Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə42/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   38   39   40   41   42   43   44   45   ...   185

 

 

129 



İnönü  soveтlərin  Qafqazda  silahlarının  və  silahlı  qüvvələrinin 

artırılmasının  xoş  münasibətlərə  fayda  vermədiyini  dedi.  Sovet 

hərbi  hissələrinin  sərhəddən  geri  çəkilməsini  isтədi.  Ermənistanda 

Türkiyə  əleyhinə  qızışdırılan  əhval-ruhiyyəni  qonağın  nəzərinə 

çatdırdı. Cavaбında Podqornı ölkəsinin Türkiyəyə qarşı ərazi iddiası 

olmadığını бir daha söylədi.  

 

 

 



N.V.Podqornı və İsmeт İnюnü 

 

Podqorni  SSRİ  Nazirlər  Sovetinin  sədri  A.  Kosıginin  məktu-



bunu  Türkiyənin  baş  nazirinə  təqdim  etdi.  Məkтuбda  Тürkiyə  ilə 

mehriбan  münasiбəтlərin,  dosтluq  əlaqələrinin  бərpa  edilməsi  niy-

yəтi vurьulanırdı. 

İlk danışıqlardan sonra səfir Rıjovun tövsiyəsi ilə Podqornı jur-

nalistlərə  müsahibə  verdi.  Ondan  görüşdə  nələrdən  danışıldığı 

soruşuldu?  Cavabında  Podqornı:  “İki  ölkəni  maraqlandıran  bütün 

məsələləri  müzakirə  etdik.  Dünya  məsələlərini  və  öz  daxili  işlə-

rimizi  müzakirə  etdik.  Hər  şeyi  danışdıq.  Danışıqlar  dostca  və  sə-

mimi  keçdi”.  Jurnalistlər  belə  bir  sual  da  verdilər:  “Türk-rus  dost-

luğunun  Rusiyanın  Kiprə  yardımı  davam  etdikcə  irəliləyəcəyinə 




 

 

130 



inanırsınızmı?” Cavabında Podqornı dedi: “Türkiyə ilə Sovet İttifa-

qı  aralarındakı  dostluq  münasibətlərini  inkişaf  etdirməyə  məc-

burdurlar  və  inkişaf  etdirəcəklər.  Bu  dostluğa  mane  olacaq  heç  bir 

əngəl  yoxdur”.  SSRİ-nin  Türkiyəyə  iqtisadi  yardım  etməsi  barədə 

suala  cavab  verən  Podqornı  Türkiyənin  istəyəcəyi  təqdirdə  bunu 

etməyə hazır olduqlarını söylədi.  

Podqornıdan fərqli olaraq  İnönü mətbuat nümayəndələrinə heç 

bir müsahibə vermədən ayrıldı. Çankaya köşkünə gedərək danışıq-

lar barədə prezident Gürselə müfəssəl məlumat verdi.  

Sovet parlament nümayənda heyəti TBMM-də Podqornının nitq 

söyləməsini  xahiş  etmişdi.  Məclisin  Yüksək  Heyətində  bu  barədə 

qərar qəbul olunmuşdu. Amma Ədalət Partiyasından olan deputatlar 

Tahsin  Demiray,  Kadri  Eroğan,  Nazmi  Özoğlu,  15-ə  qədər  digər 

deputat  və  senator  Podqornının  nitqinin  kommunist  təbliğatı  məq-

sədi  güdəcəyini  güman  edərək  radio  və  mətbuatın  yayımlamaması 

üçün TBMM rəhbərliyinə təklif verdilər. Onlar bunun açıq şəkildə 

səsə qoyulmasını təklif etdilər. Təkilf qəbul olundu.  

Yanvarın 5-də günün ikinci yarısı nümayəndə heyəti TBMM-ə 

gəldi.  Görüşlərdən  sonra  Podqornı  ayrıca  bir  otaqda  gözlədi. 

TBMM iclasında onun nitqi ilə bağlı məsələ müzakirə edildi. Depu-

tatların  bəziləri  etiraz  edərək  “bu  kürsü  türk  millətinindir”  dedilər. 

Mübahisələr qızışdı. İclasa sədrlik edən Osman Köksal Podqornının 

nitq etməsinin əleyhinə  çıxanların  yanıldığını, bundan əvvəl Alma-

niya Federativ Respublikası parlamentinin sədri Gerstenmaierin nitq 

söylədiyini  xatırlaтdı.  Hələ  1964-cü  il  yanvarın  1-də  AFR  parla-

mentinin sədri dr. Gerstenmaier TBMM-də nitq söyləmişdi

190

. Pod-


qornının  nitqi  barədə  Məclisin  Yüksək  Heyəti  tərəfindən  qərar 

qəbul  edilmişdi.  Bundan  sonra  məsələ  səsə  qoyuldu.  Podqornının 

nitq  söyləməsi  barədə  səs  çoxluğu  ilə  qərar  qəbul  olundu.  Sədr 

Podqornını  dəvət  etdi.  O,  alqış  sədaları  altında  salona  daxil  oldu. 

Kürsüyə qalxdı. Beləliklə, Podqornı TBMM-də nitq söyləyən ikinci 

xarici dövlət adamı oldu.  

TBMM-in hər iki palatasının iclasında Podqornı nitq söylədi

191


Onun  nitqi  35  dəqiqə  çəkdi.  Podqornı  ilk  öncə  yüksək  kürsüdən 

danışmaq  imkanı  yaratdıqları  üçün  TBMM  rəhbərliyinə  təşəkkür 

etdi.  Millət  vəkillərini  və  türk  millətini  səmimi  qəlbdən  salamladı. 




 

 

131 



Səfərinin məqsədinin türk xalqının həyatını, ümidlərini və planlarını 

yaxşı və yaxından bilmək olduğunu söylədi. O dedi: “Ölkələrimizin 

yaxınlaşması və aralarındakı münasibətlərin sağlamlaşdırılması yo-

lunda  irəliləmək  üçün  cənub  qonşumuzu  daha  yaxşı  tanımalıyıq”. 

O, türk xalqına və parlamentinə yaradıcı uğurlar arzuladı. 

Daha sonra Podqornı 47 il əvvəl Rusiyada baş verən inqilabdan, 

Atatürkün sovet hökumətinə məktubundan söhbət açdı. Türk millə-

tinin  imperialist  istilaçılara  qarşı  ayağa  qalxdığını  və  bunun  siyasi 

zəfərlə  nəticələndiyini  söylədi.  Türk  xalqının  bu  zəfərinə  Leninin 

verdiyi qiyməti də diqqətə çaтdırdı. İlk sоvet-türk əlaqələrindən söz 

açdı.  1921-ci  il  müqaviləsinin  əhəmiyyətini  vurğuladı.  20-30-cu 

illərin  iki  ölkə  arasında  iqtisadiyyat,  mədəniyyət  və  siyasi  əmək-

daşlığın  möhkəmləndirilməsi  altında  keçdiyini  söylədi.  Bu  zaman 

deputatlardan biri “bəs Stalin nə dedi?” deyə yerindən bağırdı. Nit-

qinə  davam  edən  Podqornı  “lakin  təəssüf  olsun,  sonrakı  illərdə 

sovet-Türkiyə  münasibətləri  pisləşdi”  dedi.  Bildirdi:  “Bunu  açıq 

söyləmək və bildirmək istəyirəm ki, SSRİ-də sюylənən bəzi  yersiz 

və  yanlış  bəyanatlar  mənfi  bir  rol  oynadı,  qarşı  tərəfin  də  bütün 

davranışları  ideal  bir  şəkildə  deyildi.  Bütün  bunlar  keçmişdə 

qalmalı və yaxşı qonşuluq münasibətlərinə mane olmamalıdır”. Bu 

sözlərdən sonra salon Podqornını alqışladı.  

Podqornı  son  zamanlarda  sovet-Türkiyə  əlaqələrinin  mehriban 

qonşuluq  münasibətlərinin  dirçəldilməsi,  iqtisadi  və  mədəni  əlaqələrin 

qaydaya  salınması,  dövlətlərin  nümayəndələrinin  şəxsi  əlaqələri  ilə 

xarakterizə  edildiyini  dedi.  İki  ölkə  arasında  münasibətlərdə  dönüşün 

həyata  keçirilməsi  üçün  bütün  ilkin  şərtlərin  olduğunu  vurğuladı.  Pod-

qornı  bu  baxımdan  1963-cü  ildə  Ürgüplünün  və  1964-cü  ildə  Erkinin 

səfərlərini xatırladaraq münasibətlərdə əldə edilən uğurlardan məmnun-

luq hissi keçirdiklərini бildirdi.  

Podqornı  sovet dövlətinin  Yaxın  və  Orta Şərq ölkələri ilə mü-

nasibətlərinin  inkişaf  etdirilməsi  sahəsində  təcrübəsinin  olduğunu 

söylədi.  Buna  nümunə  kimi  Əfqanıstanla  münasibətlərin  45  ildən 

bəri  dostluq  içində  davam  etdiyini,  İranla  SSRİ  arasında  mü-

nasibətləri gюsтərdi.  

Podqornı  bildirdi:  “Sosialist  bir  dövlət  olan  Sovet  İttifaqı  ilə 

Türkiyə Cümhuriyyəti eyni zamanda yaranmışlar, ümumi düşmənə 

qarşı uzun müddət içində bərabər savaşmışlar”. O, iki ölkə arasında 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə