İndoneziyada və Kambocada energetika sənayesinin inkişafına,
Hindistan, İran, İndoneziya, Əlcəzair və Misirdə metallurgiya və
kimya zavodlarının tikilməsinə, YƏR-də, Birmada, Əfqanıstanda,
Kambocada, Tunis və
Mərakeşdə suvarma qurğularının
yaradılmasında iştirak etmişdir.
80-ci illərin ikinci yarısında iqtisadi əməkdaşlığın
təkmilləşdirilməsi üçün görülən təşkilati tədbirlərin əsas məqsədi
müəssisə və təşkilatların dünya bazarına birbaşa çıxmasını təmin
etmək olmuşdur. Bu tədbirlərin içərisində xarici iqtisadi əlaqələrin
inkişafına dair respublika hökumətinin qərarları, «Azərbaycanxaric-
iticarət» Birliyinin, respublika xarici ticarət bankının, Azərbaycanın
xarici ölkələrlə Yaradıcı və İşgüzar Əməkdaşlıq Birliyinin yaradılması
və 1990-cı ilin oktyabrında Bakıda I beynəlxalq biznes konqresin
keçirilməsi xüsusi yer tutmuşdur. Konqresin işində dünyanın 43
ölkəsinin 400 şirkətinin 700-ə qədər nümayəndəsi iştirak etmiş və
konqresin işlədiyi günlərdə xarici firmalarla ümumi dəyəri 431 milyon
dollarlıq 49 müqavilə, 112 təsis sənədi, saziş və niyyət protokolu
qeydə alınmışdır.
Xarici ölkələrlə bağlanmış müqavilə və sazişlər Azərbaycanın
beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə kömək etmişdir.
Azərbaycanın müəssisə və təşkilatlarının xarici ölkələrin firmaları ilə
birbaşa, istehsal kooperasiyası və barter əlaqələri, birgə müəssisələrin
və xarici iqtisadi assosasiyalar yaradılmışdır. Azərbaycanın müəssisə
və təşkilatları Macarıstan şirkətləri ilə 26 sahə üzrə əməkdaşlıq
etmişdir. Sumqayıtdakı kimya müəssisələri, rayonlardakı
pambıqtəmizləmə zavodları öz məhsullarını xarici ölkələrin firmaları
ilə mal mübadiləsi və barter yolu ilə avadanlığa və xalq istehlakı
mallarına dəyişirlər. Xarici firmalarda birbaşa əlaqələr sahəsində
Bakkondisianer EİB, YBNZ, Azərittifaq kimi təşkilatlar xüsusi fəallıq
göstərmişlər.
Birgə müəssisələrin və xarici iqtisadi assosiasiyaların
yaradılması xarici ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirməyin,
Azərbaycan iqtisadiyyatına xarici kapital cəlb edilməyin ən səmərəli
yollarından biri oldu. Azərbaycanda xarici ölkələrin firma və
müəssisələri ilə 60-dan çox birgə müəssisə yaradılmışdır. Lakin
bunların əksəriyyəti istehsalla yox, kommersiya fəaliyyəti ilə məşğul
olmuşdur. Azərbaycanda yaradılan birgə müəssisələrdən «İnkişaf»
adlı Azərbaycan-Avstraliya, «Bakmil» adlı Azərbaycan-İtaliya,
9
«Sovbulqarinjinirinq» adlı Azərbaycan-Bolqarıstan, «Adan» adlı
Azərbaycan-Amerika, «Bakıinvest» adlı Azərbaycan-Almaniya,
«Azita» adlı Azərbaycan-İtaliya, « Loxaus- Azərbaycan» adlı
Azərbaycan-Belçika, «Azinteroyl» adlı
İsveç-Azərbaycan,
«İnkromeks» adlı Azərbaycan-Avstriya və «Azərbaycan Korean
ənterpraysis» adlı Azərbaycan-Cənubi Koreya birgə müəssisələrini və
b. misal göstərmək olar.
Xarici ölkələrlə iqtisadi əməkdaşlığın genişlənməsinə kömək
edən müəssisələrin biri də xarici iqtisadi assosasiyalar olmuşdur.
Azərbaycanın ticarət iqtisadi əlaqələrində sərgi və yarmarkalar
özünəməxsus yer tutmuşdur. Bu, valyuta əldə etməyin, xarici ortaq
tapmağın, xaricdən avadanlıq və texnologiya almağın və respublikanın
imkanlarını nümayiş etdirməyin ən faydalı yolu hesab edilmişdir.
Azərbaycan 1965-ci ildə Tehranda \İran\ keçirilən beynəlxalq sərgidə
müstəqil stendlə, 1966-cı ildə Dəməşqdə \Suriya\ keçirilən 13-cü
beynəlxalq yarmarkada müstəqil bölmə və 1970-ci ildə İzmirdə
\Türkiyə\ keçirilən 39-cu beynəlxalq yarmarkada müstəqil pavilyonla
təmsil olunmuşdur. Sərgi və yarmarkalarda respublikanın iştirakının
təşkili ilə Azərbaycan Ticarət-Sənaye palatası məşğul olmuşdur.
Azərbaycan Plovdivdə \Bolqarıstan\, Leyptsiqdə \ADR\, Praqada
\Çexoslovakiya\, Bağdadda \İraq\, Qahirədə \Misir\, Dehlidə
\Hindistan\ , Poznanda \Polşa\, Zaqrebdə \Yuqoslaviya\, Cakartada
\İndoneziya\, Boqotada \Kolumbiya\, Osloda \Norveç\, Salonikdə
\Yunanıstan\ və Hanoyda \Vyetnam\ keçirilmiş sərgi və yarmarkalarda
iştirak etmişdir.
70-80-cı illərdə Bakıda xarici ölkə şirkətlərinin iştirakı ilə 50-
dən çox beynəlxalq və ya ixtisaslaşdırılmış sərgi keçirilmişdir. Bu
sərgi və yarmarkalarda Azərbaycan özünün neft maşınqayırması,
elektrotexnika, neft-kimya, tikinti, yüngül və yeyinti sənaye
sahələrinin məhsullarını nümayiş etdirmişdir. Azərbaycanın
eksponatları dəfələrlə qızıl medallara və fəxri fərmanlara layiq
görülmüşdür.
Beynəlxalq sərgi və yarmarkalarda Azərbaycan özünün neft
maşınqayırması, elektrotexnika, neft-kimya, tikinti, yüngül və yeyinti
sənaye sahələrinin məhsullarını nümayiş etdirmişdir. Respublikanın
eksponatları dəfələrlə qızıl medallara və fəxri fərmanlara layiq
görülmüşdür.
10
Beynəlxalq sərgi və yarmarkalarda Azərbaycan hər şeydən
əvvəl, kommersiya məqsədi ilə iştirak etmişdir. Məsələn: Oslo
yarmarkasında eksponatların satılmasından 12 min dollar, Salonik
yarmarkasında 1200 dollar, Plovdivdə 4000 dollar, Lissabonda 25 min
dollar, Hanoyda keçirilən sərgidə 12 min dollar, Tripolidə keçirilən
yarmarkada isə 3 min dollar qazanc əldə edilmişdir. Lakin bu
valyutanın çox hissəsi SSRİ TSP-nə qalmışdır. 80-cı illərin sonundan
Azərbaycan sərgi və yarmarkalarda müstəqil surətdə iştirak etməyə,
bu sahədə öz işini yenidənqurmağa və təkmilləşdirməyə başlamışdır.
Beləliklə Azərbaycan 1946-1990-cı illərdə öz imkanları
daxilində beynəlxalq iqtisadi münasibətlərin iştirakçısı olmuşdur.
Həmin illərdə respublika beynəlxalq iqtisadi münasibətlərdə SSRİ-nin
xarici iqtisadi əlaqələri vasitəsilə iştirak etmişdir. Beynəlxalq
gərginliyin zəifləməsi respublikanın xarici iqtisadi əlaqələrinin
genişlənməsinə, ixracçı müəssisələrin və ixrac olunan məhsulların
sayının artmasına kömək etmişdir. Dünya dövlətlərinin əksəriyyəti ilə
əlaqələr saxlanılmışdır. Bu əlaqələr partnyorluq edən tərəflər üçün
müəyyən əhəmiyyətə malik olmuşdur. Xarici ölkələrlə ticarət-iqtisadi
əlaqələr Azərbaycanın xarici ticarət fəaliyyətinin mühüm tərkib hissəsi
və əsas istiqamətlərindən biri olmuşdur.
Bütövlükdə Azərbaycanın xarici ölkələrlə ticarət -iqtisadi
əlaqələrinin səviyyəsi və vəziyyəti respublikanın imkanlarına və
tələbatına uyğun olmamışdır. Bu, Moskvanın təqsiri ucbatından
Azərbaycanın dünya bazarına birbaşa çıxa bilməməsi, qazanılan
valyutanın mərkəzdə qalması, xarici iqtisadi əlaqələrin elmi cəhətdən
əsaslandırılmaması, bu sahə üzrə respublikada kifayət qədər
mütəxəssisin olmaması, ixracda xammalın və yarımfabrikatların
üstünlük təşkil etməsi, respublikada xarici iqtisadi əlaqələri
maliyyələşdirən bankın olmaması ilə bağlı olmuşdur.
1946-1990-cı illərdə Azərbaycan Respublikası SSRİ tərkibində
beynəlxalq qarşılıqlı mədəni əlaqələrin iştirakçısı olmuşdur. Bu, həm
SSRİ Konstitusiyasının 80-ci maddəsinə-«müttəfiq respublika xarici
dövlətlərlə münasibətlərə girmək, onlarla müqavilələr bağlamaq,
diplomatik və konsul nümayəndələri göndərmək və qəbul etmək,
beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna
malikdir» və həm də Azərbaycan Respublikası Konstitusiyasının 28-ci
madəsinə-respublika «öz xarici siyasət məqsədləri, vəzifələri və
prinsipləri rəhbər tutur» maddələrinə «əsasən» həyata keçirilmişdir.
11
Dostları ilə paylaş: |