Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə48/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   44   45   46   47   48   49   50   51   ...   185

 

 

147 



iki ölkə arasında iqtisadi və mədəni əlaqələr sahəsində qarşılıqlı an-

laşma və fikir birliyinin olduğunu qeyd etdi. “Siyasi sahədə Türki-

yənin başqa ittifaqda olması qəbul edilir, bu isə münasibətlərin inki-

şafında  əngəl  deyildir.  Ayrı-ayrı  qruplarda  olmağımız  baxımından 

yaxınlaşmamız dünyadakı şəraitə xeyirli olacaqdır” deyə vurğuladı. 

Soysal  Kipr  məsələsində  SSRİ-nin  mövqeyində  dəyişiklik  olmadı-

ğını, bəzi nöqtələrdə fikir ümumiliyinin mövcudluğunu bildirdi.  

Günortadan  sonra  iki  saat  yarım  davam  edən  danışıqlardan 

çıxan Qromıkoya jurnalistlər yaxınlaşdı. O, ingiliscə “cənablar, bir 

dəqiqə belə vaxtım yoxdur. Xahiş edirəm, mənə inanın. Heç bir şey 

söyləməyəcəyəm.  Gerçəkdən  vaxtım  yoxdur”  deyərək  uzaqlaşdı. 

Lakin  avtomobil  hərəkət  edərkən  saxlatdıran  Qromıko  jurnalistlərə 

söylədi:  “İndilik  bunu  söyləyə  bilərəm  ki,  faydalı  və  dostcasına 

danışıqlar olmuşdur. Başqa bir şey deyə bilmərəm”. Suallara cavab 

verməyən Qromıko İnönü ilə görüşmək üçün sovet səfirliyinə getdi.  

Atatürkün silahdaşı, sovet-türk münasibətlərinin qurucularından 

biri  olan  İnönü  Qromıko  ilə  görüşmək  istəmişdi.  Onun  arzusu 

yerinə  yetirildi.  Görüşdən  əvvəl  xarici  işlər  naziri  Hasan  İşık 

İnönünün evinə getdi. Qromıko ilə keçirilən danışıqların mahiyyəti 

barədə  ona  müfəssəl  məlumat  verdi.  Yalnız  bundan  sonra  İnönü 

sovet səfirliyinə gəldı. Qromıko Türkiyənin görkəmli dövlət xadimi, 

1938-1950-ci  illərdə  prezident,  1961-1965-ci  illərdə  isə  baş  nazir 

işləmiş, hazırda müxalifətdə olan İsmet İnönü ilə görüşdü.  

Qromıko  və  İnюnü  iki  юlkə  arasında  münasiбəтlərin 

perspekтivlərinə  nəzər  yeтirdilər.  İnönü  hökumətə  daxil  olan  və 

olmayan 


partiya 

liderlərinin 

SSRİ 

ilə 


münasibətlərin 

yaxşılaşdırılmasına  tərəfdar  çıxdıqlarını  dedi.  Sюhбəтdən  sonra 

Qromıko sovet səfirliyinin ikinci mərtəbəsindəki bufetdə CXP sədri 

İsmet  İnönünün  şərəfinə  ziyafət  verdi.  Ziyafətə  İnönünün  həyat 

yoldaşı  və  CXP  baş  katibi  Kamal  Satır  qatıldılar.  Tədbirin 

başlanğıcında  maraqlı  bir  hadisə  baş  verdi.  İnönü  Qromıkonun 

həyat  yoldaşının  əlini  öpdü.  O  isə  İnönünün  yanaqlarından  öpdü. 

Bu, jurnalistləri heyrətləndirdi. Onlar hətta fotoşəkil çəkməyə macal 

tapmadılar.  Belə  olduqda  jurnalistlər  fotoşəkil  çəkmək  üçün 

Qromıkonun  həyat  yoldaşının  İnönünü  yenidən  öpməsini  xahiş 




 

 

148 



etdilər. O da xahişi yerinə yetirdi

222


.  

 

 



A.A.Qromıko və İ.İnюnü 

 

Zəngin  süfrədə  İnönü  sovet  kürüsünü  yeyərkən  Qromıkodan 



soruşdu: “Deyirlər, kürü insanı qüvvətləndirir”. Cavabında Qromıko 

“hər  halda  bunu  təcrübənizə  görə  söyləyə  bilərsiniz”  deyə  cavab 

verdi.  Ziyafətdə  İnönü  Podqornıya  ən  səmimi  salamlarını  çatdır-

mağı  Qromıkodan  xahiş  etdi.  Türkiyənin  sovetlərlə  yaxşı  münasi-

bətlər qurmaq istədiyini бir daha vurьuladı.  

Ziyafətdə işтirak edən  Hasan  İşıka  Qromıko  tez-tez araq və  ağ 

şərab süzürdü.  İşıkın artıq içdiyinə  işarə edən Qromıko dedi: “Xa-

nımlar  ərlərinin daha silahsızlanmasını istəməkdədirlər”. Qromıko-

nun bu sözləri gülüşməyə səbəb oldu.  

Görüşdən  sonra  radio  ilə  çıxış  edən  İnönü  iki  ölkə  arasında 

münasibətlərin  inkişafını  бəyəndi

223


.  Qromıkonun  səfərinin  əhə-

miyyəтli olduьunu vurьuladı. 

Qromıko  İnönü  ilə  görüşünü  sonralar  belə  təsvir  edirdi:  “Bu 

zaman İnönü heç bir dövlət  vəzifəsi  tutmurdu. Bununla belə, səfər 

zamanı  görüş  haqqında  xahiş  xəbəri  mənə  çatdırıldı.  Mən  razılıq 

verdim.  O  öz  partiyasında  rəsmi  mюvqe  tutan  köməkçisi  ilə  gəl-




 

 

149 



mişdi. . .  

Onun  aydın  zəkası,  şəraiti  dəqiq  təhlil  etməsi  və  ölkələrimiz 

arasında  münasibətlərin  daha  da  inkişaf  etdirilməsinə  dair  qəti 

fikirləri məni heyran etdi. İnönü danışıqların gedişində başlıca olanı 

diqqətdən qaçırmadı. Bunlar onu narahat edirdi. O dedi: 

-Türkiyədə  edilənlərin  heç  də  hamısını  mən  bəyənmirəm.  Heç 

də hər şey mənim həyatdan getmiş  müəllimimin (yəni  Atatürkün  – 

M.Q.)  vəsiyyətlərinə  cavab  vermir.  Lakin  belə  fikirdəyəm  ki, 

Türkiyə  böyük  şimal  qonşusu  ilə  öz  münasibətlərini  Lenin  və 

Atatürkün müəyyənləşdirdikləri əsas kimi qurmalıdır və qura bilər.  

Mən  Türkiyənin  Sovet  İttifaqı  ilə  münasibətləri  barədə  öz 

fikirlərini belə bacarıqla, taktla və dəqiq ifadə edən adamlara az rast 

gəlmişəm. İnönü zarafat edə bilərdi, onu yerində edərdi. Hərəkətləri 

ilə  daha  çox  avropalıya  oxşayırdı.  O  mənim  xatirimdə  belə  qalır: 

canlı  və  hərəkətli,  baxmayaraq  ki,  o  zaman  ömrünün  doxsanıncı 

onilliyinə qədəm qoymuşdu.  

Açıq deyim ki, mən siyasətdəki bu ağsaqqal veteranla görüşdən 

hansısa  xüsusi  zövq  aldım.  Ona  baxarkən  belə  bir  fikirdən  ayrıla 

bilmədim:  onun  dostu  Atatürk  və  Lenin  dostcasına  yazışmışlar, 

hansı ki, izləri və əhəmiyyəti nəsillərin mirasıdır”

224

.  


Səfər zamanı Qromıko baş nazirin müavini Süleyman Dəmirəllə 

də  görüşdü.  Sovet  xarici  işlər  naziri  Türkiyənin  Qərb  blokunda 

olmasının SSRİ ilə münasibətlərinin inkişafı üçün əngəllər yaraтma-

dıьını dedi. Dəmirəl münasibətlərin Atatürk və Lenin  zamanındakı 

kimi  qurulmasının  vacibliyini  və  əhəmiyyətini  vurğuladı.  Danışıq-

larda  бelə  бir  ümumi  fikir  ifadə  edildi:  “Sovet  İttifaqı  ilə  Türkiyə 

arasında  onların  maraqlarını  toqquşdurmаğa  aparan  məsələlər 

yoxdur”.  

Günün ikinci  yarısında Qromıko və onu müşayiət edən şəxslər 

İstanbula uçdular. Hava limanında Qromıko və xanımı fəxri qarovu-

lun  düzülməsindən  başqa  protokola  daxil  olan  bütün  qaydalar 

əsasında  şəhər  rəhbərləri  tərəfindən  qarşılandılar.  Şəhər  sakinləri 

qonaqları  hərarətlə  salamlayırdılar.  Qromıko  ətrafında  çoxlu 

jurnalistin  olduğunu  görüb  onlara  yaxınlaşmaq  istəsə  də,  “federa-

siyanın  Kipr  böhranının  həlli  yolu  ola  biləcəyi  barədə  fikrinizdə 

dünyadakı  nümunələr  də  göz  önünə  alına  bilər  demisiniz.  Nümu-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə