Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə49/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   45   46   47   48   49   50   51   52   ...   185

 

 

150 



nələrdən biri sovet konstitusiyasında nəzərdə tutulan federasiya ola 

bilərmi?”  sualını  eşidən  kimi  “Ankarada  mətbuat  konfransı  ke-

çirəcəyik”  deyərək  heç  bir  jurnalistin  sualını  cavablandırmadı. 

Yeşilköy  hərбi  hava  limanından  birbaşa  Topqapı  sarayına  gedən 

Qromıko və xanımı burada eksponatlara baxdılar. Silah eksponatları 

qarşısında  şəklini  çəkən  fotomüxbirlərə  Qromıko  “silahlanmaya 

deyil,  silahsızlanmaya  tərəfdarıq”  dedi.  Bundan  sonra  Aya  Sofya 

muzeyinə  və  Sultan  Ahmet  camisinə  baxan  Qromıko  oradan  sovet 

baş  konsulluğuna  getdi.  Burada  konsulluğun  iş  və  əməkdaşlarının 

məişət  şəraiti  ilə  maraqlandı.  Konsulluqda  Qromıkonun  şərəfinə 

ziyafət  verildi.  Bundan  sonra  sovet  xarici  işlər  naziri  və  həyat 

yoldaşı  Bosforda  motorlu  qayıqda  gəzdi.  Qromıko  İstanbul  şə-

hərinin  rəhbərlərinə  dedi:  “İstanbulu  fövqəladə  gördüm.  Daha  çox 

qalmaq  və  gəzmək  arzulardım.  Memarlıq  baxımından  maraqlı  və 

çəkicidir.  İstanbul  xalqını  çox  dost  gördüm.  Bu  gözəl  İstanbulun 

xalqına ən gözəl minnətdarlığımı bildirmək istəyirəm”.  

 

 

 




 

 

151 



A.A.Qromıko İsтanбulda 

Axşam  şəhər  qubernatoru  Niyazi  Akı  Qromıkonun  şərəfinə 

ziyafət verdi. Bundan sonra Qromıko Ankaraya dюndü.  

Qromıko sonralar İstanbul haqqında təəssüratlarında Aya Sofya 

бarədə  belə  yazır:  “Türkiyədə  əlbəttə,  müqəddəs  Sofya  kilsəsinin 

bütün  xristian  miflərinin,  freskalarda  əks  olunan  Bibliya  əfsanə-

lərinin məzar abidəsi olmasını istəyən adamlar vardır. Bununla belə, 

əhalinin  xristian  hissəsi  və  Avropanın  təsiri  hakimiyyəti  hansısa 

dərəcədə  xristian  rəmzlərinə  ibadət  etməklə  hesablaşmağa  məcbur 

edir”


225

.  


Mayın 20-də Qromıko və Türkiyənin xarici işlər naziri yenidən 

görüşdülər.  Danışıqlarda  Türkiyə  tərəfi  sovetlərin  тexniki  yardımı 

ilə sənaye müəssisələrinin tikintisini mümkün hesaб eтdi.  

Qromıko  eyni  zamanda  baş  nazir  Ürgüplü  ilə  də  görüşdü.  İq-

tisadi  məsələlərin  müzakirəsi  zamanı  SSRİ  xarici  işlər  naziri 

Türkiyə  tərəfə  “layihə  verin,  həyata  keçirək”  dedi.  Bundan  sonra 

baş  nazir  Çankaya  köşkünə  gedərək  prezident  Cemal  Gürsellə 

görüşdü. Qromıko ilə keçirdiyi danışıqlar barədə məlumat verdi.  

Mayın 21-də İşık, Qromıko, Bayülken və Rıjovun iştirakı ilə bir 

saata  qədər  davam  edən  danışıqlar  keçirildi.  Onlar  imzalanacaq 

бirgə kommunikenin əsas müddəalarını müzakirə eтdilər. Qromıko 

“əlaqələrin  qüvvətlənməsi  üçün  hər  şeyin  başında  etimad  gəlir” 

dedi.  

Danışıqlardan  sonra  İşık  qəbulu  nəzərdə  tutulmuş  birgə  kom-



munikedə  əks  olunacaq  məsələləri  müzakirə  etdiklərini,  həmin 

məsələlər  barədə  fikir  eyniliyinin  olduğunu  qeyd  eтdi.  “Kommu-

nikedə yer almayan məsələlər haqqında fikir eyniliyinin dərəcəsi nə 

qədərdir?” sualına isə cavab vermədi.  

Həmin  gün  rəsmi  danışıqlar  başa  çatdı.  Qromıko  Ankarada 

sovet  səfirliyinin  binasında  türk  və  xarici  ölkə  jurnalistləri  üçün 

mətbuat  konfransı  keçirdi.  Mətbuat  konfransında  yüz  nəfərədək 

yerli  və  xarici  jurnalist  iştirak  edirdi.  Suallar  başlamazdan  əvvəl 

Qromıko bir açıqlama verdi. Ankarada dövlət adamları ilə keçirdiyi 

danışıqların  çox  faydalı  olduğunu,  Türkiyə  ilə  Sovet  İttifaqının 

mənfəətlərini müzakirə etdiklərini dedi. Danışıqlarda hər iki tərəfin 

mənfəətlərinə  xüsusi  əhəmiyyət  verdiklərini,  əlaqələrin  inkişafını 




 

 

152 



Türkiyənin də arzu etdiyini söylədi. Qromıko daha sonra Ankarada 

türk dövlət adamları ilə keçirdiyi danışıqların türk-sovet əlaqələrinin 

inkişafında əhəmiyyətli rol oynayacağına inandığını vurğuladı. Tür-

kiyədəki  siyasi  partiya  liderləri  ilə  keçirdiyi  görüşlərin  əhəmiyyətli 

olduğuna işarə edən Qromıko “şübhəsiz, indi arzu edilən bu yararlı 

bəyanatların həyata keçirilməsi gərəkdir” dedi.  

Qromıko  iki  ölkə  arasında  münasibətlərin  prinsipləri  barədə 

danışdı.  Fərqli  sistemlərə  baxmayaraq,  tərəflərin  bir-birinin  daxili 

işlərinə  qarışmamaq,  suverenliyə  və  müstəqilliyə  hörmət  etmək 

prinsipləri əsasında bu əlaqələrin saxlanacağını vurğuladı: “Biz türk 

rəhбərlərinə  Atatürk  və  Lenin  zamanında  mövcud  olan  münasi-

bətlərə  dönməyi  təklif  etdik.  Türk  dövlət  adamları  da  eyni  arzuda 

olduqlarını bildirdilər”. Daha sonra Qromıko “etimad, yenə etimad” 

deyərək  “münasibətlərimizin inkişafında şərt olan zəruri  ünsür  yal-

nız budur. Amma bu etimad siyasilərin izləyəcəyi işlərlə həyata ke-

çirilir”  dedi.  Qromıko  Ankara  və  İstanbulda  ona  göstərilən  qonaq-

pərvərliyə  görə  təşəkkür  etdi.  Bundan  sonra  soveт  xarici  işlər 

nazirinə  suallar verildi. “Türk xalqının  Rusiyaya  etimadının  artma-

sında  Kipr  məsələsində  Rusiyanın  yeritdiyi  siyasətin  əhəmiyyətli 

olacağına  inanırsınızmı?”  sualına  cavab  olaraq  Qromıko  dedi: 

“Gərək  Ankarada,  gərəksə  də  İstanbulda  mətbuat  nümayəndələri 

Kipr  məsələsi  ilə  bağlı  mənə  müxtəlif  suallar  vermişlər.  Sovet 

İttifaqı bu məsələdə bir neçə dəfə öz mövqeyini açıqlamışdır. Sovet 

İttifaqı  daim  Kiprin  müstəqilliyinə,  ərazi  bütövlüyünə  hörmət 

edilməsinə tərəfdardır. Burasının bir hərbi sahə olaraq istifadə edil-

məsinin, daxili işlərinə qarışılmasının əleyhinədir. Kipr məsələsinin 

dinc  yolla  həllinə  tərəfdarıq.  Məsələnin  torpaq  bütövlüyü,  müstə-

qilliyi  və  adadakı  iki  icmanın  mövcudluğu  və  bunların  haqlarının 

nəzərə  alınması  əsasında  həllinə  tərəfdarıq.  Ümumiləşdirsək,  biz 

Kiprin  müstəqil  qalmasına  tərəfdarıq”.  Sofiya  radiosunun  müxbiri 

türk-sovet əlaqələrinin Balkanlara nə kimi təsir edə biləcəyi barədə 

soruşdu.  Cavabında  Qromıko  bu  əlaqələrin  Balkanlara,  hətta  Av-

ropaya  və  beynəlxalq  aləmə  ciddi  təsir  edəcəyini  dedi.  Heç  kimin 

sovet-türk  əlaqələrinin  yaxşılaşmasından  qorxmamasını  tövsiyə 

edərək  “bundan  hər  iki  ölkənin  xalqı  və  bütün  dünya  fayda  görə-

cəkdir” vurğuladı. Qromıkoya belə bir sual da verildi: “1965-ci ilin 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə