Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə23/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   19   20   21   22   23   24   25   26   ...   185

 

 

71 



müstəqilliyinin  elan  olunmasını  adada  ingilis  nüfuzuna  vurulan 

zərbə  kimi  qiyməтləndirən  soveт  hюküməтi  baş  verən  hadisələri 

diqqətlə  izləyirdi.  Müsтəqil  olmasına  бaxmayaraq,  Kiprdə  Бюyük 

Бriтaniyanın  iki  böyük  hərbi  bazası  saxlanılırdı.  Kipr  müstəqil 

olduqdan  sonra  yunanlar  kiprli  türklərin  hüquqlarını  kobudcasına 

pozmağa başladılar. Adadakı türk varlığının mövcudluğu sual altına 

düşdü. Dinc türk əhalisinə qarşı тəqiбlərin həyata keçirilməsi gərgin 

vəziyyət  yaraтdı.  Bu  isə  Türkiyə  hökumətinin  narahatlığına  səbəb 

oldu.  Kipr  problemi  Ankaranın  xarici  siyasətində  ən  vaciб  məsə-

lələrdən birinə çevrildi.  

Türkiyənin xarici siyasətində əsaslı dönüş 1964-cü il Kipr hadi-

sələri  zamanı  baş  verdi.  Kiprdə  iki  icma  arasında  toqquşmalardan 

sonra  vəziyyət  kəskinləşdi.  NATO  üzvləri  olan  Yunanıstan  və 

Türkiyə bir-birinə qarşı hərbi hazırlıq işini gücləndirdilər.  

Belə  bir  şəraitdə  Türkiyənin  hər  hansı  bir  dövlətlə  münasibət-

lərinin  necə  olması  onların  Kipr  məsələsinə  yanaşmalarından  asılı 

idi.  Türkiyənin  həyati  mənafeləri  ilə  bilavasitə  bağlı  olan  Kipr 

məsələsində  türklərin  haqlı  tələblərinə  Qərb  blokundakı  müttəfiq-

lərinin  biganə  qalmaları,  tərəddüd  etmələri  narazılıqla  qarşılanırdı. 

Бelə  vəziyyəтdə  Türkiyənin  baş  naziri  İsmet  İnönü  1964-cü  il 

yanvarın 5-də soveт lideri N.S. Xruşşova məktub göndərdi. Səfir F. 

Korutürk yanvarın 6-da həmin məktubu SSRİ xarici işlər naziri A. 

Qromıkoya  təqdim  etdi

85

.  Məktubda  adada  yaranmış  vəziyyət  şərh 



edilir,  Türkiyənin  Kipr  adasında  yunan  mənşəli  terroçuların  fəaliy-

yətini dayandırmaq niyyətinin olduğu bildirilirdi.  

 İnönü  yanvarın  7-də  dünya  ölkələrinin  dövlət  başçılarına  da 

Kipr məsələsi ilə bağlı məktub göndərdi. Məktubda 20 min EOKA-

çının  (yunanca  –  Eтhniki  Organosis  Kyprion  Agonisтon  –  Kipr 

Dюyüşçülərinin  Milli  Тəşkilaтı)  türklərə  qarşı  silahlı  hücumlar 

təşkil  etdiyi  və  türkləri  qorxutduğu  deyilirdi.  Бelə  hərəkəтlərin 

qarşısının alınması zəruriliyi bildirilir, problemin dinc yollarla həlli 

təklif edilirdi

86

.  



Xruşşov  fevralın  7-də  İnönüyə  cavab  məktubu  göndərdi

87

.  So-



vetlər  Kiprə  silahlı  müdaxilənin  əleyhinə  çıxdı.  Adaya  beynəlxalq 

qüvvələrin  göndərilməsinə  etiraz  eтdi.  Бaş  verən  hadisələrdə  Tür-

kiyəni  təqsirləndirdi.  Bununla  belə,  Xruşşov  soveт  dюvləтinin 



 

 

72 



adada  yaşayan  hər  iki  icmanın  hüquqlarının  müdafiə  edilməsinə, 

problemin  dinc  vasitələrlə  həllinə  tərəfdar,  enosisə  və  terrora  isə 

qarşı  çıxdı.  Sovet  hökumətinin  SSRİ  ilə  Türkiyə  arasında  münasi-

bətlərin inkişafını arzuladıьını bildirdi.  

Başqa  bir  teleqramı  Xruşşov  Makariosa  göndərdi.  Teleqramda 

deyilirdi:  “Kiprin  müstəqilliyi  və  ərazi  bütövlüyünün  qorunması 

istiqamətindəki səylərinizdə sizə tam qələbə arzulayıram”

88

.  



Xruşşovun  Makariosa  teleqramı  türk  dairələrini  hiddətləndirdi. 

Münasibətlər  yenidən gərginləşdi. Nəтicədə Türkiyənin xarici işlər 

naziri F. C. Erkinin Moskvaya planlaşdırılan səfəri təxirə salındı

89

.  



Bütün  ziddiyyətli  məqamlarına  baxmayaraq,  sovetlərin  Kipr 

məsələsində  mövqeyi  Türkiyə  üçün  ciddi  əhəmiyyət  daşıyırdı. 

Çünkü Türkiyə belə yanaşmanı indiyədək bir blokda olduğu NATO 

üzrə müttəfiqlərindən görməmişdi. Sovetlərin adanın enosisinə qarşı 

çıxması  müsbət  hal  idi.  Bununla  belə,  türk  mətbuatı  sovet  möv-

qeyini  tənqid  etməyə  başladı.  “Milliyet”  qəzetində  dərc  olunmuş 

“Kipr  və  sovetlərin  mövqeyi”  adlı  məqalədə  yazılırdı:  “Azadlıq 

mübarizəsi  dövründə  doğulmuş  türk-rus  dostluğunu  Stalin  dağıtdı. 

Sovetlərin  səhvi  ucbatından  Xruşşovun  bu  dostluğu  bərpa  edəcəyi 

yubanır”.  Türkiyə  parlament  nümayəndə  heyəti  SSRİ-yə  səfər  etsə 

də,  sovet  parlamentarilərinin  Türkiyəyə  səfəri  Moskvanın  Maka-

riosu  açıq  şəkildə  müdafiə  etdiyi  üçün  Ankara  tərəfindən  təxirə 

salındı. Soveтlər Kiprin Yunanıstanla Türkiyə arasında bölüşdürül-

məsini də istəmirdi. Qəzet  yazırdı: “Hər addımda Türkiyə ilə  yaxşı 

münasibətlər qurmaq istədiyini bildirən şimal qonşumuz türk hökü-

mətini ittiham edir, bununla da öz hərəkətlərini təkzib edir”

90

.  


Niyazi Akın “Ekspress” qəzetində dərc olunmuş “Xruşşov, sən 

bir daha türk dostluğunu itirdin” adlı məqaləsində yazırdı ki, Xruş-

şov hakimiyyətə gələndə sovet-türk dostluğunu bərpa etmək istədi-

yini  bildirdi.  Lakin  Stalinin  Karsı  və  Ardahanı  almaq,  boğazlarda 

bazalar  yaratmaq istəyini  başqa formada həyata  keçirməyə  başladı. 

“Sovet  İttifaqı  rəhbərlərinin  bulanıq  suda  balıq  tutmaq  istəyən 

avantürist  siyasəti  mövcud  olduqca  onlar  türk  dostluğuna  nail  ola 

bilməyəcəklər” deyə qəzet yazırdı. Türklər “biz sizə dostluq əlimizi 

uzada bilmərik. Çünki siz türklərin düşməni olan Makariosa kömək 

edirsiniz,  bununla  da  Türkiyənin  daxili  və  xarici  sabitliyini  pozur-




 

 

73 



sunuz” deyirdi. Qəzet yazırdı: “Xruşşov, Makariosa kömək etməklə 

sən də Stalin kimi türklərin dostluğunu itirdin”

91

.  


 Xruşşovun  həm  Makariosa,  həm  də  türklərə  məktub  göndər-

məsi  diplomatik  dairələr  və  mətbuat  tərəfindən  qızışdırıcılıq  kimi 

qiymətləndirildi.  “UİK”  jurnalı  “sovet  Rusiyası  yaranmış  şəraiti 

qızışdırır, türkləri hərbi müdaxiləyə sövq etməklə vəziyyəti daha da 

gərginləşdirir”  yazırdı

92

. Bununla sovetlər Türkiyə-Yunanıstan mü-



haribəsi törədib NATO-nu zəiflətməyə çalışırdı.  

Xruşşovun  məktubu  Ağ  evi  hərəkətə  gətirdi.  Kipr  məsələsi 

amerikan rəsmi dairələrində geniş müzakirə edilməyə başlandı. Bəzi 

rəsmilər “Kipr problemini həll etməkdən ötrü ABŞ Türkiyəyə etdiyi 

yardımları azaltmalıdır, onda türklər başlarını aşağı əyib deyilənləri 

qəbul  edəcəklər”  söyləyirdilər.  Amerikan  prezidentinə  yaxın  adam 

sayılan  Ağ  evin  mətbuat  məsələləri  üzrə  müşaviri  Dru  Pirson 

Vaşinqtonda  Yunanıstan  kraliçası  Frederikanın  şərəfinə  prezident 

Lindon Consonun verdiyi ziyafətdə iştirak etdikdən sonra 1964-cü il 

fevralın 4-də və martın 4-də “Washington Post” qəzetində çap etdir-

diyi məqaləsində “türklərə edilən yardımlar dayandırılsa, onlar ağıl-

lanacaqlar, bundan sonra Kiprə iddia etməyəcəklər” yazırdı

93

. Daha 


sonra  qeyd  edirdi  ki,  yardımların  dayandırılması  türklərin  məhvinə 

gətirəcəkdir. Türkiyə iflasa uğrayacaqdır. Onda Kipr problemi özü-

özündən həllini tapacaqdır. O yazırdı ki, бir zamanlar ABŞ-ın mü-

dafiəsi üçün Türkiyənin böyük əhəmiyyəti olmuşdur. İndi isə ABŞ-

ın  özünü  qorumaq  üçün  kifayət  qədər  silahları  vardır.  Türkiyənin 

müdafiə  qabiliyyətinin  möhkəmlədirilməsi  yükünü  Ağ  ev  öz  üzə-

rinə  götürməməlidir.  Digər  rəsmilər  isə  “Türkiyəyə  yardımların 

kəsilməsi  yoxsulluq  və  çətinlik  gətirəcəkdir.  Antiamerikan  əhval-

ruhiyyə  güclənəcəkdir.  Türkiyənin  dostlarının  başında  ABŞ  durur. 

Ondan uzaqlaşmaq olmaz” deyirdilər. Vaşinqtonda türklərə sюylə-

yirdilər:  “Sizin  işiniz  haqdır  və  biz  sizinləyik,  sizin  prinsipləriniz 

bizim  prinsiplərimizdir.  Biz  çalışmalıyıq  ki,  silah  tətbiq  etmədən 

məqsədə çataq. Biz adaya sizin ordu çıxarmağınızı istəmirik. Çünki 

onun hansı nəticələrə gətirəcəyini heç kim bilmir”.  

Beləliklə, Kipr məsələsi SSRİ ilə AБŞ arasında soyuq müharibə 

forması aldı. Proбlemin həlli dalana dirəndi.  

 1964-cü il fevralın 11-də ABŞ dövlət katibinin köməkçisi Corc 

Boll xüsusi təyyarə ilə Ankaraya gəldi. Onu İsmet İnönü və F.C. Er-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə