Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə33/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   29   30   31   32   33   34   35   36   ...   185

 

 

102 



əməkdaşlıq  məsələlərinə  dair  Ümumavropa  müşavirəsinin  keçiril-

məsinə  tərəfdar  idilər.  Onları  Yaxın  Şərq  məsələsinin  tənzimlən-

məsinə  münasibət,  Aralıq  dənizinin  nüvə  silahı  saxlanmayan  zona 

elan  edilməsi,  kimyəvi  və  bakterioloji  silahların  qadağan  edilməsi 

məsələlərində ümumi mövqe birləşdirirdi. Türkiyə NATO-nun nüvə 

planlaşdırılması  qrupunun  sovet-türk  sərhədi  boyunca  yerləşdiril-

məsinin  əleyhinə  idi.  Türkiyənin  xarici  işlər  naziri  bu  barədə  öl-

kəsinin mövqeyini sovet səfirinə də bildirmişdi. 

 İctimai rəydəki fikir müxtəlifliyinə baxmayaraq, hər iki ölkənin 

kütləvi  informasiya  vasitələrində  qarşılıqlı  etimad  mühiti  yaradan 

məlumatların verilməsi genişlənirdi. “Cumhuriyet” qəzeti “Türkiyə-

də  iqtisadi  və  maliyyə  siyasəti  deyil,  Türkiyənin  özü  dalandadır. 

Status-kvo  siyasətinin  saxlanılması  ölkəni  bu  dalandan  çıxarmağa 

qadir deyildir” yazırdı

147

.  Türkiyənin  keçmişdə  yeridilən bir istiqa-



mətli  siyasətdən  imtina  etməsi  və  çoxtərəfli  siyasət  yeritməsi  тələ-

бaтa  çevrilmişdi.  Hər  iki  ölkə  rəhbərləri  arasında  siyasi  realizm 

üstün gəldi. Qarşılıqlı ittihamlar azaldı. Buzlar əriməyə başladı. Bu 

zaman sovetlər ciddi dəyişikliklər ərəfəsində idi.  




 

 

103 



                                   

TÜRKİYƏNİN ÇOXTƏRƏFLİ 

XARİCİ SİYASƏTİNİN İLK 

ADDIMLARI. BUZLAR ƏRİYİR 

 

 



 

SSRİ-də dinc çevriliş 

 

60-cı  illərin  əvvəllərində  SSRİ-nin  daxili  və  xarici  siyasətində 



yaranmış  çətinliklər  ölkəni  dalana  dirəmişdi.  İqtisadiyyat  böhrana 

düşmüşdü. Xalqın narazılığı artırdı. Hətta ölkənin bəzi şəhərlərində 

etiraz  aksiyaları  keçirilmişdi.  Hakimiyyət  daxilində  intriqalar 

qızışırdı.  Xruşşovun  hakimiyyətdən  uzaqlaşdırılacağı  barədə  proq-

nozları  alan бюyük dюvləтlərin hakim dairələrini belə bir sual na-

rahat  edirdi:  “Xruşşovdan  sonra  hakimiyyətə  kim  gələcəkdir?” 

“Yeni sovet rəhbərliyinin Qərblə münasibətləri necə olacaqdır?” 

 ABŞ  Mərkəzi  Kəşfiyyat  İdarəsi  tərəfindən  1964-cü  il  martın 

16-da  hazırlanmış  “SSRİ-də  hakimiyyət  uğrunda  mübarizənin  baş-

lanması”  adlı  məxfi  sənəddə  deyilirdi  ki,  sovet  sisteminin  təbiəti, 

sovet  tarixi  SSRİ-də  sülalə  dəyişikliyinin  olmasını  mümkünsüz 

edir


148

. Yazılırdı ki, heç bir qanunda və konstitusiyada sovet dövlət 

və  partiya  rəhbərinin  seçilməsi  barədə  maddə,  ən  vacibi  isə  sovet 

siyasətində  sistemli  və  ya  ahəngdar  vərəsəlik  ənənəsi  yoxdur.  Ona 

görə  də  SSRİ-də  ali  rəhbər  vəfat  etdikdən  sonra  onun  varisi 

olmadığı üçün siyasi mübahisələr qızışır.  

1964-cü ilin oktyabr ayında SSRİ-də ilk dinc çevriliş baş verdi. 

Oktyabrın  14-də  keçirilən  Sovet  İttifaqı  Kommunist  Partiyası 

Mərkəzi  Komitəsinin  plenumunda  N.S.Xruşşov  MK-nın  birinci 

katibi  vəzifəsindən  azad  edildi.  Nazirlər  Soveтinin  sədri  vəzifəsin-

dən  də  geтdi.  Sovet  tarixində  yeni  bir  dövr  başlandı.  Qərb  bloku 

ölkələri ilə ikitərəfli münasibətlərin inkişafına mane olan subyektiv 

faktorlar  aradan  qalxdı.  Xruşşovun  hakimiyyətdən  getməsi  ABŞ 

kəşfiyyat  məlumatlarına  görə  Berlin  və  Kuba  böhranlarında  baca-

rıqsızlığı, SSRİ-nin milli təhlükəsizlik və siyasi  maraqlarında uzun 

müddətdən  bəri  kök  salmış  fundamental  obyektivlərin  üzərində 




 

 

104 



fərqlərin genişlənməsi

149


, Pekinlə anlaşmanı təxirə salması ilə бaьlı 

idi


150

.  Kəşfiyyat  təhlillərinə  görə  hakimiyyət  dəyişsə  də,  sovet-Çin 

münaqişəsinin  kökləri  dərin  idi.  Şəxsiyyətlər  bu  məsələdə  ikinci 

dərəcəli  rol  oynayırdılar.  Sovet  xarici  siyasətinin  əsas  istiqamətlə-

rinə dair 1965-ci il 27 yanvar tarixli ABŞ kəşfiyyat qiymətləndirmə-

sində  deyilirdi  ki,  Afrika  və  Asiya  regionunda  sovet  siyasətinin 

apardığı  işlər  Birləşmiş  Ştatların  bu  regionda  fəaliyyətindən  və 

imkanlarından  az  və  ya  çox  dərəcədə  asılı  olacaqdır.  Sovetlərin 

ümumi münasibətlərində Afrika, Asiya və hətta Latın Amerikasında 

getdiyi riskləri Qərblə nizama salacağı proqnozlaşdırılırdı

151

.  


Xruşşovun  hakimiyyətdən  getməsi  sovet  ictimaiyyəti  arasında 

razılıq dоğurdu. SSRİ DTK-nın sədri V. Semiçastnı Sov. İKP MK-

ya  yazdığı  1965-ci  il  6  avqust  tarixli  1741№-li  tam  məxfi  məktu-

bunda 1965-ci ilin birinci yarısında 751 müəllif tərəfindən antisovet 

vərəqə və məktubun yayıldığını, onların sayının 1963-cü illə müqa-

yisədə 2 dəfə azaldığını,  Xruşşovun vəzifədən getməsinin isə müs-

bət qarşılandığını vurьulayırdı

152


MK-nın  birinci  katibi  vəzifəsinə  1906-cı  il  dekabrın  19-da 

Ukraynanın  Dnepropetrovsk  vilayətinin  Kamenskoye  kəndində 

anadan  olmuş,  komsomol  sıralarında  çalışmış,  ikinci  dünya  müha-

ribəsində  siyasi  komissar  vəzifəsində  iştirak  etmiş  və  bu  zaman 

Xruşşovla  yaxşı  münasibətlər  qurmuş,  siyasi  aləmdə  bacarıqlı 

taktikalı  adam,  müşahidəçidən  daha  çox  təşkilatçı,  ideoloji  işçidən 

daha  çox  texnokrat  kimi  tanınmış  Leonid  İliç  Brejnev  seçildi

153



Brejnevlə  Xruşşov  xeyli  fərqli  liderlər  idi.  Onların  arasında  hətta 



məişətdə  də  çoxlu  fərqlər  vardı.  Xruşşov  maşınında  sürücünün 

yanında  oturmağa  üstünlük  verirdi.  Brejnev  isə  arxada  oturub  əmr 

verməyi xoşlayırdı. Xruşşov kimi Brejnev də ov düşkünü idi. Ancaq 

Xruşşov səhər tezdən ovlayacağı heyvanın ardınca qaçırdı. Brejnev 

isə  bağının  qarşısında  oturub  qarşısında  qaçırılan  quşları  və  vəhşi 

qabanları  durbinli  tüfənglə  ovlayırdı.  Brejnev  amerikalılardan  da 

daha çox rahaтlıьı və lüksü xoşlayırdı. Sonralar ABŞ prezidenti R. 

Nikson  xatirələrində  yazırdı  ki,  lüks  evini  göstərən  Brejnevdən 

anası  soruşur:  “Leonid,  sevgili  oğlum,  bunların  hamısı  çox  gözəl, 

amma bir gün kommunistlər gələrsə nə edəcəksən?”

154

. Dünya kom-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə