Peru, Venesuela və Braziliya olmuşdur. 
Azərbaycanın azad olmuş ölkələrlə ticarətinin 60 faizi Asiyanın, 35 
faizi Afrikanın və 5 faizi Latın Amerikasındakı azad olmuş ölkələrin 
payına düşmüşdür. 
70-80-cı illərdə Azərbaycan azad olmuş ölkələrdə iqtisadi və 
sosial həyatın inkişafına göstərilən yardımda iştirak etmiş, 
respublikanın ali və orta ixtisas məktəblərində  həmin ölkələr üçün 
kadr hazırlanmışdır. Bu yardımlar sovet siyasəti çərçivəsindən kənara 
çıxmamış və əsasən Moskvanın məqsədlərinə xidmət etmişdir.  
Azərbaycan Hindistanda, Əlcəzairdə, Pakistanda, Misirdə, 
Əfqanıstan, Mali, Banqladeş, Keniya, Anqola və Liviyada neft 
sənayesinin,  Əfqanıstanda, Banqladeşdə, Həbəşistanda, Hindistanda, 
 
8


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə