Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə50/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   46   47   48   49   50   51   52   53   ...   185

 

 

153 



yanvarında  Kipr  məsələsinə  dair  verdiyiniz  bəyanatdan  sonra 

Ankaradakı danışıqlarda yeni bir addım atıldımı?” Cavabında Qro-

mıko “sovet xarici işlər naziri olaraq 1965-ci il yanvarın 21-də Kipr 

məsələsi  ilə  bağlı  bəyanat  vermişəm  və  o  bu  gün  də  qüvvədədir” 

dedi. Kiprə sovet silahlarının verilməsi ilə bağlı sualı cavablandıran 

Qromıko  “arada  gəzən  bütün  xəbərlərin  hamısı  yalan  və  uydur-

madır.  Bunlara  inanmayın.  Bu  məsələ  ən  yüksək  səviyyədə  müza-

kirə  olunmuşdur”  deyə  qeyd  etdi

226

.  “İzvestiya”  qəzeti  müxbirinin 



sovet-türk  münasibətlərinin  indiki  mərhələsi  barədə  sualına  Qro-

mıko  ilk  dəfə  gülərək  “sovet-türk  münasibətlərində  müsbət  istiqa-

mətə  olan  dəyişiklikləri  biz  müsbət  qiymətləndiririk.  Biz  hesab 

edirik  ki,  indiyədək  edildiyindən  daha  çox  etmək  lazımdır,  təsdiq 

etmək  olsun,  sovet-türk  münasibətləri  həqiqətən  dostluq  və 

mehriban  qonşuluq  münasibətləri  olmuşdur.  Lakin  müsbət  başlan-

ğıc  vardır”  deyə  cavab  verdi

227


.  Bir  rumın  qəzetçinin  Balkanların 

nüvə  silahından  kənar  zona  elan  edilməsinə  dair  sualına  Qromıko 

sovetlərin  ona  tərəfdar  olduьunu,  bir  neçə  dəfə  mövqe  bildirdiyini 

dedi.  Türkiyənin  iqtisadi  vəziyyəti  barədə  sovetlərin  mövqeyinin 

necə olması barədə verilən suala cavaбında Qromıko bu məsələlərin 

müzakirə  edilməsini  mümkün  saydı.  Sovet  İttifaqının  belə  müza-

kirələrin keçirilməsini istədiyini, ölkəsinin buna hazır olduğunu, iki 

ölkənin  əlaqədar  adamlarının  bu  məsələləri  müzakirə  etmək  üçün 

görüşəcəklərini  söylədi.  Kiprin  enosisi  ilə  bağlı  verilən  suala 

cavabında Qromıko bu xüsusda indidən heç bir sюz söyləyə bilmə-

yəcəyini  dedi.  “İqtisadi,  siyasi  və  mədəni  əlaqələr  sahəsində  bir 

qərar  alındımı?”  sualına  cavabında  Qromıko  nəticələrə  gətirəcək 

müzakirə  aparmadıqlarını  söylədi.  O,  səfəri  zamanı  Ankarada  bəzi 

addımların  atıldığını,  bu  işin  davam  etdirilməsini  istədi.  “Kommu-

nike  hazırlanarkən  türklərlə  hər  hansı  çətinliklər  oldumu?”  sualına 

cavabında  Qromıko  “hər  bir  ortaq  kommunikenin  hazırlanmasında 

təbii ki, bəzi anlaşmazlıqlar ola bilər. Yetər ki, ortaq bir dil tapılsın. 

Hər iki tərəf bu ortaq dili tapmaq üçün səylər etməlidir” dedi.  

Qromıko  sovet  səfirliyinin  бinasında  Türkiyənin  keçmiş  xarici 

işlər  naziri  Erkinlə  nahar  eтdi.  Yeməkdə  onlar  qarşılıqlı  münasi-

bətlərin  gələcəyinə  dair  geniş  fikir  mübadiləsi  etdilər.  Sovet  səfiri 

Rıjov isə axşam Qromıkonun şərəfinə ziyafət verdi.  




 

 

154 



Səfərin  yekununda  birgə  sovet-Türkiyə  kommunikesi  qəbul 

edildi


228

.  Kommunikedə  tərəflərin  SSRİ  və  Türkiyəni  maraqlan-

dıran  beynəlxalq  və  ikitərəfli  münasibətlərə  dair  məsələləri  müza-

kirə etdikləri, möhkəm sülh və beynəlxalq əməkdaşlığa çalışacaqları 

qeyd olunurdu. BMT nizamnaməsinə və məqsədlərinə uyğun gələn 

beynəlxalq  gərginliyin  zəiflədilməsindən,  dövlətlər  arasında  müna-

sibətlərin yaxşılaşdırılmasından, müxtəlif sistemli dövlətlər arasında 

dinc  yanaşı  yaşamaq  prinsiplərinin  bərqərar  edilməsindən  ötrü 

özlərindən asılı olanları edəcəkləri, sülhün qorunub saxlanılması və 

möhkəmləndirilməsi  üçün  beynəlxalq  müqavilələrdən  və  digər 

mənbələrdən  irəli  gələn  öhdəliklərin  yerinə  yetirilməsinin  vacibliyi 

vurğulanırdı.  Fikir  mübadiləsinin  gedişində  tərəflərin  səmərəli 

beynəlxalq  nəzarət  altında  hamılıqla  və  tamamilə  tərksilaha  hazır, 

BMT-nin  daha  da  möhkəmləndirilməsinə  və  səmərəliliyinin  artırıl-

masına  tərəfdar  olduqları,  müstəmləkə  ölkələri  və  xalqlarına  müs-

təqillik  verilməsinə  dair  BMT  bəyannaməsinin  həyata  keçiril-

məsinin sülh və təhlükəsizlik üçün əhəmiyyəti gюsтərilirdi. Tərəflər 

1964-cü  il  6  noyabr  tarixli  sovet-türk  kommunikesinin  müddəa-

larına  sadiq  qaldıqlarını  təsdiqlədilər.  Kipr  məsələsinə  dair 

mövqelərini açıqlayaraq  adada vəziyyəti kəskinləşdirməyə  yönələn 

xarici  müdaxiləyə  yol  verməyin  mümkünsüzlüyünü  bəyan  etdilər. 

SSRİ xarici işlər naziri proбlemə dair ölkəsinin  əvvəlki mövqeyini 

bir daha təsdiqlədi.  

Kipr məsələsi ilə bağlı sonralar Qromıko yazırdı: “Əgər NATO-

nun  aparıcı  ölkələri  Kiprin  müstəqilliyinə  hörmət  etsəydilər  onda 

yunan və türk icması çoxdan ümumi dil tapmışdılar. Kiprdə və onun 

ətrafında  baş  verənləri  kiçik  ölkəyə  qarşı  qanunsuzluq  və  özbaşı-

nalıqdan başqa bir şey kimi adlandırmaq olmaz”

229

.  


ABŞ-ın  Kipr  məsələsində  тuтduьu  mövqeyi  Qromıko  belə 

qiymətləndirirdi: “1974-cü ilin mayında Qahirəyə səfərlərimin biri o 

vaxt  Nikson  administrasiyasında  dövlət  katibi  vəzifəsini  tutan 

Kissincerin Yaxın Şərqə səfəri ilə qarşılıqlı razılaşma əsasında üst-

üstə düşmüşdü. Razılaşdığımız kimi, biz Kiprin paytaxtı Nikosiyada 

görüşdük. Görüşdə bir sıra, o cümlədən Kipr məsələsi də müzаkirə 

edildi.  Bu  məsələdə  ABŞ-ın  mövqeyi  barədə  Kissincerin  izahatını 

dinlədikdə  mən  bir  daha  əmin  oldum  ki,  Vaşinqtonun  Kipr  məsə-




 

 

155 



ləsinə dair siyasətində ikiüzlülük ehtiyatı tükənməzdir.  

Həmsöhbətimdən birbaşa sоruşdum: 

-ABŞ  hökuməti  Kiprin  müstəqilliyini  və  ərazi  bütövlüyünü 

müdafiə edirmi? 

Dövlət  katibi  bu  suala  dolayısı  cavab  verdi.  Mahiyyətinə  görə 

bu  o  demək  idi  ki,  Vaşinqton  ölkənin  iki  hissəyə-yunan  və  türk 

hissələrinə,  yəni  iki  dövlətə  bölünməsinə  barmağını  tərpətmə-

yəcəkdi” 

230

.  


Kommunikedə  SSRİ  ilə  Türkiyə  arasında  mehriban  qonşuluq 

münasibətlərinin  inkişafından  məmnunluq  hissləri  ifadə  edilirdi. 

Tərəflərin  iki  ölkə  arasında  iqtisadi  və  ticarət  əlaqələrinin  inkişafı 

məsələlərini  müzakirə  etdikləri,  imzalanmış  ticarət  protokolunun 

ikitərəfli  münasibətlərdə  yeni  perspektivlər  açdığı  qeyd  olunurdu. 

Тicarət-iqtisadi əməkdaşlığı davam etdirəcəklərini bildirirdilər. Mə-

dəni əməkdaşlığa dair imzalanmış 1964-cü il 5 noyabr tarixli sazişə 

uyğun  olaraq  mübadilənin  genişləndirilməsinə  tərəfdar  çıxırdılar. 

Qarşılıqlı səfərlərin mehriban qonşuluq, sülh və təhlükəsizliyə xid-

mət  etdiyi  vurğulanırdı.  Bundan  sonra  da  münasibətlərinin  mehri-

ban  qonşuluq,  ərazi  bütövlüyünə,  müstəqilliyə  hörmət,  bərabər-

hüquqluluq,  daxili  işlərə  qarışmamaq  prinsipləri  əsasında  qurmaq 

niyyətləri ifadə edilirdi.  

Mayın 22-də Qromıko və onu müşayiət edən şəxslər Esenboğa 

hava  limanından  Moskvaya  yola  salındılar.  Hava  limanında  jur-

nalistlər  sual  vermək  istədilər.  Qromıko  mətbuat  konfransı  keçir-

diyindən,  hər  şeyi  söylədiyindən  burada  geniş  bəyanatla  çıxış 

etmədi. Qısa olaraq Ankaradakı görüşlərin faydalı olduğunu, hər iki 

tərəf  istədikdə  sovet-türk  əlaqələrinin  davam  etdiriləcəyini, 

əlaqələrin  gələcəyini  yaxşı  gördüyünü  dedi.  Ayrılarkən  Qromıko-

nun xanımı ağlamaqdan özünü zorla saxladı

231


.  

Türkiyədə Qromıkonun səfərinin nəticələrinə münasibət heç də 

birmənalı  deyildi.  SSRİ  ilə  münasibətlərin  inkişafına  müxtəlif  ya-

naşmalar  mюvcud  idi.  Hakimiyyətə  yaxın  olan  partiyalar  və 

mətbuat  Qromıkonun  səfərini  sovet-türk  münasibətlərinin  yeni 

mərhələyə  daxil  olması  kimi  qiymətləndirirdilər.  Bəzi  dairələr  isə 

SSRİ-nin Türkiyə ilə münasibətlərinin arxasında gizli niyyətlərinin, 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə