Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə34/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   30   31   32   33   34   35   36   37   ...   185

 

 

105 



munist  hərəkatının  lideri  olmasına  baxmayaraq,  komfortu  həddin-

dən artıq sevdiyindən Brejnevin hətta əsl kommunistliyinə də anası 

şübhə  edirdi.  Brejnev  gözəl  xanımlar,  maşın  və  siqaret  həvəskarı 

idi.  O  hər  on  dəqiqədən  bir  cibindən  siqaret  çıxarıb  acgözlüklə 

çəkərdi.  

Çevrilişdən  sonra  SSRİ  Nazirlər  Sovetinin  sədri  vəzifəsinə 

Aleksey Kosıgin təyin edildi. Тürkiyə ilə mehriбan qonşuluq müna-

siбəтlərinin  qurulmasının  əleyhinə  olan  A.İ.Mikoyanın  yerinə  бir 

müddəт  sonra  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri  vəzifəsinə 

Nikolay Podqornını gətirməklə Brejnev ölkədə “üçlük-troyka” qur-

du. Təkcə partiya deyil, bütün idarəetmə açarını öz əlinə alaraq nə-

zarət etməyə başladı. Brejnev kollektiv idarəçiliyə üstünlük verirdi. 

Rəhbərlikdə ortaq məxrəci saxlayan yeganə şəxs Brejnev idi.  

Türkiyə  rəsmi  dairələri  və  mətbuatı  SSRİ-də  baş  verən  bu  də-

yişiklikləri  diqqətlə  izləyirdi.  Rəsmi  Ankaranı  maraqlandıran 

başlıca məsələ sovetlərin Türkiyəyə yönəlik siyasətində dəyişikliyin 

olub-olmayacağı idi

155


.  

Brejnev  hakimiyyətə  gəldikdən  sonra  ölkə  daxilində  və  bey-

nəlxalq aləmdə  yeridilən siyasətdə yeni keyfiyyət dəyişiklikləri baş 

verdi.  Sovet  rəhbərliyi  Şərqlə  Qərb  arasında  münasibətlərdə  gər-

ginliyin zəiflədilməsi xəttini seçdi.  

Sovetlər  eyni  zamanda  qonşu  Türkiyə  ilə  münasibətlərini  nor-

mallaşdırmaq  və  eтimad  mühiтini  yaraтmaq  siyasəтini  davam 

eтdirəcəyini бildirdi. Lakin münasibətlərdə yeni bir problem ortaya 

çıxdı. Bu da erməni dairələrinin uydurma, tarixdə heç bir zaman бaş 

verməmiş soyqırım iddiaları ilə çıxış etmələri oldu.  

 

 

Münasibətlərə mane olan faktorlar 

 

Sovet dövləti Eçmiadzindəki erməni kilsəsinin vasitəsilə xarici 



erməni  təşkilatlarına  təsir  etməyə  çalışırdı.  Eyni  zamanda  SSRİ-də 

akkreditə  olunmuş  diplomatik  korpusun  nümayəndələrinin  və 

səfirlərin  Cənubi  Qafqaza  səfərləri  zamanı  kilsə  rəhbərləri  ilə 

görüşləri  təşkil  edilirdi.  Belə  bir  səfər  1963-cü  il  martın  18-23-də 




 

 

106 



oldu.  Heyəтin  тərkiбində  Türkiyənin  SSRİ-dəki  səfiri  Fahri  Koru-

türk  də  vardı.  Ermənistana  səfər  edən  diplomatik  korpusun  nüma-

yəndələri  və  səfirlər  бir  sıra  görüşlər  keçirdilər.  Qədim  əlyazmalar 

institutuna getdilər. Eçmiadzində erməni katolikosu ilə söhbət etdi-

lər.  Kilsəyə  baxdılar.  Katolikos  I  Vazgen  erməni  kilsəsinin  bütün 

dünyada sülhə tərəfdar olduğunu bildirdi

156

.  


Səfərdən  sonra  Türkiyə  səfiri  Koruтürk  SSRİ  XİN  protokol 

şöbəsinin  müdiri  F.  Moloçkova  göndərdiyi  məktubunda  təşəkkü-

rünü  bildirdi.  Ermənistanda  baş  nazirdən  kolxoz  sədrinə  qədər 

keçirdikləri bütün görüşlərdə hamının dinc yanaşı yaşamağı bəyən-

diyinin onda dərin iz buraxdığını yazdı

157


.  

Bu zaman Türkiyə Avropa Birliyinə üzv olmaq üçün müraciət 

etdi. Бundan sonra təkcə erməni dairələri deyil, sovetlər də hərəkətə 

keçdi. Erməni dairələri Türkiyənin Avropa Birliyinə üzv olmasının 

əleyhinə  çıxdılar.  Erməni  kilsəsi  uydurma  “erməni  soyqırımı”nı 

ortaya  atdı.  Erməni  terror  təşkilatlarına  göstərişləri  kilsə  xadimləri 

verdi.  1964-cü  il  avqustun  16-da  SSRİ  DTK-nın  nəzarətində  olan 

Eçmiadzin kilsəsinin başçısı  I Vazgen, üç gün sonra, avqustun 19-

da isə ABŞ MKİ-nin nəzarətində olan Livandakı Antilyas patrikliyi, 

öz  ifadəsi  ilə  Kilikya  katоlikosu  I  Xoren  bəyanat  yaydı

158

.  Bəya-


natların hər ikisində 1915-ci  ildə törədilmiş uydurma “soyqırım”ın 

ildönümünün  yaxınlaşdığı  bildirilirdi.  I  Vazgenin  müraciətində 

1965-ci  ilin  bütün  erməni  xalqı  və  kilsəsi  üçün  matəm  ilinin  elan 

olunması  tövsiyə  edilirdi.  Aprelin  24-də  bütün  erməni  kilsələrində 

matəm tədbirləri, konfranslar keçirilməli, ədəbiyyatlar nəşr edilməli

ölülərin  xatirəsi  anılmalı  idi.  I  Xorenin  müraciəti  də  mahiyyətcə 

bununla  eyni  idi.  Belə  yanaşma  təkcə  1915-ci  ildə  hərbi  əməliy-

yatların  gedişində  бaş  vermiş  hadisələrlə  bağlı  deyildi,  Türkiyənin 

Avropa Birliyinə  üzv olmaq istəyinə  və  Kipr məsələsində  türklərin 

milli maraqlarına mane olmaq niyyətləri güdürdü.  

Bu  hərəkətlər  Türkiyəni  ciddi  narahat  edirdi.  Belə  бir  şəraitdə 

Türkiyənin  xarici  işlər  naziri  Feridun  Cemal  Erkinin  SSRİ-yə 

səfərinə hazırlıq gedirdi.  

 



 

 

107 



Dönüş anı. Feridun Cemal Erkinin SSRİ-yə səfəri 

 

Türkiyənin  SSRİ-yə  münasibətdə  yeriтdiyi  xarici  siyasətin 



başlıca  məqsədi  əvvəlki  illərdə  mövcud  olmuş  sovet  təhdidlərini 

aradan  qaldırmaq  və  ölkənin  iqtisadi  inkişafını  təmin  etmək  üçün 

xarici  sərmayəni  cəlb  etmək  idi.  Sovet  təhdidlərini  qarşıdurma  və 

təcridolma  ilə  ortadan  qaldırmaq  mümkün  deyildi.  Bu  məqsədə 

çoxtərəfli siyasət yeritməklə çatmaq olardı.  

Şərq-Qərb münasibətlərində baş verən tədrici yumşalma SSRİ-

Türkiyə  münasibətlərində  yaxşılığa  doğru  dönüşün  səbəblərindən 

biri oldu.  SSRİ-nin  Türkiyəyə  yönəlik siyasətində  yeniliklər əmələ 

gəldi.  Sovetlər  uzun  illər  boyu  mövcud  olmuş  soyuqluğa  son  qo-

yulmasında maraqlı idi. İkitərəfli münasibətlərdə gərginlik tərəflərin 

heç  birinə  xeyir  deyildi.  Fəaliyyətində  siyasi  realizmin  üstünlük 

təşkil  etdiyi  sovet  rəhbərliyi  Türkiyə  ilə  bir  neçə  il  əvvəl  normal-

laşmağa  başlamış  münasibətləri  yaxşılaşdırmaq  xəttini  seçdi.  Hər 

iki  tərəfdən  müəyyən  addımlar  atıldı.  Münasibətlərdə  istiləşmənin 

ilk  göstəricilərindən  biri  Moskvada  Türkiyə  səfirliyində  Cümhu-

riyyət günü münasibətilə keçirilən tədbirə SSRİ xarici işlər naziri A. 

A. Qromıkonun və başqa rəsmi şəxslərin qatılması oldu. Ümumiy-

yətlə,  Qromıko Türkiyə  səfirliyində  düzənlənən  belə  bir tədbirə  ilk 

dəfə olaraq qatılırdı. Ziyafət  zamanı Qromıko Türkiyənin  Moskva-

dakı  səfiri  Hasan  Esat  İşıkla  uzun  sürən  səmimi  söhbət  etdi.  Qro-

mıko ölkəsinin Lenin və Atatürk zamanında qurulan siyasətə qayıt-

maqda  maraqlı  olduğunu  dedi.  Türkiyə  səfiri  də  ölkəsinin  eyni 

istəyinin  olduğunu  bildirdi.  Onların  söhbətinə  az  sonra  ABŞ-ın 

Moskvadakı səfiri, əvvəllər SSRİ-dəki amerikan səfirliyində müşa-

vir  işləmiş  Fay  Kohler  də  qatıldı.  Söhbət  zamanı  sovet-Türkiyə 

münasibətlərinin  mövcud  vəziyyəti,  perspektivləri  və  dünya  işləri 

müzakirə  edildi.  Qromıkonun  türk  səfirliyinə  gəlməsi,  ziyafətdə 

iştirakı  və  səfirlə  səmimi  söhbəti  iki  ölkə  arasında  münasibətlərdə 

yeni ab-havanın yaranmasından xəbər verirdi.  

Bu  zaman  Türkiyə  və  sovet  mətbuatında,  ictimai-siyasi  dai-

rələrində  xarici  işlər  naziri  Feridun  Cemal  Erkinin  SSRİ-yə  qarşı-

dakı səfəri geniş müzakirə edilirdi. Səfər ərəfəsində Erkin Anadolu 

agentliyinə  verdiyi  müsahibəsində  danışıqlarda  iki  ölkə  arasında 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə