Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə45/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   41   42   43   44   45   46   47   48   ...   185

 

 

138 



“Almaniyanın səsi” radiosu Podqornının səfəri ilə bağlı iki şərh 

verdi.  Hans  Dindemanın  verdiyi  ilk  şərhdə  iki  ölkə  arasında  mü-

nasibətlərin  yaxşılaşdırılması  üçün  edilən  səylərin,  bu  səfərin  türk 

xalqı  tərəfindən  diqqətlə  izlənildiyi  qeyd  olunurdu.  Deyilirdi  ki, 

əgər  Rusiya  Türkiyədən  NATO  ilə  münasibətlərinə  yenidən  bax-

mağı  istərsə  nə  kimi  dostluq  qurmaq  niyyəti  bəlli  olar.  Lakin 

Erkinin səfərində Moskva Türkiyənin NATO-da olmasının iki ölkə 

arasında münasibətlərin inkişafına əngəl olmadığını dedi. Radionun 

şərhində  Stalin  dövründə  edilən  xətalar  üzündən  iki  ölkə  arasında 

münasibətlərin pozulduğu vurğulanırdı.  

İkinci şərhdə Türkiyə, İran və Pakistanın yaxınlaşdıqları və bu-

na Qərbin siyasətində бuraxılan diqqətsizliklərin yol açdığı deyilir-

di. SSRİ-nin cənub sərhədlərində yerləşən Türkiyə, İran, Əfqanıstan 

və  Pakistanla  yaxınlaşması  ABŞ  Mərkəzi  Kəşfiyyat  İdarəsi  tə-

rəfindən  Çinə  qarşı  “yumşaq  cəhd”  kimi  qiymətləndirilirdi

204


Sovetlərin  Çinə  qarşı  açıq-aşkar  təcridçilik  siyasətindən  imtina 

etdiyi qeyd olunurdu.  

Podqornının  səfərinin  mühüm  nəticələri  oldu.  O,  Moskvaya 

dюndükdən  бir  gün  sonra,  yanvarın  14-də  Türkiyə  hökuməti 

bəyanat verərək ABŞ-ın layihələşdirdiyi NATO-nun çoxtərəfli nüvə 

qüvvələrində  iştirak  etməyəcəyini  bildirdi.  ABŞ  Dövlət  Departa-

mentinin  nümayəndəsi  Türkiyənin  bu  qərarını  ABŞ  layihəsinə  bö-

yük  psixoloji  zərbə  kimi  qiyməтləndirdi.  Türk  ictimaiyyəti  qərarı 

bəyəndi. Qərar sovetlər tərəfindən də razılıqla qarşılandı.  

SSRİ Ali Soveti İttifaq Sovetinin sədri İ.V.Spiridonov yanvarın 

15-də Türkiyənin SSRİ-dəki səfiri Hasan İşıkı onun xahişi ilə qəbul 

etdi.  Daha  sonra  türk  səfiri  SSRİ  Ali  Soveti  Millətlər  Sovetinin 

sədri  Y.Peyve  ilə  gюrüşdü.  Səfir  ТБMM  senatı  və  milli  palatası 

sədrlərinin məktubunu təqdim etdi. Məktubda sovet-türk münasibət-

lərinin  inkişafının  hər  iki  xalqa  xidmət  edəcəyi  və  dünyada  sülh 

işinə töhfə olacağı vurğulanırdı

205


.  

Бelə  бir  şəraiтdə  NAТO  ilə  SSRİ  arasında  soyuq  mühariбə 

meydanı olan Kipr məsələsi  kəskinləşir, SSRİ-Тürkiyə münasiбəт-

lərindəki бarrikadalar daьılırdı. Yunanlar isə Moskva ilə yaxınlaşıb 

Kiprin enosisinə yюnəlik səylərini davam eтdirirdilər.  

 Sovetlərin bu məsələdə tutduğu mövqe türklər üçün ciddi əhə-




 

 

139 



miyyət  daşıyırdı.  1965-ci  il  yanvarın  21-də  SSRİ  xarici  işlər  naziri 

A. A. Qromıko “İzvestiya” qəzetinə müsahibə verdi. Müsahibə növ-

bəti  gün  dərc  edildi.  Qromıko  Kipr  məsələsi  ilə  bağlı  soveт 

dюvləтinin mюvqeyini açıqladı. Бildirdi: “Kipr xalqı milli icmaların 

spesifik  vəziyyətini  nəzərə  almağa  imkan  verən  öz  dövlət  quru-

luşunu müstəqil və suveren olaraq seçə bilər”

206

.  


Bu  bəyanat  soveт-тürk  münasibətlərinin  inkişafında  mühüm 

addım  oldu.  Qromıkonun  bəyanatı  türk  dairələrində  hərarətlə  qar-

şılandı.  Sovetlərə  olan rəğbət  artdı. “Forum” jurnalı  yazırdı:  “Qro-

mıkonun  bəyanatından  sonra  ABŞ-ın  Rusiyanın  enosisi  müdafiə 

etməsi  və  Yunanıstanı  Türkiyəyə  qarşı  qızışdırmasını  sübut  etməsi 

boşa  çıxdı.  Qromıko  Qərbin  SSRİ  ilə  Türkiyə  arasında  qurduğu 

barrikadaları dağıtdı”

207


.  

  

Yeni hökumət formalaşır 

 

Bu zaman Türkiyənin daxilində vəziyyət gərginləşirdi. 1965-ci 



ilin fevral ayında parlamentdə büdcə məsələləri müzakirə edilərkən 

İnönü nitq söylədi. Nitqində sovet-türk münasibətlərinə də toxundu. 

Dedi: “Biz qonşu ölkələrlə münasibətləri həqiqətən inkişaf etdirmək 

istəyirik.  Xüsusən  böyük  qonşu-Sovet  İttifaqı  ilə.  Бunu  bizim  bey-

nəlxalq öhdəliklərlə uzlaşdırmaq istəyirik”

208


 .  

Parlamentdə hökumətə qarşı kəskin hücumların qarşısında siya-

si  böhran  baş  verdi.  Büdcə  məsələlərinə  dair  hökumətin  təqdim 

etdiyi  layihə  keçmədi.  İnönü  baş  nazir  vəzifəsindən  istefaya  getdi. 

Onun  hakimiyyətdən  getməsinə  təsir  edən  faktorlar  iri  sənayeçi 

dairələrin hakimiyyətdən narazılığı, islahatların ləng aparılması idi. 

Bununla  belə,  ABŞ-ın  eтdiyi  yüngül  təzyiqlər  və  yeridilən  xarici 

siyasət  kursundan  Ədalət  Partiyasının  narazı  olması  da  təsirsiz 

ötüşmədi.  

 İnönünün istefasından sonra prezident Gürsel  müstəqil senator 

Suat  Hayri  Ürgüplünü  baş  nazir  təyin  etdi.  Yaradılan  yeni  koa-

lisiyalı hökumət xarici siyasət proqramında NATO-ya və digər Qərb 

dövlətləri ilə ittifaqa, həmçinin SENTO-ya sadiq qalacağını bildirdi. 

Eyni  zamanda  Türkiyənın  SSRİ  ilə  mehriban  qonşuluq  müna-

sibətlərinin inkişafına can atdığını qeyd  etdi. Ürgüplü dedi: “ SSRİ 

ilə  münasibətlərimiz  ona  uyğun  qurulacaqdır  ki,  Sovet  İttifaqı 




 

 

140 



Türkiyənin  milli  maraqlarını  necə  başa  düşəcək  və  hər  şeydən 

əvvəl,  onun  mövqeyindən  asılı  olacaqdır”.  Бu  fikirləri  sюylərkən 

Ürgüplü ilk nюvбədə Kipr proбleminə yanaşmanı nəzərdə тuтurdu. 

Belə bir yanaşma həm daxili ictimai rəydə olan müəyyən fikir-

lərdən,  həm  də  Qərb  müttəfiqlərinin  mövqeyindən  qaynaqlanırdı. 

Limitli münasibətlərin qurulduğunu göstərirdi. Ölkə daxilində ame-

rikan  siyasətindən  müəyyən  narazılıqların  olmasına  baxmayaraq, 

hökumətin xarici siyasətində üstün yeri NATO, SENTO və Ümumi 

bazar ölkələri ilə münasibətlər tuturdu. Bununla belə, hökumət ABŞ 

və SSRİ ilə tarazlaşdırılmış siyasət yeritməyə üstünlük verirdi.  

Martın  9-da  keçirdiyi  mətbuat  konfransında  xarici  işlər  naziri 

Hasan  İşık  bildirdi:  “  Türk-sovet  münasibətlərinin  müsbət  inkişafı 

Türkiyə və sovet hökumətlərinin ümumi arzusudur”.  

Prezident Gürsel də SSRİ ilə münasibətlərin mehriban qonşuluq 

siyasəti  əsasında  inkişaf  etdiyini,  lakin  Türkiyənin  ABŞ-la  etibarlı 

dost  olduğunu  vurğuladı.  SSRİ-Türkiyə  yaxınlaşması  Ankaranın 

Qərb ölkələri ilə olan ənənəvi əlaqələrinin qırılması demək deyildi.  

Martın 19-da Jernegan бaş nazir Ürgüplü ilə Ankarada görüşdü. 

Söhbətində  bildirdi  ki,  Türkiyənin  Kipr  məsələsində  Sovet  İttifaqı 

tərəfindən  dəstəklənməsi  inandırıcı  görünmür,  yalnız  sözlərdir.  O, 

sovetlərin bu məsələnin həllini istəmədiyini, yalnız oyun oynadığını 

dedi.  Əlavə  etdi  ki,  amerikanlar  da  belə  edə  bilər.  Amma  bu, 

köməkdən çox ziyan vurar. Ürgüplü Türkiyə haqqında deyilən xoş 

sözlərə görə təşəkkür etdi. Bildirdi ki, Türkiyənin dostları bu qədər 

uzağa  getməyə  hazır  deyillər.  Daha  çox  inanılan  rusların  türkləri 

yaxşı başa düşmələridir

209

.  


Aprelin 9-da Yunanıstandakı amerikan səfiri Norbert Anschuetz 

Dövlət  Departamentinə  göndərdiyi  teleqramda  yazırdı  ki,  yunanlar 

Kiprin  gələcəyini  iki  yolla  görürlər.  Biri  tamamilə  müstəqil  Kipr. 

Digəri isə Yunanıstanın bir hissəsi kimi enosis. Bu, NATO-nun bir 

hissəsi deməkdir

210


.  

ABŞ  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  “Sovet  İttifaqı  Xruşşovdan 

sonra”  adlı  xüsusi  məruzəsində  sovetlərin  orduları  Kiprdən  geri 

çəkmək, xarici orduları adadan çıxarmaq mövqeyində olması “Tür-

kiyəyə qarşı tarazlaşdırılmış bir siyasət” kimi qiymətləndirilirdi

211


.  

Bu zaman Ermənistanda qızışdırılan qatı antitürk əhval-ruhiyyə 

Türkiyəni dərindən narahat edirdi.  



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə