Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə41/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   37   38   39   40   41   42   43   44   ...   185

 

 

126 



təmsilçilərini Türkiyədə qarşılamaqdan çox şadam”. Hava limanının 

rəsmi qonaqlar salonunda Aka ilə Podqornı arasında qısa bir söhbət 

oldu.  Hərarətli  qarşılanmasına  işarə  edərək  Podqornı  dedi:  “Bizdə 

çox qar vardı. Burada heç qar yoxdur”. Aka bunun bir istisna oldu-

ğunu,  yanvar  ayında  həmişə  qar  yağdığını  dedi.  Podqornı  “bizdə 

yanvar  ayında  çox  şiddətli  bir  qış  olurdu.  Çox  qar  olurdu.  İndi  də 

çox qar var, amma bu qışın olması gerçəkdən bir istisna təşkil etdi” 

söylədi.  Bununla  onlar  iki  ölkə  arasında  buzların  əridilməsində 

israrlı olduqlarına işarə edirdilər.  

Aka  uçuşun  necə  keçdiyini  soruşdu.  Podqornı  dedi:  “Yolçulu-

ğumuz çox gözəl keçdi. Moskvadan buraya üç saat on beş dəqiqəyə 

gəldim.  Rusiyanın  Türkiyəyə  bu  qədər  yaxın  olduğunu  bilmirdim. 

Bu  o  deməkdir  ki,  bundan  sonra  bazar  tətillərimi  keçirmək  üçün 

Türkiyəyə gələcəyəm. Türkiyəyə ilk dəfə gəlirəm. Amma türklərin 

qonaqpərvərliyini  çox  yaxşı  bilirəm.  Kecən  il  (1963-cü  il  nəzərdə 

тuтulur  –  M.Q.)  parlament  nümayəndə  heyətini  qarşılamaqdan 

məmnun  qalmışdıq.  Amma  bu  dəfə  yeni  bir  parlament  nümayəndə 

heyətini  dəvət  edəcəyəm.  İkinci  parlament  nümayəndə  heyətinizi 

daha isti və candan qarşılayacağıq. Keçən səfərki bir başlanğıc idi”.  

Akanın  göstərişi  ilə  qonaqlara  portаğal  suyu  verildi.  Podqornı 

“qəzetlər rəngli şəkillər çəkmədiyi üçün hər kəs burada sanki vodka 

içdiyimizi başa düşəcək” dedi. İki ölkənin nümayəndə heyətlərinin 

şərəfinə  portаğal  suyu  doldurulmuş  qədəhlər  qaldırıldı.  Bu  zaman 

qəzetçilərdən  biri  Podqornıdan  Xruşşovun  vəzifəsindən  uzaqlaşdı-

rılmasının əsl səbəbini soruşduqda Aka etiraz etdi. Lakin Podqornı 

rəsmi  məlumatın  verildiyini,  Xruşşovun  yaşlı  olduğu  və  səhhətinin 

pozulması səbəbi ilə vəzifəsindən ayrıldığını dedi.  

Aka  qısa  bir  nitq  söylədi.  Türkiyədə  qonaqları  salamlamaqdan 

məmnun  qaldıqlarını  dedi.  “Xoş  gəldiniz”  deyərək  onların  səfərinə 

uğurlar arzuladı. İki qonşu ölkə arasında münasibətlərin yaxşılaşdı-

rılmasında  parlamentlərin  rolunu  yüksək  qiymətləndirdi.  Podqornı 

səmimi  qarşılandıqları  üçün  təşəkkür  etdi.  Sovet  vətəndaşlarının 

dost salamını gətirdiyini, səfərinin dostluq niyyəti daşıdığını, ölkə-

ləri qonşu olduğundan sərhədlərin də dostluq sərhədinə çevrilməsi-

nin, SSRİ ilə Türkiyə arasında Lenin və Atatürk zamanında olduğu 



 

 

127 



kimi dostluq münasibətlərinin qurulması zəruriliyini söylədi.  

Həmin  gün  axşam  nümayəndə  heyətinin  şərəfinə  xarici  işlər 

naziri F. C. Erkinin adından ziyafət verildi

186


.  

Yanvarın 5-də sovet nümayəndə heyəti Atatürkün mavzoleyinə 

əklil  qoydu

187


.  Daha  sonra  nümayəndə  heyətini  TBMM  senatının 

sədri Enver Aka və milli palatanın sədri Fuad Sirmen qəbul etdi. 

Sovet  parlament  nümayəndə  heyəti  ilə  söhbət  zamanı  Fuad 

Sirmen səfərin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin 

inkişafına  kömək  edəcəyini  söylədi.  Podqornı  SSRİ  Ali  Soveti 

İttifaq Soveti və Millətlər Soveti sədrlərinin məktubunu  senatın və 

milli palatanın sədrlərinə təqdim etdi.  

Bundan  sonra  Podqornı  Çankaya  köşkündə  prezident  Cemal 

Gürsel тərəfindən qəbul olundu. 

 

 



 

C.Gürsel və N.V.Podqornı

 

 

Podqornı  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri  Mikoyanın 



məktubunu  Gürselə  təqdim  etdi.  Məktublarda  SSRİ  ilə  Türkiyə 

arasında  mehriban  qonşuluq  münasibətlərinin  qurulmasının  təkcə 




 

 

128 



iki  ölkənin  deyil,  eyni  zamanda  bütün  dünyada  sülh  işinə  тюhfə 

verəcəyi  qeyd  edilirdi

188

.  Sovet  nümayəndə  heyətinin  başçısı 



Mikoyanın  adından  Gürseli  SSRİ-yə  səfərə  dəvət  etdi.  Diaбeт 

xəsтəliyindən əziyyəт çəkən Gürselin müalicəsinin Moskvada edilə 

biləcəyini  də  söylədi.  Dəvəti  məmnuniyyətlə  qəbul  edən  prezident 

təşəkkürünü  bildirdi.  Səhhəti  imkan  verən  kimi  səfərə  gələcəyini 

dedi.  

Nümayəndə heyəti Çankayada Atatürkün evini gəzdi.  



Söhbətlərdən  sonra  Podqornının  rəsmi  danışıqları  başlandı. 

Həmin gün qonaqları Türkiyənin baş naziri İsmet İnönü qəbul etdi. 

İki  saat  davam  edən  danışıqlarda  sovet  heyətinin  tam  tərkibi  ilə 

yanaşı SSRİ xarici işlər nazirinin müavini Sergey Lapin, səfir Rıjov, 

nazirliyin müşaviri Şevçenko və Moskva radiosunun türkcə spikeri, 

tərcüməçi, azərбaycanlı Ehsan Mustafayev, Türkiyə tərəfdən isə baş 

nazirin  müavini  Satır,  xarici  işlər  naziri  Erkin,  Xarici  İşlər 

Nazirliyinin baş katibi Bayülken və səfir İşık iştirak edirdilər.  

Danışıqlarda  əvvəlcədən  heç  bir  gündəlik  müəyyənləşdirilmədiyi 

üçün Podqornı və İnönü ilk olaraq türk-sovet əlaqələrinə dair məsələni 

müzakirə  etdilər.  İki  ölkə  arasında  münasibətlərin  bir  zamanlar  pis 

olmasında tərəflərin xətalarından danışan İnönü bu işdə ağırlığın SSRİ-

də  olduğunu  söylədi.  Cavabında  Podqornı  buzların  əriməyə  başla-

dığını,  keçmişi    xaтırlamaqda  lüzum  görmədiyini,  yaxşı  qonşuluq 

münasibətlərinin inkişafında əngəllərin olmadığını vurьuladı. SSRİ-nin 

Türkiyəyə  qarşı  heç  bir  torpaq  iddiası  və  təcavüz  əməli  istəyi 

olmadığını qeyd eтdi

189


. Keçmiş siyasətdən imtina edildiyini dedi. Bil-

dirdi  ki,  iki  ölkə  arasında  münasibətlərin  inkişaf  etdirilməsi  vacibdir. 

Podqornı  SSRİ-nin  Türkiyənin  NATO-dan  çıxmasını  istəmədiyini, 

mətbuatda gedən yazıların yanlış şərh edildiyini söylədi.  

İnönü Moskvanın Kiprə silah verməsi məsələsini qaldırdı. Podqor-

nı  cavabında  bu  silahların  türklərə  qarşı  istifadə  edilməməsi  şərtilə 

verildiyini  dedi.  Enosisə  qarşı  çıxdı,  problemin  kənar  müdaxilə 

olmadan hər iki icma arasında danışıqlar yolu ilə həllinə tərəfdar oldu.  

İki ölkə arasında iqtisadi əlaqələrə dair məsələ müzakirə edildi. 

İnönü  və  Podqornı  bu  əlaqələrin  inkişafından  ötrü  səylərin  sürət-

ləndirilməsini zəruri saydılar.  



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə