Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə44/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   40   41   42   43   44   45   46   47   ...   185

 

 

135 



bağışladı. Podqornı  İzmir iş adamlarının ehtiyac duyduğu  ən  yaxşı 

məmulatların SSRİ-də olduğunu dedi.  

 Qonaqlar qədim Perqam şəhərinin abidələrinə baxdılar.  Axşam 

qubernator  Namık  Şentürk  qonaqların  şərəfinə  ziyafət  verdi.  Onları 

salamlayan  Şentürk  yüksək  səviyyəli  sovet  parlament  nümayəndə 

heyətinin  səfərinin  Türkiyə  ilə  SSRİ  arasında  dostluq  və  mehriban 

qonşuluq  münasibətlərinin  konkret  təzahürü  olduğunu  dedi.  Cavab 

nitqində  Podqornı  dostluq  və  xeyirxah  missiya  ilə  gəldiklərini,  vəzi-

fələrinin Türkiyə ilə SSRİ arasında dostluq, mehriban qonşuluq müna-

sibətlərini  möhkəmləndirmək  və  inkişaf  etdirmək  olduğunu  söylədi. 

Türk dövlət və parlament xadimləri, sadə adamlarla görüşlərindən bəhs 

edən Podqornı hərarətli qəbula görə təşəkkür edərək sovet nümayəndə 

heyətinin  Türkiyədə  keçirdiyi  günlərin  əbəs  yerə  getmədiyini  vur-

ğuladı:  “Biz  sovet  və  türk  dövlətlərinin  yaxınlaşmasında  birlikdə  bir 

neçə  addım  atdıq,  lakin  bu,  hələ  başlanğıcdır.  Bizim  vəzifəmiz, 

düşünürəm ki, bu, sizin də vəzifənizdir-ölkələrimiz arasında qarşılıqlı 

anlaşmanı bərqərar etməkdən ibarətdir”. Eyni zamanda SSRİ-yə səfər 

edən türk iş adamlarının Sovet İttifaqının ticarət sahəsində imkanlarını 

əyani  gördüklərini  qeyd  etdi.  Podqornı  dedi:  “Ölkələrimiz  arasında 

ticarət  münasibətlərinin  inkişafı  ümumi  maraqlarımıza  cavab  verərdi. 

Obrazlı  desək,  ticarət  dostluğa,  sülhə  və  mehriban  qonşuluğa  kör-

püdür”.  Sonda  Podqornı  SSRİ  ilə  Türkiyə  arasında  münasibətlərdə 

yeni  səhifə  açmağın  lazımlığını  vurğuladı:  “Aramızda  həqiqi  dostluq 

münasibətlərini qurmağa mane olan heç bir şey yoxdur”

195

 .  


İzmirdən  sonra  sovet  nümayəndə  heyəti  İstanbula  gəldi. 

196


 İs-

tanbulda sovet nümayəndə heyətini şəhərin qubernatoru Niyazi Akı 

qarşıladı.  Şəhərlə  tanış  olan  qonaqların  şərəfinə  günün  ikinci  ya-

rısında İstanbul bələdiyyəsinin sədri Haşım İşcanın adından ziyafət 

verildi.  

Nümayəndə  heyətinin  səfər  proqramı  yalnız  iki  dəfə  pozuldu. 

Бirinci  dəfə  əlverişsiz  hava  şəraiti  ucbatından  nümayəndə  heyəti 

yüksək dağlıq ərazidə yerləşən sənaye şəhəri Bursaya gedə bilmədi. 

İkinci dəfə isə nümayəndə heyətinin bəzi üzvləri istirahətdən imtina 

edərək İstanbul limanındakı “Latviya” sovet teploxoduna getdilər.  

 Yanvarın  11-də  günün  ikinci  yarısı  Podqornı  Ankaraya  gəldi. 

Burada danışıqlar davam etdirildi. Axşam sovet səfirliyi nümayəndə 




 

 

136 



heyətinin  şərəfinə  ziyafət  verdi.  Ziyafətdə  TBMM  rəhbərliyi,  baş 

nazir  İsmеt  İnönü,  baş  nazirin  müavini  Satır,  xarici  işlər  naziri 

Erkin,  deputatlar,  senatorlar  və  siyasi  partiyaların  rəhbərləri  iştirak 

edirdilər.  

Podqornı  hələ  Türkiyədə  səfərdə  ikən  Türkiyə  Cümhuriyyəti 

Nazirlər Şurasının 12  yanvar tarixli  6-4202  №-li  qərarı ilə  Türkiyə 

Ticarət  Nazirliyinin  nümayəndə  heyətinin  SSRİ-yə  göndərilməsi 

barədə qərar qəbul edildi

197

.  


Yanvarın  13-də  Podqornı  başda  olmaqla  sovet  nümayəndə 

heyəti vətənə qayıtdı 

198

.  


Podqornının  səfəri  böyük  siyasi  əhəmiyyət  daşıyırdı.  İki  ölkə 

arasında münasibətlərin yaxşılaşdırılmasında mühüm addım olan bu 

səfər  qarşılıqlı  əlaqələrin  təmkinli  bir  şəkildə  davam  etdirildiyini 

göstərdi. Bir zamanlar Erkinin Moskvaya səfəri zamanı bəzi tərəd-

düdlər  vardı.  Tərəflərdən  səmimiyyət  gözlənilirdi.  Podqornının 

səfəri buzların əridilməsi, əməkdaşlığa keçid istiqamətində ciddi bir 

addım oldu.  

Türkiyə  mətbuatı  sovet  parlamentarilərinin  səfərini  geniş  işıq-

landırdı. Qəzetlərin çoxu Lenin və Atatürk zamanında olduğu kimi 

sovet-türk  dostluğunu  yüksəklərə  qaldırmaq  anının  yetişdiyini  ya-

zırdı.  “Ulus”  qəzetinin  beynəlxalq  məsələlər  üzrə  icmalçısı  Ahmet 

Şükrü  Аsmer  “sovet  və  türk  xalqlarının  yaxınlaşmasını  alqışlamaq 

lazımdır” deyə qeyd edirdi. “Forum” jurnalı yazırdı:“... bu daha ye-

ni bir sübutdur ki, sovet-türk münasibətləri ölü nöqtədən tərpəndi... 

Tərəflərin  baxışlarına  aydınlıq  gətirən  qarşılıqlı  səfərlər  müna-

sibətlərimizin yaxşılaşması işi üçün möhkəm əsas yaratdı”

199

.  


 “Milliyet”  qəzetinə  müsahibə  verən  İsmet  İnönü  iki  müxtəlif 

bloka daxil olan ölkələrin  yaxınlaşmaqdan, aralarında  yaxşı  müna-

sibətlər qurmaqdan ötrü yollar axtardıqlarını, Türkiyənin özünün ən 

böyük  qonşusundan  təcrid  halda  qalmasının  mümkün  və  doğru 

olmadığını söylədi. İnönü dedi: “Ona görə də biz SSRİ və Türkiyə 

xalqları  arasında  mehriban  münasibətlərin  qurulmasında,  yaxşı 

mühitin formalaşmasında maraqlıyıq”. SSRİ-nin həqiqətən Türkiyə 

ilə  münasibətlərini  yaxşılaşdırmaq  istədiyini  qeyd  edən  İnönü 

vurğuladı:  “Mən  şübhə  etmirəm  ki,  bizim  xalqımız  belə  siyasətin 

qətiyyətsiz  həyata  keçirilməsi  üçün  heç  bir  səbəb  olmadığını  başa 

düşəcəkdir”

200


.  


 

 

137 



“Cumhuriyet”  qəzeti  yazırdı:  “Biz  münasibətlərimizin  inkişafı 

dövrünü  yaşayırıq.  Biz  istəyirik  ki,  iki  ölkə  arasında  münasibətlər 

siyasi,  mədəni  və  iqtisadi  sahələrdə  dostluq  və  bərabərhüquqluluq 

əsasında inkişaf etsin”

201

.  


Bununla  belə,  bəzi  mətbuat  orqanlarında  münasibətlərin  yax-

şılaşmasından  narazı  fikirlərə  də  rasт  gəlinirdi.  Lakin  belə  müla-

hizələr səfərin ümumi əhəmiyyəti fonunda itib-batırdı.  

Dünyanın  bir  sıra  ölkələrində  səfərə  xüsusi  diqqət  verilirdi. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1965-ci il 9 aprel тarixli “Sovet 

İttifaqı Xruşşovdan sonra” adlı xusüsi məruzəsində “Podqornı Xruş-

şovun prinsipial rəqibi hesab edilirdi. Podqornıdan xarici əlaqələrdə 

istifadə  olunurdu.  O,  Türkiyəyə  getmiş  nümayəndə  heyətinə  baş-

çılıq  etdi.  Podqornının  Türkiyədəki  fəaliyyəti  ilə  bağlı  sovet 

mətbuatının  hərtərəfli  məlumat  verməsi  rəhbərlikdə  onun  əhəmiy-

yətinin güclü göstəricisi kimi görünür” deyə vurğulanırdı

202


.  

Bəzi  ölkələrin  mətbuatında  bu  səfər  və  Podqornının  parla-

mentdəki  nitqi  geniş  şərh edilirdi.  Fransız qəzeti “Oror” səfərin iki 

ölkə  arasında  münasibətlərin  yaxşılaşdırılmasına  xidmət  etdiyini 

yazırdı.  

İngilis  qəzetləri  Podqornının  türk  dövlət  başçılarını  SSRİ-yə 

dəvət etməsini qabardırdı.  Londonda nəşr edilən “The Times” “gə-

rək  rəğbətləri  və  gərəksə  mənfəətləri  baxımından  türklərin  Qərb 

aləminə  qarşı  götürdükləri  təəhhüdləri  və  bağlılıqları  qalmaqdadır. 

Heç  kimsə  ittifaqları  dramatik  bir  şəkildə  başı  aşağı  çevirib  dəyiş-

dirməyi  və  ya  bitərəfliyə  yönəlməyi  düşünmür.  Türklərin  ruslarla 

ticarəti inkişaf etdirmək, Kipr məsələsində daha anlayışlı olmalarını 

görmək  istəkləri  təbiidir.  Fəqət,  hər  iki  məsələdə  edilənlər  yalnız 

başlanğıcdır. Kipr məsələsində Qərbin laqeyd davranmasının yarat-

dığı acı vəziyyət Podqornının Ankaraya girməsinə imkan verdi. İki 

ölkə  arasında  münasibətlər  isinib  gedəcəkdi.  Lakin  münasibətlərin 

soyumasına  bir  zamanlar  Moskva  səbəb  olmuşdu.  Yolların  soyu-

ğunun Moskvaya gedib çıxdığı bir zamanda türklər müttəfiqləri ilə 

tarazlaşdırılmış şəkildə hərəkət edəcəklər və indiyədək təqib edilən 

hərəkətlərdən  ayrılmayacaqlar.  Yeni  sovet  liderlərinin  fikirlərinə 

türk hökuməti də başqa hər hansı hökumət kimi maraq edirdi” deyə 

vurğulayırdı

203

.  



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə