120
daşlığı inkişaf etdirmək üçün beynəlxalq hüquq normalarından
doğan prinsiplərə hörmət, böyük-kiçikliyindən asılı olmayaraq
bütün xalqların bərabərliyinin qəbul, əsas insan hüquqlarına əməl
edilməsinin böyük əhəmiyyəti olduğunu bəyan etdilər. Tərəflər Kipr
məsələsinin Kipr Respublikasının suverenliyinə və ərazi bütöv-
lüyünə hörmət, hər iki icmanın qanuni hüquqlarının qorunması,
onların dinc həyatının təmini və adada iki milli icmanın mövcud-
luğunun qəbulu əsasında həllinə tərəfdar çıxdılar
176
.
Vətənə yola düşməzdən əvvəl Erkin yenidən Qromıko ilə
görüşdü. Sovet xarici işlər nazirini Türkiyəyə rəsmi səfərə dəvət
etdi. Dəvəti qəbul edən Qromıko imkan olan kimi gələcəyini dedi.
Noyaбrın 6-da Türkiyə nümayəndə heyətini Şeremetyova hava
limanından SSRİ xarici işlər naziri A.A.Qromıko və digər rəsmi
şəxslər yola saldılar. Erkin Vyana üzərindən Türkiyəyə döndü.
Ankarada Esenboğa hava limanında Erkini baş nazirin müavini
Kamal Satır, dövlət naziri Yetkin, Xarici İşlər Nazirliyinin əmək-
daşları və sovet səfirliyinin nümayəndələri qarşıladılar. Jurnalistlərə
verdiyi müsahibəsində səfərdən çox məmnun qaldığını söyləyən
Erkin vurğuladı: “Kipr məsələsində baxış və mövqeyimizi sovet
liderlərinə qəti və açıq bir ifadə ilə çatdırdım. Türkiyənin enosisi
qəbul etməyəcəyi və belə bir təşəbbüsün silahlı çatışma ilə nəti-
cələnəcəyini anlatdım. Türk icmasına qarşı bir qətliam hərəkətinə də
icazə verilməyəcəyini və buna qüvvə ilə mane olacağımızı əlavə
etdim. Türkiyənin haqlı baxış və mövqeyi danışdığım şəxslər tərə-
findən böyük bir anlayış və ilgi ilə qarşılanmışdır”. Erkin eyni
zamanda iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsində
də razılığa gəldiklərini bildirdi.
Erkinin SSRİ-yə səfərinin və qəbul edilən kommunikenin bö-
yük tarixi əhəmiyyəti vardı. Burada bir sıra beynəlxalq və ikitərəfli
məsələlərdə dövlətlərin fikir ümumiliyi, qarşılıqlı münasibətlərin
inkişaf etdirilməsi istəyi ifadə olunur, əməkdaşlığın yeni istiqa-
mətləri müəyyənləşdirilirdi. Ən başlıcası, kommunikedə Kipr məsə-
ləsində Türkiyəni qane edən mövqe əks olunmuşdu. Adadakı hər iki
xalqın haqqı sovetlər tərəfindən tanınırdı. Türkiyə Xarici İşlər Na-
zirliyinin sözcüsü İsmail Soysal “gərək türk-sovet qarşılıqlı mü-
nasibətlərinin qarşılıqlı etimad havası içində sağlam bir təməl
121
üzərində oturdulması, gərəksə Kipr məsələsində Türkiyənin möv-
qeyinə dair prinsiplərin sovetlərdən bir dəstək alması baxımından
başarılı bir kommunikedir”, “ABŞ kimi SSRİ-nin də Kiprdə iki ayrı
millətdən olan icmanın mövcudluğunu qəbul etməsi uğurdur” dedi.
Səfər ikitərəfli əlaqələrdə keyfiyyətcə yeni mərhələnin baş-
lanğıcını qoyurdu. Qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi idi. Er-
kinin SSRİ-yə səfəri uğurlu keçmişdi. Hər şeydən əvvəl, dərc edilən
kommunikedə ilk dəfə olaraq müxtəlif sosial sistemli dövlətlərin
dinc yanaşı yaşaması siyasəti xatırlanırdı. Sovetlər Türkiyəyə xoş
münasibətlərini бildirirdi. Səfər iki ölkə arasında münasibətlərin
daha da inkişafına kömək edirdi.
Erkinin səfərinin nəтicələri TBMM-də müzakirə edildi.
Noyabrın 12-də TBMM senatında ölkənin xarici siyasət məsələləri
ilə bağlı nitq söyləyən Erkin Moskvaya səfərinin Türkiyə ətrafında
dostluq həlqəsi yaratmağı qarşısına məqsəd qoyan xarici siyasətin
ümumi prinsiplərinə tam uyğun gəldiyini vurğuladı. Lakin iki ölkə
arasında münasibətlərin daha da genişləndirilməsinə dоğru ciddi
dönüşün baş vermədiyini qeyd etdi.
Müzakirə zamanı müxalifətdəki Ədalət Partiyasından olan bəzi
deputatlar Erkinin səfəri zamanı mədəni əməkdaşlığa dair sazişin
imzalanmasını kəskin tənqid aтəşinə тuтdular. Bildirdilər ki, SSRİ
ilə mehriban qonşuluq münasibətlərinin saxlanılması və ticarət
əlaqələrinin qurulması vacibdir. Amma kommunizm mədəniyyə-
tindən başqa bir mədəniyyəti qəbul etməyən sovetlərlə belə bir
sazişin imzalanması ilə nə kimi mədəni əlaqədə ola bilərik? Belə bir
saziş ölkəyə qatı komandaların gəlməsi ilə nəticələnəcəkdir. Partiya
sədrliyinə namizəd Тekin Arıburun çıxışında SSRİ ilə təmasları
tənqid edərək “Cümhuriyyət Xalq Partiyası məmləkəti hansı aqibətə
sürüklədiyini bilirmi?” deyə soruşdu. Ədalət Partiyası sazişin məc-
lisdə müzakirəsini keçirməyi tələb etdi. Lakin bu tələb yerinə
yetirilmədi. Bundan sonra Ədalət Partiyası noyabrın 8-də bir
toplantı keçirərək türk-sovet mədəni əməkdaşlıq sazişini “xəyanət
vəsiqəsi” kimi qiymətləndirdi. Ədalət Partiyasının bəyanatına cavab
olaraq Erkin verdiyi müsahibəsində “biz məmləkətimizə xəyanət
edən adamlar deyilik. Ölkə mənfəəti üçün Rusiyaya getdik.
Ölkəmizə böyük fayda gətirdiyimiz qənaətindəyik” dedi. Erkin
122
kommunikeni oxuyan hər bir insaf sahibinin bunun yanlış olacağına
inanırdı.
Mədəni əməkdaşlığa dair sazişə türk ictimaiyyəti arasında bir-
mənalı münasibət mövcud deyildi. Bəziləri sazişdən narazılıq edə-
rək deyirdilər: “Bu saziş Türkiyəyə nə verir? Türk mədəniyyəti
Daşkənddəki milyonlarla həmvətənimizə çatırmı? Türk xalqının ya-
radıcılığını Rusiyanın harasındasa göstərirmi? Türkiyədən SSRİ-yə
türk folklor qrupu gedə bilirmi?
177
Müəyyən dairələr sovetlərin mə-
dəni əməkdaşlıq adı altında kommunist təbliğatı məqsədi güdən ki-
tabları Türkiyəyə göndərəcəyindən, tələbə mübadiləsi adı altında
kommunistləri hazırlayacağından narahatlıq keçirirdilər.
Belə fikirlər genişləndikdən sonra mədəni əməkdaşlığa dair
sazişə ehtiyatla yanaşılmağa başlandı. Hətta bəzi qəzetlər mədəni
əməkdaşlığın “hidrogen bombasından da təhlükəli” olduğunu yazır-
dılar. Doğrudan da iki sistem dövlətləri qarşılıqlı münasibətlərində
gərginliyin zəiflədilməsinə, dinc yanaşı yaşamağa keçərkən mədəni
əlaqələrlə bir-birinə təsir etmək və cəmiyyəтi daxildən yumşaltmaq
niyyətini güdürdülər.
Amma ictimai rəyin heç də hamısı mədəni əməkdaşlığın əleyhinə
deyildi. Müəyyən dairələr SSRİ-nin Türkiyəyə münasibətdə əvvəlki
siyasətdən imtina etdiyini
əsas gətirərək mədəni əlaqələrin
genişləndirilməsindən qorxmağın lazım olmadığını deyirdilər. Мü-
bahisələrin nəticəsində saziş Türkiyə tərəfindən ratifikasiya edilmədi.
Bu zaman rəsmilər sovetlərin Türkiyədən tütün və fındıq almaq,
Nazıllı faбrikini modernləşdirmək istəklərindən məmnun qaldılar.
Türk siyasətinin açıq siyasət olduğunu dünyanın anlayacağını de-
dilər
178
.
Ölkədə SSRİ ilə münasibətlərə dair mübahisələr qızışırdı.
Türkiyə prezidenti Cemal Gürsel mətbuat nümayəndələrinin sual-
larına cavab verərkən “Rusiya ilə çatışmada fayda yoxdur. NATO-
da qalmaq şərtilə Türkiyənin bütün qonşuları ilə yaxşı münasibətlər
saxlaması vacibdir. Bu dostluq bizə zərər gətirəcək, yanlış yola
çəkəcək kimi düşüncələr yersizdir. Biz yolumuzu bilirik” dedi
179
.
Erkinin səfərinin nəticələri Sovet İttifaqında müsbət qiymət-
ləndirildi. “İzvestiya” qəzeti yazırdi: “Son zamanlarda sovet-turk
münasibətləri nəzərə çarpacaq dərəcədə canlanmışdır”, “türk xarici
Dostları ilə paylaş: |