Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə26/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   22   23   24   25   26   27   28   29   ...   185

 

 

80 



tumu  olan  Keban  su  bəndinin  tikintisi  üçün  Vaşinqtonda  danışıq-

ların  aparıldığını  onun  diqqətinə  çatdırdı.  Gölün  sahəsi  680  km

2



uzunluğu  isə  125  km  olmalı  idi.  Bu,  Türkiyədə  ən  böyük  göl 



olacaqdı.  Bənd  Fərat  çayının  açar  layihəsi  adlandırılırdı.  Nazir 

yaponların və ingilislərin İzmirdə iki yük maşını zavodu tikmələrinə 

razılıq  verildiyini  söylədi.  Britiş  Motors  Korporeyşnin  vəsaiti  78 

mln.  lirə,  yaponların  payı  isə  7  mln.  lirə  idi.  Nazir  amerikan 

firmalarının 87 mln. lirə dəyərində  plastik, kimya və neft sənayesi 

müəssisələri  tikmək  istədiklərini,  azot  sənayesinin  inkişafı  üçün 

lazım olan 349 mln. lirə dəyərində vəsaitin təmin edildiyini söylədi. 

Qara  və  Egey  dənizlərin  sahillərində  dəyəri  750  mln.  lirə  olan  4 

yeni  kağız  fabrikinin  tikintisinin  planlaşdırıldığını  dedi.  Faбriklərə 

sərf olunan vəsaiтin 460 mln. lirəsi xarici kapital idi.  

Sovet  səfiri  iki  ölkə  arasında  münasibətlərin  inkişafını  zəruri 

saydı. Türk rəsmi dairələri isə sovetlərin  etimad addımlarını atma-

sını  тəklif  edirdilər.  İşsizlərin  sayı  çox  olduğundan  sovetlərin 

tikəcəyi müəssisələrlə və edəcəyi yardımlarla kommunist təbliğatını 

yaymağa çalışacağı əndişəsi Türkiyə tərəfdə vardı. Səfirə “Türkiyə-

də  kommunizmi  yaymağa  çalışsanız,  onda  dostluq  inkişaf  etməz” 

deyildi.  Səfir  isə  təminat  verərək  “hətta  bu  barədə  Brejnev  və  ya 

Kosıgin bəyanat da verəcəkdir” dedi

108

.  


Rıjov  ölkəsinin  Türkiyə  ilə  həmişə  yaxşı  münasibətlərə  can 

atdığını  söyləyərək  əlavə  etdi:  “Əgər  belə  olmasaydı,  biz  Kiprdə 

müharibənin başlanması üçün yollar axtarardıq. Lakin biz belə möv-

qedə deyilik”. 

Görüşdə  SSRİ  hökuməti  adından  Türkiyəyə  100  mln.  funt 

sterlinq  və  ya  3  mlrd.  dollar  həcmində  krediт  təklif  edildi.  Sovet 

təkliflərinin bəziləri belə idi: gecəqonduları söküb yerinə yeni bina-

lar  inşa  etməkdən  ötrü  evtikmə  kombinatı  tikmək;  Kiprdə  evləri 

yanmış  türklər  üçün  evlər  tikmək;  Adıyamanda,  Karamаndа  və 

Nevşehirdə  toxuculuq  fabrikləri  üçün  avadanlıq  vermək;  İL  tipli 

sərnişin təyyarələrini satmaq; Bursada traktor zavodu tikmək

109


.  

Gecəqonduların sökülüb yerinə yeni binaların tikintisi və evtik-

mə  kombinatının  inşası  təklifi  əbəs  deyildi.  Bunda  məqsədlərdən 

biri sovet sisteminə rəğbət oyadılması və kommunist ideologiyasını 

təbliğ etmək idi. Amma səfir sovet kreditlərinin verilməsinin heç bir 



 

 

81 



şərtlə bağlı olmadığını bildirdi.  

Rıjov Türkiyənin kommunikasiya naziri Ferid Alpiskenderlə də 

görüşdü. Səfir Türkiyə ilə aviasiya xətlərini genişləndirmək, əmək-

daşlıq  etmək  istədiklərini  söylədi.  Soveт  reaktiv  təyyarələrini 

almağı  təklif  etdi.  Nazir  bu  təkliflərin  Türk  Hava  Yolları  şirkətinə 

veriləcəyini,  öyrəniləcəyini,  qiymətlərin  və  faiz  təkliflərinin  araş-

dırılacağını dedi. Səfir bir qədər keçmiş türk rəsmi adamları ilə söh-

bətlərində  SSRİ-nin  birtərəfli  qaydada  enosislə  heç  vaxt  razılaş-

mayacağını söylədi.  

Sovetlərin  Kiprin  enosisinə  qarşı  çıxması  əbəs  deyildi.  Yuna-

nıstanın  adaya  təktərəfli  yiyələnməsi  ilə  regiona  NATO  hökmran 

olаrdı. Nəinki ada, həmçinin Aralıq dənizi tamamilə Qərb blokunun 

nəzarətinə  keçə  bilərdi.  Sovetlər  eyni  zamanda  adanın  Türkiyənin 

nəzarəti altına keçməsinə də razı deyildi. Çünki yenə də eyni vəziy-

yət yarana bilərdi. Buna görə də sovetlər Kipr problemindən istifadə 

edərək  türk-yunan  ziddiyyətlərini  qızışdırıb  dərinləşdirərək  NATO 

blokunu zəiflətmək məqsədi güdürdü.  

Rıjovun  keçirdiyi  görüşlər  barədə  xəbərlər  yayılan  kimi  dedi-

qodular  genişləndi.  Jurnalistlərin  suallarına  cavab  verən  Türkiyənin 

xarici  işlər  naziri  Erkin  “SSRİ  Makariosa  danışıqsız  yardım  vəd 

etməmişdir. Ona görə də  sovetlərin Makariosa müəyyən hədlər çərçi-

vəsində  yardım  etməsi  bizimlə  dostluq  münasibətlərinə  mane  olmur” 

dedi.  Türkiyə-NATO  münasibətlərindən  danışan  nazir  “fikir 

ayrılıqlarına baxmayaraq, türk hökuməti NATO-nun dağılması məsu-

liyyətini  öz  üzərinə  götürə  bilməz.  Əgər  belə  dağılmanı  istəyirlərsə, 

qoy məsuliyyəti başqaları öz üzərinə götürsün” deyə cavab verdi.  

 “Yeni  İstanbul”  qəzeti  “NATO-nu  pisləyənləri  Qərb  əleyhinə 

olan  kommunistlərin  yeni  hiyləgərliyi”  adlandırırdı.  Türkiyədə  bu 

istiqaməti iki qəzetin təşkil etdiyini, onları bəzi kommunist təşkilat-

larının  qızışdırdıqlarını,  NATO-nun  bütün  elementlərini  yunan 

dəstələri  timsalında  biabır  etdiklərini  yazırdı.  Qəzet  “Türkiyə  Qərb 

blokundan ayrıla bilməz. Türkiyə sovet Rusiyasına qarşı yaradılmış 

azad  dünyanın  yanında  olmalıdır.  Bu  məsələni  hətta  müzakirə 

etmək lazım deyildir” deyə vurğulayırdı.  

“Son  Havadis”  qəzeti  “SSRİ  Kipr  məsələsində  orta  mövqe 

tutur. Rusiya Makariosa  bütün  sahələrdə  yardım  təklif etməmişdir. 

Onun  Kiprə  təklifi  Rusiyanın  ümumi  siyasətinin  təbii  nəticəsidir” 



 

 

82 



deyə yazırdı.  

 

“Ulus” qəzeti “Xruşşov” adlı məqaləsində 70  yaşı tamam olan 



sovet liderinin Türkiyənin dostu, yoxsa düşməni olduğunu soruşur-

du:  “Kim  keçmişdə  Türkiyədən  ərazi  istəyirdi?  Kim  Makariosu 

müdafiə edirdi?” Xruşşovun hərəkətlərinin məlum kommunist ənə-

nələrinə uyğun gəlmədiyini, əvvəlki sovet liderlərinə bənzəmədiyini 

yazan  qəzet  sual  edirdi:  ”Zamanmı  dəyişib,  yoxsa  kommunizmmi 

dəyişib,  yoxsa ruslar dəyişiblər?” Qəzet Türkiyənin müstəqil xarici 

siyasət yeritməsinin zamanı gəldiyini qeyd edirdi.  

 “Cumhuriyet”  qəzeti  “Xruşşovun  Rusiyanın  başında  qalması 

daha  az  şərdir.  Bəşəriyyət  üçün  təminatdır.  Onun  ömrünün  bir  il 

azalması təəssüf yaradır” deyə vurğulayırdı.  

“Adalet” qəzeti  yazırdı: “Sovetlərlə Türkiyə arasında müəyyən 

çərçivədə  dostluq  mövcuddur.  Lakin  bu  dostluq  Kiprdə  törədilən 

cinayətlərə  mane  olmadı.  Əksinə  onlara  kömək  etdi.  Bu  isə  türk 

milləti  tərəfindən  təəssüflə  qarşılandı.  Kipr  məsələsində  Rusiyanın 

kimin tərəfində olduğu aydındır. İki həftə əvvəl sovet Rusiyası bunu 

gizlətməyi  lazım  da  bilmədi.  Xruşşovla  Makarios  arasında  məktub 

mübadiləsi  oldu.  Təkcə  Türkiyə  deyil,  bütün  dünya  Xruşşovun 

Makariosla əməkdaşlığını gördü”

110

.  


Тəzadlı  münasiбəтlərə  baxmayaraq,  Türkiyədə  belə  hesab 

edirdilər  ki,  Qərbdən  ayrılmaq  olmaz.  Rıfkı  Atay  “Dünya”  qəze-

tində  “Türkiyə  Qərbdən  ayrıla  bilməz.  Çünki  SSRİ  ikinci  dünya 

müharibəsindən  sonra  Türkiyəyə  ərazi  iddiaları  irəli  sürdü.  Əgər 

Türkiyə ikinci dünya müharibəsində iştirak etsəydi, onda Türkiyədə 

xalq  respublikası  yaratmaq  planlaşdırılardı.  Onu  Qızıl  ordu  xilas 

edərdi.  SSRİ  Çin  kimi  diktator  olmasa  da,  azad  dünyanı  məhv 

etmək və  bütün  dünyada öz hökmranlığını  qurmaq iddialarından  əl 

çəkməmişdir. Çindən fərqli olaraq SSRİ öz niyyətlərinə dinc  yolla 

çatmaq istəyir. Türkiyə  Qərb dostları  ilə diskussiya  edə bilər, fikir 

ayrılıqları  ola  bilər,  amma  Qərbdən  ayrılmamalıdır.  Türkiyə  Qərb 

müttəfiqlərindən  ayrılan  kimi  SSRİ-nin  ağuşuna  düşəcəkdir.  Qon-

şusu ilə münasibətlərini qurarkən SSRİ-nin birinci şərti Kommunist 

Partiyasının fəaliyyətinə icazə vermək, ikinci şərti isə imkan düşən 

kimi  daxili  işlər  və  milli  müdafiə  nazirləri  vəzifələrinə  kommu-

nistləri gətirmək olacaqdır” yazırdı

111

.  



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə